Jump to content


- - - - -

«Təqvimdən təqvimə, iqlimdən iqlimə»


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:49 PM

«Təqvimdən təqvimə, iqlimdən iqlimə»


Savalan TALIBLI

Azərbaycan radiosunun əməkdaşı

Vaxtın ayrı-ayrı bərabər müddətlərə bölünməsi sistemi təqvimi meydana gətirir. Bu bölgü xalqların ictimai həyatını, onların məşğuliyyətini, mülki və dini bayramlarını nizamlamaq üçün olduqca böyük əhəmiyyət kəsb edir. Hər hansı bir xalqın təqvimə malik olması onun artıq müəyyən mədəni səviyyəyə çatması deməkdir. Təqvim sözünün mənşəyi də maraqlıdır. Təqvim ərəb sözüdür. Mənası isə tərtib, tənzimetmə, nizama, qaydaya salma, yerinə qoymaq, düzəltmək deməkdir. Bunlardan başqa təqvim sözünün iki mənası da var. Astronomik cədvəl və kalendar. Kalendar sözünə gəldikdə isə onun latınca kalendarium kəlməsindən yarandığı məlumdur. Sözün kökü kalenda iki məna verir. O, həm ayların ilk gününün adıdır, həm də borc cədvəli, borc kitabı deməkdir. Çünki əvvəllər borclular sələmçilərə hər ayın ilk günü faiz ödəyərdilər.

Tarixdə elə eralar var ki, konkret hadisələrlə bağlıdır. Hz.Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrəti, 622-ci ilə bağlıdır, 1789-cu il isə təqvimdə Fransa inqilabı kimi yadda qalıb. Birinci olimpiada adlanan Yunan erası Miladdan əvvəl 776-cı ildən, Roma erası isə Romanın əsası qoyulduğu yəni Miladdan əvvəl 753-cü ildən hesablanır. Yəhudilər isə öz eralarını Miladdan əvvəl 3761-ci ildən nəzərdə tuturlar.
Bu günkü həmsöhbətim də tanınmış jurnalist, filologiya elmləri namizədi Ramiz Əsgərdir. Ramiz Əsgərin yaradıcılıq miqyası genişdir. O, Yusif Balasuqanlının «Qutadqu bilik», Faruk Sumrin «Oğuzlar», Bahəddin Ogəlin «Türk mifologiyası», Mahmud Kaşgarlının «Divani lüğəti it-türk» əsərlərini Azərbaycancaya çevirib və tədqiq eləyib. Ramiz Əsgərin yaradıcılıq fəaliyyəti, dedimiz kimi hərtərəflidir. Onun gördüyü işlər Azərbaycan folklorunda, elmində, jurnalistikasında xüsusi bir mərhələ qədərindədi. Onunla təqvimlər barədə oxuculara təqdim elədiyim söhbət də geniş tədqiqat məhsuludu. Bu baxımdan, mövzuda Ramiz müəllimlə söhbətim heç də təsadüfi deyil. Çünki Ramiz müəllim təqvimə bağlı maraqlı fikirləri «İqlimdən-iqlimə, təqvimdən-təqvimə» adlı kitabda geniş verilib. Kitab isə xeyli əvvəl 1987-ci ildə nəşr edilib. Təqvimlə bağlı ən dəqiq fikirləri isə yenidən gündəmə gətirməyi lazım bildim.

Dünyada elə suallar var ki, cavabını mütləq bilmək, öyrənmək tələbatı olur. Odur ki, tanınmış jurnalist Ramiz Əsgərlə aşağıdakı söhbətimiz alındı.
-Ramiz müəllim, təqvim necə yaranıb, necə qanuniləşib, buna aydınlıq gətirmənizi istərdim.
-Bu sualın cavabına belə başlamaq istəyirəm. Ə.Haqverdiyevin bir hekayəsi var. Əsərdə Çar dövründən söhbət gedir. Kəndə məmur gəlir. Kənd camaatından kənd uşaqlarının nə vaxt anadan olmaları barədə soruşur. Təbii ki, qeydiyyat aparmaq üçün. Kənddə də bir nəfər etiraz edir ki, yox siz uşaqları əsgər aparmaq üçün gəlmisiniz. Bu qocanı başa salırlar ki, ona görə qeydiyyata salırıq ki, kimin neçə yaşda olduğunu bilək. Qocadan soruşurlar ki, yaxşı de görək sən nə vaxt anadan olmusan? Cavab verir ki, filankəsin evi yanan ili, bəs deyirlər filankəs nə vaxt anadan olub, onu da cavablandırır ki, dağ uçan ili.Eldə-obada belə söhbətlər tez-tez eşidilirdi.
Mən uşaq idim, Piri adında bir yaşlı kişi varıydı. Ondan soruşandakı nə vaxt anadan olmusan? Ot biçinində,-deyərdi. Ot biçini 30-40 gün çəkər. Ot biçini deyəndə dəqiq gününü demir, mövsümü ifadə eləyir. Ona görə də qədimdə belə fərziyələrlə adamların yaşı təyin edilərdi.
Mahmud Kaşğarı bu barədə yazır: Xaqan bir dəfə xalqnan söhbət edirdi. Filan hadisə nə vaxt olub, -deyə soruşur. Hərə bir tarix deyir.
Burada anlaşıldı ki, dəqiq məlumat verilmir. Ona görə də xaqan dedi ki, gəlin bütün hadisələri, baş verənləri rəsmi tarix içində qeyd edək, mən təklif edirəm ki, bir çörək ovu təşkil edək. Çörək ovu da belə olurdu. Bir adam bir nöqtədə dururdu. Qalan əsgərlər, adamlar isə meşədən heyvanları qovurdular bir istiqamətə. Gəlib keçən heyvanları da orada dayanan adamlar, əsgərlər rahat vururdular. 12 heyvan gəlib çaydan keçir. Birincisi keçən siçan idi, sonra pələng, toyuq, meymun, əjdaha. Beləliklə 12 heyvan çayın bu üzünə keçir. Xaqan təklif edir ki, bu heyvanların keçid sırasıyla illərə ad verək. 12 heyvan gəlib keçəndən sonra hər ilə bir heyvanın adını verirlər. Beləcə illərin heyvan adları üstdə yaranması meydana gəlib.
Qədim dövrlərdə insanların dünya görüşündə dini başlanğıc üstünlük təşkil edirdi. Əlçatmaz günəşin, ayın, ulduzların sirrini ön plana çəkirdilər. Ona görə də insanlar isti-soyuq, işıq-qaranlıq kimi təbiət hadisələrini daha uzaq, daha ideal hətta daha heybətli olan səma cisimləriylə izah etməyə çalışırdılar.
Səma cisimlərindən ikisi - Günəş və Ay təqvimlərin yaranmasında əsas rol oynamışdır. Burada bir cəhəti də qeyd etmək lazımdır. Əgər təqvim yalnız Ayın hərəkətinə əsasən yaradılmışsa, o, Ay təqvimi adlanır. Ay təqviminə «Qəməri təqvim» də deyilir. (Qəmər ərəbcə Ay deməkdir). Həm Ayın, həm də Günəşin hərəkəti nəzərə alınaraq tərtib edilmiş təqvim Ay-Günəş, yaxud «Qəməri-Şəmsi» (şəms ərəbcə Günəş deməkdir) təqvim adlanır. Sırf Günəşitn hərəkətinə uyğun olan təqvimə Günəş (şəmsi) təqvimi deyilir.
Ərəb hicri təqvimi sırf qəməri təqvimdir.
Qəməri-Şəmsi təqvimlər sırasına Çin, yapon, monqol, mancur, yəhudi, yunan və digər təqvimlər, şəmsi təqvimlər sırasına isə Misir, Roma, Yuli, Qriqori və başqa təqvimlər daxildir.
-Ən qədim təqvimlərin yaranması haqqında nə deyə bilərsiniz?
-Misirdə qədim vaxtlarda görürlər ki, Nil çayı daşır. Baxıblar ki, bu periodik, dövri bir şeydi. Məcbur olub vaxtı qeydə alırlar ki, bir də bu hadisəyə hazır olsunlar. Yəni bu hadisə birdə nə vaxt baş verə bilər. Növbəti dəfə çayın nə vaxt daşacağını qeydə alırlar. Bunu da ya günəşlə, ya da ayın dövrəsiylə əlaqəli edirlər. İslam ölkələrində aya daha üstünlük verilir. Baxırlar ki, ay 3 günlük, bir həftəlik, 14 günlük, 28 günlük oldu, təzədən bir də çıxDı. Burada dörd faza özünü göstərir. Yəni ay 4 şəkildə görünür. Onun hər birini hesablayıb görürlər ki, 12 ayda 1 il yaranır.
Günəş təqvimi isə bir az fərqlidir. Günəş təqvimi ay təqvimindən daha dəqiqdir və bu təqvim ümumən şərtidir. O mənada ki, İslam təqvimində də 28 gün bir ay deyil, bəzi aylar 29 gündür. Xristian təqvimində ayların hamısı 30 gün deyil. Bəziləri 30-31 olur, hətta fevralda 4 ildən bir 29 olur. Burada da bir az şərtilik var. Yəni təqvimin yaranması, keçmiş tarixləri öyrənmək və tədqiq eləmək baxımdan bəşəriyyətin inkişafında bir xronoloji qeydiyat məsələsini həll edir. Bu çox mütərəqqi bir haldır. Təqvimin yaranmasıyla bağlı elmi əsaslar da var.
Bizim indiki təqvim 365 gündür. 365-366 günün dəqiq hesabını isə rəsədxanalar bilir. Amma bizim üçün təqvimi yuvarlaqlaşdırırlar. Hər 4 ildən bir fevral bir gün də artırılır. İslam təqvimi 354 gündür. Yəni ay bütün 4 fazası ilə birlikdə 12 dəfə görünür, çıxır, batır. Bizim istifadə elədiyimiz Xristian təqvimi 365 gündür. Xristian təqvimiylə İslam iəqvimi arasında 11 gün fərq var. Hər 33 ildən bir İslam tarixi bir il qabağa gedir. Təsəvvür edin eyni anda iki uşaq doğulur, amma ayrı-ayrı yerlərdə. Biri Bakıda, biri Qahirədə. 33 ildən sonra Bakıda doğulanın olur 33 yaşı, Qahirədə doğulanın isə 34 yaşı. İslam təqvimi 33 ildə bir il fərq verir. Beləcə də bizdə məhərrəmlik ayı 10-11 gün fərqlərlə gəlir. Məhərrəmlik ayı birdən yaya düşür, birdən qışa, ya da payıza. Bu barədə 1987-ci ildə çıxan «İqlimdən-iqlimə, təqvimdən-təqvimə» kitabında yazmışam. O kitabda əvvəl şəmsi təqvimi yəni ay təqvimi, sonra qəməri-şəmsi təqvimi verilir. Bir də sırf qəməri təqvimi. Kitabda qədim təqvimlərdən də yazmışdım. Misir, Xoldey, İrak, Yəhudi, Ərəb-Hicri təqvimi, Çin, Hun, Türk, Asteklərin təqvimi də var. Rusiyanın özünün məxsusi təqvimi yoxdur. Onlar təqvimi Avropadan götürüb. Onlar Roma təqvimi üzərində durublar. Roma təqviminin də Sezar tərəfindən islahatı olub. Qriqori təqvimi də var. Buna da Qriqoryan təqvimi deyirik. Biz də bu təqvimdən istifadə edirik. Çünki bu daha dəqiq təqvimdir. Sonra Fransada 1789-cu ildə inqilab təqvimi yaradı, sonra da ayrı-ayrı təqvimlər yarandı. Xalq təqvimi deyilən bir təqvimdə var.
-Ramiz müəllim Qədim Türk təqviminin yaranmasıyla bağlı nə deyə bilərsiniz?
-Türk (oğuz) təqvimi öz başlanğıcını 586-cı ildən götürür. Təqvimdə 12 heyvandan ibarət çikl mövcuddur. Hər ili bir heyvanı təcəssüm etdirir. Həmin sikl belədir:
İnama görə, inək ilində müharibə baş verir. dovşan ilində məhsul bol olur, timsah ilində çoxlu yağış yağır, donuz ilində havalar sərt keçir və i.a.
Türklər 10-cu əsrdə islamı qəbul etdikdən sonra hicri-qəməri və hicri-şəmsi sistemlərdən istifadə etmişlər. Bu sistemlərin hər ikisi təxminən ərəblərdə olduğu kimidir. Bəzi cüzi fərqlər bunlardır: türklər hicri-qəməridə dəqiqlik xatirinə 8 illik sikldə üç ili uzun il götürmüşdülər. (ərəblərdə 30 ildən 11-i uzun qəbul olunmuşdu). Nəticədə ərəb hicri-qəməri təqvimi dəqiqliyə daha yaxşı nail olurdu.
1667-ci ildə türklər hicri-şəmsi təqvimə keçdilər. Çünki imperiya qoşuna və çinovniklərə qəməri il üçün (354 gün) maaş verdiyi halda, vergilər 365 günlük şəmsi il ilə toplanırdı. Baş dəftərdar Həsən Paşanın təklifi və layihəsi əsasında yeni qəməri-şəmsi təqvim tətbiq olundu və ona «mali» («maliyyə») adı verildi. Yeni təqvimin əsas cəhəti o idi ki, il 365 gün (qəməridən 11 gün artıq) hesablanır, 33 ildə yaranan 363 gün fərq növbəti ilin buraxılması ilə aradan qaldırılırdı. Türklər buraxılan ilə «siviş» (sivişən) il deyirdilər. 1740-cı ilin 29 martında Sultan Mahmud maliyyə ilini martın 1-dən hesablamağı əmr etdi. Hər şey yenidən alt-üst oldu. Yeni təqvimə «rumi» təqvim adı verildi. O, 1925-ci ilədək qüvvədə qaldı.
26 dekabr 1925-ci ildə Türkiyə Böyük Millət Məclisinin qərarı ilə Qriqori təqvimi qəbul edildi. 1935-ci ilin iyununda isə istirahət günü cümədən bazara keçirildi.
Müasir Türkiyədə bayramlar iki təqvim üzrə qeyd olunur. Müsəlman bayramları ərəb hicri-qəməri təqvimlə, milli bayramlar Qriqori təqvimlə. Mətbuat, radio, televiziya ancaq Qriqori təqvimi ilə işləyir. Divar təqvimlərində isə Qriqori, rumi və hicri-qəməri tarixlərin üçü də göstərilir.
-Ramiz müəllim, bəs təqvimdə xalq təfəkkürünün izləri, mifoloji qaynaqlardan gələn sistem özünü necə ifadə edir.
-Xalq etimologiyasından öncə xalq metorologiyası var. Xalq aylara, mövsümlərə adlar verib. Quyruq doğdu, alaçalpov. Alaçalpov, kiçik-çillə, böyük çillədən sonra da qışın son dövrüdür. Qışın son 30 günüdür. İndi biz çərşənbə axşamları keçiririk, tonqallar qalayırıq. Bunlar da 4 yerə bölünür. Birində torpaq qızır, su qşızır, od qızır, hava qızır. Bunu xalq müşahidə nəticəsində tətbiq edib. Bunun mifoloji kökləri də var. Birinci elə təbii kökləri var. Təbiətin oyanışını xalq görüb, bunlara ad verib. Ad verəndə də ayinləri, ritualları olub. Keçəldi, Kosadı, bayram ərəfəsində yaranıb. Yağış, qar yağanda qodu-qodu nəğmələri yaranıb. Sonra Günəşi cağırma nəğmələri də var. Bu bizim tarixdə də var, ruslarda da, avropalılarda da. Hər millətin öz coğrafiyası olduğu kimi, coğrafiyaya xas olan hava iqlimi də var. Onları da müşahidə edib biliblər.
-Ramiz müəllim, həyatımızda elə bir sahə yoxdur ki, folklorla bağlı olmasın. Bu mənada da təqvim istisna deyil. İl, fəsil, ay və həftənin günləri, axşam-səhər, qar, külək və digər təbiət hadisələri atalar sözlərində, yığcam bayatılarımızda, lətifə və tapmacalarımızda, etiqatlarımızda əks olunub. Bunlara münasibətinizi bilmək istərdik.
-Folklorda il-fəsil, axşam-səhər, külək,- qar təbiətlə bağlı çox deyimlər var. Bunları xalq yaşayıb, ad qoyub və s. Qışın çıxmağıyla, yazın gəlməsiylə bağlı oyun, qaravəlli, xalq tamaşaları da nə qədər desən çoxdu. Məsələn, təqvimlə bağlı bir neçə folklor nümunələri deyim:
Ay var, ili gözlər
İl var, ayı gözlər.
***
Xıdır Nəbi, Xıdır İlyas Bitdi çiçək gəldi yaz.
Belə misalları çox gətirmək olar. Bunları da bayaq dediyim kimi xalq öz müşahidələrindən götürüb.
Ramiz müəllimlə, bu sözbətimiz «İrəvan çuxuru» adlı radio proqramında səslənmişdi. Bu söhbəti oxucuların da diqqətinə çatdırmağı lazım bildim. Onu da deyim ki, təqvimlərlə bağlı həm elmi, həm də xalq arasında deyilənlər, yayılanlar həddən çoxdu. Folklorumuzda qorunub saxlananlar, daha doğrusu elmi əsaslara söykənənlər isə daha çoxdu.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users