Jump to content


- - - - -

Black Metal


  • You cannot reply to this topic
21 replies to this topic

#21 Ilg

Ilg

    geek

  • Root Admin
  • PipPipPipPipPipPipPip
  • 2,717 posts
  • Time Online: 17d 6h 22m 31s

Posted 24 March 2008 - 11:40 AM

millet, movzudan uzaglashmayin!
  • 0

#22 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 17 April 2009 - 09:49 AM

Black Metal

Изображение


Uzun illərdir məlum olan bir tərzdir. Amma konkret olaraq adı yox idi. Celtic Frost və Bathory adlı qruplar bu tərzin ilklərindəndilər. Death Metal-ın klassik gitara, bass gitara və bateri üçlüsünə qarşılıq olaraq daha çox musiqi aləti işlənən Black M-da daha geniş harmoniya yaradılaraq daha melanxolik və mistik bir hava verilir.

Dinləyici saylarının artması ilə əlaqədar olaraq sonrakı illərdə Darkthrone, İmmortal, Emperor, Burzum, Enslaved, Havahej, Gorgoroth, Graveland kimi qruplar bu missiyanı davam etdirərək, daha sərtləşdirilərək, daha satanist, vampir yönlü və mistik əlamətlər işlətməyə başladılar. Xüsusilə 1991-94-cü illərdə Skandinaviya, Black M-ın mərkəzinə çevrildi. Emperor, Burzum, Darkthrone və Mayhem kimi qruplar ön plana çıxıb Death Metal sərtliyində olan mahnılarını pianino tip alətlərlə bəzəyərək, vokallarda daha çox sərtlik yaratdılar. Death Metaldan bilinən klassik brutal vokal, sərt yırtıcı vokallar ilə bərabər scream vokal və hərdən normal vokallarla bəzədildi.

Black Metal, Death-dən fərqlidi əslində. Mahnı sözləri pislik, şeytan və cadu ilə bağlı idi. Hətta mahnılarda “Qara Cadu” və “Voodoo” cadularıda işlədildi. Sonralar bəzi qruplar bu barədə başqa istiqamət götürərək bir az romantik və fövqəltəbii ilə bağlı oldu. Sinfonik Black Metal məhz bu dövrdə yarandı. Bu tərzdə həyatdakı stress və qayğılar, pulun, gücün, hər şeyin müvəqqəti olduğunu və yalnız bir şeyin həqiqət olduğunu (“Tək həqiqət ölümdür”) insanlara çatdırmaq istəyirdilər.

Qazet və TV-lərdə oxuduqları xəbərləri qulaq ardına vurub, axmaq siyasi davalar, iqtisadi problemlər, dini müzakirələrdən uzaq qalaraq tamamilə paqan bir hava içində fəaliyyət göstərə Black Metal qrupları, xüsusilə tək tanrılı dinlərə qarşı idilər.

Vaxt getdikcə B.M-ın alt qolları yaranmağa başladı. Total Black Metal, War Black Metal, Odium Black Metal, Occult Black Metal, Neo Black Metal kimi...

Death Metal və Thrash Metal-ın zəyifləməsi ilə daha da güclənən Black Metal-ın vacib qollarından biri olan Sinfonik Black Metalda melanxoli mahnı sözləri, skripka, pianino, fleyta kimi bir çox alətlər işlədərək bir metal operası ərsəyə gətirən ən vacib qruplar Dimmu Borgir, Cradle Of Filth və Dark Funeral-dır. Amma mahnı sözlərində fərqlilik böyükdür. Məsələn, Cradle Of Filth erotizm və vampirizmlə əlaqəli sözlər işlədirsə, Dark Funeral əsl mənada satanizmi təbliğ edir.

Black Metal-ı fərqli edən başqa bir fakt isə, qrup üzvlərinin makyajlarıdır. Ən çox işlənən: ağ rəngə boyanmış sifətdə gözlər qara ya da qırmızı, dodaqdan axan qan izi, dodaqların və dırnaqların qara rəngə boyanmasıdır. Görünüşü tamamlayan başqa ən çox işlənən vasitə isə balta və qılıncdır. Səhnənin kənarına tabutlar qoyulur, böyük gothic şamdanlardan, pentaqram şəkilləri və s... Səhnənin işıqlandırırlması və şoular da vacibdir. Əsasən səhnə qaranlıq olur və xüsusi qırmızı işıqlarla lazımı yerlər aydınlanır.

1970-ci illərdə Celtic Frost və Bathory ilə başlayan və indiyə qədər davam edən Black Metal, satanizmin təbliği məqsədilə də işlədilmişdir. Acheron qrupunun vokalisti Vincent Сrowley eyni zamanda “Church Of Satan”-ın (“Şeytanın Kilsəsi”) baş rahibidir. Hələ də öz gücünü qoruyan Black Metal, Heavy Metal tərzləri arasında ən çox alt qola və ən rəngarəng olandır.

Black Metal'a ən çox müraciət edən qruplar:

Dimmu Borgir
Burzum
Immortal
Satyricon
Emperor
Darkthrone
Cradle of Filth
Mayhem
Marduk
Behemoth
Gorgoroth
Bathory
Carpathian Forest
Ulver
Dark Funeral
Enslaved
Anorexia Nervosa

Məlumata görə Rok.AZ forumundan DarKPluS-a təşəkkürlər!

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users