Jump to content


- - - - -

Azərbaycan və Dünya Ticarət Təşkilatı


  • You cannot reply to this topic
2 replies to this topic

#1 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 27 January 2007 - 10:53 PM

Qazanclarımız və itkilərimiz nə olacaq?

Edited by Ilg, 18 February 2007 - 02:01 PM.

  • 0

#2 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 30 January 2007 - 11:40 AM

Ümumdünya Ticarət Təşkilatı


Ümumdünya Ticarət Təşkilatı (ÜTT) – ölkələr arasında mövcud olan qlobal ticarət qanunları ilə işləyən yeganə beynəlxalq təşkilatdır. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir.
ÜTT 1995-ci ildə yaradılmışdır. Ən gənc beynəlxalq təşkilatlardan biri olan ÜTT əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır.
Hazırda dünyanın 148 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 30 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Hazırda dünya ticarətinin 95%-ə qədəri ÜTT-nin payına düşür.
ÜTT-nin mənzil qərargahı Cenevrədə yerləşir.

ÜTT-nin məqsəd və vəzifələri

ÜTT-nin əsas məqsədi – beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda insanların həyat səviyyəsinin artırılmasıdır.
ÜTT-nin əsas vəzifəsi – çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkərər arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir.

ÜTT-nin prinsipləri

• “ən əlverişli rejim” prinsipi (üzv ölkələr üçün eyni ticarət şəraitinin yaradılması);
• “milli rejim” prinsipi (idxal olunmuş əmtəə və xidmətlərlə yerli məhsullar arasında ayrı-seçkiliyə yol verilməməsi);
• ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilməsi;
• ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılması;
• ticarət siyasətinin aydın və şəffaf olması;
• daxili bazarların ancaq ÜTT qaydaları əsasında qorunması;
• azad rəqabət üçün əlverişli şərait yaradılması;
• ticarət mübahisələrinin danışıqlar yolu ilə həll edilməsi və s.

ÜTT-nin funksiyaları

• ÜTT-nin hüquqi əsasını təşkil edən çoxtərəfli ticarət sazişlərinin qəbul olunmasına və qəbul olunan sazişlərin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
• üzv ölkələr arasında ticarət danışıqlarının təşkil edilməsi;
• üzv ölkələr tərəfindən həyata keçirilən ticarət siyasətinin müşahidə edilməsi;
• digər beynəlxalq təşkilatlarla əməkdaşlığın həyata keçirilməsi
• təşkilata yeni üzvlərin qəbul olunması;
• üzv ölkələr arasında ticarət mübahisələrinin həll edilməsinə köməklik göstərilməsi;
• beynəlxalq ticarətə və ticarət siyasətinə dair informasiyaların toplanması, öyrənilməsi və təqdim olunması və s.


ÜTT-də qərarların qəbulu

ÜTT-də qərarlar konsensus yolu ilə qəbul olunur. ÜTT sazişləri bütün üzvlər arasında müzakirə edilir, konsensus yolu ilə qəbul olunur və bütün ölkələrin parlamentlərində təsdiq olunmalıdır.
Digər hallar nəzərdə tutulmadıqda, qərarları səs çoxluğu ilə də qəbul etmək mümkündür, lakin bu ÜTT-də çox nadir hallarda istifadə olunub. Əmtəə, xidmətlər, əqli mülkiyyət sahələrini əhatə edən Sazişlərin anlayışlarının açıqlanması və öhdəliklərdən azad olunma 3/4 səs çoxluğu ilə qəbul olunur. Yeni üzvlərin qəbul edilməsi, eyni zamanda iştirakçıların hüquq və öhdəliklərinə toxunmayan düzəlişlərin qəbulu üçün 2/3 səs çoxluğu tələb olunur, lakin praktiki təcrübədə konsensus prinsipi əsas tutulur.

ÜTT-nin strukturu

Nazirlər Konfransı – ÜTT-nin ali orqanı hesab olunur. Bütün üzv ölkələrin təmsil olunduğu Nazirlər Konfransı Urugvay Raundu Sazişləri ilə bağlı yaranan problemlərin müzakirəsi və prinsipial məsələlər üzrə qərarların qəbul edilməsi üçün ən azı iki ildə bir dəfə çağırılır. Nazirlər Konfransı ÜTT-nin Baş Direktorunu təyin etmək, müvafiq Komitələri təsis etmək, təşkilata yeni üzv qəbul etmək və s. bu kimi mühüm səlahiyyətlərə malikdir. İndiyə kimi beş belə konfrans (1996-cı ilin dekabrında Sinqapurda, 1998-ci ilin mayında Cenevrədə, 1999-cu ilin dekabrında Sietldə, 2001-ci ilin noyabrında Dohada, 2003-cü ilin sentyabrında Kankunda) keçirilmişdir.
Baş Şura – Nazirlər Konfransına tabe olan bu qurum cari işlərin yerinə yetirilməsinə cavabdehdir. Üzv ölkələrin səfirlər və ya nümayəndəliklərin başçıları ilə təmsil olunduqları Baş Şura Cenevrədə yerləşən mənzil-qərargahda ildə bir neçə dəfə toplanır. Baş Şuranın funksiyalarına çoxtərəfli ticarət sazişlərinin və Nazirlər konfransının qərarlarının yerinə yetirilməsinə nəzarət edilməsi, mübahisələrin həll edilməsi və ticarət siyasətinin dövri icmalının həyata keçirilməsi daxildir.
Əmtəələrlə ticarət üzrə Şura – Baş Şuraya tabe olan bu qurum ÜTT prinsiplərinə riayət olunmasına və GATT 1994 Sazişinin həyata keçirilməsinə nəzarət edən 14 ixtisaslaşmış komitənin fəaliyyətinə rəhbərlik edir.
Xidmətlərlə ticarət üzrə Şura – GATS Sazişinin həyata keçirilməsinə nəzarət edir. Tərkibinə iki komitə daxildir.
İntellektual mülkiyyət hüquqlarının ticarət aspektləri üzrə Şura – TRIPS Sazişinin yerinə yetirilməsinə nəzarət edir.
Katiblik – ÜTT-nin icraçı orqanı hesab olunur. Katibliyə Nazirlər Konfransı tərəfindən təyin edilən baş direktor rəhbərlik edir. Cenevrədə yerləşən Katibliyin təxminən 500 əməkdaşı vardır. Katibliyin əsas vəzifəsi Nazirlər Konfransına müxtəlif şuralara, komitələrə, İEOÖ-lərə (inkişaf etməkdə olan ölkələr) texniki yardım göstərməkdən və dünya ticarətinin təhlilini həyata keçirməkdən ibarətdir.

  • 0

#3 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 February 2007 - 11:56 AM

ÜTT-yə üzvolmanın müsbət tərəfləri

1. Dünyanın 148 dövləti tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında Azərbaycan digər xarici ölkələrlə tıcarət əməliyyatları aparacaq;
2. Ölkə qanunvericiliyi təkmilləşdiriləcək;
3. İdxal-ixrac əməliyyatlarının, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericiliyin tətbiqi şəffaf və aydın şəkildə həyata keçiriləcək. Eləcə də, Hökümətin qəbul etdiyi qərarların sahibkarlar tərəfindən əvvəlcədən müzakirə edilməsi imkanı yaradılacaqdır.
4. Azərbaycanda istehsal olunan məhsullar ÜTT-yə üzv olan ölkələrin bazarlarına ixrac olunarkan ayrıseçkilik tədbirləri tədbiq olunmayacaq;
5. Ölkə iqtisadiyyatına, xüsusi ilə də qeyri-neft sektoruna xarici investisiyalar artacaq;
6. Azərbaycanda aparılan iqtisadi islahatların düzgün aparıldığı dolayısı ilə təsdiq ediləcək;
7. İqisadi zəmində yaranan mübahisələrin həllinə dair ÜTT-nin qaydalarından və unikal mexanizmindən istifadə etmək imkanı yaranacaq;
8. ÜTT çərçivəsində çoxtərəfli ticarət sisteminin təkmilləşdirlməsi prosesində və aparılan müzakirələrdə iştirak etmək imkanı əldə olunacaq;
9. Ölkədə tətbiq olunan standartlar beynəlxalq tələblərə uyğunlaşdırılacaq;
10. Əmtəə nişanlarının, müəllif hüquqlarının qorunması bütün ölkələr tərəfindən qəbul olunmuş qaydalar əsasında həyata keçiriləcək və s.



ÜTT-yə üzvolmanın mənfi tərəfləri

1. Ticarətin liberallaşdırılması qoruyucu tədbirlərin səmərəli olmadığı halda daxili bazarda daha ucuz olan xarici malların yer almasına şərait yaradacaq;
2. Qoruyucu tədbirlərin tədbiq olunub-olunmamasından asılı olmayaraq, daxili bazarın bütün sahələrində azad rəqabət mühiti yaradılmazsa, daha güclü və təcrübəli xarici şirkətlər üstünlük qazanacaqlar;
3. Öyrənilməsi və həyata keçirilməsi həm çətin, həm də xeyli məsrəf tələb edən mübahisələrin həlli mexanizminin tətbiqi ilkin mərhələlərdə mümkün olmayacaq;
4. Təqdim ediləcək keçid dövrü ərzində rəqabətədavamlı və ixracyönümlü malların istehsalı təşkil edilməzsə, sonrakı mərhələlərdə bu çox çətin olacaq;
5. Xarici ticarətdə kəmiyyət məhdudiyyətləri aradan qaldırılacaq;
6. Xidmətlər sahəsində daha ucuz və aşağı keyfiyyətli xidmət təchizatçıları yer tutacaq;
7. Ölkədə dempinq sahəsində bilik və təcrübəyə malik olan yüksək səviyyəli mütəxəssislər olmazsa daxili bazarda dempinq hallarının sübut olunması qeyri-mümkün olacaq;
8. Bir sıra subsidiya növlərinin gələcəkdə tədbiq olunması qeyri-mümkün olacaq və s.

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users