Jump to content


- - - - -

Apocalyptica


  • You cannot reply to this topic
4 replies to this topic

#1 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 18 April 2009 - 12:55 AM

1993 – cü ildə hələ heç bir kəs tərəfindən tanınmayan Helsinki Musiqi Akademiyasında təhsil alan violonçelistlər və eyni zamanda rok musiqisi ile maraqlanan 4 nəfər tələbəyə yay düşərgəsində əyləncəli axşam təşkil etmək həvalə olunmuşdu. Onlar razılaşdılar, lakin onlardan biri belə bir təklif irəli sürdü ki, onların sevdikləri Metallika (Metallica) qruppasından əsərlər ifa edəcəklər.
Məhz bu hadisə ilə Apokaliptika adlı unikal Fin - rok qrupu yarandı. Həmin yay axşamında ağır rok musiqisinin onlar tərəfindən violonçdə ifa nəticəsində yaranan interpretasiyaları bütün kütləni şoka saldı. Bu uğurlu nailiyyətdən sonra onları böyük və kiçik rok konsertlərinə dəvət etməyə başladılar. Dünənki tələbələr anlamağa başladılar ki, bu cür gediş onları əsl məşhurluq zirvəsinə aparacaq. Onlar belə nəticəyə gəlirlər ki, rok musiqisini öz eksperementləri vasitəsilə daha da mükəmməlləşdirsinlər və orijinal tərzdə ifa etsinlər.


1995 – ci ildə rok - violonçelistlərin "Teatro" klubunda ilk solo konsertləri baş tutdu. Çıxışın sonunda gözlənilmədən onlara "Zen Garden Records" səsyazma firmasının nümayəndəsi yaxınlaşdı və belə bir təklif irəli sürdü ki, "Metallica" qruppasının mahnıları ifasında albom yazsınlar. Bu elə bir şans idi ki qrupu əsl rok – musiqi dünyasına yol açacaqdı. Və onlar bu şansdan imtina etmədilər. Və növbəti il Apocalyptica "Plays Metallica By Four Cellos" adlı ilk albomları işıq üzü görür. Bu albom çox az müddətə 250 min nüsxə ilə dünyanın bütün ölkələrində yayıldı.


Gənc qruppanın şöhrəti sürətlə yuxarı qalxdı. Onların kompozisiyası "Sənin dostların və qonşular" filmində soundtrack olaraq istifadə edildi.

1998 – ci ildə qrupun "Inquisition Symphony", adlı ikinci (II) albomları çıxır. Artıq bu albomda Metallika (Metallica) qruppasının ifası yox, daha əfsanəvi sayılan "Sepultura" qruppasının kompozisiyaları üstünlük tuturdu. Musiqiçilərin vətəni sayılan Finlandiyada bu albom 10 - ən çox satılan disklərin arasında yer tutdu.

Bundan sonra isə qruppa bir çox Avropa və Amerika ölkələrinə: Polşa, Yunanıstan, Bolqariya, Meksikaya böyük turneləri (qastrol üçün artistlərin səfərə çıxması) başlayır. Yaradıcılıqları valehedici və canlı maraq idi və onların million pərəstişkarları yaranır. Apokaliptikanın əsl triumfları Avropada “Dynamo Open Air” adlı rok festivalına toplaşmış 30 min auditoriya qarşısında çıxışları olur.

2000 – ci il qruppa eksperiment ili olur. Onlar üçüncü (III) albomları sayılan "Cult" albomunda yeni istedadları üzə çıxması oldu, belə ki, kompazisiyalar Eykka Toppinenə (Eicca Toppinen) məxsus idilər. Növbəti mərhələdə məşhur “Bush” qruppasının (əsl adı "Letting The Cables Sleep") ifasında olan mahnı tərtib edildi. Onun yazılışı üçün ilk dəfə olaraq simfonik orkest dəvət olundu. Məhz həmin ildə də qruppada yeni musiqiçi Petti Kvilaks ortaya çıxDı, hansı ki, müvəffəqiyyətlə Moskvada və Peterburqda çıxış etdilər.

2007-ci ildə onların sonuncu albomları sayılan - "Worlds Collide" yaranır.

  • 0

#2 Милашка_из_Мотеля

Милашка_из_Мотеля

    Новичок

  • Читатели
  • Pip
  • 15 posts
  • :

Posted 20 April 2009 - 12:04 PM

Sevirem onlari,ozde 4ox.Esas da gozel Eicca Toppinene gore.Duzdur,azaciq qiza oxsayir,ama 4ox yarawiqlidir,dodaqlarini qabaqa uzadib,burnunu qiriwdirmayanda:)Saclarindan da olmaz.Wirindi:)

Paavo Lotjoneni de yaddan 4ixartmaq olmaz:)Esil kiwi sifeti var:)
Bu qrup yarim4ilaq sehneye 4ixanda ureyim aqriyir.Violon4elleri ayaqlari arasinda sixib oturanda ise lap pis oluram..smile.gif

Ilk defe onlarla 2002 ilde taniw olmuwam (daha dogrusu,onlarin yaradiciqiyla).Sehv elemiremse albom "Golden Hits" adlanirdi.Ve sevdim onlari.Esasen Sandra Nasi4le Path Vol.2 treki aqlimi 4ixardi bawimdan.

Wexsen men onlari Rokun klassikasi adlandiriram.Geturek ele Metallicanin mahnilarini.Trash roku elediler tamamile ferqli,ancaq orijinal qeder gozel ve agir musiqi.Ve Sepulturanin mahnilarinin kaver-versiyalari orijinaldan yaxwi alindi:)Ancaq oz besteleri olan musiqiler de,he4 efsanevi qruplarin musiqisinden geri qalmir.Mende indi hal hazirda yalniz "Seemann" albomu var,efsuslar olsun.Yeri gelmiwken-2004 ilde buraxilan bu albom bir 4ox saytlarin siyahisinda yoxdur.Ancaq en sevdiyim albomlardan biridir:)Sevimle mahnilar bunlardir:

1.Seemann (feat. Nina Hagen) (pankdan zehlem gedir,ama Ninaya hormetim 4ox yukseldi bu mahnidan sonra)
2.Hope vol.2 (feat. Matthias Sayer) (5-balliq sistemle 10 ball vererdim)
3.Celtic Moon (Final fantasy 2) (Sehirli mahnidi:)Uzun yolda yorulmazsiz bu mahniyla).RPG ve Anime Heveskarlari tanimaya bilmezler,mene ele gelir.
4.Faraway vol.2 (feat. Linda) (Men Lindanin Rok-musiqi4i olduqunu bilmirdim,ama o bunun ohdesinden geldi.Ozde meharetle.)
5.Predition (Agir musiqini dinleyib,sakitlewmeyi bacaran adamlar u4un.Wexsen men paltar utuleyende qulaq asiram).
6.Letting the cables sleep (feat. Bush) (Qewenq:) Qaranliqda reqs etmey u4un olduqca munasibdir.Reqs etmek ve bawqa weyl.Elbette,Roksever oqlanla,4obanla yox:))

Ve Sehne cekiliwlerini 4ixsaq,3 kliplerini gomuwem.
1.Nothing else matters
2.Unforgiven
3.Path.

Path..Olduqca guclu ve keyfiyyetli klipdir.O derecede ki,Agir musiqini sevmeyenlerin de xowuna gelecek.Iwiqla kolgelerin daimi oyunu bu eserde(!!!)oz eksini tapmiw,ve 4ox dinamik wekilde tamawa4iya 4atdirilmiwdir.Ehsen.

Unforgiven..4ox sade ve sade olduqu qeder six atmosferli klipdir.Surrealizme benzeyen elementler adami uzaqlara aparir.Sanki divarlari guzguden olan otaqda ..guzguye baxirsan..

Nothing else matters..Sez tapmaq 4etindi.4ox gozel bir sevgi hekayesidir.Mene ele gelir,4ox qiz mehz mele sevgi arzusunu besleyir ureyinde.Sonsuz derecede mehriban,tebessum yaradan..ve sonsuz derecede qemgin klipdir.Mahninin sozlerini bilenlere bildirirem..O mahniya bundan gozel klip 4ekmeyi agila bele getirmeye deymez.Isti arzular ,soyuq sular ve sonmez sevgi barede.Meslehet gorurem hamiya.

Bu menim wexsi fikrimdir.Kimse menim sozlerime qulaq asib,sadaladigim mahnilara baxmaq ve ya dinlemek qerarina gelse,ve beyenmese,onceden serf ettiyiniz vaxtiniza gore uzr isteyirem.smile.gif

P.s.Grammatik sehvler varsa,fikir vermeyin,verdiwsizem bizim elifbada 4ap elemeye:)






  • 0

#3 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 20 April 2009 - 10:57 PM

Милашка_из_Мотеля, saytınmızın MP3 bölməsində onların bütün mahnıları yerləşdirmişəm, əgər istəyirsənsə bu LİNK"ə daxil olub istədiyin musiqi parçasını yükləyə bilərsən.

Цитата(Милашка_из_Мотеля @ Apr 20 2009, 03:04 PM) View Post

P.s.Grammatik sehvler varsa,fikir vermeyin,verdiwsizem bizim elifbada 4ap elemeye:)


Boş ver, əsas odur ki, fikrini çatdırmağı bacarırsan! good.gif
  • 0

#4 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 21 April 2009 - 04:19 PM

Apocalyptica haqqında bircə onu deyə bilərəm ki, bu qrup öz işini bilir. Sandra Nasic-lə olan "Path (vol.2)" adlı işləri lap əla alınıb, dəfələrcə dinləsən də oradakı ritm yormur. Bundan əlavə də "Toreador" və "Ural" ifalarını qeyd etmək istərdim, ən əsas da ikincidə çox gözəl musiqi var. "Path" ifalarına çəkilən klipi isə çox bəyənirəm, kölgələrlə "dirəşiblər" orada, çox maraqlı və original bir ideadır.
  • 0

#5 Dementors_kiss

Dementors_kiss

    Новичок

  • Читатели
  • Pip
  • 30 posts
  • :

Posted 24 April 2009 - 09:57 PM

hmm..Apocalyptica haqqında çox şey deyə bilərəm.
Çox keyfiyyətli musiqidir. cello'nun səsi isə mənə çox xoşdur! xoşuma gəlməyən mahnıları yoxdur. Apocalyptica - orijinal, keyfiyyətli musiqi!
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users