Jump to content


- - - - -

Bədii ədəbiyyatdan nümunələr


  • You cannot reply to this topic
11 replies to this topic

#1 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 22 October 2009 - 10:12 AM

Bədii əsərləri oxuyarkən müəyyən hissələr diqqətimizi xüsusilə cəlb edir; “bunu bilmək maraqlıdır”, “necə gözəl sözlərdir” deyə düşünürük , hətta, təkrar-təkrar oxuyaraq yazılanı dərk etməyə, yadda saxlamağa çalışırıq. Bəzən də əlimizdə bir qələm ya kitab səhifəsinin özündə, ya da hər hansı bir dəftərdə qeydlər aparırıq. İstərdim belə qeydlərinizi - sizi düşündürən əsər parçalarını, şer misralarını bizimlə də bölüşəsiniz. Lazım gəldikdə, yazdıqlarınıza öz münasibətinizi bildirməniz faydalı olar fikrimcə.

Buyurun
smile.gif
  • 0

#2 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 22 October 2009 - 12:09 PM

çox faydalı mövzudur.. çox rastlaşıram düşündürən sitatlar ilə..
təşəkkürlər <b>sensitive</b>.. thankyou.gif

<b>Həyat səni güldürəndə gülmüsən. Hünərin var, ağladanda gül görüm.. - Bəxtiyar Vahabzadə</b>
smile.gif izaha ehtiyacı olmayan misaralardır..

Edited by sapsan, 22 October 2009 - 12:11 PM.

  • 0

#3 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 23 October 2009 - 05:06 AM

basar it hayana getdi, hanı fışqırıq sədası?
nə gəlibdi Xançobanə ki, bu qış Muğanə gəlməz?

(Seyid Əzim Şirvani)

köhnə adətlərin, ənənələrin unudulduğunu, bayramların əvvəlki kimi təmtəraqlı keçmədiyindən şikayətlənir şair..
Xançobanın Sarasını sellər aparıb.. şair bayramların sönük keçməsini Xançobanın Saranı itirməsi qəbildən olan hər hansı bədbəxtliyə bağlamaq istədiyi hiss olunur..

gedin deyin Xançobana, gəlməsin bu il Muğana..
......
Arpa çayı aşdı-daşdı, sel Saranı aldı qaçdı..
......


  • 0

#4 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 27 October 2009 - 07:09 AM

"SƏFİLLƏR" VİKTOR HÜQO

"İnsanın cismi vardır, bu cisim eyni zamanda onun üçün həm ağır bir yük, həm də vəsvəsədir. O bu cismi sürüyür və ona tabe olur. O öz cisminə ciddi fikir verməli, cilovunu çəkməli, susdurmalı və yalnız əlacsız qaldıqda ona tabe olmalıdır."

"Müqəddəs olmaq - müstəsna bir şeydir: ədalətli olmaq isə qaydadır. Yolunuzdan çıxın, yıxılın, günah iş görün, ancaq ədalətli olun."

"Mümkün qədər az günah etmək – insan üçün qanun budur. Heç günah etməmək mələklərin arzusudur. Yer üzündə nə varsa günaha tabedir. Günah cazibə qüvvəsinə malikdir."

"Arvadların, uşaqların, nökərlərin, zəiflərin, yoxsulların və cahillərin xəta etməsində ərlər, atalar, ağalar, güclülər, varlılar və alimlər müqəssirdir."

"Cahillərə bacardığınızı öyrədin, onlara pulsuz təhsil verməməkdə cəmiyyətin özü müqəssirdir. Cəmiyyət yaydığı cəhalət üçün məsuldur. Qaranlıq içində olan qəlbdə günah doğar. Müqəssir günah edən deyil, bu qaranlığı yaradandır."

"Ölənlərə başqa nəzərlə baxmaqdan çəkinin. Torpağın altında çürüyən şeyi düşünməyin. Diqqətlə baxın, göylərdə canlı bir işıq görəcəksiniz, o sizin əziz ölənizin ruhudur. "

  • 0

#5 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 October 2009 - 08:04 AM

Bir dildən söyləmək gərək, firiştələr bilməz ola.. - Xətai

firiştə - yaxşı xasiyyətli adam, günahsız, mələk, məsum mənalarını daşıyır..

  • 0

#6 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 27 October 2009 - 04:04 PM

"SƏFİLLƏR" - VİKTOR HÜQO

Mən bunun bu qədər dəhşətli olduğunu heç bir zaman düşünməzdim. İnsan qanunlarını görməyəcək dərəcədə ilahi qanunların dərinliklərinə varmaq cinayətdir. Ölüm məsələsində yalnız Tanrı hakimdir. Nə haqqa görə insanlar bu dərkedilməz aləmə əl atırlar. (Yepiskop Miriel)

Sizdən sığınacaq istəyən adamın adını soruşmayın. Məhz öz adını gizlədən adamın sığınacağa xüsusi ehtiyacı vardır. (Yepiskop Miriel)

Tanrı evi qorumursa, onu mühafizə edənlər əbəs yerə qoruyurlar - Nisi Dominus custodierit domum in vamym vigilant qui custodiunt cam. (Yepiskop Miriel)

Heç bir zaman nə oğrulardan, nə də qatillərdən qorxmaq lazım deyil. Bu yalnız zahiri və cüzi bir təhlükədir. İnsan öz-özündən qorxmalıdır. Əsl oğru xürafatdır, əsl qatillər isə - qəbahətlər. Ən böyük təhlükə bizim özümüzdədir. Həyatımıza və cibimizə təhlükə törədən bir şeyin qeydinə qalmağa dəyərmi? Yalnız ruhumuza təhlükə törədən şey haqqında düşünək! (Yepiskop Miriel)

İnsan üçün yalnız bir zalım var – o da cəhalətdir. (Konvent üzvü J.)

Yalnız bilik insanları idarə edə bilər. (Konvent üzvü J.)

Vicdan - bizdə fitrən mövcud olan biliklərin məcmusudur. (Konvent üzvü J.)

Günahsızlığın özü ən gözəl bir zinətdir. Günahsızlığın “əlahəzrət” olmağa ehtiyacı yoxdur. Cır-cındır içində də o, gözəl libaslar içində olduğu qədər əzəmətlidir. (Konvent üzvü J.)

Zinətə qarşı nifrət bəsləmək ağılsızcasına bir nifrətdir. Bu, incəsənətə nifrət bəsləməyə səbəb olur. (müəllif)


  • 0

#7 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 28 October 2009 - 06:05 AM

bilsinlər ki, adam gedər - ad qalar, yaxşı-pisdən ağızda bir dad qalar.. - Şəhriyar
  • 0

#8 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 02 November 2009 - 01:12 PM

"SƏFİLLƏR" - VİKTOR HÜQO

Müvəffəqiyyət – bəşəriyyətin başı üstünü almış tamahkarlıq buludlarından damcı-damcı düşən ən yüksək hikmət budur.

Hər bir adamın, hətta ən yaxşı adamın da qəlbində heyvanlara qarşı qeyri-şüuri bir qəddarlıq gizlənmişdir.

İnsan təfəkkürünün hüdudu yoxdur. O, cəsarət edib, öz korluğunu da tədqiq edir və öyrənir. Hətta demək olar ki, o öz parıltısı ilə sanki təbiətin özünü də kor edir. Bizi əhatə edən sirli aləm aldığını bizə qaytarır və çox ehtimal ki, seyr edənlərin özlərini də seyr edənlər var. Hər halda, yer üzündə insanlar var ki, (görəsən onlar insanmıdır?) uzaq xəyal üfüqlərində absolyut yüksəkliklərini aydınca görürlər, gözə görünməyən dağın qorxunc şəkli onların gözü qarşısında dayanır

Dərdli adamlar geriyə baxmazlar. Onlar qara talelərinin dallarınca gəldiyini çox gözəl bilirlər.

Ləkələnmiş adamlar hörmət həsrətindədirlər.

Peşman olmuş bir günahkarın göz yaşları göylərə yüz möminin pak paltarlarından daha artıq sevinc gətirir. (Yepiskop Miriel)

  • 0

#9 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 02 November 2009 - 02:28 PM

təsdiq edər danışdırasan hər bir aqili,
hər millət öz dilində tapıb müddəasını..
Hüseyn Cavid


azərbaycan forum-ları üçün çox yerinə düşən misradır..

  • 1

#10 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 06 November 2009 - 11:08 AM

bu, Məcnunun nəsihət qəbul etmədiyidir və atasinin dərdi dərmanə yetmədiyidir.. - Füzuli

ata nəsihətinə arxa çevirənlərin Məcnun aqibətli olması qaçılmazdır.. smile.gif

  • 0

#11 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 25 May 2010 - 08:55 AM

"Kəlilə və Dimnə"

- Pis adamla qonşu olub dostluq edən dəniz səyyahı kimidir: batmaqdan yaxasını qurtarsa da, qorxu çəkməkdən qurtara bilməz. Əgər belə adam öz-özünü gətirib təhlükəli və dəhşətli bir yerə çıxarsa, onu idraksız heyvan hesab etmək lazımdır; çünki faydalı və zərərli şeyləri sövqi-təbii olaraq vəhşi heyvanlar da dərk edirlər. Axı, su içmək üçün heç heyvanlar da öz sürülərini təhlükəli yerlərə aparmırlar, təsadüfən gəlib belə bir yerə çıxDıqda, sövqi-təbii olaraq oradan qaçır və öz canlarını xilas edirlər.

- Məlumdur ki, fikir və əqidədə tək qalan adam harada olur-olsun məhv olar, özünə köməkçi tapa bilməz. Bu barədə belə bir rəvayət də vardır:

Bir turağay bir filin yolu üstündə özünə yuva tikib yumurta çıxardı. Filin su içmək üçün gedəcəyi bir yol var idisə, o da bu cığır idi. Adəti üzrə fil bir dəfə su içməyə gedərkən yuvanı tapdalayıb yumurtaları əzdi. Turağay bu bədbəxtliyi gördükdə dərhal anladı ki, bunu edən fildir. Uçub filin başına qondu və dedi: "Şahım! Sən nə üçün yumurtaları əzib balalarımı məhv etdin? Özünə nisbətən məni zəif, gücsüz və yazıq sandığın üçünmü belə edibsən?". Fil dedi: "Bəli, məhz zona görə". Turağay bunu eşitdikdə uçub quşların yanına getdi və filin onun başına nələr gətirdiyini nəql etdi. Quşlar dedilər: "Biz ona nə edə bilərik? Biz gücsüz quşuq". Belə olduqda turağay sağsağan və qarğalara dedi ki, mən istəyirəm, siz mənimlə gedib filin gözünü çıxardasınız, ondan sonra özüm bilərəm, onun başına nə oyun açıram. Onlar razı oldular. Turağay ilə uçub getdilər, filin gözlərini o qədər dimdiklədilər ki, onlar ovulub yerə töküldü. Bundan sonra fil nə su içməyə, nə də yemək əldə etməyə bir yol tapdı. Olduğu yerdə nə var idisə, onunla da dolanırdı.

Turağay bundan xəbər tutcaq çoxlu qurbağası olan bir gölməçənin qırağına gəlib əhvalatı danışdı, fildən qurbağalara şikayət etdi. Onlar dedilər: "Biz güclü filə nə edə bilərik?". Turağay dedi: "Mən istəyirəm, siz mənimlə filin yaxınlığında olan bir uçurumun kənarına gedib oarada quruldayasınız və hay-küy qoparasınız. Fil sizin səsinizi eşitcək orada suyun olduğuna inanıb uçuruma düşər". Qurbağalar buna razı oldular. Uçurumun kənarına toplaşıb quruldamağa başladılar. Susuzluğa tab gətirməyən fil onların qurultusunu eşitcək o tərəfə yollandı və uçuruma yıxılaraq məhv oldu. Turağay isə uçub, onun başı üstə qanad çalaraq dedi: " Ey gücü ilə öyünüb mənə həqarətlə baxan zülmkar! Boyumun balacalığı ilə işlətdiyim böyük kələyi, bədəninin böyüklüyü ilə elədiyin kəmağıllılığı necə gördün?!"
  • 0

#12 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 April 2011 - 11:09 AM

fərağət olmayan yerdə səfər yeydir iqamətdən.. - Füzuli

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users