Jump to content


- - - - -

ALTEREGO HOST


  • You cannot reply to this topic
No replies to this topic

#1 rokersha

rokersha

    Новичок

  • Новенькие
  • Pip
  • 7 posts
  • :

Posted 24 June 2010 - 11:17 AM

AlterEgo [HOST Rock Band]
Hər şey forumların birində yayılan xəbərdən başladı. H.O.S.T qrupu mahnı yazmaq üçün rock ifaçıların axtarışına çıxır. Bu xəbərdən sonra Firus Salamzadə (bas gitara) proyektin nə olduğunu öyrənmək üçün qeyd edilən nömrəyə zəng eləmək qərarına gəlir. Bir neçə gün sonra Firuz H.O.S.T qrupunun üzvü olan PRoMete ilə görüşür. Aralarında gedən müzakirədən sonra, Firuz qrup yığmaq fikrinə gəlir və bir həftə vaxt istəyir. Vaxt gedirdi, amma çox adam qrupda iştirakdan imtina edirdi. Bunu nəzərə alaraq, Firuz gitarada ifa edən dostuna, Mikaya müraciət edir. Uzun danışıqdan sonra, Mika PRoMete ilə görüşməyə qərar verir. Görüş “Buta” studiyasında baş tutur. Mika və Firuz PRoMete`nin fikirləri ilə tanış olduqdan sonra, qrupun yaranmasına dəstək olurlar və işə başlanılır. Birinci hədəf – qalan musiqiçilərin axtarışı idi. Firuz təsadüfən bir qrupun məşqlərində Anar adlı solo gitaristi görür. Firuzun fikrincə Anar qrupa yaraşırdı. Anarnan baş verən söhbətdən sonra, Anar öz razılığını bildirir. Solo və ritm gitara sualı da artıq həll olunmuşdu, yerdə qalan yeganə problem zərb alətləri ifaçısını tapmaq idi. Qrup üzvləri yazılışa başlayırlar və yazılış zamanı drum maşınından istifadə edirlər. Bir neçə ay sonra Firuzun dostu Fəxri əsgərlikdən qayıdır və zərb alətlərdə fəal sürətdə məşqlərə başlayaraq, texnikasını artırır. Bu vaxt qrupa klaviş ifaçısı tələb olunur. Anarın ağlına vaxtında A.Zeynallı adına musiqi məktəbini bitirən dostu Turanı qrupa dəvət etmək fikri gəlir. Və Turan da qrupda fəal məşqlərə başlayır.
O vaxt qrupun tərkibi belə idi:

Mika – ritm gitara.
Anar – solo gitara.
Turan – klaviş.
Fəxri – zərb alətləri.
PRoMete – vokal
Firuz – bass gitara.

Uzun müddətli albom məşqlərindən sonra, qrupa “40-cı Qapı” adlı filmə soundtrack yazmaq təklifi gəlir. Mikanın bəstəsi ilə mahnı yazılır. AlterEgo qrupu H.Əliyev adına Respublika Sarayında “40-cı Qapı” filminin nümayişinə dəvət alır. Burada qrup iki mahnısını uğur ilə ifa edir: “40-cı Qapı” filminə yazılan soundtrack`i və Alim Qasımovla olan duetlərini. Biraz vaxt keçir. İş ilə əlaqədər yaranan problemlərdən Fəxri məşqləri buraxır və bu qrupun inkişafını ləngidirdi. Bunu nəzərə alaraq, qrup zərb alətləri ifaçısını dəyişmək fikrinə gəlir. Eyni zamanda Elvira adlı vokal ifaçısını tapır və qrup üzvləri onu qrupa bekvokal ifaçısı kimi götürürlər. Çox vaxt keçmir və zərb alətlərinə çoxlu namizəd toplanır. Onların arasından Sabir adlı zərb alətləri ifaçısı seçilir. Qrupda perspektiv görən Sabir, xarakterinə görə qrupu tamamlıyırdı. Qrup fəal sürətdə məşq edir. Qrup ilk işləri kimi internet`ə “40`cı Qapı” adlı musiqilərini və o mahnıya çəkilən klipi buraxır… Onu da qeyd edək ki qrupun rəsmi internet səhifəsi olan www.alterego.az saytı yaxinliqda təqdim olunacaq.
Qrupun indiki tərkibi belədi:

Mika – ritm gitara.
Anar – solo gitara.
Turan – klavişlər.
Sabir – zərb alətləri.
PRoMete – vokal
Elvira – vokal.
Firuz – bas.



klip -

Attached Files


  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users