Şəxsi Həyatınızda nələyi dəyişmək istərdiniz?
#1
Отправлено 17 Апрель 2009 - 10:15
Şəxsi Həyatınızda ƏN çox nələyi dəyişmək və yaxud bərpa etmək arzusundasınız?
#2
Отправлено 17 Апрель 2009 - 11:20
#3
Отправлено 17 Апрель 2009 - 11:29
Şəxsi həyatımda bu zamana kimi mənə bəzi insanlar və bəzi hisslərim çox böyük ağrılar verib, ancaq bunlar mənim üçün həm də bir həyat təcrübəsi olub ki, gələcəkdə bunları təkrarlamayacağımı düşünürəm. Ancaq diqqətlə baxdıqda görürük ki, hər bir qanayan yara sağalsa da belə özündən sonra iz qoymağı bacarır, ona baxdıqda isə çox təəssüflənirsən çox şeyə görə...
Düşüncələrin ilə razıyam. Şərhində rənglədiyim və altından xətt çəkdiyim söz birləşməsinə cavab olaraq deyərdim ki, həyatda nə vaxtsa çox sevdiklərin dostları, yaxınları itirəndə onların yerini demək olar ki, heç nə vermir. Bəzən nəyləsə qismən əvəz edilsə də xatirələr silinməz olaraq qalır. Hərdən hər şeyi geri qaytarmaq istəyirsən.......
#4
Отправлено 17 Апрель 2009 - 11:35
Düşüncələrin ilə razıyam. Şərhində rənglədiyim və altından xətt çəkdiyim söz birləşməsinə cavab olaraq deyərdim ki, həyatda nə vaxtsa çox sevdiklərin dostları, yaxınları itirəndə onların yerini demək olar ki, heç nə vermir. Bəzən nəyləsə qismən əvəz edilsə də xatirələr silinməz olaraq qalır. Hərdən hər şeyi geri qaytarmaq istəyirsən.......
Əvəzolunmaz heç nə yoxdur həyatda, sadəcə reallıq odur ki, əvəz etdiyin hər bir amilin həyatında əvəz olunanı nə dərəcədə əvəz etdiyini, və ya edə bilmədiyini anlamaqdır. Amma bir reallıq da var ki, hər şeyin ilki daha gözəl olur, itirdiklərimizi isə geri qaytarmağı nə zamansa düşünməkdənsə onların zamanında dəyərini anlamaq lazım gəlir. Həyat də insanlar kimi çox vəfasızdır, təəssüflər...
#5
Отправлено 17 Апрель 2009 - 11:45

Həyatda baş verən dəyişikliyi, ritmliliyi, vəfasızlığı insan özü yaradır. Ona görə də təəssüflənib və bəzi məqamlarla barışmalı oluruq. Etiraflarda edilən bir comment yadıma düşmüş ikən yazım: "Çalışın əlinizdəkinin qiymətini itirməmiş bilin. Əzizləriniz hələ yanınızda ikən onları sevdiyinizi deyin, sevginizi hər gün göstərin... Geri gəlmədikdən sonra ardından ağlamaq nəyi dəyişəcək ki!?".....
#6
Отправлено 17 Апрель 2009 - 11:59
Əzizləriniz hələ yanınızda ikən onları sevdiyinizi deyin, sevginizi hər gün göstərin... Geri gəlmədikdən sonra ardından ağlamaq nəyi dəyişəcək ki!?".....
Bəzən bunu gözə soxmaq lazım deyil. Göstərməklə bəzən özündən uzaqlaşdıra bilərsən. Əgər sevgin dərindirsə, geri gəlməyəcək bir şey yoxdu, nə də itiriləcək bir şey var. Ya sən ona gedəcəksən, ya da o sənə gələcək.
#7
Отправлено 18 Апрель 2009 - 12:03
Bəzən bunu gözə soxmaq lazım deyil. Göstərməklə bəzən özündən uzaqlaşdıra bilərsən. Əgər sevgin dərindirsə, geri gəlməyəcək bir şey yoxdu, nə də itiriləcək bir şey var. Ya sən ona gedəcəksən, ya da o sənə gələcək.
Deməli, bir müddət sonra nə sən ona gedirsən, nə də o sənə gəlir... Cabir Novruzun çox bəyəndiyim bir şeiri var, orada belə deyilir:
Bir arzum var, ay adamlar, qoyun deyim,
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara.
#8
Отправлено 18 Апрель 2009 - 12:07
Bəzən bunu gözə soxmaq lazım deyil. Göstərməklə bəzən özündən uzaqlaşdıra bilərsən. Əgər sevgin dərindirsə, geri gəlməyəcək bir şey yoxdu, nə də itiriləcək bir şey var. Ya sən ona gedəcəksən, ya da o sənə gələcək.
Jamka, sevgini hiss elətdirmək kənardan gözə soxmaq kimi görsənir? Zənnimcə, soyuq münasibətlərdən heç bir sevgi duyğusu ola bilməz ...
#9
Отправлено 18 Апрель 2009 - 12:12
#10
Отправлено 18 Апрель 2009 - 12:16
Bir də ki, keçmişə dönüb, zamanında səhlənkarlıq edərək itirdiyim 2 ili geri qaytarmaq istərdim, indi düşünürəm ki, gələcək planlarımda çox böyük rol oynayır.
Amma istədiyinə nail oldun ki! Ona görə də heyflənmək qəti surətdə qərək deyil
#12
Отправлено 18 Апрель 2009 - 12:24
Amma istədiyinə nail oldun ki! Ona görə də heyflənmək qəti surətdə qərək deyil
Gərək olmasa da bu, insandan asılı deyil, inan. Düzdür, heyifhislənməklə də heç nəyi geri qaytarmaq olmur, ancaq yenə də... Bəlkə bunun özü də gələcək üçün əsl bir dərs oldu mənə, etdiyim çox səhvləri isə uşaqlığıma yazıram, çünki uşaqlıq dediyim zamanda artıq indi baxıram ki, əslində, öz istəklərimi reallaşdırmağıma görə çox aciz biri olmuşam...
#13
Отправлено 18 Апрель 2009 - 12:26
Hər şeyin bir qədəri olduğu üçün bunun da bir qədəri var. Dediyim o həddi aşmamaqdı.
Mən şəxsən öz adımdan deyə bilərəm ki, zənnimcə, sevgidə heç bir sərhəd olmamalıdır! Əgər səni sevən bir şəxs sevgisini hər gün göstərirsə, hiss elətdirirsə ondan necə bezmək olar, sadəcə bunu anlamıram?!
Это сообщение было изменено Janulka: 18 Апрель 2009 - 12:28
#14
Отправлено 18 Апрель 2009 - 12:33
Gərək olmasa da bu, insandan asılı deyil, inan. Düzdür, heyifhislənməklə də heç nəyi geri qaytarmaq olmur, ancaq yenə də... Bəlkə bunun özü də gələcək üçün əsl bir dərs oldu mənə, etdiyim çox səhvləri isə uşaqlığıma yazıram, çünki uşaqlıq dediyim zamanda artıq indi baxıram ki, əslində, öz istəklərimi reallaşdırmağıma görə çox aciz biri olmuşam...
Ola bilsin bunları sənin üçün həvəsləndirəcək şəxs, yetərincə dəstək verəcək dostların yoxdur, ona görə də özünü aciz sayırsan?
#15
Отправлено 18 Апрель 2009 - 12:34
Mən şəxsən öz adımdan deyə bilərəm ki, zənnimcə, sevgidə heç bir sərhəd olmamalıdır! Əgər səni sevən bir şəxs sevgisini hər gün göstərirsə, hiss elətdirirsə ondan necə bezmək olar, sadəcə bunu anlamıram?!
Sevgidə sərhəd yoxdur, amma o birində tədbiri əldən vermək olmaz. Bəlkə bir zaman anlayarsan.
#16
Отправлено 18 Апрель 2009 - 12:38
Mən şəxsən öz adımdan deyə bilərəm ki, zənnimcə, sevgidə heç bir sərhəd olmamalıdır! Əgər səni sevən bir şəxs sevgisini hər gün göstərirsə, hiss elətdirirsə ondan necə bezmək olar, sadəcə bunu anlamıram?!
Ən azından həyat təcrübəmdən əminliklə deyə bilərəm ki, bundan bezən olur. Əslində, normal olmasa da, ancaq bu da növbəti bir reallıqdır, hər şey insanların xarakterindən asılıdır.
Ola bilsin bunları sənin üçün həvəsləndirəcək şəxs, yetərincə dəstək verəcək dostların yoxdur, ona görə də özünü aciz sayırsan?
Yox, bu keçmişdəki Realium haqqında dediklərimdir, hazırda heç də elə deyiləm, bunu isə indiki halımla keçmişimə baxdıqda anlaya bilirəm. İlk öncə insan edə biləcəklərinə əmin olmalıdır, ondan sonra artıq əlavə stimul gözləməlidir.
#17
Отправлено 18 Апрель 2009 - 12:44
Ən azından həyat təcrübəmdən əminliklə deyə bilərəm ki, bundan bezən olur. Əslində, normal olmasa da, ancaq bu da növbəti bir reallıqdır, hər şey insanların xarakterindən asılıdır.
Əgər söhbət qarşılıqlı ƏSL sevgidən gedirsə onda yenə də anlamıram :=)
Afərin!
Sevgidə sərhəd yoxdur, amma o birində tədbiri əldən vermək olmaz. Bəlkə bir zaman anlayarsan.
Çalışaram nə vaxtsa bu yazdığını anlayam :=) İndiyə qalsa həqiqi mənada anlamadım
#18
Отправлено 20 Апрель 2009 - 05:01
#19
Отправлено 02 Май 2009 - 04:10
#20
Отправлено 02 Июнь 2009 - 11:35
suala gore merciii
0 пользователей читают этот форум
пользователей, гостей, скрытых