Jump to content


- - - - -

Ən son oxuduğunuz bədii əsər haqqında


  • You cannot reply to this topic
95 replies to this topic

#81 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 16 July 2008 - 06:55 AM

Цитата(nirvana_666 @ Jul 15 2008, 07:39 PM) View Post

men dunen George Orwellin "1984" eserini oxuyub qurtardim , dehsetli eserdi , qanim dondu vallah , meslehetli kitabdi


Əsər haqqında bir balaca məlumat versəydin çox minnətdar olardım. yes.gif
  • 0

#82 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 16 July 2008 - 10:28 AM

http://rapidshare.co..._1984_.zip.html

buda kitabin linki , isteyersen oxuyarsan , elede boyuk eser deyil , demeli eserde utopic cemiyyet tesvi olunur , amma tomas morun utopiyasindan bunun ferqi odurki , o eserde eger ideal cemiyyet tesvir edilirdise, 1984 de tam eksinedi , cox maraqli eserdi , eserde tetalitar bi cemiyyet tesvir olunur, "BIg Brother " ise bu olkenin diktatorudu , eser ilk baxisda Stalin SSRisini xatirladir, oxu isteyirsen sinra eser barede diskussiya edek
  • 0

#83 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 16 July 2008 - 03:35 PM

Цитата(nirvana_666 @ Jul 16 2008, 02:28 PM) View Post

http://rapidshare.co..._1984_.zip.html

buda kitabin linki , isteyersen oxuyarsan , elede boyuk eser deyil , demeli eserde utopic cemiyyet tesvi olunur , amma tomas morun utopiyasindan bunun ferqi odurki , o eserde eger ideal cemiyyet tesvir edilirdise, 1984 de tam eksinedi , cox maraqli eserdi , eserde tetalitar bi cemiyyet tesvir olunur, "BIg Brother " ise bu olkenin diktatorudu , eser ilk baxisda Stalin SSRisini xatirladir, oxu isteyirsen sinra eser barede diskussiya edek


Niriş, əsərin girişini çox gözəl təsvir etdin, maraqlı gəldi mənə də. Əlimdəki əsəri bitirəndən sonra mütləq bunu da oxuyacağam, təəssüratlarımı da bölüşərəm. Məlumat üçün isə çox minnətdaram! yes.gif
  • 0

#84 Diego

Diego

    Новичок

  • Новенькие
  • Pip
  • 4 posts
  • :

Posted 14 October 2008 - 11:13 AM

Cek London-Martin Iden
  • 0

#85 Maybach

Maybach

    Новичок

  • Пользователи
  • Pip
  • 35 posts
  • :

Posted 03 January 2009 - 11:40 AM

Эрнест Хемингуэй “Праздник, который всегда с тобой”

Yazıçının son eserlerinden olan bu eser mezmunca avtobioqrafik-memorial xarakteri daşıyır ve yazıçının 1920-ci illerin evvellerinde Paris ve Avstriyada keçirdiyi genclik dövrlerini ehate edir. Paris küçeleri, muzeyleri, kafeleri, balaca oğlu ve çox sevdiyi heyat yoldaşı ile keçirdikleri heyat bu eserde öz eksini tapıb. Hemçinin, Xeminqueyin o illerde keçirdiyi yarı ac, yarı tox heyat, dövrün yazıçıları, ressamları ve ziyalıları ile tanış olması ve bu insanların onun yaradıcılığına olan tesiri baresinde yazıçı bu eserinde etraflı melumat verir.

Xeminquey bu eserini tamamlayır ve hetta eseri üçün ön söz de yazır. Lakin, eseri neşr üçün son defe redakte etmeye onun ömrü yetmir ve ölümünden sonra heyat yoldaşı Meri Xeminquey terefinden kiçik redakte edilerek neşre gönderilir.

  • 0

#86 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 30 March 2009 - 08:01 AM

BANIN "Qafqaz Gunleri"

Chox semimi dille yazilmish avtobioqrafik romandir. Eser boyu ele etiraflarin shahidi olursan ki, choxlari belke de teklikde bele olsalar bu etiraflari etmekden chekinerdiler. Hem Azerbaycan, hem dunaya yaziichilarinin xeyli eserlerini oxumusham, her birinin ozunemexsus gozelliyi var. Ancaq bu eser uslubu, dilinin hedden artiq sadeliyi, heqiqetin tehrif olunmadan (ve ya chox cuzi tehrifi) tesviri ile oxucunu valeh edir. Baki milyonchularinin heyati, onlarin terifelayiq ve noqsanli terefleri; Kohne Baki; milyonchularla sade camaatin tezadli heyati, birincilerin Avropasayagi, sonuncularin movhumatchi Sherq medeniyyetleri; inqilab, onun yaratdigi chaxnashma, milyonchularin iflasi; en esasi ise genc bir qizin ushaqliqdan butun bu tarixi hadiselerle boyumesi, onlarin canli shahidi olmasi, sonsuz servet ve acligin dadini duymasi, dushunceleri, duygulari, etiraflari eser boyu ele gozel sehnelerle tesvir olunur ki, ele bil ozun de hemin dovrde yashayirsan.
Acigi desem, indiye qeder Baki milyonchularinin heyati, onlarin debdebeli mulkleri, ushaqlarina Avropanin en yaxshi dayelerini, terbiyechilerini tutub elm, medeniyyet oyretmeleri, indiki varli tebeqenin choxundan ferqli olaraq olkesi, kasib tebeqe uchun nese etmeleri ve s mende xususi maraq oyadib. Shexsi fikrime gore, onlarin var-dovletinin tam musadire olunmasi haqsizliqdir. En azindan ona gore ki, olkesine xeyir veren insanin ushaqlari, neveleri hamisi vetenden didergin salindi, choxlari bir tike choreye mohtac yashayib dunayalarini deyishdi. Bu haqda danishsam movzudan kenara chixacam. Eseri oxuyanda qibteyle yanashdigim milyonchu heyatinin pis, chatishmayan, menfi chetlerini de gormek mumkundur, hetta demek olar ki, bu chetler yeterince choxdur.
Belke, diger oxucu bu hissleri kechirmeyecek, eser ona tesvir etdiyim kimi maraqli gelmeyecek, ve ya menim kimi ilk teessuratin neticesinde roman haqqinda urekdolusu danishmayacaq, ancaq yene oxumaga deyer. Eserin muellifi iki taninmish Baki milyonchusu- Musa Nagiyev ve Shemsi Esedullayevin qiz nevesi Ummulbenidir (Banin). 1905-ci ilde Baki sheherinde anadan olmushdur. Korpe iken anasini itirdiyinden avropali daye ve terbiyechilerin nezareti altinda boyumushdur.1924-cu ilde Turkiyeye muhaciret etmish, oradan da Fransaya kochmushdur.

  • 0

#87 Maybach

Maybach

    Новичок

  • Пользователи
  • Pip
  • 35 posts
  • :

Posted 29 August 2009 - 07:19 PM

Hamdi Koç “Kalpten Parçalar”

Günümüzün müasir türk sevgi romanlarının tesvirinde en usta adlardan biri olan Hamdi Koç’un bu eseri genc bir oğlanın sevgi heyatı boyunca yaşadıqları, keçirdikleri hisslerden behs edir. Öz dünyasında, kiraye tutduğu evinde anası ile yalnız başına yaşayan öz dünyasında yaşayan bu gencin heyatı iş yerinde özünden tecrübeli bir qızın ona aşiq olması ile birlikde deyişmeye başlayır. Özünü ona layiq olmadığını hesab ederek ondan uzaqlaşmağa cehd gösterse de, özünün istemediyi halda qızla görüşleri, birlikdeliyi başlayır. Yaşadıqları ilk heyecan, ilk seks ona xoşbext anlar bexş edir, bütün bunlara hansı sebebden layiq olduğunu anlamağa çalışır. Bir birlikdelik daha sonra evliliye çevrilir, yene de qızın ilk addım atması; eslinde qızın isteyi ile.

Evlilik heyatından önceki heyecan, şehvet bir müddet sonra keçir, sanki adileşir, birlikde yaşamağa başladıqları heyatda her şeyin önceden tesevvür edildiyi kimi olmadığının ferqini varılır.
Kiçik, amma maraqlı romanda yazıçı bütün bu hissleri çox meharetle oxuyucuya çatdırmağa nail olmuşdur.

  • 0

#88 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 07 September 2009 - 03:05 PM

"Şumer kilidi" Rizvan Cəbiyev

Maraqlı və ziddiyyətli faktlarla doludur.

Edited by HIRA, 07 September 2009 - 03:05 PM.

  • 0

#89 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 08 September 2009 - 04:52 AM

Цитата(HIRA @ Sep 7 2009, 06:05 PM) View Post
"Şumer kilidi" Rizvan Cəbiyev

Maraqlı və ziddiyyətli faktlarla doludur.

çox istərdim vaxt tapıb belə bir mübahisəli tarixi dövr haqda oxumağı.. eşitdiyimə görə onların dili nə ərəb dilinə, nə də hind-avropa dil qrupuna aiddir.. altay dilləri ailəsindən hesab olunur və bizim dilimizdə olduğu kimi kökdən dəyişməyib, ancaq şəkilçi ilə dəyişib..

  • 0

#90 bakinka_v_NY

bakinka_v_NY

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 572 posts
  • :

Posted 08 September 2009 - 06:11 AM

Anna Qavalda "Я его любила,я ее любил".Huzunlu mehebbet hekayesi
  • 0

#91 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 14 September 2009 - 02:08 PM

Цитата(sapsan @ Sep 8 2009, 07:52 AM) View Post

çox istərdim vaxt tapıb belə bir mübahisəli tarixi dövr haqda oxumağı.. eşitdiyimə görə onların dili nə ərəb dilinə, nə də hind-avropa dil qrupuna aiddir.. altay dilləri ailəsindən hesab olunur və bizim dilimizdə olduğu kimi kökdən dəyişməyib, ancaq şəkilçi ilə dəyişib..


Yazdıqlarınızdan elə başa düşdüm ki, kitabı oxumusuz. Eyniylə yazdığınız kimidir. Ümumiyyətlə, şumerin vaxtında nə dillər, nə də millətlər ayrılıqda formalaşmamışdı. Elə ona görə də bu gün , erməni, türk, kürd, hind və s və s millətlər öz köklərinin şumerlərə bağlı olduğunu iddia edirlər. Bəlkə haqlıdırlar da. Amma kitabddan belə nəticə çıxardım ki, şumer sivilizasiyanın son dövrlərində onların türklərlə sıx əlaqəsi olub və TURUKlar şumerlərin hərbçiləri olub. Həmçinin bir sıra sözlər qeyd edilir ki, eyni türk dilində də həmin ifadələr bu gün də işlənməkdədir.
Müəllifə görə, şumerlər dünyanın yerli əhalisi deyil, başqa bir planetdən gəlmədirlər.

Mənə görə müəllifin şəxsi fikirləri ancaq fərziyyədir. Bəzi hissələrdə müəllif fikrini təsdiq etmək üçün Qurandan ayələr gətirir, mən uyğunlaşdıra bilmirəm ayə ilə müəllifin baxışlarını.


Edited by HIRA, 14 September 2009 - 02:08 PM.

  • 0

#92 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 15 September 2009 - 05:02 AM

Цитата(HIRA @ Sep 14 2009, 06:08 PM) View Post
Yazdıqlarınızdan elə başa düşdüm ki, kitabı oxumusuz. Eyniylə yazdığınız kimidir. Ümumiyyətlə, şumerin vaxtında nə dillər, nə də millətlər ayrılıqda formalaşmamışdı. Elə ona görə də bu gün , erməni, türk, kürd, hind və s və s millətlər öz köklərinin şumerlərə bağlı olduğunu iddia edirlər. Bəlkə haqlıdırlar da. Amma kitabddan belə nəticə çıxardım ki, şumer sivilizasiyanın son dövrlərində onların türklərlə sıx əlaqəsi olub və TURUKlar şumerlərin hərbçiləri olub. Həmçinin bir sıra sözlər qeyd edilir ki, eyni türk dilində də həmin ifadələr bu gün də işlənməkdədir.
Müəllifə görə, şumerlər dünyanın yerli əhalisi deyil, başqa bir planetdən gəlmədirlər.

Mənə görə müəllifin şəxsi fikirləri ancaq fərziyyədir. Bəzi hissələrdə müəllif fikrini təsdiq etmək üçün Qurandan ayələr gətirir, mən uyğunlaşdıra bilmirəm ayə ilə müəllifin baxışlarını.


məhz ona görə mübahisəli tarixi dövr adlandırdım.. Şumerlərə sahiblənməyi bacaran xalq tarixin bütün mərhələlərində bölgənin sahibi kimi bilinəcəkdir.. mübahisəli bölgənin, bütün dinlərin beşiyi sayılan bölgənin mübahisəli tarixi heş kimə maraqsız gəlməz.. bu gün o torpaqlarda tökülən qanın əsas səbəbi hər kəsin özünü o torpaqların gerçək sahibi saymasıdır.. sorry.gif

  • 0

#93 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 05 November 2009 - 04:35 PM

Paralel 2-3 kitab oxuyuram. Biri evdə, biri işdə, biri də çantada smile.gif
Thorn birds (Colleen McCullough)

Pride and Prejudice (Jane Austen)

«Женщина в песках» Кобо Абэ

Heç biri zövqümə uyğun deyil, amma oxunaqlıdır. Həyat hadisələridi deyib, oxuyuram. 3-cü bir az fərqlidir.

Edited by HIRA, 05 November 2009 - 04:35 PM.

  • 0

#94 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 03 March 2010 - 07:08 AM

Cemshid Emirov - "Qara Volqa"

Bu eserin adini defelerle eshitsem de hech oxumamishdim. Hedden artiq xoshuma gelmemesine baxmayaraq maraqli eserdir. Ogrularin heyat terzi, onlara qarshi mubarize aparan polis ishchilerinin seyi, sonradan "duz yola qayitmish" cinayetkar, ogrularin bu ishde onlara komek gostermesi ve s. maraqli epizodlarla tesvir olunub. Bu eser esasinda chekilmish film de var, efsus ki gormemishem.
  • 0

#95 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 02 April 2010 - 08:31 AM

Cemshid Emirov "Sahil emeliyyati"

Muellifin "Qara Volqa" eseri ile muqayisede daha maraqlidir. Yene polis ishchileri cinayetkar, ogru, casus destelerine qarshi mubarize aparir. "Istintaq davam edir" filmi bu eser esasinda chekilmishdir. Achigi film hech xoshuma gelmedi, filmle eser arasinda chox ferq var.
  • 0

#96 NosferaTu

NosferaTu

    rasta

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,423 posts
  • Time Online: 11d 4h 20m 10s

Posted 12 February 2011 - 04:21 AM

Demeli,axirinci oxuduqum kitab mehz Azerbaycan dilinde olub.. ve deshet xoshuma gelib lol

Elxan Elatli- bilmirem day taniyan var ya yox,gujlu dedektiv yazichisidir..
Oxuduqum kitabin da adi - Xeyanet.. ay Allah inana bilmirem ki, indi ki dovrde Bakida bele yazichilar var.. nece gozel kitab idi... nece lezzet eledi, 3 saat erzinde yerimden terpenmeden oxudum.. heqiqeten de deyer..
indi ise Qara Volga adli kitaba bashlamisham.. o da nese cox maraqli bashliyib.. tease.gif
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users