Jump to content


- - - - -

Tariximizi qoruyuruq mu?


  • You cannot reply to this topic
19 replies to this topic

#1 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 11 May 2007 - 07:36 AM

Attached File  IMAGE_001.jpg   63.97K   147 downloadsAzerbaycan xalqi chox ureyi achiq, alicenab bir xalqdir. Xalqimizin tarixler boyu merd, igid ogullari olmushdur. Bu xalq tarixde oz sozunu demish xalqlardandir. Ancaq indi necedir? Metlebe kechmezden evvel tarixin Azerbaycani yox, Azerbaycanin tarixinden danishmaq isterdim. Bu xalqin tarixi hele chox qedim vaxtlara gedir... ilk insan meskenlerinden olmush Azerbaycanin tarixi tekzibolunmaz derecede boyukdur. Bes biz bu tarixi faktlari, tariximizi qoruya bilirikmi?
Yox... qorumuruq.... istemirik belkede.... sebeb? bilmirem.... sad.gif

Sheherin merkezinde bu hallarla choxlarimiz qarshilashmishiq. Shexsen men bu hallarla qarshilashanda eseblerim gerilir ve bu milletin geleceyini dushunmek mene agir gelir. dunenini unudanin sabahi olmaz!
Tarixi abidelerimize nezaret eden qurumlar hara baxir bilmirem. Yeni bu qeder mi cilizlashmishiq? Her sheyi pulla olchuruk..

Gorun gozden uzaq yerlerde olan tarixi abidelerimizin aqibeti ne yerdedir? Butun bunlar bir Azerbaycan oglu kimi menim ureyimi agridir...Attached File  IMAGE_002.jpg   72.27K   163 downloads
  • 0

#2 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 12 May 2007 - 05:33 PM

QrafDrakula,

Şəkil barəsində ətraflı məlumat verə bilərsiz? Söhbət hansı tarxi abidədən gedir?
  • 0

#3 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 13 May 2007 - 07:56 AM

Цитата(Lady Poison @ May 12 2007, 10:33 AM) View Post

QrafDrakula,

Şəkil barəsində ətraflı məlumat verə bilərsiz? Söhbət hansı tarxi abidədən gedir?


BU yuxaridaki shekil sene tanish gelmir, Lady? biggrin.gif

QrafDrakula, ordaki heykelden sohbet gedirse, nolub ki ona?

Edited by tehmasib, 13 May 2007 - 07:56 AM.

  • 0

#4 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 14 May 2007 - 08:19 AM

Цитата(tehmasib @ May 13 2007, 12:56 AM) View Post

BU yuxaridaki shekil sene tanish gelmir, Lady? biggrin.gif

QrafDrakula, ordaki heykelden sohbet gedirse, nolub ki ona?


Ona hech ne olmayib. O heykel yerindedir. Ancaq onun etrafina baxanda insanin eseb sistemi pozulur. Dunyanin hansi yerinde bagin erazisinde stayanka olur? Dunyanin hansi olkesinde ozlerini blatnoy sayan kimseler heykelin ustune dirmashir? Heykelin etrafinda yazilar yazir? ne bilim daha neler edir?
Meni narahat eden budur. Qonshu dovletlerde heykelin yerini deyishdirdiyine gore millet ayaga qalxir. chunki bu onlarin tarixidir. Bizde ise...

Цитата(Lady Poison @ May 12 2007, 10:33 AM) View Post

QrafDrakula,

Şəkil barəsində ətraflı məlumat verə bilərsiz? Söhbət hansı tarxi abidədən gedir?

Lady, sohbet konkret hansisa abideden getmir. Goz qarshisinda olan ve gozden uzaq abidelerin (tariximizin) veziyyetinden gedir...Ozune, oz milletine hormet qoyan her bir vetendashi bu problem narahat etmelidir.
  • 0

#5 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 14 May 2007 - 09:43 AM

QrafDrakula,

Sözsüz ki, tarixi abidələrimizə olan etinasızlıq narahat etməyə bilməz. Amma mən parkın qarşısında dayanacaq yaratmaqda bu etinasılığa işarə görmürəm unknw.gif Ondansa içəri şəhərimizin eybəcərləşməsinin dərdinə qalsaq daha uyğun olardı. Bax bu doğrudan da etinasızlıq və özbaşınalıqdır...
  • 0

#6 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 14 May 2007 - 09:54 AM

Hmmm... duzdu, bagin ve xususile heykelin etrafinda masin dayanacagi cox pis gorunur.

Iceri Sheherden ise danismaqozu bir urek agrisidi. Vallah orda gezende ele bil Tarqovayada gezirsen. Qedimlikkden eser-elamet qalmayib. Tarqovaya ondan qedim gorunur.
  • 0

#7 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 14 May 2007 - 10:39 AM

Цитата(Lady Poison @ May 14 2007, 02:43 AM) View Post

QrafDrakula,

Sözsüz ki, tarixi abidələrimizə olan etinasızlıq narahat etməyə bilməz. Amma mən parkın qarşısında dayanacaq yaratmaqda bu etinasılığa işarə görmürəm unknw.gif Ondansa içəri şəhərimizin eybəcərləşməsinin dərdinə qalsaq daha uyğun olardı. Bax bu doğrudan da etinasızlıq və özbaşınalıqdır...




Her shey icheri sheherin dagidilmasindan bashladi... onda dinmedik... belkede dinmeye qoymadilar. hech olmasa indi dineK?
  • 0

#8 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 14 May 2007 - 01:42 PM

Цитата(MASTER_IER @ May 14 2007, 02:54 AM) View Post

Iceri Sheherden ise danismaqozu bir urek agrisidi. Vallah orda gezende ele bil Tarqovayada gezirsen. Qedimlikkden eser-elamet qalmayib. Tarqovaya ondan qedim gorunur.


İçeri şeher menim en yaralı yerimdir cray.gif Ele güne qoyublar, ele güne qoyub sad.gif Şpatilovkalayıblar, plastik şüşe - penceere, kondisionerler, ne vilim eee pis günde...Dehşet...Heee özlerinden hele teze qeribler qoyublar cray.gif Dehşetizm... blink.gif
  • 0

#9 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 14 May 2007 - 08:00 PM

Цитата(Janulka @ May 14 2007, 06:42 AM) View Post

İçeri şeher menim en yaralı yerimdir cray.gif Ele güne qoyublar, ele güne qoyub sad.gif Şpatilovkalayıblar, plastik şüşe - penceere, kondisionerler, ne vilim eee pis günde...Dehşet...Heee özlerinden hele teze qeribler qoyublar cray.gif Dehşetizm... blink.gif


Millət deyirəm bu forum əhlinə Bakının səlahiyyətlərini versəydilər vallah şəhərimizi elə gözəlləşdirərdik ki, sadəcə inanmaq mümkün olmazdı... Yoxsa Hacıbala kimi oturub ancaq cibimizin qeydinə qalmazdıq... Versələr hirsimdən vuraram ee onu... aggressive.gif Təzə-təzə gələndə çox gözəl işləyirdi, sonradan təmiz zayı çıxıdı. Bu da bizim mer. nea.gif
  • 0

#10 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 15 May 2007 - 09:50 AM

Цитата(Realium @ May 14 2007, 01:00 PM) View Post

Millət deyirəm bu forum əhlinə Bakının səlahiyyətlərini versəydilər vallah şəhərimizi elə gözəlləşdirərdik ki, sadəcə inanmaq mümkün olmazdı... Yoxsa Hacıbala kimi oturub ancaq cibimizin qeydinə qalmazdıq... Versələr hirsimdən vuraram ee onu... aggressive.gif Təzə-təzə gələndə çox gözəl işləyirdi, sonradan təmiz zayı çıxıdı. Bu da bizim mer. nea.gif



Her shey gorunduyu kimi de asan deyil. Ancaq xalqin gucu her sheye yeter. Xalqa da ele sherait yaradiblar ki, bashini qaldirib bashqa shey barede dushune bilmir. Bashini ashagi salib gundelik chorek pulunu gucnen qazanir. Hacibala da gordu axina qarshi uzmek mumkun deyil, ona gore de digerleri kimi oldu....

Ancaq men neyise bacardim etmeye.... Dunen axsham seda (lider) baxdinizsa gormush olarsiniz... Yersiz dayanacaqlar ve s... haqda sujet getdi.... LIDERE TESHEKKURLER...
KIV.AZ sayti ile de elaqe saxlamisham. Bu yaxinlarda orada da bu mesele canlandirilacaq.

HEREMIZ VETEN UCHUN AZACIQ DA OLSA NE ISE ETSEK.... HER SHEY ELA OLAR....
P.S. Torpaqlarimizin 1 parchasini da Gurcustana verdik...
  • 0

#11 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 15 May 2007 - 10:29 AM

Цитата(QrafDrakula @ May 15 2007, 02:50 AM) View Post

P.S. Torpaqlarimizin 1 parchasini da Gurcustana verdik...


Tek Gürcüstan deyil ki huh.gif

  • 0

#12 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 15 May 2007 - 05:19 PM

Цитата(QrafDrakula @ May 15 2007, 02:50 AM) View Post

P.S. Torpaqlarimizin 1 parchasini da Gurcustana verdik...


Güya monastırı saxlasaydıq onu nə edəcəkdik ki??? Monastırı gürcülərə verdik amma ərazinin özü Azərbaycanın strateji nöqtəsi kimi qaldı... Məncə bu elədə problemli məsələ deyil...
  • 0

#13 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 16 May 2007 - 12:28 AM

Цитата(Lady Poison @ May 14 2007, 02:43 AM) View Post

QrafDrakula,

Sözsüz ki, tarixi abidələrimizə olan etinasızlıq narahat etməyə bilməz. Amma mən parkın qarşısında dayanacaq yaratmaqda bu etinasılığa işarə görmürəm unknw.gif Ondansa içəri şəhərimizin eybəcərləşməsinin dərdinə qalsaq daha uyğun olardı. Bax bu doğrudan da etinasızlıq və özbaşınalıqdır...



"Bir defe men icheri sheherde bir qocaya rast geldim, kor idi, elini divarlara surte-surte gedirdi, barmaqlari ile divarlari yoxlayirdi. Belece gelib evine chatdi... Mene ele gelirdi ki, o barmaqlarin temasi ile eziz cizgileri tanimaq isleyir..."

Bu menim en xoshladigim "Gun Kechdi" kinosundan, Oktayin dedikleridi. Bu kinonun en gozel hissesidi. Indi Lady-nin sozune quvvet, dayancagin menfi tesiri yoxdu tarixi abidelere. Ondansa icheri sheherin qaygisina qalmaq lazimdi...
  • 0

#14 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 16 May 2007 - 06:48 AM

http://www.kiv.az/in...w...rom=&ucat=3
  • 0

#15 QrafDrakula

QrafDrakula

    Новичок

  • Новенькие
  • Pip
  • 13 posts
  • :

Posted 16 May 2007 - 06:53 AM

Bu menim en xoshladigim "Gun Kechdi" kinosundan, Oktayin dedikleridi. Bu kinonun en gozel hissesidi. Indi Lady-nin sozune quvvet, dayancagin menfi tesiri yoxdu tarixi abidelere. Ondansa icheri sheherin qaygisina qalmaq lazimdi...
[/quote]

Tariximizi de Torpaqlarimiz kimi ayirmasaq yaxshidir....
Şeherin lap merkezinde yerleşen bu heykelin inşa edildiyi mekan heç de gözegörünen yerde deyil. Ağacların arasında yerleşen bu tarixi abide gece-gündüz şeherin imkanlı şexslerinin maşınlarına qaravul çekmekle meşğuldur. Bele ki, heykelin düz qarşısında qanunsuz olaraq, geniş bir avtomobil dayanacığı teşkil olunub. «Mende sığar iki cahan, men bu cahana sığmaram» deyen ölmez Nesimi her gün bu «stoyankaya» baxanda defelerce ölüb-dirilir. Geceler ise heykeli heç görmek olmur. Heç bir işıqlandırma sistemi olmayan bu küncde heykel lap gözden itir. Bundan meharetle istifade eden genc oğlan ve qızlarımız ise öz sevgilerini bir-birine açıqlayırlar...

http://www.kiv.az/in...w...rom=&ucat=3
  • 0

#16 irevan_cuxuru

irevan_cuxuru

    Новичок

  • Пользователи
  • Pip
  • 11 posts
  • :

Posted 25 February 2008 - 11:53 PM

İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov əməkdaşlarımızla söhbətində bu məsələyə aydınlıq gətirib:

- Belə yazıların müəllifləri peşəkar alimlər deyil. Əgər içərilərində professionallar varsa, bunlar da siyasi sifarişlə işləyənlərdi. Azər etnosunun farsa dəxli yoxdur, ona görə ki, farsların ulu əcdadlarının bugünkü İrana, fars körfəzi ətrafına gəlmə tarixi bəllidir. Bunu iranşünaslar da, dünya elmi də qəbul edir. Heç kim də, bunun əksinə getmir. İran dilli tayfalar bu ərazilərə ən tezi miladdan öncə 9-8-ci əsrdə gəliblər. Amma Azər sözünün Güney Azərbaycanda, Assur qaynaqlarında, yazılı qeydə alınması bir neçə əsr qabaqdır. Təkcə bu fakt, xronoloyi sistem baxımdan onu göstərir ki, Azər sözü irandilli ola bilməz. Digər maraqlı bir fakt da budur ki, hətta Qurani-Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azər kimi verilib. İbrahim Peyğəmbərin də Güney Azərbaycandan hicrət etməsi haqqında tarixi qaynaqlarda bilgilər var.
Azər sözünün başqa dillərə aid olmasını sübut eləyəsi bircə dəlil də yoxdur. Onu da demək lazımdır ki, başqa dillərdə türk sözlərindən geniş istifadə edilir. Bu gün ingilis dilində "yogurt" sözü işlənir. Bu ingilis sözü deyil. Bu bizim doğma sözümüzdür. Vaxtı ilə ingilislərin dilinə keçib.
- Əsərlərinizdə qeyd edirsiniz ki, İrəvan, İrəvan ətrafı bölgələrin əhalisi əsasən Azərilər olub. Bu iddianın arxasında hansı elmi dəlillər dayanır?
- Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi. İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi. Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni "ər evi, əsgərlər evi" anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar.
İrəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Ən maraqlısı da odur ki, arxeoloyi qazıntılar zamanı Yesseyan və Poqrebov adlı arxeoloqlar skif, sak, mədəniyyətinin izlərini arayıb və onun xəritəsini veriblər. Bu arxeoloqların verdiyi xəritə miladdan öncə 7-6-5 əsrləri əhatə edən dövrdə Sak arxeoloyi mədəniyyətini göstərən xəritədi. Bu xəritədəki nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı gedən coğrafi ərazilərin adını əhatə edir. Bu, onu göstərir ki, Dədə Qorqud oğuznamələri o vaxt həmin bu oğuz tayfaları olan sakların içində yaranıb və bu dövlətin mərkəzi Göyçə gölü ətrafındadı, ancaq sərhədləri genişdir: Borçalıdan, Axıskaya, Azərbaycanın Şərq bölgələrindən, Urmiya gölünə qədər. İndi bu ərazilər, təkcə Sakların yaşadıqları ərazilər yox, bütöv Azərbaycanın ərazisi kiçildilib.
- Firudin müəllim, siz Göyçədəki "Bəlgə" daşı deyilən abidənin üzərindəki qədim yazını oxumusunuz; nədən xəbər verir o mətn?
- "Azər xalqı" kitabının axırıncı nəşrində bu haqda məlumat vermişəm. Azərbaycanda yazı nümunələri damğalardan başlayır. Bu damğalar təkcə Azərbaycana deyil, bütün türk etnosuna aiddir. İlk yazı nümunələri damğalardan başlayır, sonra isə yazıya çevrilir. Müəyyən dövrlərdə Azərbaycanda müxtəlif əlifbalar işlənib. Bunun qalıqları indi də tapılır. Hətta Aramey əlifbasına, yunan əlifbasına, Qobustanda latın əlifbasına, hətta mixi yazılara da rast gəlmək olur. Amma yenə deyirəm, yazı nümunələrimizin - ən qədimi damğalardı. Bu yazılar-damğalar o vaxtlar orta Asiyaya qədər yayılıb. Azərbaycanda bu yazıların bərk cism üzərində yazılmış nümunələri çoxdur. Bir də var runik yazılar. Runik yazıları bu günə qədər yaşadan bizim xalçalarımızdı. Xalçalarda runik yazıların kolleksiyası öz əksini tapır. Azərbaycan ərazisində qədim yazıları işləyərkən əlimə Aramey hərfləri ilə yazılmış bir-iki bilgi keçdi. Sonra bunun haqqında çox yazılar oxudum. Daş üstəki yazıları Əlisa Şükürov da, rəhmətlik Həmzə Vəli də, digər alimlər də oxuya bilmişdilər. Hamı bunun Aramey əlifbasında yazıldığını etiraf edir. Doğrudan da bu hərflər Aramey əlifbasının hərfləridi. Aramey əlifbası da Azərbaycanda bir müddət işlənib. Hətta əhəmənilər dövlət quranda ilk yüz il ərzində hakim dil Aramey dili olub.
Yəni bu Aramey dili saray dili idi. Bütün regionda da yayılmışdı. Bu yazını o zaman Ərməniyyə kimi təsniflənən coğrafi ərazidə ilk dövlət quran Artaşest adlı şəxsin adı ilə bağlayırlar (haylar bu ölkəyə sonradan gəldilər - red.). Artaşest Selevki dövlətinin canişinlərindən biri idi. O vaxt Selevki sülaləsi məğlub olub dağılanda Artaşest özünü müstəqil dövlətin çarı kimi elan elədi. Qədim yazılar isə Göyçənin iki kəndindən tapılıb. O yazılar Artaşestin mərz daşlarının, yəni sərhəd daşlarının üzərindəki yazılardı. Bu daşlardan biri 1906-cı ildə, digəri isə 1932-ci ildə tapılıb. Bu yazıları alimlər zaman-zaman oxumaq istəyiblər. Aramey əlifbasında tapılan bu yazı Artaşestin dövründən qalma yazı olduğu üçün ilk cümlədə də, Artaşestin adı gedir. Yunan deyim formasında, Artaxşose. Bu yazının Aramey əlifbası olması, daşın Artaşest dövründən qalması qəbul olunur. Amma bu yazını oxumaq mümkün olmayıb. Çünki, ermənilər, fars yozsalar da heç bir məna verməyib. Alimlər etiraf edir ki, bu Aramey əlifbasıyla yazılmış bir yazıdır, amma dili bəlli deyil. Bu yazı nə erməni, nə fars, hətta Aramey dilində heç bir məna vermədi. Bəzi alimlər də deyir ki, guya yerli tayfaların birinin dilində yazılıb. Ancaq heç kimin ağlına gəlməyib ki, bu Göyçə ətrafında tapılıb, ona görə də bunu türkcə oxumaq lazımdır. Bu yazını mən oxuyanda gördüm ki, çox aydın şəkildə yazılıb. Bu Artaşest məliyin mərz daşıdı. Aramey hərfləriylə belə yazılıb: "Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu". Bu isə təmiz qədim türkcə danışıq dilidi. Özü də çox anlaşıqlı bir dildi.

Savalan Talıblı
Azərbaycan Radiosu "Xalq yaradıcılığı" redaksiyasının əməkdaşı
  • 0

#17 iZbraNnAya

iZbraNnAya

    Посетитель

  • Пользователи
  • PipPip
  • 59 posts
  • :

Posted 09 December 2008 - 09:18 PM

Azerbaycan neyinki oz tarixini hetta oz hec oz dunenide gorumur modernlewmeye caliwirlar avropalawmaga caliwirlar bu hecte dogru deyil olkenin tarixi oz abideleriyle bilinir ama bizde onlari yigib yerine yeni weyler tikirler men avropada yawiyiram Stokholm weherinde burda Gamla stan deyilen yer var tercumede eski (kohne ) weher demekdi inanin orani gezende metel galdim isveclilerin hec tarixide ele gedim deyil ama nece goruyub saxliyiblar hal buki bizimde Iceri weherimiz var orani hec gorumurlar
  • 0

#18 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 09 December 2008 - 09:52 PM

Цитата(iZbraNnAya @ Dec 10 2008, 12:18 AM) View Post

Azerbaycan neyinki oz tarixini hetta oz hec oz dunenide gorumur modernlewmeye caliwirlar avropalawmaga caliwirlar bu hecte dogru deyil olkenin tarixi oz abideleriyle bilinir ama bizde onlari yigib yerine yeni weyler tikirler men avropada yawiyiram Stokholm weherinde burda Gamla stan deyilen yer var tercumede eski (kohne ) weher demekdi inanin orani gezende metel galdim isveclilerin hec tarixide ele gedim deyil ama nece goruyub saxliyiblar hal buki bizimde Iceri weherimiz var orani hec gorumurlar


iZbraNnAya, avropalaşmaq üçün heç də tarixi sökmək lazım deyil. Sizin sözünüz olmasın, adam xarici ölkələrə baxanda paxıllıq edir buna görə, hədindən artıq müasirləşməyə, inkişafa baxmayaraq tarixləri olduğu kimi qalır.
  • 0

#19 iZbraNnAya

iZbraNnAya

    Посетитель

  • Пользователи
  • PipPip
  • 59 posts
  • :

Posted 09 December 2008 - 10:04 PM

ama cox tesufki bizde avropalawmani bucur hayata kecirlirler(((
  • 0

#20 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 10 December 2008 - 02:25 PM

Tessufle demeliyem ki, qorumuruq. 12ci esrden ata-babalarımızın bizə yadigar qoyduğu Qız Qalası kimi bir abidənin üzərində kim mənə haqq verib ki, mən orda hərfləri toplayıb sevgiyə bərabər olduğunu yazım? Utancverici bir əməldir. Özümümz edirik, dostlarımız edir.....
Söhbət təkcə maddi abidələrimizdən getmir, elə mənəvi abidələrimizin də qədrini bilmirik. Folklorumuzu, dastanlarımızı, tariximizi, ədəbiyyatımızı bilmirik. Ən dahi şəxsiyyətlərimizin elmi əsərlərini öyrənmirik, araşdırırıq onun genini araşdırmağa ki, nənəsi gürcü olubmuş sən demə....Ya seyyiddirsə nəsli ərəbdirsə orda türklükdən söhbət g edə bilməz və s. Bütün dünyanın dahilərinin genini araşdırsaq mütləq bir qarışıqlıq çıxacaq ortaya. Amma bizdən fərqli olaraq heç bir millət bunu qabartmır bizim qədər....
Beləliklə düşmən dəyirmanına su tökürük və itirən biz oluruq...
Milli və dini bayramlarımızı tanımırıq, bunlar da bizim tariximizdir..

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users