Интервью #40 - Realium
#41
Posted 21 March 2008 - 10:25 PM
#42
Posted 21 March 2008 - 10:36 PM
Ölümündən sonra İslamın haqq din olduğu sənə aydın olsaydı, Allahın sorğusunda "Niyə namaz qılmadın, Quranla çatdırdıqlarıma əməl etmədin?" sualına nə cavab verərdin?
Bilirəm ki, elə bir şey yoxdur amma əgər sən deyən kimi olsaydı, orada da deyərdim ki, əgər bu din vardısa onu əsaslı şəkildə insanlara çatdırardınız, bir reallıq kimi, nağıl kimi yox. Bir sözlə bu zamana kimi dinlə bağlı nə yazmışamsa burada hamısını deyərdim, cəhənnəmə ki sonda cəhənnəmə düşəcəyəm.
#43
Posted 22 March 2008 - 12:16 PM
John Lennon-dan "Imagine". Bircə onu deyə bilərəm ki, çox gözəl sözləri var. İstərdim onun bəndlərinə ayrı-ayrı münasibətimi yazım, belə daha aydın olar.
Özün də bilirsən ki, bir deist kimi mən də heç bir dini qəbul etmirəm, cənnət və cəhənnəm anlayışı da məhz dində olduğu üçün mən bunu qəbul etmirəm amma bunu tək dində yazıldığı üçün deyil, ümuiyyətlə reallıqdan uzaq olan bir nağıla bənzədiyi üçün qəbul etmirəm. İkinci bənddə olan heç bir ölkə olmasaydı, heç bir din olmasaydı insanların sülh içində, heç bir qətlsiz və ölümsüz yaşaması fikri ilə isə tamamilə razıyam, çünki məhz dinin yayılması və ayrı-ayrı sərhədlərin genişlənməsi uğrunda tarix boyu çox böyük müharibələr olub, günahsız qanlar axıdılıb, düşmənçilik yaranıb. Əgər bu ikisi də olmasaydı çox güman ki indi biz çox gözəl, sülh içində olan bir dünyada yaşayacaqdıq. Üçüncü bənddə isə insan artıq öz dini cərəyanından bəhs edir. Bilmirəm orada ateizmə yoxsa deizmə çağırışdır amma əgər dünya bu cür olarsa mən hər şeyi qəbul etməyə hazır olaram amma hal-hazırda reallığa nəzər yetirsək bu fikirlər ancaq "dreamer" olan birinə aiddir, dolaysıyla bunu ikimiz də istədiyimizə görə həm sən xəyalpərəst olursan, həm də ki mən. Anladığım qədəri ilə də dördüncü bənddə varlı və kasıb təbəqədən söhbət gedir. Orada da razıyam, əgər bu olmasaydı nə aclıq olardı, nə də ki acgözlük, bunun da nəticəsi olaraq əlbəttə ki insanlar qardaşlıq içində yaşayacaqdılar. Hər halda nəyəsə ümid eləmək olmur ki, dünya bir gün belə olar, olsa da onu biz görmərik amma bu əsil ideal dünyadır.
P.S: Çox gözəl sual idi. Təşəkkürlər!
he bax budur menim istediyim , indi deyesen meni daha yaxsi basa dusersen ....senin cavabinda cox gozel id
#44
Posted 23 March 2008 - 03:07 AM
#45
Posted 23 March 2008 - 12:34 PM
#47
Posted 23 March 2008 - 07:06 PM
rock sene ne verdi ?
Rock mənə nə vermədi soruşsaydın daha düzgün olardı. Rockun mənim həyatımda ayrı və xüsusi bir yeri var, hansı ki onu sözlə ifadə mümkün deyil. Rock mənim həyat tərzimi əks etdirir, bir çox janrlar var ki, mən onlara qulaq asanda sadəcə olaraq özümdə mənəvi rahatlıq tapıram, mənə bir psixoloq kimi, bir dərman kimi təsir göstərir.
#48
Posted 23 March 2008 - 07:19 PM
#49
Posted 23 March 2008 - 10:39 PM
bu hissler mene tanis gelir ee ))) en cox xosuna gelen rock janri ???
Əsasən gothicdir amma alternative, black metal və sinfonik black metalı da çox bətənirəm. Ümumiyyətlə isə janrlara elə də fərq qoymuram, əsas olan keyfiyyətli işdir.
#50
Posted 25 March 2008 - 11:49 AM
#51
Posted 25 March 2008 - 02:01 PM
#52
Posted 25 March 2008 - 02:52 PM
Boyuyende neci olmaq isteyirsen?
Kiçik olanda "futbolçu" olmaq istəyirdim, artıq bir neçə ildir ki, rocker olmaq istəyirəm amma vəziyyət elə gətirdi ki, məcburi bank sferasına yönəlməli oldum amma planda var ki, gələcəkdə Azərbaycanda yeni alternative janrda çıxış edən bir rock qrupu da görəsiniz və bu çox realdır.
#53
Posted 25 March 2008 - 03:02 PM
en az xosladigim rock janri ?
Nirvana, desəm ki, elə janr yoxdur, bəlkə də inanmazsan amma doğurdan yoxdur, çünki hərəsinin öz ayrı yeri var və bir də görürsən ki, o janrlardan elə bir mahnı çıxır ki, heç düşünmədən şedevr deyə bilərsən.
#54
Posted 26 March 2008 - 01:30 PM
#55
Posted 26 March 2008 - 03:30 PM
#56
Posted 26 March 2008 - 03:44 PM
en xosuna gelen rock qrupu ?
Evanescence
Evanescence.jpg 53.43K 54 downloads
ne vaxt topu axira kimi ayaginda saxlamagi oyreneceksen ?
Sən düzgün pas verməyi öyrənəndə...
#57
Posted 26 March 2008 - 05:29 PM
2)kim yazeyir REPi ?
#58
Posted 26 March 2008 - 05:43 PM
1)sabahkı günü necə görürsən?
2)kim yazeyir REPi ?
1. İş gününə yaxınlaşan bir gün kimi, tətilin bitəcəyini düşünürəm və yenə də başladıq da... ((
2. Bildiyim qədəri ilə Eminem üçün Anar Nağılbaz, 50 Cent üçün də Xose, həə, bir də Snoppy üçün Nadir Qafarzadə, bax bunu heç kim bilmir ha. (suala quzu kəsim)
#59
Posted 27 March 2008 - 12:33 PM
#60
Posted 27 March 2008 - 04:16 PM
Muğam sənin üçün nədir?
Yaxşı ifa olunmuş muğam mənim üçün əsil musiqidir, uzaqdan səsini eşidəndə mənə öz Vətənimi andıran bir musiqi janrıdır. Düzdür, özüm buna çox da qulaq asmasam da hərdən təsadüfən dinləyirəm və bir daha vurğuluyuram ki, əgər yaxşıdırsa o zaman sonra kimi sevə-sevə qulaq asıram. Əsas olan da odur ki, muğam Vətənim Azərbaycanımın tarixidr, mədəniyyətidir və məhz buna görə də çox böyük hörmətim var və hər zaman da onu qorumaq üçün bacardığımı edərəm.
0 user(s) are reading this topic
members, guests, anonymous users