раз никто не знает то выложу что нашла =) может пригодится кому =)
U ş a q
– Dovşan, dovşan, a dovşan!
Qaçma dayan, a dovşan!
Qaçma səni sevəndən,
Can kimi istəyəndən.
D o v ş a n
– Dura bilmərəm, dadaş,
Yanında var alabaş.
Xəbərdaram işindən,
Qurtarmaram dişindən.
1906- Abdulla Şaiq
Balama qurban dayçalar
Balam nə vaxt əl çalar
Laylay dedim, can dedim,
Yuxudan oyan dedim.
Sən yuxudan durunca,
Canımı qurban dedim.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay
Laylay dedim, yatasan,
Qızılgülə batasan.
Qızılgülün içində,
Şirin yuxu t.san.
Balam laylay, a laylay,
Gülüm laylay, a laylay
Lay-lay beşiyim, lay-lay,
Evim-eşiyim, lay-lay.
Sen get şirin yuxuya,
Çəkim keşiyin lay-lay.
Lay-lay əməyim bala,
Duzum-çörəyim bala.
Gözləyirəm yekələsən,
Görüm köməyin bala.
Lay-lay dedim gündə mən,
Kölgədə sən, gündə mən.
İldə bir qurban olar,
Sənə qurban gündə mən.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim həmişə,
Karvan gedər enişə.
Yastığında gül bitsin,
Döşəyində bənövşə.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan.
Qızıl gülün içində
Şirin yuxu t.san.
Balam, lay-lay, a lay-lay!
Gülüm, lay-lay, a lay-lay!
Lay-lay dedim yatasan,
Qızıl gülə batasan
Qızıl bağın olsun,
Kölgəsində yatasan.
Lay-lay deyim boyunca
Baş yastığa qoyunca
Pardaxlan, qızıl gülüm
Bir iyləyim doyunca.
Balam, lay-lay a lay-lay,
Körpəm, lay-lay a lay-lay.
Laylası dərin bala,
Yuxusu şirin bala,
Canım zinhara gəldi,
Sən hasilə çatınca.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.
Lay-lay dedim yatınca,
Gözlərəm ay batınca,
Lay-lay dedim ucadan,
Günüm çı

ı bacadan,
Səni Allah saxlasın,
Çiçəkdən, qızılcadan.
Aranında gül bitsin,
Yaylağında bənövşə.
Balam, lay-lay a lay-lay,
Gülüm, lay-lay a lay-lay.