Edited by Realium, 01 August 2007 - 10:11 PM.
Neftçi
#1
Posted 01 August 2007 - 10:03 PM
#2
Posted 01 August 2007 - 10:14 PM
İndi bütün azərbaycanlı futbolsevərlər "Neftçi"nin UEFA kubokundakı "Rid"lə cavab oyununu səbirsizliklə gözləyir. Komandamız səfərdə Avstriya klubunu 3:1 hesabı ilə məğlub olmasına baxmayaraq, göstərdiyi gözəl oyunla azarkeşləri ümidləndirib. Buna görə də hamı flaqmandan mərhələ keçmək üçün kifayət edən qələbə gözləyir.
Həmin qələbənin canlı şahidi olmaq istəyənlər isə az deyil. Artıq bu gün səhər saatlarından satışa buraxılan biletlərin çox hissəsinin satılması belə deməyə əsas verir. Biletlərin qiyməti 1, 2, 5 və 25 manatdır.
Futbolçularımız isə avqustun 2-si saat 21:00-da başlanacaq oyuna demək olar, tam hazırdırlar. Komandamızın həkimlərinin dediklərinə görə, zədəlilər - Zaur Tağızadəylə Vadim Borets də oyun gününədək hazır olacaqlar.
"Neftçi" bu gün və sabah saat 21:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionuda məşqə çıxmaqla "Rid"lə oyunun hazırlığını sona çatdıracaq. Avstriya klubu isə sabah həmin stadionda komandamızdan bir saat əvvəl, yəni saat 20:00-da məşq keçəcək.
#3
Posted 02 August 2007 - 01:13 AM
Realli, bes TV" de canlı yayım olacaq???
#4
Posted 02 August 2007 - 09:11 PM
#5
Posted 02 August 2007 - 11:10 PM
Yavaş - yavaş o da düzeler...Amiiiiiiin!!!
#6
Posted 04 August 2007 - 09:51 PM
#7
Posted 04 August 2007 - 10:54 PM
`2`
#8
Posted 04 August 2007 - 11:40 PM
Hər kəsin səbirsizliklə gözlədiyi "Neftçi" - "Rid" qarşılaşması baş tutdu. İstədiyimiz oyunu sərgiləyən flaqman matçın ilk 22 dəqiqəsində rəqibi 2 dəfə meydanın mərkəzinə dəvət etməyi bacardı. 14-cü dəqiqədə Zaur Tağızadənin sağ cinahdan yerlə etdiyi ötürməni Branimir Subaşiç qapıdan keçirdi - 1:0. Erkən qolun şokundan ayılmayan "Rid" qapısında daha bir qol gördü. Ev tapşırığının uğurlu yerinə yetirilməsi fərqi iki topla izah etməyə imkan verdi. Sadiqovun yerlə etdiyi ötürməni Adamiya və Tağızadə buraxdı ki, Sadıqiv yaxın küncə dəqiq zərbə endirdi - 2:0! İlk yarının sonlarına yaxın qapısında daha bir təhlükə yaşayan "Rid" fasiləyə "2:0"-lıq nəticəylə getdi. İkinci hissədə daha çox müdafiə futboluna üstünlük verən komandamız uğuru əks-hücumda axtarmağa başladı. Matçın 61-ci dəqiqəsində rəqibin türk əsilli futbolçusu Harun Erbekin uzaq zərbəsini "doqquzluq"dan çıxaran Vladimir Miçoviç azarkeşlərin alqışını aldı. 71-ci dəqiqədə isə flaqman hesabı artırmağa yaxın oldu. Subaşiçin dabanıyla Adamiyanı zərbə mövqeyinə çıxardı, amma sonuncunun zərbəsini qapıçı asanlıqla tutdu. Bir dəqiqə sonra isə "Bane"nin qolunu ofsayd kimi qiymətləndirən bolqarıstanlı hakim serb hücumçumuza sarı vərəqə göstərməyi də unutmadı. 83-cü dəqiqə komandamız üçün faciəli oldu. Sağ cinahdan qapı önünə edilmiş asmaya dəqiq baş zərbəsi vuran Salihi hesabda fərqi azaltdı - 2:1. Matçın sonlarında "Rid"in cərimə meydançası yaxınlığında təyin olunan cərimə zərbəsi hər bir "Neftçi" azarkeşini ümidləndirdi, amma rəqib qapıçının etibarlı oyunu "Neftçi"nin növbəti mərhələ ümidlərini dəfn etdi. Baş hakimin final fiti "Neftçi"nin 2:1 hesablı qələbəsini və növbəti mərhələyə Avstriya "Rid"inin çıxmasını rəsmiləşdirdi.
#9
Posted 04 August 2007 - 11:50 PM
#10
Posted 01 November 2007 - 11:38 PM
#11
Posted 04 March 2008 - 12:25 AM
28-02-2008
"Lokomotiv" (Moskva) və Estoniya yığma komandasının futbolçusu Dmitri Kruqlov "Neftçi" ilə müqavilə imzalayıb. 23 yaşlı müdafiəçi komandamızın heyətində carı mövsümün sonunadək icarə əsasında oynayacaq. Millinin heyətində 23 oyuna 1 qol vuran Kruqlov əvvəllər Estoniyanın "Levadiya", Rusiyanın "Kuban" (Krasnodar) və "Torpedo" (Moskva) klublarında çıxış edib. Estoniya çempionatının (2004) və kubokunun (2004, 2005) qalibi, Rusiya çempionatının bürünc mükafatçısıdır (2005).
Kruqlov: "İnanıram ki, komandaya köməyim dəyəcək"
28-02-2008
Komandamızla bu gün müqavilə imzalayan Dmitri Kruqlovun transfer vərəqi Rusiya Futbol Federasiyasından qəbul olunub. Buna görə də estoniyalı futbolçu "Qəbələ" ilə oyunda meydana çıxa bilər. Sol kənar müdafiəçimiz fikirlərini saytımızla bölüşüb: "Başqa komandalardan da təkliflər vardı. Ancaq "Neftçi" daha konkret təklif irəli sürdüyündən, sizin klub ilə razılaşdım. Müqavilənin şərtləri məni tam qane edir. İnanıram ki, komandanıza köməyim dəyəcək. Anatoli Demyanenko kimi təcrübəli məşqçi ilə işləmək maraqlı olacaq".
#12
Posted 10 March 2008 - 07:02 PM
Beli, bu kifayet deyil. Islemek lazimdir, islemek!
#13
Posted 15 July 2008 - 08:57 AM
#14
Posted 19 July 2008 - 08:52 PM
#15
Posted 19 July 2008 - 08:54 PM
0 user(s) are reading this topic
members, guests, anonymous users