Xalq şairi Qabil dünyasını dəyişib
Kəskin ürək tənəffüzü çatışmamazlığından əziyyət çəkən şairin vəziyyəti gecə saat 23.00 radələrində pisləşib və saat 24.00 radələrində o keçinib
Azərbaycan ədəbiyyatına ağır itki üz verib. Ədəbiyyatımızın tanınmış simalarından biri, xalq şairi Qabil İmamverdiyev bu gecə 81 yaşında dünyasını dəyişib. Qeyd edək ki, son bir ildə ürək çatışmazlığından əziyyət çəkən şairin vəfatı da elə bu xəstəliklə bağlıdır. Şairin vəziyyəti hələ iki il əvvəl də ağırlaşmışdı, o zaman həkimlər şairi kritik vəziyyətdən çıxara bilmişdi. Amma bu dəfə şairi ölümün pəncəsindən qurtarmaq mümkün olmadı. Son bir ildə kəskin ürək tənəffüzü çatışmamazlığından əziyyət çəkən şairin vəziyyəti gecə saat 23.00 radələrində pisləşib və saat 24.00 radələrində o keçinib. Ədəbi yaradıcılığa «Gəl baharım» adlı şeiri ilə 1944-cü ildə başlayan şair Qabil 1926-cı ilin avqustun 12-də Bakıda anadan olub. 1948-ci ildə Pedaqoji İnistitutun «Dil və ədəbiyyat» fakültəsini, 1956-cı ildə isə Moskvada Ali ədəbiyyat kursunu bitirib. Şairin «Səhər açılır» adlı ilk şerlər kitabı 1950-ci ildə nəşr edilib. Şairin sonuncu kitabı «Sonuncu qatar» adlanır. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri olan şair Qabil 100-ə yaxın kitabın müəllifidir, «Şöhrət» və «İstiqlal» ordenlərinə layiq görülüb, prezident təqaüdçüsü idi.
Allah rəhmət eləsin. Bizim rayonda onun yubileyin keçirmişdiler.1996-da. Özü də gəlmişdi. . Səhnəyə çıxanda məndən əvvəlki iştirakçının ayağının mikrofonun şnuruna ilişib büdərməsinə gülməkdən yubliyarla bərabər zal da uğunmuşdu:)
Mda... "Səhv düşəndə yerimiz" şerini mən deyirdim...
Küt bıçaq parıldayıb,
Xırçıltı salıb.
Qılınc qında pas atıb,
Qında korşalıb...
Heyf korşalırıq biz,
Səhv düşəndə yerimiz.
yadımda qalan bircə bu misralardır...