Bir güclü ədəbiyyəatçının sözü yadıma gəlir: "Hara getsəniz, özünüzlə bədii ədəbiyyat aparın. Çünki ədəbiyyat insanın özünü öyrənir".
İndi Ədəbiyyat bölməsinə baxıram. Çöx zəifdi. Yeni mövzumu yoxdu, əsərlərmi oxunmur. Ya ədəbiyyat heç kəsin maraq dairəsinə daxil deyil? Hamımız həmişə çox qəşəng şikayətlənirik. "Oxumaq səviyyəsi aşağı düşüb, heç kəs kitab oxumaq istəmir." Şikayətlənmək çox asandı. Amma bu halı aradan qaldırmaq üçün nə edirik. Bəziləri deyir guya kitablar bahadır almaq olmur. Allaha şükür elektron kitabxanalar ki var. Online kitab oxumaq olar ki. Həm də ədəbiyyat bölməsini zənginləşdirmək olar. Gəlin bu bölməni zənginləşdirmək üçün, konkret addımlar ataq. Təkliflər verək. Bununla bədii ədəbiyyat oxuma səviyyəsini cüzi də olsa artırmış olarıq. Yox əgər burda da passiv olsaq, bu o demək olacaq ki, söz pəhləvanlığı etməkdən başqa əlimizdən heç nə gəlmir.
P.S. Bu barədə danışmaq nə mentalitetimizə ziddir, nə də ayıbdır. Göstərək məharətimizi
0
Özümüzü öyrənmirik?
Started by Gadfly_o, Oct 15 2007 09:08 AM
7 replies to this topic
#1
Posted 15 October 2007 - 09:08 AM
#2
Posted 15 October 2007 - 09:52 AM
Bir güclü ədəbiyyəatçının sözü yadıma gəlir: "Hara getsəniz, özünüzlə bədii ədəbiyyat aparın. Çünki ədəbiyyat insanın özünü öyrənir".
İndi Ədəbiyyat bölməsinə baxıram. Çöx zəifdi. Yeni mövzumu yoxdu, əsərlərmi oxunmur. Ya ədəbiyyat heç kəsin maraq dairəsinə daxil deyil? Hamımız həmişə çox qəşəng şikayətlənirik. "Oxumaq səviyyəsi aşağı düşüb, heç kəs kitab oxumaq istəmir." Şikayətlənmək çox asandı. Amma bu halı aradan qaldırmaq üçün nə edirik. Bəziləri deyir guya kitablar bahadır almaq olmur. Allaha şükür elektron kitabxanalar ki var. Online kitab oxumaq olar ki. Həm də ədəbiyyat bölməsini zənginləşdirmək olar. Gəlin bu bölməni zənginləşdirmək üçün, konkret addımlar ataq. Təkliflər verək. Bununla bədii ədəbiyyat oxuma səviyyəsini cüzi də olsa artırmış olarıq. Yox əgər burda da passiv olsaq, bu o demək olacaq ki, söz pəhləvanlığı etməkdən başqa əlimizdən heç nə gəlmir.
P.S. Bu barədə danışmaq nə mentalitetimizə ziddir, nə də ayıbdır. Göstərək məharətimizi
sizinlə qismən razi deyiləm.. movzular da var, oxuyanlar da az deyil.. amma baxir nəyi oxuyur cavanlar..
əgər dünya və ya yerli ədəbiyyatdan danışırsinizsa onda haqlısınız.. mən son 2 ildə cəmisi 2 bədii kitab oxumuşam.. bəhanə kimi dəyərləndirməyin, çünki həqiqətən vaxt tapmaq çətindir kitab oxumağa..
amma bədii ədəbiyyatı nəzərə almasaq etiraf edirəm ki, hər gün ən azı 2-3 saat oxuyuram, muxtəlif mövzularda.. tibb, psixologiya, informasiya texnologiyaları, təbiət, siyasət və s. haqda (xəbərləri nəzərə almıram).. hətta BBC World və National Geographic-in dokumental filmlərini download edib baxiram zaman-zaman (tarix, elm, təbiət və s. haqda)...
ədəbiyyat insanın özünü öyrəndiyi kimi, tibb, psixologiya, təbiət və s. də insanın özünü öyrənir..
Edited by sapsan, 15 October 2007 - 09:53 AM.
#3
Posted 18 October 2007 - 11:30 PM
Bizlər hər şeyi baş-ayaq edirik desəm heç də yanılmaram. Yadımdadır əvvəllər universitetə qəbu zamanı bütün qruplarda Ədəbiyyat fənni məcburi fənn kimi öyrənilməli idi və abituriyyentlər də buna görə oradan çoxlu məlumatlar əldə edirdilər və çox zaman isə heç ədəbiyyatı bəyənməyən bir şagird elə bir əsərə rast gəlirdi ki, istər-istəməz maraq yaranırdı, onu tapıb oxumağa çalışırdı. Bu isə kiçik də olsa gəncin gələcəkdə ədəbiyyata olan marağına təkan olurdu. İndi isə bu sözləri demək çox təəssüflər olsun ki, mümkünsüzdür.
#4
Posted 11 November 2007 - 06:02 PM
BYadımdadır əvvəllər universitetə qəbu zamanı bütün qruplarda Ədəbiyyat fənni məcburi fənn kimi öyrənilməli idi və abituriyyentlər də buna görə oradan çoxlu məlumatlar əldə edirdilər və çox zaman isə heç ədəbiyyatı bəyənməyən bir şagird elə bir əsərə rast gəlirdi ki, istər-istəməz maraq yaranırdı, onu tapıb oxumağa çalışırdı. Bu isə kiçik də olsa gəncin gələcəkdə ədəbiyyata olan marağına təkan olurdu. İndi isə bu sözləri demək çox təəssüflər olsun ki, mümkünsüzdür.
Yadımdadır hansısa bir mövzu açılmışdı orada mən də sənin kimi yazmışdım ki, çooox təəssüf olsun ki, qəbul imtahanlarında ədəbiyyat fənnini götürüblər..Orda da bir mənə cvb olaraq yazdı ki, onsuz da nəyə lazımdır eee qəbuldan sonra hamısı unudulur gedir...buna oxşar bir şey...Elə deyəsən onu sən yazmışdın :=)) Səhv etmirəmsə
#5
Posted 11 November 2007 - 06:15 PM
Yadımdadır hansısa bir mövzu açılmışdı orada mən də sənin kimi yazmışdım ki, çooox təəssüf olsun ki, qəbul imtahanlarında ədəbiyyat fənnini götürüblər..Orda da bir mənə cvb olaraq yazdı ki, onsuz da nəyə lazımdır eee qəbuldan sonra hamısı unudulur gedir...buna oxşar bir şey...Elə deyəsən onu sən yazmışdın :=)) Səhv etmirəmsə
Bıy, mən? Amma ola bilər. İndi bütün mövzulara baxacam prinsipə.
#7
Posted 09 January 2008 - 09:47 AM
Mene gore iradiniz haqlidir. Bedii edebiyyata maragin azalmasinin bir chox sebebi var:
- Texnologiyanin inkishafi: mobil telefon, komputer ve s bu kimi avadanliqlar gencleri ozune celb edir ve efsuslar olsun ki choxu bundan duzgun shekilde istifade edib faydalanmir.
- Orta ve ali mekteblerde, diger tehsil ocaqlarinda bedii edebiyyata qarshi kifayet qeder maraq oyada bilmirler. Buna sebeb tebii ki yeterince savadli, dunyagorushune malik kadrlarin azligidir.
- Ailede valideynler oz ushaqlarina mence istiqamet vermeli, onlari heveslendirmeli, bedii edebiyyata maraqlarini artirmalidirlar. Etiraf edek ki, bu gun bele ailelerin sayi olduqca mehduddur.
- Telebelerin ashagi kurslardan ishlemeye bashlamalari, eyni zamanda tehsile ve ishe vaxt chatdirmamalaridir. Bu zaman telebe yorgun oldugundan elave olaraq hansisa eseri oxumaga hevesi olmur.
Butun bu saydiqlarimi hamiya shamil etmek olmaz, sadece cemiyyetde bele hallarin choxlugunu qeyd etmek istedim. Ozume geldikde ise, bedii edebiyyat oxumaq evezolunmaz sevimli meshguliyyetimdir.

#8
Posted 09 January 2008 - 10:22 AM
Sensitive,
bütün halları çox düzgün vurğuladın. Şəxsən özüm işləməmişdən əvvəl çoxlu bədii ədəbiyyat oxuyurdum amma indi işdən gəldikdən sonra artıq ancaq fənn dərslərinə zaman ayırmaq olur, ondan sonra isə internet (texnalogiya barəsində dediklərin). Heç TV-yə baxmağa zaman qalmır. İş günü ərzində isə heç ağlıma belə gəlmir ki, lap boş zamanım olsa da belə orada bədii kitab oxuyum.

0 user(s) are reading this topic
members, guests, anonymous users