Jump to content


- - - - -

Qəhərli təbrik


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:34 PM

Qəhərli təbrik


Savalan TALİBLİ
Azərbaycan radiosunun əməkdaşı

Bakı... Nizami metrosu, gecə saat on bir... Nizami metrosu yaxınlığında bir dostumla görüşəndən sonra evə qayıdıram. Metroya sarı gələndə diqqətimi bir lövhə çəkdi. Lövhədə yazılmışdı. "Bu evdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə yaşayıb". Bir neçə dəqiqə lövhəyə baxdım. Neçə ildir ki, bu yolu gedib gəlirdim, amma nədənsə heç o xatirə lövhəsinə rast gəlməmişdim. Bilmirəm nədən bu lövhə diqqətimi çəkmirdi? Məni ətrafdan seyr edənlər bəlkə də mənə bu şəhərin sakini kimi baxmırdılar.

Çünki o xatirə lövhəsini Bakı sakinləri çoxdan görmüşdülər. İndi mənim kimi ona diqqətlə baxan təbii ki, yox idi. Bəlkə on beş dəqiqəyə qədər lövhəyə baxdım, yenə də doymadım. Şəkilə baxdıqca gözlərimin qarşısında Mehdi Hüseynzadənin xatirəsinə çəkilmiş "Uzaq sahillərdə" filmi gəldi. Respublikanın xalq artisti Nodar Şaşıqoğlu zamanının Mixaylosu... Bu insanı yaxından görmüşəm. Bir suyu Mehdiyə həqiqətən oxşayır. Görünür, bir aktyor kimi əsl Mehdi roluna layiq görülməyi də bu oxşarlıqla əlaqəlidir. Filmə hər dəfə baxanda həm aktyor oynuna, həm də Mehdinin qəhrəmanlığına əhsən, min əhsən deyirəm. Görünür, Mehdiyə Nodar Şaşıqoğlunun da mehri-məhəbbəti yüksək olub. Elə bu səbəbdən də rolu gözəl oynayıb. Ani olaraq bu film üçün darıxDım, həm də Mixaylo üçün... Könlümdən sevdiyim şair Ramiz Rövşənin bu misraları keçdi.



Bulud kimi ölmək -

bir yaz yağışında.

Ümid kimi ölmək -

bir qız baxışında.



Bir yel qanadında

yarpaq kimi ölmək.

Bir qəbir altında

torpaq kimi ölmək.



Bir gül kimi ölmək -

bir güldan içində.

Bülbül kimi ölmək -

bir hicran içində.



Bir səs kimi ölmək -

bir kar qulağında.

Bir söz kimi ölmək -

bir lal dodağında.



Gündən-günə ölmək,

Dönə-dönə ölmək,

Öldükcə dirilmək,

Sonra yenə ölmək...

Ramiz Rövşənin şeiri mənim hisslərimi tam tamamladı. Mehdi Hüseynzadə də ölmədi. öldüsə də sonra yenə dirildi. Xalqının ürəyinə. Adı dillər əzbəri oldu. Hətta o zamanlar oğluna Mehdi adı verənlər də çox oldu. Sizcə bu ölməkdi? Bu ölüb, dirilməkdi. Bax ölməzlik budu. Ölüb yaşamaq da budu. Ölüb yaşamağı da Mehdi bacardı. Bayaq qeyd elədim ki, "Uzaq sahillərdə" filmi üçün darıxDım. Düşdüm şəhərin canına. Mütləq "Uzaq sahillərdə" filminin ya diskini ya da kasetini alım aparım evdə baxım dedim. Bəxtimdən də filmi tapa bildim. Gəldim evə və filmə tamaşa etdim. Elə bil birinci dəfə idi ki, bu filmə baxırdım. Mixaylonun qəhrəmanlığı, mərdliyi, faşizmə qarşı mübariz olması mənə xoş təsir bağışlayırdı. Öz-özümə deyirdim ki, İkinci Dünya müharibəsində onsuz da biz azərbaycanlıların əməyinə qiymət verilib. Neçə-neçə igid oğullarımız ikinci dünya savaşında döyüşüb. Onlardan biri də Mehdi Hüseynzadədir. Mehdinin qəhrəmanlığı, adı isə dünyayla bir idi. Azərbaycanlı ikinci cahan müharibəsində döyüşdü, ad aldı, bizləri tanıtdı. Amma bu gün Mehdi Hüseynzadə doğma torpağında dəfn olunmasa da xalqının qəlbində uyuyur, xalqının sevgisini qazanıb.

Səhər açıldı, gözəl bir, may səhəri... doqquz may... Bu gün ikinci cahan müharibəsi uğrunda qələbə günüdür. Bu gün ağrılı-acılı müharibəylə yadda qalıb. İkinci cahan savaşında çox uşaqlar yetim qalmışdı, çox gözlər oğul, ata, qardaş, dayı gözləyirdi. Ağrı acılarıyla qəlbimizdə qalan müharibə bitib. Axı, bu gün mənim babamın da bayramıdı. Babamda o vaxtlar, ikinci dünya savaşının iştirakçısı olub. Yuxudan oyandım, dərhal babama zəng elədim. Dəstəyi babam götürdü, elə bil bilirdi ki, səhər nəvələrindən zəng gələcək, onu təbrik edəcəklər. Axı mənim babam qayğıkeş ata, baba olub. Qayğı göstərmək də biz nəvələrin boyun borcudur. Dəstəyi babam qaldırıb: "Alo eşidirəm" dedi: "Salam baba necəsən?". Hal-əhval tutduq, xoş on beş, keçdim, mətləbə və təbrikə. Babamla birgə yaşayan nəvələrini xəbər aldım. Hamısı yaxşıdır, ay bala dedi: "sən necəsən". Qayıdıb "ay baba bilirsən də yəqin unutmamısan bu gün doqquz may qələbə günüdü." "Bu gündən sənində ömrünə bir pay düşür." "Bəli ay oğul, bu gün müharibənin bitməsindən düz 63 il keçir". Dedim "ay baba xatirlayırsanmı o illəri, yadında qalıbmı?" Babama çətin də olsa, yadına saldı. Döyuşdüyü illərə qayıtdı. Ac, susuz günlərini xatırladı, "eh getsin o, günlər" deyib kövrəldi. "Necə unuda bilərəm o illəri, o illərki mənim həyatımın ən ağrılı günləriydi. Müharibə, Allah bir daha bizə müharibə yaşatmasın".

Babamın kövrəlməsini istəmirdim. Telefonda da arabir fasilələrdə yaranırdı. Hiss edirdim ki, səhər-səhər kövrəltdim babamı. Mən də qayıdıb dedim ki, "ay baba, Allah sənə ömür versin, sevinəsən, Qarabağın yağı tapdağından azad olan gününə". Bəli, biz o günü gözləyirik. Deyirlər gələcəyi gözləməsən, o gəlməz. O gün də uzaqda deyil.

Mən bu gün bu cızma-qaramı babama, babamın timsalında müharibədə iştirak etmişlərə ithaf elədim
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users