Jump to content


- - - - -

Azərbaycan - Ermənistan


  • You cannot reply to this topic
8 replies to this topic

#1 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 18 June 2007 - 10:17 AM

Futbol üzrə Azərbaycan - Ermənistan oyunları baş tutmaya bilər

Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun verdiyi məlumata görə, təklif olunmuş variantlara biri də əlavə olunub
Futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan-Ermənistan oyunları ümumiyyətlə baş tutmaya bilər. Azərbaycan Gənclər və İdman naziri Azad Rəhimovun ANS-ə verdiyi məlumata görə, təklif olunmuş variantlara biri də əlavə olunub. UEFA matçların keçirilməməsi və oyunların nəticələrinin yekun cədvəldə ümumiyyətlə nəzərə alınmaması variantını da gündəmə gətirib. Xatırladaq ki, UEFA sentyabrın 8-i və 12-də nəzərdə tutulan oyunlarla bağlı yekun qərarını iyunun 22-də verəcək./ANSTV/

Copyright 2007 The ANS Press.

Ümumiyyətlə bu barədə fikirlərinizi bilmək maraqlı olardı. Sizcə ən yaxşı variant nədir??? Nəzərə almaq lazımdır ki, əgər oyunlar Bakı və Yerevanda keçirilsə onda ermənilərin himni də gərək burada səslənsin. Məncə bu dözülməzdir...

  • 0

#2 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 19 June 2007 - 11:58 AM

Himni bir yana. Cox teessufle qeyd etmeliyem ki, biz oyunda uduzacaqdiq. sad.gif Futbolumuz bedbaxt gunundedi. Canim ucun, mehlelerden 15 usaq yigaram, Shahin Diniyevin komandasini darmadagin ederem. Ele istedadli usaqlar var ki, aileleri icaze vermir futbolcu olmaga. Cunki, qaygi yoxdu, sevgi yoxdu.

Men isterdim ki, Turkiye ile futbolun inkishafi sahesinde muqavile baglayaq.
  • 0

#3 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 19 June 2007 - 06:50 PM

Цитата(MASTER_IER @ Jun 19 2007, 04:58 AM) View Post

Himni bir yana. Cox teessufle qeyd etmeliyem ki, biz oyunda uduzacaqdiq. sad.gif Futbolumuz bedbaxt gunundedi. Canim ucun, mehlelerden 15 usaq yigaram, Shahin Diniyevin komandasini darmadagin ederem. Ele istedadli usaqlar var ki, aileleri icaze vermir futbolcu olmaga. Cunki, qaygi yoxdu, sevgi yoxdu.

Men isterdim ki, Turkiye ile futbolun inkishafi sahesinde muqavile baglayaq.


Master, elə bizim də ən böyük uğursuzluğumuzun başında da bu durur. Öz komandamıza inanmırıq. Çox uzağa getməyək, yadında Polşaya səfərdə məğlubiyyətimiz. Mən elə fikirləşirdim ki, bu oyundan sonra Finlandiya maçını komandamız boş tribuna qarşısında oynayacaq amma gözlədiklərimin tam əksi çıxDı, hər kəs yığmaya inanaraq oyuna baxmağa gəldi və sona kimi də dəstəklədilər və nəticədə stadionu qalib komandanın azrkeşləri kimi tərk etdilər. Bir məsəl var bəlkə eşitmisən: "Ustaya verərsən şordan-mordan çəkici vurar ordan-burdan, ustaya verərsən ətdən-mətdən çəkici vurar bərkdən-bərkdən". Çox güman ki, mənim bu məsəli çakməkdə nə demək istədiyimi anladın. Əgər biz oyun zamanı "Azərbaycan! Azərbaycan!" əvəzinə "istefa! İstefa" qışqırırıqsa, bu halda oyunçulardan nə gözləməliyik??? Onu da qeyd edim ki, artıq son oyunlardır yığmamız doğurdan da çox gözəl oynayır. Deyirik ki, ermənilər polyakları 1-0 uddular amma futbolda olan bir əsas reallığı nəzərə almırıq ki ardıcıl olaraq ağır oyunlar oynamaq çox çətindir. Etiraf etmək lazımdır ki, polşalılar bizi məğlub etsələr də o oyunda çox əziyyət çəkdilər, məhz bu da onların növbəti oyunlarına təsir göstərdi.

P.S: Əgər həvəs olsa, hər şey özü gələcək. Afrika ölkələrindən çıxan istedadlı futbolçuların hamısı futbola Avropada başlamayıb. Əgər sən yaxşı oyunçusansa futbol agentləri, transferlərlə məşğul olan insanlar mütləq səndən yaralanmağa çalışacaq. Adi bizdə Rəşad Sadığov bir az güclü oynayan kimi onu Türkiyənin Kayserispor komandası transfer etdi və həmən il ikinci liqadan gəlmiş bir komanda Uefada yarımfinala Türkiyədə isə 4-cü yerə kimi qalxa bildi. Əgər stabil oynasaydı böyük komandalara da keçməyi istisna deyildi.

Edited by Realium, 19 June 2007 - 06:54 PM.

  • 0

#4 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 19 June 2007 - 08:42 PM

Qaqa, voleybola pul buraxdilar, Azerreyl de, yigmamiz da qelebeden qelebeye getdi. Futbola hemin pulu qoymurlar axi? Tapshirsinlar her komandani bir nazire, gor nece inkisaf edir futbol. Amma yeyintisiz. Voleyboldaki kimi.
  • 0

#5 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 19 June 2007 - 10:31 PM

Цитата(MASTER_IER @ Jun 19 2007, 04:58 AM) View Post

Futbolumuz bedbaxt gunundedi. Canim ucun, mehlelerden 15 usaq yigaram, Shahin Diniyevin komandasini darmadagin ederem. Ele istedadli usaqlar var ki, aileleri icaze vermir futbolcu olmaga. Cunki, qaygi yoxdu, sevgi yoxdu.


cray.gif cray.gif cray.gif cray.gif cray.gif cray.gif cray.gif cray.gif cray.gif cray.gif


  • 0

#6 J_a_m_a_l

J_a_m_a_l

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 513 posts
  • Time Online: 8m 54s

Posted 19 June 2007 - 11:27 PM

QUOTE(MASTER_IER @ Jun 19 2007, 01:42 PM) View Post

Qaqa, voleybola pul buraxdilar, Azerreyl de, yigmamiz da qelebeden qelebeye getdi. Futbola hemin pulu qoymurlar axi? Tapshirsinlar her komandani bir nazire, gor nece inkisaf edir futbol. Amma yeyintisiz. Voleyboldaki kimi.

Sence onlari maraqlandiran nedi? Yeni hansi maraqla buna yox ona elediler?
  • 0

#7 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 20 June 2007 - 08:54 AM

Цитата(MASTER_IER @ Jun 19 2007, 01:42 PM) View Post

Qaqa, voleybola pul buraxdilar, Azerreyl de, yigmamiz da qelebeden qelebeye getdi. Futbola hemin pulu qoymurlar axi? Tapshirsinlar her komandani bir nazire, gor nece inkisaf edir futbol. Amma yeyintisiz. Voleyboldaki kimi.


Voleybola baxırsan ancaq yığmamızda barmaqla sayılacaq qədər milli voleybolçu tapmaq olar amma futbolda iki legioner oynayırdı deyə hamı özünə əl qatmışdı. Fikir versən bu real faktı görərsən ki, futbolun özü də müstəqillik tarixi böyük olan ölkələrdə inkişaf edib və edir. Azərbaycan isə 1991-ci ildə öz müstəqilliyini qaznıb, futbolun inkişafı üçün isə bu çox qısa zamandır. İnkişaf üçün isə mərhələli və uzun zaman lazımdır. Yuxarıda Türkiyəni misal göstərirdin. 2002-ci ilə kimi səncə Türkiyədə yığma səviyyəsində nə uğurları var idi, baxmayaraq ki Türkiyənin Futbol qurumu 1905-ci ildə yaranıb. Öz klublarımızda isə legioner limitinin qoyulması, uşaq futbol məktəblərinin yaradılması, 17 və 20 yaşlı gənc futbolçularımızın yığma səviyyəsində uğurlu çıxış etməsi inkişaf deyil???
  • 0

#8 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 22 June 2007 - 11:28 PM

Geleceyin Futbol Ulduzu
  • 0

#9 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 27 June 2007 - 09:10 AM

UEFA-nın qərarıyla oyun keçirilməyəcək!!! Məncə də bu hər iki tərəf üçün verilən ən düzgün qərardır.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users