Azəri ya Türk ?
#1
Posted 20 July 2007 - 08:08 AM
#3
Posted 20 July 2007 - 09:10 PM
Biz Azərbaycanlıyıq və ya Türk ?
Azərbaycanlılar – ən böyük türkdilli xalqlarından biridir. Azərbaycan Respublikasının əsas əhalisini təşkil edir. Qonşu dövlətlərdə azərbaycanlı əhalinin sayı çoxdur. Azərbaycanlılar azərbaycan dilində danışır. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur. Azərbaycanlıların mənşəyi dil mənsubiyyətinə uyğun Azərbaycanda yaşamış qədim türk etnoslarının tarixi ilə bağlıdır. Azərbaycanlılar islam dininə etiqad edirlər. Özünün zəngin mədəniyyəti, adət-ənənələri, vahid ərazisi olan Azərbaycan xalqı başqa xalqlarla, qonşu etnoslarla siyasi, iqtisadi, mədəni münasibətlər yaratmışdır.
Z.M.Bünyadov və Y.B.Yusifov. Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1994.
Edited by Realium, 20 July 2007 - 09:15 PM.
#4
Posted 21 July 2007 - 02:19 PM
#5
Posted 06 September 2007 - 02:33 PM
män azärbaycanliyam.)
20-ci əsrə qədər dünyada "azərbaycanlı" adında millət heç bir tarixi ədəbiyyatda olmamışdır..
azərbaycan türkləri, qafqaz türkləri deyə qələmə alıblar bizi bütün yazılarda..
hətta "azərilər" kimi də heç harda rast gəlinmir.. azərbaycanlıyam dedikdə tariximizin olmadığını, və ya tariximizdən xəbərsiz olduğumuzu sübut etmiş oluruq.. türkəm daha düzgündür.. əgər qafqazdakı digər etnoslardansınızsa bu halda yenə də "azərbayacanlı"-yam fikri tam ifadə etmir..
bir şeyi unutmaq lazım deyil!
tarixən ərazi, toponim və digər adları oranın əhalisinin adına, tayfalarının adlarına uygun seçilib..
bunun əksinə çox nadir hallarda rast gəlinir. bu da "azərbaycanlı"-yam kəlməsinin düzgün yanaşma olmadığına sübutdur..
məsələn:
Sibir - sabirilər (qədim türk tayfaları)
Ərəbistan yarımadası
Qazaxıstan - Qazax qəbilələri
Moğolustan - Moğol tayfalarının məskəni (mongol sozü düzgün deyil, təhqiredicidir)
və s.
__
Azərbaycan - Xəzərbaycan sözündən yaranmışdır.. xəzərlərin, kaspilərin vətəni kimi başa düşülməlidir.. onların da türk tayfaları olduğu hamıya məlumdur..
bütün rus və qərbi avropa ədəbiyyatlarında bütün türk xalqlarının və dövlətlərinin tarixi amansizcasına təhrif etdirilir, bizim alimlərimiz də əksər əsərlərində onlara istinad edirlər - bu bağışlanılmazdır!
bizim tariximizin ən az təhrifə uğramış həqiqətləri Türkiyə və Çin arxivlərindədir.. çünki əsrlər boyu bu dövlətlər bu regionda baş verən hər bir şeyin şahidi olublar və dovlətçiliklərini qoruyub saxlayıblar.. "Çinin bura nə dəxli var?" deməyin, "ipək yolu" sözü havadan peyda olmayıb..
Edited by sapsan, 06 September 2007 - 02:40 PM.
#7
Posted 06 September 2007 - 09:25 PM
#8
Posted 06 September 2007 - 09:48 PM
maraglidi, bunu neye esaslanaraq dedin ki? Umumiyyetle Xezer ve Azerbaycan sozlerinden hansi daha qedim kechmishe malikdi, bilen var?
Men bilen Azerbaycan sozu- Oderbayqan, Oderbaycan ve sonradan Azerbaycan sozune cevrilib. Sehv xatirlamiramsa 5ci yada 6ci sinif Azerbaycan tarixi kitabinin ilk sehifelerinbde idi ele. Kitab indiye qeder yadimdadi. Bezi menbelere gore. Azeri sozu Asseri sozunden goturulub. Datca bilseydin sene cox maraqli sayt adi deyerdim baxardin. Norvec arxeloqu, tarixcisi Thor Heyerdahl (viking arashdirmacisi) bildirib ki vikingler Azerbaycandan gelib. Qobustanda defelerle arashdirmalarda olub.
Xeberin ardini burdan oxu cox maraqli faktlar var. Bele subutlarimiz ola ola biz ozumuzu dunyada tanida bilmirik, hele bizim kim oldugumuzu bizden sorushurlar. Gulmelide Vallah ermenilerde bele shey olsaydi, yeqin indi butun dunya ermenilere itaet ederdi.
http://en.wikipedia..../Jakten_på_Odin
http://www.jatland.c...ome/Scandinavia
#10
Posted 07 September 2007 - 05:03 AM
Eslinde Xezer daha kechmishdi, ancaq Xezerbaycan ilk defedi eshidirem
Ona göə birinci dəfə eşidirsiz ki, bu fikir absurddur. Ümumiyyətlə Xəzərlə Azəri qarışdırmaq ən azı savadsızlıqdır.
Ümumiyyətlə Xəzər adı xəzərlərə aiddir.Xəzərlər də vaxtilə "bərkgedən" türk tayfaları olublar.Onların qüdrətinin zirvə nöqtəsi ərəblərin işğalı dövrünə düşür ki, sonradan onlar da bir millət kimi ərəblərin içində əriyib getdilər (əksərən). Xəzər sözünün müxtəlif cür yozmaları var, bunlardan biri də Khazan, Khaqan, Kasan və s.
Khazan xəzərlərin khaqan deyiminə uyğun gəlir, Kasan -- kassların, kaspilərin vətəni. Təsadufi deyil ki, Kaspi sözü rusların dilində hələ də işlənməkdədir.
20-ci əsrə qədər dünyada "azərbaycanlı" adında millət heç bir tarixi ədəbiyyatda olmamışdır..
Əziz dostum,
Əziyyət çəkib, XX əsr maariifçilərinin əsərləri ilə tanış olsaz roada bir çox azərbaycanlı terminlərinə rast gələrsiz.
#11
Posted 07 September 2007 - 05:13 AM
azərbaycan türkləri, qafqaz türkləri deyə qələmə alıblar bizi bütün yazılarda..
hətta "azərilər" kimi də heç harda rast gəlinmir.. azərbaycanlıyam dedikdə tariximizin olmadığını, və ya tariximizdən xəbərsiz olduğumuzu sübut etmiş oluruq.. türkəm daha düzgündür.. əgər qafqazdakı digər etnoslardansınızsa bu halda yenə də "azərbayacanlı"-yam fikri tam ifadə etmir..
Azrəbaycan türkləri deyə bizi yazıya alıblar? Bərkə demək istəyirsiz ki, tatarlar deyə?
Əslində yuxarıda qeyd etdiyiniz terminə mən çox nadir hallarda rast gəlmişəm. Ədəbəiyyatı təqdim etsəydiniz maraqlı olardı.
Əgər siz Azərbaycanlıyam sözünə tarixi baxıdan yanaşmağın düzgün olmadığını düşünürsüzsə, məsləhət görərdim ki, bizi türk yox, alban türkü adlandırarsız. Çünki alban türklərinin tarixi, indiki türklərinin tarixindən daha qədimdir. Siz deyə bilərsiz ki, mən alban türküyəm? Əlbəttə ki, yox.
bir şeyi unutmaq lazım deyil!
tarixən ərazi, toponim və digər adları oranın əhalisinin adına, tayfalarının adlarına uygun seçilib..
bunun əksinə çox nadir hallarda rast gəlinir. bu da "azərbaycanlı"-yam kəlməsinin düzgün yanaşma olmadığına sübutdur..
məsələn:
Sibir - sabirilər (qədim türk tayfaları)
Ərəbistan yarımadası
Qazaxıstan - Qazax qəbilələri
Moğolustan - Moğol tayfalarının məskəni (mongol sozü düzgün deyil, təhqiredicidir)
və s.
Siz indi demək istəyirsiz ki, azərilər, azəri tatarları və s. kimi terminlərə rast gəlməmisiz?
Bizim adımız da Azərbaycan-- xalqımız da azərbaycanlılardır. Niyə də yox ki....
Ümumilikdə mən Azərbaycan sözününü kök məsələsinə varmaq istəmirəm, çünki bu uzun və üzücü mövzudur.
Ümid edirəm ki, buna aid əlavə mövzu açsam etiraz etməzsiniz.
Tarixdə sübüt yoxdur.
#12
Posted 07 September 2007 - 05:27 AM
Azərbaycan - Xəzərbaycan sözündən yaranmışdır.. xəzərlərin, kaspilərin vətəni kimi başa düşülməlidir.. onların da türk tayfaları olduğu hamıya məlumdur..
bütün rus və qərbi avropa ədəbiyyatlarında bütün türk xalqlarının və dövlətlərinin tarixi amansizcasına təhrif etdirilir, bizim alimlərimiz də əksər əsərlərində onlara istinad edirlər - bu bağışlanılmazdır!
Bəs onda bəlkə biz özümüzü xəzər adlandıraq? Necə düşünürsüz? Tarixi ədalət prizmasından bu daha doğrudur. Və ya alpan? Və ya alban?
bizim tariximizin ən az təhrifə uğramış həqiqətləri Türkiyə və Çin arxivlərindədir.. çünki əsrlər boyu bu dövlətlər bu regionda baş verən hər bir şeyin şahidi olublar və dovlətçiliklərini qoruyub saxlayıblar.. "Çinin bura nə dəxli var?" deməyin, "ipək yolu" sözü havadan peyda olmayıb..
Sizin ümumiyyətlə xəəbriniz var ki, Türkiyənin tarixi haradan başlayır ?
Çində olan məlumatlar hunlara və buntürklərə aiddir. Zəhmət olmazsa səhv salmayın.
Bir də yuxarıda XX əsr əvəzinə XIX əsr yazmaq istəyirdim.
Edited by slaveoftime, 07 September 2007 - 05:29 AM.
#13
Posted 07 September 2007 - 06:12 AM
Men Azeriyem !!! TURK DEYILEM, TURK DILLI XALQIN UZVUYEM. BOYUK FERQ VAR BUNDA. . Azeri turku sozunu turkler ele boyuk fexrle deyillerki ele bil qazaxlar, turkmenler, azeriler, ve bashqa turk dilli xalqlari turkiyye turklerinden gelmishik. Turkiyyelilere ele de simpatiyam yoxdu, cunki coxlari tormuzdu. Ve tvlerindede gorduyum ki ermenilere booooyuk hormetleri var, ona gorede gozumden dushubler.
məncə belə yanaşma ən azı düşməncə yanaşmadır.. səbəbini xırdalamaq fikrim yoxdur.. anadolu turkləri ilə qafqaz türkləri arasında ləhcə fərqindən başqa heç bir fərq yoxdur, bu fikrim qətidir.. sadəcə 1-2 xırda misal demək istəyirəm..
1. üşaq anadan olanda ona ad seçmə metodları
2. uşağa layla demək qaydaları və hətta sözlərin uyğun gəlmələri
3. eyni tarixi rəvayətləri və qəhrımanlıqlarin təsiri altında ovladlarını tərbiyə etmələri (koroğlu və s.)
4. ailə və qohumluq munasibətləri, qohumluq etmə ənənələri
5. əsgərə rəğbət və hörmətlə yanaşmaları (son 100 ildə bizdə biraz fərqli yanaşmalar yaranıb, təsadüfi deyil..)
6. toy və yasların keçilrilmə qaydaları
8. elçilik etmə, qız istəmə ənənələri
9. ölüləri dəfn etmə, ağı demə.. hətta qadınların ağlayarkən əzizləmə sözləri də bənzərdir, çox halda eynidir
....
bu misalların hər birinin çox geniş mövzu olması danılmazdır..
o ki, qaldı Xəzərbaycan sözünə bu sözü deməklə niyyətim mübahisə yaratmaq deyil əsla. sadəcə bütün qərb ədəbiyyatı bizim tariximizi amansızcasına təhrif etmişdirlər, hal-hazırdada təhrif edirlər. və mən əminəm ki, azərbaycan sözünün özünün də mübahisəli olması ordan qidalanır.. Xəzərbaycan sözünə ipək yolu ilə əlaqəli bir neçə əlyazmada rast gəlinib..
yenə də diqqətinizə çatdırmaq istəyirəm ki, sizin istinad etdiyiniz bütün materiallar "yadelli"-lərə aiddir.. yerli tarixçilər də bir ozümüzdən yazanda beş də rus tarixini öyməklə və ondan dəfələrlə zəngin olan türk tarixini qaralamaqla məşğul olublar.. təzət-təzə başlayırlar gerçəyə bənzər yazılar yazmağa..
bir daha da deyirəm, ərazi və toponim adları havadan peyda olmur, oranin əhalisinin keyfiyyətlərini və ya adlarını canlandırır..
və hər birinizdən xahiş edirəm ki, ingilis və rus ədəbiyyatlarına az müraciət edin.. aranizda türkcə oxumağı bacaranlar az deyil, internetdə türklərin yazılarına çox rast gəlmək mümkündür..
tatar sozünün də tarixçəsi qədimdir.. mən Kazan-da olmamışam, amma Krım-da tatarlarla söhbət etmişəm.. onu deyə bilərəm ki, türkiyə türkcəsinə bənzər ləhcələri var.. "yorum"-dan istifadə etmirlər.. bizi aydın başa düşürlər.. onların dilində danışa bildiyimizi gördükdə çox təəccülənirlər
bizi rusların "tatar" kimi adlandırmağı təsadüfi deyil, məqsəd türklüyümüzü diqqtimizdən yayındırmaqdır.. bunu etmək üçün çox variantlardan istifadə ediblər "panturkizm" kimi..
sizin fərd kimi hər hansı türkdən xoşunuz gəlməyə bilər, amma bunu ümumi fikir kimi bildirməyiniz doğru deyil, bu yanaşma moskvada bazardakı vətəndaşımıza istinad edilərək ümumi xalqımıza verilən qiymətə bənzəyir..
ondansa gedin dağ-daş, çay, göl, dəniz, şəhər, ərazi, yarımada, düzənlik, mifik rəvayətlərdəki qəhrəman, kurqan, tikili və dağıdılmış abidələr və s. adları ilə maraqlanın.. mən aminəm ki, siz yadellilərin yazdığından daha doğru və daha tam məlumatlar əldə edəcəksiniz.. şərqi avropadan kamçatkaya qədər, şimali rusiyadan, hindistana kimi araşdıra bilərsiniz..
bu adların boyuk əksəriyyətinin dəyişdirildiyini və hal-hazirda dəyişdirilməyə davam etdirildiyini nəzərə alin.. yenə də adların təsadüfi olmadığını nəzərinizə çatdırıram..
xəzərlər barədə bir şeyi demək istəyirəm, həmin tayfalar, qəbilələr indi də mövcuddur, cənub-qərbi əfqanıstanda onlar hələ də yaşayırlar.. dilləri türk dili (özbək ləhcəsinə bənzərdir), dinləri islamdır..
uğurlar hər kəsə..
#14
Posted 07 September 2007 - 06:22 AM
məncə belə yanaşma ən azı düşməncə yanaşmadır.. səbəbini xırdalamaq fikrim yoxdur.. anadolu turkləri ilə qafqaz türkləri arasında ləhcə fərqindən başqa heç bir fərq yoxdur, bu fikrim qətidir.. sadəcə 1-2 xırda misal demək istəyirəm..
1. üşaq anadan olanda ona ad seçmə metodları
2. uşağa layla demək qaydaları və hətta sözlərin uyğun gəlmələri
3. eyni tarixi rəvayətləri və qəhrımanlıqlarin təsiri altında ovladlarını tərbiyə etmələri (koroğlu və s.)
4. ailə və qohumluq munasibətləri, qohumluq etmə ənənələri
5. əsgərə rəğbət və hörmətlə yanaşmaları (son 100 ildə bizdə biraz fərqli yanaşmalar yaranıb, təsadüfi deyil..)
6. toy və yasların keçilrilmə qaydaları
8. elçilik etmə, qız istəmə ənənələri
9. ölüləri dəfn etmə, ağı demə.. hətta qadınların ağlayarkən əzizləmə sözləri də bənzərdir, çox halda eynidir
....
bu misalların hər birinin çox geniş mövzu olması danılmazdır..
1. üşaq anadan olanda ona ad seçmə metodları Bu adətlərə ərəblərdə də rast gəlinir......3. eyni tarixi rəvayətləri və qəhrımanlıqlarin təsiri altında ovladlarını tərbiyə etmələri (koroğlu və s.)
Koroğlu? Cəaliri Koroğlunu nəzərdə tutursuz ? Əlbəttə anadolu türklərindən bir fərqi olmayacaq, çünki onların əksəriyyəti dönüklər adı altında sürgünə gedənlərdir üstəgəl şiə İsmayılın təsir vaxtından qalanlar.4. ailə və qohumluq munasibətləri, qohumluq etmə ənənələri Daha çox müsəlman adətləri nəinki türk...5. əsgərə rəğbət və hörmətlə yanaşmaları (son 100 ildə bizdə biraz fərqli yanaşmalar yaranıb, təsadüfi deyil..) Bu xüsusiyyət İranlılara da məxsusdur və bir çox xalqlara xasdır. Həmçinin monqollara da.6. müsəlman adətləri daha çox....9. ölüləri dəfn etmə, ağı demə.. hətta qadınların ağlayarkən əzizləmə sözləri də bənzərdir, çox halda eynidir
.... Həmçinin -- daha çox müsəlmançılıq, nəinki türkçülük.
Ağı istisnadır.
Başqa sözlərə komment qoymayacam, çünki deyilənlərin təkrarıdır.
Hörmətlə,
M.
Edited by slaveoftime, 07 September 2007 - 06:34 AM.
#15
Posted 07 September 2007 - 06:47 AM
müsəlmançılıq sözünü istifadə edəndə bir şeyi unutmayın.. müsəlmançılığı 900 il türklər qoruyublar (Osmanlı), bilirəm "900 il" sözünə ilişəcəksiniz..
islamdan əvvəl də türklərin qohumluq ənənələrini araşdırmağınız gərəkdir.. və həmin dövrdəki ərəblərin qohumluq ənənələri ilə müqaisə etməyiniz məsləhətdir..
ondan sonra yuxarida saydıqlarınızın nə qədər üst-üstə düşdüklərinə nəzər salın.. bir şeyi də nəzərə alın, mövzudan kənara çıığım üçün üzrlü saysın hər kəs məni..
ərəblərin həmin dövrdəki aparıcı quvvərəndən biri "Şumerlər", türk ədəbiyyatında "Sümərlər" olub.. onların mənşəyinə də diqqət edin..
hər birinizə azərbaycanlı qalmağı arzulayıram..
mən türkdilli deyiləm, türkəm.. türk döğulmüşam.. mənim atalarımı heç kim türkcə danışmağa məcbur etməyib, onun dili doğuluşdan türkcə olub..
türklər tarixə məlum 15-dən çox imperiya qurublar, 10-a qədərini əzbər saya bilərəm.. ərəblər neçəsini qurublar?
mğvzudan kənara çıxmağa məcbur qaldığım üçün üzr istəyirəm bir daha..
Edited by sapsan, 07 September 2007 - 06:48 AM.
#16
Posted 07 September 2007 - 06:56 AM
slaveoftime

Sapsan
Siz özünüz özünüzü inkar edirsiniz.Əgər onlar üst-üstə düşürlərsə deməli bir kökdən törəyiblər,yəni onlar da türkdü?
Türklər 15 imperiya qurublar, amma onların tarixi hanı? Əlyazmaları hanı? Sənədlər hanı? Ərəblər bir imperiya qurublar, o da belə.
Türklər islamı qoruyublar? Onda Babək türk olmayıb, çünki islama ən böyük zərbəllərdən birini elə o vurub.Azərbaycanlılar ümumilikdə dinin keşiyində nadir hallarda dururlar. Bunu yaddna çıxartmayın.
Biz nə vaxta qədər hər şeyi türkləşdirməyə çalışacayıq ? Müasir modernist tarixçilərin fikrini oxuyanda adama elə gəlir ki, bütün dünya Türklərdən çıxıb. Ermənilərin siyasətinə oxşayır.
Dünya qədər qədim olan şumerləri isə türklərə bağlamaq cəhdi ümumiyyətlə nonsensdir və ərazi topologiyası baxımından heç bir şeyə əsaslanmır.
Mən sizi bilmirəm, amma mən türkcə danışmıram, türklər mənim kimi danışır.
Antropologiya ilə maraqlansaz və müasir antropoloqların və tarixşünas antropoloqların əsərləri ilə tanış olsaz AZƏRBAYCAN sözünün türk sözündən daha qədim olduğuna şahid ola bilərsiz.
#17
Posted 07 September 2007 - 07:43 AM

hər şeyin cavabı dağ-daşdadır... öyrənmək lazımdır
başlayaq şərqi avropadan
Alp dağlari (adının türkcə olduğunu iddia etmirəm) - adlar - AlpArslan, AlpEren və s. Alp-da göstərilmiş qəhrəmanlıqlarına görə verilmiş adlardır..
Hungary - Macarıstan (mənşələri mübahisəlidir ) araşdırın.. böyuk təhsil gərəkmir
İtaliyanların mənşəyi etrusklar-dır.. canavardan törədiklərinə inanırlar.. Romanın mərkəzində ən hündür yerdə oğlan uşaqlarını əmizdirən dişi canavarın abidəsi var.. təsadüfən türklərdəki kimi.. ))
Moskva - Müjkova - tatarca "müjk" ovaliğı deməkdir..
Kazan şəhərinin yaşını oyrənin..
Krım - Kırım - sahillərı qırımlardan, xırda daşlardan ibarətdir..
Yalta - Yaltao - yal sözünü bilirsiniz - tao = dağ
Pyatiqorsk - köhnə adı - Beştao = beşdağ.. beş dağın arasında salınmışdır
Soçi - Suiçi (su içi) - əgər orda olmusunuzsa xırdalamağıma ehtiyac yoxdur..
Dunay, Yenisey və s. çayların adları goydən gəlib o torpaqlara..
Baykal - erebcedir?
Sibir - Sibiria ( ingiliscə - Saybiriya) - Sabirilər - öyrənmək lazımdır
İrandakı şəhər və dağ adlarını deməyim..
Şimali İrak - Kərkük, Ərbil və s. (Məhəmməd Füzulinin vətəni)
Orta asiya haqda heç bir misala ehtiyac yoxdur..
Monqol sözü təhqiredicidir.. doğrusu Moğol-dur.. maoğul - ana oğulları.. "maogli" multfilminə baxmisan.. Şirxan, kaplan, mauqli-ni böyüdən canavarlar və s. məlum rəvayətlərdir..
Yakutiya - Yakutistan - Yaqut, almaz, bahalı daşların vətəni.. rusiyanın ən böyuk almaz yataqları təsadüfən orda salinib?
Çin - Çin səddi-nin çekilmə səbəbi hunlardan müdafiə olunmaqdır.. 120 milyon uyğurun vətəni, Çingizxan-ın vətəni..
Hindistan - buraya düvlətçiliyi kim gətirib? islamı kim gıtirib.. Babur xan.. Cahan şah, Tac mahal və s.
Kamçatka - uyğurca Gemçatdi - Gemi ilə Çin-dən yarımadaya keçirlərmiş.. elə oradaca Kara dənizi var.. Kara = boyuk, qara.. qara bəla = boyuk bəla.. yanaşmalar müxtəlifdir..
bunlardan əlavə Kurqan-lar.. bütün avrasiya-da var, 10 minlərlədir.. hər birinin öz tarixi, öz həqiqətləri var..
Kurqan = hər hansı böyük sərkərdə öləndə onun qəbirinin "hərə bir daş atsın" mexanizmi ilə basdırılması (ancaq türklərə məxsus olması aksiomdur..) bənzər hal - Firon-lar Piramida-lar tikirdilər, ölümsüzləşdirmək istəyirdilər rəhbərlərini..
bu sadalananlar deryada damladır hələ..
biraz çox gəzmək lazımdır yaxşı tarixçi olmaq üçün, yazılanları oxumaqla kifayətlənməkdən əlavə, bir az da öz məntiqinizin ixtiyarına buraxın belə şeyləri..
sizinlə mübahisə etməyəcəm.. bu movzuda sonuncu post-umdur
təçəkkürlər hər birinizə!
http://veten-millet.blogspot.com
göz gəzdirin buna lütf edin..
Edited by sapsan, 07 September 2007 - 07:53 AM.
#18
Posted 07 September 2007 - 07:46 AM

Əzizim yunanların mənşəyi və kökləri kitabını oxuyun.Eyni yer adları -- başqa izahlar. Hər şeyi belə təhrif etmək lazım deyil.
Yazmağı xoşlamıram belə şeyləri, amma mən Çindən tutmuş Vatikan kitabxanasına qədər hər yerdə olmuşam.
Alp dağları -- Alpiun latın sözü sizə bir şey deyir?
Monqollar -- Maqarkium və ya Monqarken?
Baykal -- Biyante, Byanka, Byakalaon bir şey deyir ?
İnanın, siz səhv yoldasınız.
Daha bir şey də əlavə edəcəm, ad oxşarlığı mənşəyə yox, vahid kökə sübutdur ki, bu kök də ki, türklərdən başlamır.
Hər şeyin kökü antropologiyadır, bu sahədə də sizin məlumatlılığınıza şübhə edirəm. Əks halda belə fikirlər yürütməzdiniz.
Edited by slaveoftime, 07 September 2007 - 07:51 AM.
#19
Posted 07 September 2007 - 11:31 AM
bir daha da deyirəm, ərazi və toponim adları havadan peyda olmur, oranin əhalisinin keyfiyyətlərini və ya adlarını canlandırır..
Sapsan sen deyesen o yadd elinin dilini basha dushmemisen. 1cisi avropada ilk insanlar norvecde vikingler olub. ve vikingler ingiltereye, ispanyaya ve s avropanin yerlerine gederek artiblar, yayiliblar. bu yadd elide deyir ki norvec vikingleri azerbaycandan gelib. bunun ne oldugunu basha dushursen????????????? deyesen yox YENIKI BIZ QEDIM TARIXE MALIK XALQIQ!!!!!!!! HANSIKI AVROPA BIZDEN TORENIB. Indi ise bizi qebul etmirler. ordada her shey aydin yazilib. Ingilis dilini derinden oyren ve Qobustanin tarixini birde oyrenmeyin meslehetdi. Ilk insanlar qobustanda olub. turklerde avropalilarda bizden torenib. Men orda Azeri sozunun hardan emele geldiyini basha saliram ki tarixciler bunu deyir.
Nezerine catdirim ki hemin tarixci ozu norveclidi. Dunyada taninmishdi. Viking gemisi "kontiki" ni yardan ve hemin gemi ile butun dunyani dovre vurmush ve sonunda ne sebebe deye bilmerem, xatirlamiram, amma neyese aciq olaraq (politikada) hemin gemini yandirdi. Butun avropalilar deyir ki biz norvecden torenmishik., Norvecli deyirki Azerilerden torenmishik. BUNDAN BOYUK SHEREF OLA BILER BIZIM UCUN???????????
Thor Heyerdahl- xasiyyetnamesini arashdir gor kime deyirsenki yalan deyir. :-))) Men azeriyem ve turk dilliyem. Ne olsun ereblerde, katoliqlerde, hindlerde elci gedir. hami ad qoyur. onda hamimiz turkuk???
türklər tarixə məlum 15-dən çox imperiya qurublar, 10-a qədərini əzbər saya bilərəm.. ərəblər neçəsini qurublar?
tarixi bilmediyin ele burdan gorundu.... day sene sozum yoxdu. sen deyesen mekteblisen, ozude az yashli. 18 yashlar etrafinda. belkede 18e catmamisan hele. cunki senin kimiler hemishe bilmedikleri sheylerin mubahisesini aparirlar....
20 ustunde olsanda zeif shagird oldugun burdan gorundu. get tarixi oyren. oz xalqinin qedrini bil.,
Edited by Namelum_mikrob, 07 September 2007 - 11:34 AM.
#20
Posted 07 September 2007 - 11:54 AM
yenə də diqqətinizə çatdırmaq istəyirəm ki, sizin istinad etdiyiniz bütün materiallar "yadelli"-lərə aiddir.. yerli tarixçilər də bir ozümüzdən yazanda beş də rus tarixini öyməklə və ondan dəfələrlə zəngin olan türk tarixini qaralamaqla məşğul olublar.. təzət-təzə başlayırlar gerçəyə bənzər yazılar yazmağa..
bir daha da deyirəm, ərazi və toponim adları havadan peyda olmur, oranin əhalisinin keyfiyyətlərini və ya adlarını canlandırır..
Sapsan sen deyesen o yadd elinin dilini basha dushmemisen. 1cisi avropada ilk insanlar norvecde vikingler olub. ve vikingler ingiltereye, ispanyaya ve s avropanin yerlerine gederek artiblar, yayiliblar. bu yadd elide deyir ki norvec vikingleri azerbaycandan gelib. bunun ne oldugunu basha dushursen????????????? deyesen yox YENIKI BIZ QEDIM TARIXE MALIK XALQIQ!!!!!!!! HANSIKI AVROPA BIZDEN TORENIB. Indi ise bizi qebul etmirler. ordada her shey aydin yazilib. Ingilis dilini derinden oyren ve Qobustanin tarixini birde oyrenmeyin meslehetdi. Ilk insanlar qobustanda olub. turklerde avropalilarda bizden torenib. Men orda Azeri sozunun hardan emele geldiyini basha saliram ki tarixciler bunu deyir.
Nezerine catdirim ki hemin tarixci ozu norveclidi. Dunyada taninmishdi. Viking gemisi "kontiki" ni yardan ve hemin gemi ile butun dunyani dovre vurmush ve sonunda ne sebebe deye bilmerem, xatirlamiram, amma neyese aciq olaraq (politikada) hemin gemini yandirdi. Butun avropalilar deyir ki biz norvecden torenmishik., Norvecli deyirki Azerilerden torenmishik. BUNDAN BOYUK SHEREF OLA BILER BIZIM UCUN???????????
Thor Heyerdahl- xasiyyetnamesini arashdir gor kime deyirsenki yalan deyir. :-))) Men azeriyem ve turk dilliyem. Ne olsun ereblerde, katoliqlerde, hindlerde elci gedir. hami ad qoyur. onda hamimiz turkuk???
tarixi bilmediyin ele burdan gorundu.... day sene sozum yoxdu. sen deyesen mekteblisen, ozude az yashli. 18 yashlar etrafinda. belkede 18e catmamisan hele. cunki senin kimiler hemishe bilmedikleri sheylerin mubahisesini aparirlar....
20 ustunde olsanda zeif shagird oldugun burdan gorundu. get tarixi oyren. oz xalqinin qedrini bil.,
Əşşi elə çalışırlar ki, bizi hamıya qulp etsinlər. Daha anlamırlar ki, hamı bizə qulpdur.
0 user(s) are reading this topic
members, guests, anonymous users