Jump to content


Forumun qaydaları


  • This topic is locked This topic is locked
No replies to this topic

#1 Ilg

Ilg

    geek

  • Root Admin
  • PipPipPipPipPipPipPip
  • 2,717 posts
  • Time Online: 17d 6h 22m 31s

Posted 14 October 2007 - 12:46 PM

I. Ümumi mövqe və məsləhətlər

Forumdakı bütün mesajlar onların müəlliflərinin fikirlərini əks etdirir, və rəhbərlik onlar üçün heç bir cavahdehlik daşımır.

II. İstifadəçinin hüquqları və vəzifəsi.

a. Hər bir istifadəçi etməlidir:
  1. Ümumi qaydalarla tanış olmalı və hökmən onlara əməl etməlidir.
b. Hər bir istifadəçinin hüququ var:
  1. Rəhbərliyin texniki köməyinə arxalanmağa.
III. Moderatorların hüquqları və vəzifəsi.

a. Moderator etməlidir:
  1. Öz bölməsində nizam-intizama nəzarət etməlidir.
b. Moderatorun hüququ var:
  1. Mövzuları bağlamaq və yerləşdirmək, başqalarının ismariclərini silmək və redaktə etmək.
  2. V və VII mövcud qaydalara əsaslanaraq istifadəçilərə reytinq vermək.
IV. Rəhbərliyin hüquqları və vəzifəsi.

a. Forum rəhbərliyi etməlidir:
  1. İstifadəçilərin məxfiliyini qorumaq (sizin qeydiyyatda göstərdiyiniz məlumatlar verilməyəcək, nə istifadəçilərə, nə də ki üçüncü şəxsə).
b. Forum rəhbərliyinin hüququ var:
  1. Hər an heç bir istifadəçinin fikrini öyrənmədən mövcud qaydaları dəyişdirmək.
  2. Mövzuları bağlamaq və yerləşdirmək, başqalarının ismariclərini silmək və redaktə etmək.
  3. V və VII mövcud qaydalara əsaslanaraq istifadəçilərə reytinq vermək.
  4. V və VII mövcud qaydalara əsaslanaraq istifadəçinin foruma daxil olmasının qarşısını almaq.
  5. İstifadəçilərin rəyi olmadan onları təyin olunmamış müddətdə moderator seçmək.
  6. Hər an moderator hüququndan azad etmək.
V. Qadağan olunmuş hərəkətlər.

Bizim forumda qadağandır:
  1. Digər istifadəçiləri böhtanlamaq, təhqir etmək.
  2. İstifadəçilırin milli hisslərini təhqir edən ismarıclar yerləşdirmək.
  3. Qüvvədə olan qanunvericiliyi pozmağa çağırış, irqçilik mahiyyəti daşıyan, millətlərarası ayrıseçkilik etmək, bir sözlə dövlət qanunvericiliyini pozan hər şey.
  4. Pornoqrafik, insan və ya heyvan zorakılığı səhnələri, qanlı səhnələri əks etdirən ya linklər, ya tekstlər, ya da ki qrafik materiallar.
  5. Forumda ticarət reklamları va ya ŞM (spam, finansla bağlı kömək və s.)
  6. Adlarda (niklərdə), imzada, veb-saytlarda və forumun adresində adlarda kobud, əxlaqsız və anaya yönələn ifadələr.
  7. İstifadəçi haqqında son dərəcə vacib olan məlumatları (onların elektron poçtlarını, telefon nömrələrini və s.) birbaşa kütləvi forumdan ötürülməsi.
  8. Mənası olmayan ismarıclar yerləşdirmək.*
  9. Tematik mövzularda flud və offtop etmək.
  10. İsmarici kirilcə yazmaq, əgər sizin teks rus və ya başqa dildə deyilsə, hansıki orada kirilcə istifadə olunur.
  11. Teksti formatikası üçün təyin olunmamış vasitələrdən istifadə (şriftlərin ölçüsü, rəngi, forması). Hər bir konkret halda məqsədəuyğun formatikanın qəbulunu ya həmin bölməyə nəzarət edən moderator, və ya rəhbərlik təyin edir.
  12. Moderatorların və rəhbərliyin fəaliyyətini müzakirə etmək. Əgər Sizə elə gəlirsə ki, moderator öz işini düzgün etməyib, onda bu barədə rəhbərliyə müraciət edin, ancaq xahiş olunur ki, öz şikayətinizi əsaslandırasınız. Rəhbərliyin fəaliyyəti müzakirə olunmur.
  13. Foruma və istifadəçilərə qarşı qruplaşma yaratmaq.
  14. Klon və multi-nikləri yaratmaq.
* +1, -1-dən ibarət olan ismarıclar və s. əvvəlki ismarıcdan sitat gətirilməsindən asılı olaraq ya yox heç bir əhəmiyyəti olmayan ismaric kimi qəbul olunur.


VI. Tövsiyələr.
  1. Əgər siz səhv etmisinizsə, məsələn, bir ismarıcı iki dəfə yazmısınızsa, ismarıcı lazım olan yerə yox və ya boş ismarıc göndərmisinizsə, onda hər şeyi olduğu kimi saxlayın. Oxucular araşdıracaq, moderator daha sonra siləcək. Öz səhvininz barəsində yeni ismarıc yazmağa ehtiyyac yoxdur, ən önəmlisi də flud üçün (verilmiş bənddə bu hallar nəzərə alınmır, nə zaman ki Siz sual və ya cavab haqqında hansısa vacib informasiyanı unutmusunuzsa onda düzəliş mütləq və vacibdir).
  2. Mövzunu yaradarkən onun başlığında mütləq mahiyyəti bildirin.
  3. Əgər Siz həqiqətən də öz verdiyiniz suala konkret cavab almaq istəyirsinizsə, gərəkdir ki öz probleminiz barəsində daha ətraflı yazasınız, hal-hazırda nə edilib və konkret nə qərar vermək lazımdır (hansı cavabı Siz gözləyirsiniz).
  4. Bu forumda internet resurslardan sitat gətirmək yaxşı qarşılanır, çap və digər informasiya mənbələrindən. Gətirilmiş sitatların müəllif hüquqlarını qorumaq yazan şəxsin özünə aiddir və rəhbərlik baş verəcək müəllif hüquqlarının pozuntusu üçün heç məsuliyyət daşımır. Bir başqa sözlə desək, informasiya mənbəsi ondan gətirilmiş sitatın hiper-linkini tələb edirsə, onda bunu özü etməlidir, əgər mənbə çap edilmiş informasiyanın nə hissəli, nə də ki tam nəşrini qadağan edirsə onda bunu etmək qadağandır. Bu halda rəhbərliyə bunu yazan şəxs haqqında şikayət birbaşa olaraq onu yazan şəxsə aiddir, rəhbərliknən heç bir əlaqəsi olmadan.
  5. Bütün məsləhətlər, tənqidlər və fikirlər forumun "Жалобы и Предложения" bölməsində yerləşdirin.
VII. Töhmətlər.

Forumun qaydalarını pozduqda, forum rəhbərliyi ilk növbədə istifadəçi tərəfindən verilmiş fikiri redaktə edir və ya silir.

Pozulmuş qaydanın həcmindən asılı olaraq yazan şəxsə yerində olaraq bunlar tətbiq oluna bilər:
  • İlk nəzərə çarpan qayda pozuntusu zamanı istifadəçiyə xəbərdarlıq məktubu göndərilir.
  • Daha sonrakı qayda pozuntularına görə onun reytinqi qaldırılır.
  • Daha ağır qayda pozuntusu zamanı isə istifadəçi heç bir xəbərdarlıq almadan nikinə ban qoyula bilər.
Reytinq barəsində:
  • Moderatorların başqa moderatorlar tərəfindən artırılmış reytinqi azaltmaq hüququ yoxdur.
Moderatorların hərəkətlərinin tənqidi barəsində ardıcıllıq:
  • Sizə konkret kimin töhmət etdiyini təyin edin. Əgər siz bunu təyin edə bilmirsinizsə, onda o bölməyə nəzarət edən bütün moderatorlarla əlaqə saxlayın, hansı ki siz barəsində şikayət etmək istəyirsiniz.
  • Ona yönələn şəxsi ismarıc yazın.
    Forumdakı nikinizi.
    Barəsində şikayət etdiyiniz mövzunun linkini.
    Səbəblər, hansı ki Siz moderatorun qərarı ilə razı deyilsiniz.
Əgər siz mövcud 5 iş günü müddətində nə moderatordan, nə də ki rəhbərlikdən cavab almasanız onda xahiş olunur ki, yenidən yazasınız.

Bu qaydalar barəsində xəbərdar olmamaq Sizi nəinki onun pozuntusundan azad edir, hətda bunun özü qayda pozuntusudur və təqsiri ağırlaşdıran səbəblərdəndir.


Məlumat üçün:

Spam (ing. spam) – mahiyyətcə reklam və başqa xarakter daşıyan məktubların insanlara göndərilməsi, hansı ki onun alınması üçün heç bir istək yoxdur. İlk növbədə spam termini reklam xarakteri daşıyan məktublara aiddir.
Spam termini bir neçə il bundan əvvəl işlənməyə başladı (1993-cü ildən başlayaqraq, bax: History of spamming), nə vaxtdan ki, reklam kompaniyaları bunu Usenet-də nəşr etməyə başladı, müzakirə vərəqələrində, qonaq kitabçalaında, verilmiş mövzuya aid olmayan yerlərdə, və ya ismarıclər hansıki sırf reklam xarakteri daşıyır.

Fleym – müzakirə ərəfəsində istifadəçilərin ilkin mövzu barəsində unutması. Bir qayda olaraq, bu tez-tez müşahidə olunur.

Offtop – ismarıc hansıki özündə heç bir məna daşımır, bunu “mövzu ilə bağlı olmayan çeynənmiş fikir” kimi də adlandırmaq olar.

Flud – bu sözün bir neçə mənası var. Foruma münasib olaraq – heç bir məntiqi olmayan fikirin forumda dərc edilməsi.

Reytinq – hər bir istifadəçinin özünün reytinqi var. Reytinqi yalnız moderator və rəhbər heyyəti artıra bilər. O zaman ki, istifadəçinin reytinqi 100% olur, o həmin an avtomatik olaraq ban alır.

Ban – istifadəçinin bəlli olmayan vaxt ərzində, qayda pozuntusunun mahiyyətindən asılı olaraq forumda iştirakının qadağan olunması.

  • 0



0 user(s) are reading this topic

members, guests, anonymous users