Jump to content


- - - - -

Интервью #42 - MASTER_IER


  • This topic is locked This topic is locked
273 replies to this topic

#21 J_a_m_a_l

J_a_m_a_l

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 513 posts
  • Time Online: 8m 54s

Posted 31 March 2008 - 10:42 PM

QUOTE(MASTER_IER @ Apr 1 2008, 12:51 AM) View Post

Özünə tam inam kəlməsin nə mənada işlədiblər? Dini söhbət əsnasında deyilib bu, yoxsa adi?

Mənim fikrimcə, Allaha tam inandığın zaman özün üçün yaşamamağa başlayırsan. Allaha inanaraq İslamı qəbul etmişəm. Az və çox dərəcədə Allahın buyuruqlarına əməl etməyə çalışıram. Və bunlara əməl etdikcə görürəm ki, insanın ətrafdakı insanlara, təbiətə, heyvanlara münasibəti həddən artıq incəliklə düşünülüb. Hər əməlində başqalarına qarşı ziyansızlıq nəzərdə tutulub. Bu əməllərin nəticəsində Tanrı insana gözəl axirət həyatı vəd edir.

İnsan dünyada özü üçün yaşasa ziyanverici olar. Necə ki, olur. Bir tərəfdə yoxsullar, digər tərəfdə pul artılığından əziyyət çəkən varlılar. İnsan təkcə özünü düşünmədən, ətrafa da fikir versə, dünya çox gözəl olar.

P.S. Cavabımda qaranlıq məqamlar, düzgün anlamama və sair varsa məmnuniyyətlə o hissələrə yenidən qayıdarıq. thankyou.gif

Bu, bir atanin ogluyla sohbeti zamani ifade olunubdu, atanin ogluna dediyi sozlerdir. Yeni umimi menada ishlenibdir, her cehetden ozune inamdan sohbet gedir. Cavabin da chox aydin shekildedir, qaranliq bir meqam yoxdur mene gore.

Ozune inam ozunu tanimaqdan bashlayir, ozunu tanimaq Allahi tanimaq demekdi. Sende nece bunlar tam shekildedir, yoxsa yashadiqca ozunu daha da yaxindan tanimaga bashlayirsan? Bir de ozunu yaxshi tanidiqlarini iddia eden amma Allahi inkar edenler sence dogrudanmi ozlerini taniyirlar, yoxsa sadece bunu ele bilirler? Bir de hansi situasiyalar zamani ozunu tanimaq mumkundur?

P.S: Deyesen suallarim chox oldu smile.gif Evvelceden teshekkurler. thankyou.gif

Edited by J_a_m_a_l, 31 March 2008 - 10:43 PM.

  • 0

#22 bakinka_v_NY

bakinka_v_NY

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 572 posts
  • :

Posted 01 April 2008 - 12:28 AM

Balashka,sirlerini kimle bolushursen? Yalniz sevinc ve kederini demirem ha...
  • 0

#23 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 01 April 2008 - 08:32 AM

Evvela size halal olsun. Valideynleriniz sizinle fexr ederler. Allah size ozunuz kimi ovlad nesib etsin. Sualim ise budur bizim milleti sheherimizde ellerinde kitablarla, curebecure usullarla aldadaraq, dinden xeberi olmayan (melumdurki sovet vaxtinda milletimize dini yasaq edibler) milletimizin numayendelerine basqa basqa dinlere kecmelerine sherait yaradirlar, buda esasen muselman olan xalqimizi bir nov parcalamaqdi. Buda bizim milletin basina gelen basqa bir derdidir. Bunlarin qarshisini nece almaq olar? Evvelceden size oz teshekkurumu bildirirem.
  • 0

#24 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 01 April 2008 - 01:05 PM

Xomeyniye munasibetin necedi ???
  • 0

#25 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 01:35 PM

Цитата(J_a_m_a_l @ Apr 1 2008, 01:42 AM) View Post

Bu, bir atanin ogluyla sohbeti zamani ifade olunubdu, atanin ogluna dediyi sozlerdir. Yeni umimi menada ishlenibdir, her cehetden ozune inamdan sohbet gedir. Cavabin da chox aydin shekildedir, qaranliq bir meqam yoxdur mene gore.

Ozune inam ozunu tanimaqdan bashlayir, ozunu tanimaq Allahi tanimaq demekdi. Sende nece bunlar tam shekildedir, yoxsa yashadiqca ozunu daha da yaxindan tanimaga bashlayirsan? Bir de ozunu yaxshi tanidiqlarini iddia eden amma Allahi inkar edenler sence dogrudanmi ozlerini taniyirlar, yoxsa sadece bunu ele bilirler? Bir de hansi situasiyalar zamani ozunu tanimaq mumkundur?

P.S: Deyesen suallarim chox oldu smile.gif Evvelceden teshekkurler. thankyou.gif


Gözəl düşünülmüş suallara görə təş.əkkür edirəm.

1. Necə ki, başqalarını tanımaq çətindir, özünü tanımaq ondan da çətindir. Niyə? Çünki, insan o zaman bir kimsəni tanıyır ki, onunla ünsiyyətdə olur, illərin sınağından keçirir və sair və ilaxır. Problem ondadır ki, çox az insan özü ilə ünsiyyət qurur. Özü özünə hesabat verir.

Dinimizdə çox gözəl əməl var. Hər günün sonunda namaz üstündə Allaha etiraflar. Etdiyin səhvlərə görə Allahdan bağışlanmaq diləmək. Bunu özü bir növ özünəhesabatdır. Əslində, insan elə bir yaradılışdır ki, öz səhvini çox zaman düz hesab edir, ya da boynundan atmaq istəyir. Amma Allaha etiraf insanı daha səmimi olmağa sövq edir.

Allaha hesabat insanı özü-özünə tanıtdırır. Allaha hesabat Allahı dərk etdiyi üçün edilir. Allahı dərk etməyən insan təbii ki bu əməli yerinə yetirmir. Bu zəncirvari kompleksdir. Amma təbii ki, birdən bir baş vermir. Yaşadıqca, müxtəlif həyat şərtləri ilə qarşılaşdıqca əməllər də dəyişir, hesabtaların məzmunu da.

Qısa ifadə etsək, özünü tanımaq üçün insan həyati boyu özünü sorğu-sual etməli, Tanrı qarşısında əməllərinin hesabatını verməlidir. Deyim ki, heç də çətin deyil, əksinə insan psixoloji cəhətdən çox rahat olur.

(P.S. Birinci suala cavabda elə sonuncu sualın da cavabı var. İnşallah qane edər.)

2. Allahı inkar edən insanlar məsuliyyətdən qaçmaq istəyənlərdir. Təcrübədə də bunu görürük. Ailə məsuliyyəti, valideyn məsuliyyəti, cəmiyyət qarşısında məsuliyyət və sair. "Asta qaçan namərddir" misalı... Məsuliyyətdən qaçmaq o deməkdir ki, özünə hesabat vermirsən, əmələrinin nəticəsi əhəmiyyət daşımır, MƏN, MƏN və yenə də MƏN... Sonda elə istədiyi MƏN ilə tək qalır, hesabat vernək gec olur, əksər hallarda da heç də HAPPY END olmur.
  • 0

#26 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 01:53 PM

Цитата(bakinka_v_NY @ Apr 1 2008, 03:28 AM) View Post

Balashka,sirlerini kimle bolushursen? Yalniz sevinc ve kederini demirem ha...


Bibişka, sirlərimi adətən iki ən yaxın dostumla bölüşürəm. İndi onlar ailəlidir və təbii ki həyat yoldaşları da sirlərimdən agah olurlar. Elə bir sirrim olmayıb indiyə qədər. Məktəbli və tələbə vaxtı aşiq olduğum qızları kiçik sirr hesab etsək, hər zaman onlara etiraf etmişəm, məsləhət istəmişəm.

İndiyə qədər valideynlərimə hansısa sirrimi açmamışam. Ümumiyyətlə valideynlərimlə tetatet söhbətim çox az olub. Bu mənim daxili aləmimdən irəli gəlir. Çox zaman qapalı olmuşam. Sonra dostlarımla bölüşmüşəm. Lap körpəlikdən ətrafıma qarşı açıq olmuşam. Yəni, özgənin qucağında ağlamazdım. smile.gif Aylarla kənddə valideynlərsiz qalırdım. Tək uşaq olduğum üçün daima yaşıdlarımla ünsiyyətə meylli olmuşam. Ən çox ünsiyyətdə olduğum qohumlarımızı 5 yaşıma qədər doğma qardaş bilirdim.

Bir hadisə: 5 yaşım olanda dayımgildən qayıdanda anamla avtobusa mindik. Avtobusda oturmağa yer olmadığından sürücü məni öz yanında əyləşdirdi. Konduktor mənə sual verdi ki, qardaşın var? Dedim HƏ. Biri 24 yaşında, biri də 2 yaşında (ikisi də əmiuşaqlarım idi). İndi konduktor bir anama baxır, bri mən dediyimi düşünür biggrin.gif Necə olur ki, 30-35 yaşında qadının 24 yaşında oğlu olur? lol.gif Anam tez düzəliş elədi ki, əmiuşaqlarını qardaş bilir.

Uşaqlıqda valideynlərdən tez-tez uzaqda olmağım indi onlarla həyati məsələləri bölüşməyimə mane olur. Adicə, anam neçə aydı evlənmək barədə söhbət eləmək istəyir, qaçıram söhbətdən. smile.gif
  • 0

#27 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 02:02 PM

Цитата(xatun @ Apr 1 2008, 11:32 AM) View Post

Evvela size halal olsun. Valideynleriniz sizinle fexr ederler. Allah size ozunuz kimi ovlad nesib etsin. Sualim ise budur bizim milleti sheherimizde ellerinde kitablarla, curebecure usullarla aldadaraq, dinden xeberi olmayan (melumdurki sovet vaxtinda milletimize dini yasaq edibler) milletimizin numayendelerine basqa basqa dinlere kecmelerine sherait yaradirlar, buda esasen muselman olan xalqimizi bir nov parcalamaqdi. Buda bizim milletin basina gelen basqa bir derdidir. Bunlarin qarshisini nece almaq olar? Evvelceden size oz teshekkurumu bildirirem.



Təşəkkür edirəm.

1. Elm, elm, yenə də elm.

İctimaiyyətin dini cəhətdən savadlanması lazımdır. Bunun üçün də məktəblərdə İslam fənni keçiləs pis olmazdı. Eləcə də digər səmavi dinlər haqqında geniş məlumat bazasını şagird və tələbələrə təqdim etmək yaxşı olardı. Dini mövzularda dəyirmi masaların təşkil olunması, virtual məlumat mübadiləsinin genişləndirilməsi və sair.

2. Uydurma dinlərə keçənlərin əksəriyyəti bunu dərk edərək edir. Sadəcə maliyyə cəhətdən çətinlik çəkənlər, yaxud da nəfsinə hakim ola bilməyənlər aylıq məvacib qarşılığında başqa-başqa dinləri qəbul edirlər.

Sosial durumun yaxşılaşdırılması istiqamətində islahatlar daha qabarıq olmalıdır. İnflyasiyanın sürəti əhalinin aylıq ərzaq səbətinə təsir etməməlidir.

3. Fırıldaq missioner nümayəndələrinə rast gələndə hüquq mühafizə orqamlarına bildirməkdən çəkinməməliyik. Çünki, qanunla bu cür fəaliyyət yasaqlanmışdır.
  • 0

#28 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 02:23 PM

Цитата(nirvana_666 @ Apr 1 2008, 04:05 PM) View Post

Xomeyniye munasibetin necedi ???


Normal. Allah ona rəhmət eləsin. Onun Adabus-Səlat - namazın fəlsəfi-irfani mahiyyəti əsəri ilə tanışam. Hər kəsə də məsləhət görürəm oxumağı.

Qorbaçova məktubunda kommunizmdən əl çəkməyi, İslama gəlməyi məsləhət görmüşdü.

Maraqlı olanlar oxuya bilər. BURAYA TIKKILDADIN
  • 0

#29 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 01 April 2008 - 02:30 PM

Kimse sene qarshi chox pis hereket etse onu bagishlaya bilersen? Adi birine bu suali versem alacagim cavabi bilirem, amma sen dine chox bagli oldugundan cavab maraqli olar.
  • 0

#30 Sun_Set

Sun_Set

    Бывалый

  • Постояльцы
  • PipPipPipPip
  • 462 posts
  • :

Posted 01 April 2008 - 04:44 PM

senin oz dinine,Allahina inamin ve onlar haqda bu cur maraqlanmagin mende fereh hissi oyatdi smile.gif senin gelecek xaniminin da dine bu cur bagliligini isterdin?
  • 0

#31 MiNiSH

MiNiSH

    Новичок

  • Пользователи
  • Pip
  • 14 posts
  • :

Posted 01 April 2008 - 05:20 PM

MASTER,ilk once ALLAH ibadetlerini qebul etsin,goye achilan ellerini hech vaxt geri qaytarmasin.
SUAL: Qedr gecelerini oyaq qalirsan?
  • 0

#32 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 08:53 PM

Цитата(sensitive @ Apr 1 2008, 05:30 PM) View Post

Kimse sene qarshi chox pis hereket etse onu bagishlaya bilersen? Adi birine bu suali versem alacagim cavabi bilirem, amma sen dine chox bagli oldugundan cavab maraqli olar.


İnsan övladının bir çox günahlarını Allah bağışlayırsa, insan nə çarədir ki? Amma bir AMMA var ki, insan övladı Allahın rəhminin mində birinə də malik deyil. Ona görə insan özünə edilən pisliyi bağışlamaqda çətinlik çəkir.

Amma di gəl ki, bizi yaradan Allah hər gün bizi öz hüzurunda gözləyir, amma biz çox vaxt getmirik. Müxtəlif bəhanələr gətiririk. Bundan böyük günah, pislik olar? Bizə sağlam əl-ayaq, göz-qulaq verən Allaha beləmi təşəkkür edirik? Amma yenə də tövbə edib, düz yola qayıdanda Allah günahlarımızı bağışlayır.

Günahı nə olursa olsun, səmimi qəlbdən tövbə edən və o günaha qayıtmayan insan günahsız insan hökmündədir.

Mən də bütün eqoistliyimi, kin-küdurətimi bir qırağa qoyub səmimi qəlbdən pisliyini etiraf edən və üzr istəyən kəsin üzrünü qəbul etməyə çalışardım. Ən azı çalışardım.

Allaha cümləmizi pisliklərdən və pis əməl törətməkdən qorusun.
  • 0

#33 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 01 April 2008 - 09:06 PM

Sırf bir müsəlman kimi sənin deizmə münasibətin?
  • 0

#34 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 01 April 2008 - 09:20 PM

İlk dəfə bu sənətə necə gəlmisiniz??? biggrin.gif
  • 0

#35 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 09:49 PM

Цитата(Sun_Set @ Apr 1 2008, 07:44 PM) View Post

senin oz dinine,Allahina inamin ve onlar haqda bu cur maraqlanmagin mende fereh hissi oyatdi smile.gif senin gelecek xaniminin da dine bu cur bagliligini isterdin?


Çox istərdim. Amma heç zaman məcbur etmərəm. Çünki, sevgi və səmimi bağlılıq olmayan ibadətdə heç bir effekt olmur.

Amma sizcə də gözəl deyil mi? thankyou.gif

Attached File  hicab1.jpg   26.89K   104 downloads Attached File  3896.jpg   11.03K   107 downloads Attached File  leyli03arminekml1.jpg   21.42K   97 downloads Attached File  hicab2.JPG   26.75K   105 downloads

Цитата(MiNiSH @ Apr 1 2008, 08:20 PM) View Post

MASTER,ilk once ALLAH ibadetlerini qebul etsin,goye achilan ellerini hech vaxt geri qaytarmasin.
SUAL: Qedr gecelerini oyaq qalirsan?


Minish, evvela foruma xoş gəlmisən və ilk kommentlərindən birini mənim üçün ayırdığına görə sənə təşəkkür edirəm. thankyou.gif

İndiyə qədər cəmi iki dəfə oyaq qalmışam. İnşallah bundan sonra hər birində oyaq qalmaq, ibadət etmək, Quran oxumaq, dua etmək imkanım olar. Hər kəsə də nəsib olmasını diləyirəm.
  • 0

#36 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 April 2008 - 09:56 PM

Цитата(Janulka @ Apr 2 2008, 12:20 AM) View Post

İlk dəfə bu sənətə necə gəlmisiniz??? biggrin.gif



smile.gif Üzün gülsün, ay Janulka.

Namaz qılmaq çoxdankı arzum idi. Etiraf edim ki, çox qorxurdum ki, namaz qılmaq mənə nəsib olmaz. Çünki, ölüm gözlə qaş arasındadır. Nə zaman qapını döyəcəyini bilmirsən.

Bir gün magistr dostumla məscidə yolumuz düşdü. Qrup yoldaşlarımdan 3-ü namaz qılan idi. Məni də məcburən məscidə saldılar. Namazın sözlərini bilmədən, dilimdə "Lailəhailləllah" kəlməsi ilə ilk camaat namazımı qıldım. O gün bu gündür ki. Allahın köməyi ilə davam edirəm.
  • 0

#37 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 01 April 2008 - 10:07 PM

Masdır, gəşşəh qızların şəkillərini yerləşdirmisən özün də soruşursan ki, gözəl deyilmi??? smile.gif
  • 0

#38 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 April 2008 - 09:00 AM

Цитата(Realium @ Apr 2 2008, 12:06 AM) View Post

Sırf bir müsəlman kimi sənin deizmə münasibətin?


Realium, dünən Janulkaya cavab yazdım, OK basan kimi işıqlar söndü. smile.gif Ona görə sənin sualına cavab bu günə qaldı. Üzrlü hesab ele.


Mənim inancımdan deizmə münasibətimi baça düşəcəksən. Mən inanıram ki, Quran Allahın kitabıdır və Allah Quranı hər zaman qoruyur. Mən inanıram ki, Allah sevdiyi insanların dualarını qəbul edir. Mən inanıram ki, bu dünyanın sonunda yeni bir dünyanın başlanğıcı var: cənnət və cəhənnəm, mən inanıram ki, insanlar əməllərinə görə cavab verəcəklər.

Gördüyün kimi hamısı deizmə əks getdi. smile.gif

Цитата(Janulka @ Apr 2 2008, 01:07 AM) View Post

Masdır, gəşşəh qızların şəkillərini yerləşdirmisən özün də soruşursan ki, gözəl deyilmi??? smile.gif


Özün məndən yaxşı bilirsən ki, hicab istənilən qıza, qadına xüsusi gözəllik gətirir. İnsanın daxili gözəl olanda, xarici görkəmində biruzə verir. Elə-belə deməyiblər ki, "könül sevən, göyçək olar." thankyou.gif
  • 0

#39 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 02 April 2008 - 10:13 AM

QUOTE(MASTER_IER @ Apr 2 2008, 12:49 AM) View Post

Çox istərdim. Amma heç zaman məcbur etmərəm. Çünki, sevgi və səmimi bağlılıq olmayan ibadətdə heç bir effekt olmur.

Amma sizcə də gözəl deyil mi? thankyou.gif

Attached File  hicab1.jpg   26.89K   104 downloads Attached File  3896.jpg   11.03K   107 downloads Attached File  leyli03arminekml1.jpg   21.42K   97 downloads Attached File  hicab2.JPG   26.75K   105 downloads
Minish, evvela foruma xoş gəlmisən və ilk kommentlərindən birini mənim üçün ayırdığına görə sənə təşəkkür edirəm. thankyou.gif

İndiyə qədər cəmi iki dəfə oyaq qalmışam. İnşallah bundan sonra hər birində oyaq qalmaq, ibadət etmək, Quran oxumaq, dua etmək imkanım olar. Hər kəsə də nəsib olmasını diləyirəm.


master sizcede gozel deyilmi?? sualdi yoxsa bedii sual ?denen mende munasibeytimi bildirim blum.gif
  • 0

#40 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 April 2008 - 10:20 AM

Цитата(nirvana_666 @ Apr 2 2008, 01:13 PM) View Post

master sizcede gozel deyilmi?? sualdi yoxsa bedii sual ?denen mende munasibeytimi bildirim blum.gif


Bu gözəlliyi sən anlaya bilmirsən. Heyif ki. Söhbət qızların gözəlliyindən yox, geyimin, hicabın əks etdirdiyi gözəllikdən gedir. Hicab müzakirəsi haqqında əlavə mövzumuz var mən bilən wink.gif
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users