Jump to content


- - - - -

ForumDa DeyiLen FikirlerE GörE MehkemE


  • You cannot reply to this topic
17 replies to this topic

#1 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 24 April 2007 - 11:19 PM

EKSPERTLERİN FİKRİNCE İNTERNET FORUMUNDA DEYİLEN FİKİRLERE GÖRE MEHKEME ÇEKİŞMESİ MÜMKÜNDÜR

Son vaxtlar davamlı mehkeme çekişmelerine celb olunan jurnalist Eynulla Fetullayev hem de virtual alemde – internetde söylediyi fikirlere göre günahlandırılır. Bu meseleni şerh eden ekspertler jurnalistin internetde söylediyi fikirlere göre Azerbaycanda mehkeme yoluyla cezalandırılan ilk şexs olduğunu bildirirler.

«Gündelik Azerbaycan» ve «Realnı Azerbaydjan» qezetlerinin baş redaktoru «Atc.az» saytında keçirilen forumda dediyi fikirlere göre ittiham olunur. Onun baresinde Qaçqın ve Köçkünlerin Hüquqlarını Müdafie Komitesinin sedri Tatyana Çaladze mülki qaydada iddia qaldırıb ve baş redaktor, eyni zamanda onun rehberlik etdiyi qezetler cerimelenib. Hazırda T.Çaladzenin E.Fetullayev baresinde xüsusi ittiham qaydasında iddiasına da baxılır.

İnternet forumunda aparılan müzakire zamanı deyilen hər hansı bir fikre görə mesuliyyet varmı? «Media forum» saytının bu sualını cavablandıran Media Hüquqları İnstitutunun direktoru Reşid Hacılı söhbetin deyilmiş ifadeye göre hüquqi mesuliyyetden getdiyini ve bu veziyyetin de Azerbaycan Respublikası Cinayet Mecellesinin 147, 148-ci maddelerinde ve diger qanunlarda eks olunduğunu bildirir: «Bu ve ya diger maddeleri esas götürüb internet forumunda deyilen fikirleri kütlevi informasiya vasitelerinde yayılmış kütlevi çıxış hesab etmek olar».

Baş redaktorun internet forumunda söylediyi hansısa söze göre başlanmış mehkemeye gelince, R.Hacılının fikrince, burda bir neçe qəribe meqam var: «Tatyana Çaladze deyir ki, Eynulla Fetullayevin forumda xocalıların azerbaycanlılar terefinden qetle yetirildiyini yazması haqda sübut var ve bu haqda arayışı onlara Milli Tehlükesizlik Nazirliyi teqdim edib. Düzdür, MTN bunu tekzibleyir, amma eger bele bir arayış varsa, MTN bu cür sübutları toplaya bilirse, onda bele çıxır ki, o, internet şebekesinde geden yazışmaları, forumları nezaret altında saxlayır».

İnternetin artıq kütlevi informasiya vasitesi kimi ölke qanunvericiliyinde tesbit olunduğunu söyleyen R.Hacılı «KİV haqqında» qanuna, elece de KİV anlayışına internet sözünün elave edildiyini bildirir: «Cinayet Mecellesinin 147, 148-ci maddeleri baxımından, kütlevi çıxış anlayışlarından yanaşılsa, intenret KİV kateqoriyasına daxil edile biler. Her bir adam istenilen yerden bu virtual aleme daxil ola bilirse, demeli, internet de kütlevidir. Diger konsepsiyalar – diffomasiya, böhtan, tehqir, şeref, leyaqet konsepsiyası baxımından da adi metbuatla internetin heç bir ferqi yoxdur».

Hüquqşünas qeyd edir ki, internet vasitesile yayılan fikirlerin kimin dediyini sübuta yetirmek asan deyil: «Qezetin yazarı, redaktoru var, en azından o mesuliyyet daşıyır. İnternetde ise redaktor olmaya biler, texniki baxımdan bunu sübut etmek həqiqeten de asan iş deyil. Amma bütün hallarda internetde deyilen fikirlere göre mesuliyyet var».

Azerbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, internetde aparılan, real zaman çerçivesinde gerçekleşdirilen bu virtual aleme her hansı mehdudiyyet qoymaq imkanları olmadığına göre forumda iştirak eden adam daha çox mesuliyyət daşıyır, neinki forum sahibi: «Adeten müxtəlif forumlarda moderator olur. Moderator forumun aparılması qaydalarını müeyyən edir. Eger her hansı bir forumda moderator yoxdursa, bu zaman forum iştirakçısı müzakirelerde deyilen fikirlere göre mesuliyyet daşıyır. Moderator olan forumlarda ise belə bir qayda olur ki, tehqir olmaz, şexsiyyeti alçaldan fikirler seslendirilmemelidir ve qanunvericiliyin başqa şertlerine emel edilmelidir. Bu foruma daxil olan şexsler hemin qaydalarla tanış olub, forumda iştirak edirse, demeli, hemin qaydalarla razılaşmış sayılır».

O.Gündüzün sözlərine göre, forumlarda qanunvericiliyin teleblerinin pozulması halları daha tez-tez olur, neinki konkret bir internet saytında: «Çünki forumlara nezaret etmek çetindir, orda hadiseler, fikirlər daha çevik şekildə cereyan edir, fikirler korrekte olunmamış söylenilir».

Virtual alemdə deyilen söz ve fikirlere göre mehkeme çekişmelərine gelince, O.Gündüz buna beynelxalq tecrübede tez-tez rast gelindiyini deyir: «Son vaxtlar bele çekişmelere Rusiyada rast gelmek olar. Amma indiye qeder Azerbaycanda internet forumu ile bağlı her hansı bir mehkeme çekişmesi olmayıb. Eynulla Fetullayevlə bağlı çıxarılan mehkeme qerarı birincidir. İndiye qeder Azerbaycanda hakimiyyet seviyyesinde deyil, hansısa memur seviyyəsinde internet saytına müdaxileler vardı, amma mehkeme çekişmesi olmamışdı».

Forumda fikirleri kimin dediyinin sübuta yetirilmesi meselesine gelince, O.Gündüz bildirir ki, bunu forumun arxasında dayanan moderatorun, sayt sahibinin, administratorun deqiqleşdirmek imkanı var: «Mektublaşmalara, yazışmalara müdaxile qanunvericilikle tenzimlenir. Mehkeme çəkişmesi zamanı provaydere bu ve ya diger suallarla müraciet etmek olar. Qanuna göre, o, mehkemenin suallarına cavab vermelidir».


Bu barede fikirleriniz
PısıPısssı...Melumatı Blezx nickli userimizin blogundan götürülüb...

Edited by Janulka, 26 April 2007 - 05:33 AM.

  • 0

#2 SaintRush

SaintRush

    Stranger

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,333 posts
  • Time Online: 23m 57s

Posted 25 April 2007 - 05:45 PM

виртуал мяхкямяя эхтиядж йохдур... Гуськаны истядикляри кими тутуб тез бир иш кясдиляр... Халбуки сахланан заман онун тохунмамазлыг статусу вар иди...
  • 0

#3 Murad

Murad

    Новичок

  • Пользователи
  • Pip
  • 40 posts
  • :

Posted 26 April 2007 - 07:24 AM

Цитата(Janulka @ Apr 24 2007, 04:19 PM) View Post

Bu barede fikirleriniz
PısıPısssı...Melumatı Blezx nickli userimizin blogundan götürülüb...



Yazıq oğlan əlli-ayaqlı getdi.Halbu ki, heç bir hüquqi sübut yox idi onun məhkum olunmasında.Azərbaycanda söz azadlığı deyilən bir şey yoxdur.Sübutsuz,əsassız kimi gəldi içəri göndərirlər.Bayıl təcridxanasında əvvəllər cinayətkarlar islah olunurdularsa indi onların yerini dövlət məmurları,iş adamları,ən çox da media nümayindələri əvəz edir.Burası Kurtlar Vadisi =)
  • 0

#4 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 26 April 2007 - 08:05 AM

Цитата(Murad @ Apr 26 2007, 12:24 AM) View Post

Burası Kurtlar Vadisi =)

Duzdur smile.gif

Mence soylenilen fikre gore mehkeme chekishmesi duzgun deyil. Forumda movzu muzakire olunur ve her kes oz dushunduyunu achiq shekilde soyleyir. Eger kimse dediyi her hansi soze gore cezalandirilirsa onda hansi "soz azadligi"ndan danishmaq olar? Men azad insanamsa azad shekilde dushunmek, fikirlerimi dile getirmek huququm da olmalidir. Bunlari elimden alirlarsa Azerbaycanda "huquq" anlayishinin olmasina shubhe ile yanashiram.
  • 0

#5 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 26 April 2007 - 03:01 PM

Buna teeccublenmirem, demokratiya dildedi, emelde yox...
  • 0

#6 Sabishka

Sabishka

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 188 posts
  • :

Posted 27 April 2007 - 01:06 PM

Blezxin blogunda rast geldim men de.. Eceb olkede yashiyirig.tanidigim saytlarin birini de forumunda kiminse yazdigi fikirlere gore baglatdirdilar sahibini ise cezalandirdilar. fool.gif Unversitetden atmag ile hedeliyirdiler.Tanish qohum minnetci,shiddetli tohmet ve ixtisasinin deyishilmesi ile neticelendi blink.gif
  • 0

#7 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 April 2007 - 01:15 PM

Əgər E. Fətullayev doğrudan da Xocalı barəsində belə bir fikir bildiribsə onda ona elə məhkəməsiz də cəza vermək lazımdır.

  • 0

#8 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 28 April 2007 - 03:35 PM

Millət, söhbət H. Abdullayevdən, yoxsa E. Fətullayevdən gedir? Aləm qarışdı bir-birinə! swoon.gif
  • 0

#9 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 30 April 2007 - 09:25 AM

Цитата(Realium @ Apr 28 2007, 08:35 AM) View Post

Millət, söhbət H. Abdullayevdən, yoxsa E. Fətullayevdən gedir? Aləm qarışdı bir-birinə! swoon.gif

Tebii ki E.Fetullayevden gedir. Amma esas movzu onun ne etdiyi yox, forumda deyilen fikirlere gore cezalandirilmadir.
  • 0

#10 Murad

Murad

    Новичок

  • Пользователи
  • Pip
  • 40 posts
  • :

Posted 01 May 2007 - 06:49 AM

Цитата(Lady Poison @ Apr 28 2007, 06:15 AM) View Post

Əgər E. Fətullayev doğrudan da Xocalı barəsində belə bir fikir bildiribsə onda ona elə məhkəməsiz də cəza vermək lazımdır.


Lady, siyasət şahmat oyunudur.Bu məsələni sənin kimi fikirləşib, kiminsə taleyinin üstündən xətt çəkmək olmaz. Əslində, T.Çaladze E.Fətullayev üçün bir qurma idi.Əgər hər hansısa bir dövlət xadimi,məmur tərəfindən E.Fətullayev barəsində məhkəməyə müraciət olunsaydı Avropa şurası,ABŞ kimi nəhəng dövlətdə Azərbaycana qarşı pis fikir oyanardı ki, "Azərbaycanda mediya nümayindələrinə qarşı ədalətsizlik var,söz azadlığına riayət olunmur və s."

APA-nın müxbiri Araz Əlizadə ilə danışıqlar apararkən elə bu məsələyə də toxunub...

- Hakimiyyət Eynulla Fətullayevin məlum reportajında təhqiramiz ifadələrin əks olunduğunu bildirir. Siz necə düşünürsünüz?

Цитата
- Baş redaktorun yazısında 1992-ci ildən bəri mətbuatda səslənən fikirlər yer alıb. Hətta Milli Məclis Xocalı faciəsi ilə bağlı müzakirəyə çıxardığı qərar layihəsini «Azərbaycan xalqı və dövləti günahkardır» tezisi üzərində qurmuşdu. O zaman Heydər Əliyev qətnamənin qəbul olunmasına imkan vermədi. Amma qərar layihəsini hazırlayan qanunverici orqanın komissiyasına və deputatlara qarşı heç bir irad bildirilmədi. İndi bundan sui-istifadə edirlər. Ən qəribəsi odur ki, Azərbaycan xalqına və dövlətinə heç bir bağlılığı olmayan Tatyana Çaladze ortaya düşüb. Belə başa düşdüm ki, azərbaycanlıların arasında etikadan kənar adam tapa bilməyib kənardan birisini gətiriblər.


- Hakimiyyət təmsilçiləri bildirir ki, Tatyana Çaladze Azərbaycanın Ermənistan tərəfindən təcavüzə məruz qalmasını beynəlxalq aləmdə ətraflı işıqlandırır. Bu baxımdan onun xocalılıların hüquqlarını müdafiə etməsi ilə fəxr etməyə ehtiyac varmı?

Цитата
- Çaladze Rusiya mətbuatında ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan əleyhinə çoxlu yazıların müəllifi kimi tanınıb. Sonra qonşu ölkədəki soydaşlarımız pul yığıb Çaladzeyə verib, ağzını yumdular. Əgər Azərbaycanın xeyrinə yazıların qəhrəmanı budursa, onda vay bizim halımıza, görün kimə möhtac qalmışıq.



  • 0

#11 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 01 May 2007 - 07:07 AM

Цитата(Murad @ May 1 2007, 10:56 AM) View Post

Əgər hər hansısa bir dövlət xadimi,məmur tərəfindən E.Fətullayev barəsində məhkəməyə müraciət olunsaydı Avropa şurası,ABŞ kimi nəhəng dövlətdə Azərbaycana qarşı pis fikir oyanardı ki, "Azərbaycanda mediya nümayindələrinə qarşı ədalətsizlik var,söz azadlığına riayət olunmur və s."


Murad əgər, istər onun istərsə də başqa birinin bu tipli təhqiramiz (belə adlandırardım) fikirlərinin cavabında sussaq necə? Onda bizim barəmizdə hansı fikir oyanacaqdı? unknw.gif Onsuz həqiqətləri çatdırmaqda qarşı tərəfdən çox geridə qalmışıq+ necə deyərlər sapı özümüzdən olna baltalar da işə düşsələr və biz yalnız susmaqla kifayətlənsək onda bizə qarşı hansı fikir oyanacaq?
"Sirrlərinin üstü açıldı deyə susub oturublar", yoxsa, "Necə də mədəni millətdir!"
  • 0

#12 Sabishka

Sabishka

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 188 posts
  • :

Posted 08 May 2007 - 11:58 PM

meni eslinde Eynulla Fetullayevin taleyi qetiyyen maraglandirmir.. "belesi "onsuz da cemiyyetimizde choxdu,biri eksik olsa ne olacag ki?chunki,yadinizdadirsa "belesi"nden biri de chox da uzag olmayan tarixde guya ermeni qebrilerinin Azerbaycanda vandalizme ugradigini dunya ictimaiyyetine chatdirmag ucun elinden geleni esirgemeyeceyini beyan edirdi mad.gif o ki qaldi fikir azadligi meselesine.. razilashmag lazimdi ki Azerbaycan hele "ora "chatmiyib.
  • 0

#13 *_NuRaSHkA_*

*_NuRaSHkA_*

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 294 posts
  • :

Posted 11 May 2007 - 02:16 PM

Mence Azerbaycanda soz ve ya diger azadliqlardan danishmaq bir az guluncdu,hem de ki, kim olur olsun eger onun qeleminin qirilmaq vaxtidirsa,demeli behane 4ox olacaq blush.gif
  • 0

#14 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 11 May 2007 - 08:08 PM

Цитата(*_NuRaShKa_* @ May 11 2007, 07:16 AM) View Post

Mence Azerbaycanda soz ve ya diger azadliqlardan danishmaq bir az guluncdu,hem de ki, kim olur olsun eger onun qeleminin qirilmaq vaxtidirsa,demeli behane 4ox olacaq blush.gif


Elə millətini pisləyən boşboğazların qələmini vaxtında qırsalar daha yaxşıdır. Nifrət edirəm elələrinə!!! mad.gif
  • 0

#15 AZ_UK

AZ_UK

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 221 posts
  • :

Posted 12 May 2007 - 08:04 PM

QUOTE(Realium @ May 11 2007, 01:08 PM) View Post

Elə millətini pisləyən boşboğazların qələmini vaxtında qırsalar daha yaxşıdır. Nifrət edirəm elələrinə!!! mad.gif


Qelemini yox belini bye.gif .Men shexsen Eynullani demirem,cunki bu sohbetin ne derecede duz oldugunu bilmirem,amma eger bele bir sohbet olubsa,dexli yoxdur netde,kucede,evde,bu cur adamlarin bir yolu var alnina sorgusuz-sualsiz bir gulle ,ondan sonra hec bir alcag,bisheref xalqina,milletine,dovletine qarshi bu cur sozleri diline getirmez. mad.gif
  • 0

#16 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 14 May 2007 - 08:00 PM

Hələ ermənilərin belə hərəkətlərinə insan dözə bilmir, o ki qalmışdı belə alçaq hərəkətləri öz vətəndaşlarından görəsən... Öz əllərimlə boğaram elə əclafı. aggressive.gif
  • 0

#17 NR

NR

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 350 posts
  • :

Posted 12 June 2007 - 11:32 AM

Sizce forumda yazilan megalelerin ve postlarin mehs onun terefinden yazildigi subuta yetirilermi?

Edited by NR, 12 June 2007 - 11:33 AM.

  • 0

#18 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 14 June 2007 - 11:23 AM

Цитата(NR @ Jun 12 2007, 04:32 AM) View Post

Sizce forumda yazilan megalelerin ve postlarin mehs onun terefinden yazildigi subuta yetirilermi?


Her halda İP ile baxılıb, araşdırılır....Doğrusu bilmirem unknw.gif
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users