Jump to content


- - - - -

Интервью #42 - MASTER_IER


  • This topic is locked This topic is locked
273 replies to this topic

#261 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 28 November 2008 - 12:18 PM

Цитата(slav_fgod @ Nov 27 2008, 10:20 PM) Просмотреть Сообщение

Bir sual daha. Bildiyime gore isleyirsen, hem de internetde bolluca vaxt kecirirsen, coxlu mutalie edirsen, basqa forumlarda da yazirsan, eylenceye de vaxt ayirib dostlarinla da gorusursen. Indiye kimi yazilarindan bele qenaete gelmisem. Burda coooooox boyuk bir sual yaranir, SEN BU QEDER VAXTI HARDAN TAPIRSAN? unknw.gif Vaxt meselesi menim en yarali yerimdi, vaxtini nece bolursen ki, butun bunlari ede bilirsen? Xususi formulu varsa gizletme de nolar ki cray.gif
Basqa sual, nece dil bilirsen (tevazokarliq eleme day)? smile.gif


Doğurdan haa, mən bu qədər vaxtı hardan tapıram? smile.gif

Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir çox iş yerlərində boş vaxt tapmaq adi məsələdi. Sadəcə olaraq, insanlar boş vaxtlarını bir-birinə kağız tullamaq, yaxud söhbət etməklə keçirir deyə, hiss etmirlər bunu. smile.gif

Hal-hazırda işdən ayrıyam deyə, boş vaxtım kifayət qədərdi. Ancaq işdə daha çox yararlanırdım boş vaxtdan. İnsanın nə qədər çox boş vaxtı olursa, bir o qədər səhlənkar olur. Fikirləşirsən ki, qoy bu işi eliyim, o birini sabah edərəm, onsuz da evdəyəm, bir saat çox yatım filan beşməkan... Bir də görürsən ki, vaxt yox imiş.

Ona görə hətta insanın 24 saat boş vaxtı da olsa, gərək heç olmamış kimi hər saniyəni qənimət bilə. Çox qəribə psixologiyamız var, hər günü heç ölməyəcəyikmiş kimi yaşayırıq. Amma hər növbəti saniyənin həyatımızda son saniyə olacağını düşünmürük. Bu düşüncəni özümüzdə aşılaya bilsək, daha gözəl, daha maraqlı, daha səmərəli dəqiqələr yaşaya bilərik.

Bir düşünək, hər sübh namazına saat 5-də qalxıb, saat 8-də evdən çıxırıq işə gedirik. Arada 3 saat zaman kəsiyi yaranır. Çox insan bu zaman kəsiyini dəyərləndirmir və təzədən yatırlar. Halbuki, bəzən 10 dəqiqə artıq zaman üçün Allaha dayanmadan dua edirik. Həyatımızda bir-birinə tərs gələn anlar çox olur. Bu da həyatı dərk etmək istəməməkdən, məsuliyyətsizlikdən irəli gələn anlardı.

Dillərə gəldikdə isə... smile.gif rus, ingilis, az-maz alman dili. Bax indi vaxt tapa bilmirəm ki, alman dilini təkmilləşdirim. Halbuki. kifayət qədər vaxtım var. smile.gif
  • 0

#262 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 28 November 2008 - 02:32 PM

Bele yerde deyirler e "sag elin basima" shout.gif

Cavablara gore cox sagol ne de olsa vaxtini aldim giverose.gif
  • 0

#263 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 28 November 2008 - 03:54 PM

Цитата(slav_fgod @ Nov 28 2008, 05:32 PM) Просмотреть Сообщение

Bele yerde deyirler e "sag elin basima" shout.gif

Cavablara gore cox sagol ne de olsa vaxtini aldim giverose.gif


Hər zaman xoşdur. Bunu vaxt itkisi saymıram. thankyou.gif
  • 0

#264 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 30 November 2008 - 05:02 PM

salam aleykum, mömin.

İcazənlə bir sual daha:
İqtisadçı mömin kimi deyə bilərsənmi, dəyər nədir, qiymət nədir?
İnsanın dəyəri nədir, qiyməti nədir, nə ilə ölçülür?
İnsana dəyəri və qiyməti kim verir? Ədalətli verilirmi?


  • 0

#265 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 December 2008 - 01:05 PM

Цитата(HIRA @ Nov 30 2008, 08:02 PM) Просмотреть Сообщение

salam aleykum, mömin.

İcazənlə bir sual daha:
İqtisadçı mömin kimi deyə bilərsənmi, dəyər nədir, qiymət nədir?



Bilsən nə qədər savab iş gördün mənə bu sualı verməklə? Çoxdandır sevimli Макконнелл K.R.Bryu və S.L.Makkonelin müəllifi olduğu "Ekonomiks"in üzünü açmamışdım. Sən demə, əməlli başlı darıxmışam ki, o kitab üçün. smile.gif

Amma bütün iqtisadiyyatı kənara qoyub, öz gördüklərim əsasında şərh yazacam.

İqtisadiyyatda qiymət, elə həyatda gördüyümüz kimi tələb-təklif qanunu, monopolist bazarlarda isə monopolistin istəyinə uyğun şəkildə formalaşır. Məsələn, adi meyvə-tərəvəzə baxsaq, qiymətlərin bir mövsümün əvvəlində, bir də axırında - yəni bazarda azlıq təşkil etdikləri zaman baha olurlar. Buna mövsümi qiymətlər deyirlər. Yaxud, Ramazan bayramında bizdə xurmanın qiyməti az qala iki dəfə artır. Ancaq müsəlmançılığa qalsa, əksinə, qiymət aşağı düşməlidir ki, hər ailə o nemətdən faydalana bilsin. Dəyər baxımından isə xurmanın müsəlman süfrəsində hər zaman xüsusi yeri var.

Amma bəzi şeylər var ki, məkana və xüsusiyyətinə görə özünəməxsus qiymətə və dəyərə malikdir. Məsələn, Afrikanın bir çox ölkələrində təmiz içməli suya imkanları olsa bütün var-yoxlarını verərlər. O məkanda su əvəzolunmaz dəyərdi. Amma bu o demək deyil ki, onun qiyməti hər şeydən bahadı.

Yaxud, yayda gedirik Xəzərdə sərinliyirik, fikirləşirik ki, sudu da, həmişə var. Bir də fikirləşək, bu Xəzəri olmayan, hətta gündən qorunmaq üçün evi olmayan insan üçün bu Xəzər necə bir dəyər kəsb edir?

Və yaxud, almaz. Öz xüsusiyyətinə görə, ən bahalı metallar arasındadır. Ona bu qiyməti əsasən nadirliyi verir. Ancaq, dəyərmi o metal parçası milyonlara? Nəticədə, hansısa milyarderin xanımının bəzək əşyası olacaq. Ancaq o almaz o xanımın əlinə çatana qədər, neçə-neçə insanların aclıqdan, xəstəlikdən ölümünə, nə qədər insanın işsizliyinə səbəb olacaq. İnsanlığa verdiyi xeyir baxımından heç bir dəyərə malik deyil.

İnsanın çəkdiyi rəsm əsəri, bir də fotoaparatla çəkilən şəkil. Biri insan əməyi, digəri texnologiyanın son nailiyyəti. Dəyər baxımından hərəsinin öz yeri var, amma qiymətə gələndə fərq ortadadır.

Ümumiyyətlə, insanın istedadı ilə üzə çıxardığı məhsullar əvəzolunmaz dəyərə sahibdir. Amma onu qiymət baxımından bəzən ucuzlaşdırırıq, layiqli qiymətini vermirik. Bəzən, bir rəsm əsərinin müəllifinə səmimi qəlbdən deyilən "Çox sağ olun, bu möhtəşəm əsəri yardaıb, bizi valeh etdiyiniz üçün" kəlmələri, həmin an sərgidə milyon dollara satılmasından daha dəyərlidir.

Milyon dollarlıq rəsm əsərləri bu gün müəyyən insanların evindədi. Heç kim onun əslini görmür, sahibindən başqa, yaxud müzeydədirsə ziyarətçilərdən başqa. Ancaq tarixin o əsərlərə verdiyi dəyərə bax ki, hələ də onlar haqqına danışılır.

Fikrimi bu sonluqla bitirmək istəyirəm: "Qiymət heç zaman dəyərin haqqını vermir. İnsan əldə etdiyi dəyərə qarşılıq olaraq müəyyən edilmiş qiyməti verməklə sadəcə təsəlli tapır, məsuliyyətdən qaçır." ©

(P.S. Zəhmər olmasa istifadə edərkən, adımı qeyd etməyi unutmayın. wink.gif )

Edited by MASTER_IER, 02 December 2008 - 01:06 PM.

  • 0

#266 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 December 2008 - 07:07 PM

Цитата(HIRA @ Nov 30 2008, 08:02 PM) Просмотреть Сообщение


İnsanın dəyəri nədir, qiyməti nədir, nə ilə ölçülür?
İnsana dəyəri və qiyməti kim verir? Ədalətli verilirmi?




Bir telefon zəngi imkan vermədi ki, növbəti sualları da cavablandırım. Allaha şükür yenə gəldim. Davam edək.

Sualın bu hissəsi ən çətin və ən yaralı tərəfidi.

Əsas olan təbii ki, insanın Allah tərəfindən dəyərəndirilməsidir. Ədalətindən də heç bir imanlı şəxs şübhə etməz.


Amma insanların öz aralarında dəyər-qiymət mübadiləsi çoooox mürəkkəb məsələdi. Elə bir eybəcər zamanda yaşayırıq ki, insanlara maddi vəizyyətlərinin verdiyi üstünlüklərə görə dəyər verilir. Nə qədər elit təbəqəyə yaxınsansa, o qədər sayılırsan və sair. Bu gün işsiz birinə hətta Allahın salamını verməkdə tərəddüd edirlər. Bu maddi dəyərləndirmələr də o qədər danışılıb ki, çox başağrısı vermədən keçirəm digər mövzuya.

Çox yaralı yerim var. Ana və Ata ifadələri ilə bağlı. Bu ifadələr bizə adi görünür indi. Allaha şükür forumda çoxlarımızın valideynləri sağ-salamatdı. Allahdan onlara can sağlığı diləyək, valideynlərini itirənlərə Allahdan səbr diləyək. Biz bu iki kəlmənin dəyərini çox zaman onları itirəndən sonra anlayırıq. Bu adi iki kəlmə gündəlik valideynlərimizə müraciət formasıdır. Eyni zamanda valideynlərimizə verdiyimiz dəyərdi. Hələ bir Anacan və Atacan deyəndə, nə qədər insana pozitiv enerji gəlir, təsəvvür etmək çətindi.

Çox təəssüflə qeyd edirəm ki, dünyaya "dəyər ixrac edən" Qərbdə bu iki kəlməyə də göz dikənlər tapılıb. 2008-ci ilin yanvarından Kaliforniyada baxça və məktəblərdə Ana və Ata kəlmələri işlətmək qadağandır.

Sən demə, bu ifadələr adını çəkməyə xəcalət çəkdiyim azlıqların heysiyyatına toxunur. Guya, insan hüquqlarının qayğısına qalaraq, bu addımı atıblar. Amma düşünmürlər ki, bu addım cəmiyyətdə həmin azlıqlara qarşı daha da kin və nifrət hissi oyadacaq.

Bu, ruhi xəstə insanların hüququnu müdafiə deyil, sadəcə sağlam insanların həyatına müdaxilədir. Bəli, ruhi xəstə. Çünki, kim sizə gəlib desə "Mən Napaleon Bonapartam", birinci düşünəcəyiniz şey onun ruhi cəhətdən sağlam olmamasıdır. Bu azlıqların da vəziyyəti eynidir. Özlərini mənsub olduqları təbəqəyə aid etmirlər. Onları müalicə əvəzinə, hüquq müdafiəsi adı altında çirkin işlərinə alət edirlər.

Şərqdə, xüsusilə Azərbaycanda, Türkiyədə, Orta Asiya ölkələrində Ana və Ata kəlməsinə hörmət azalmaqdadır. Buna səbəb övladların kökündən yanlış tərbiyəsi, nəticədə müəyyən yaşdan sonra valideynlərə qarşı etiraz və bu etirazların sərt şəkildə qarşısının alınmasıdır. Ən azından mənim oxuduqlarım, müşahidə etdiklərim bunlardır.

Qısası, nə Şərqin insana verdiyi dəyərdən, nə də Qərbin münasibətindən razı deyiləm.

Sadəcə bu iki kəlmənin dəyərlərindən danışmaqla kitablar yazmaq olar. Heyif ki, internet satımız az, vaxtımız ondan da az. smile.gif


Vəssalamun aleykum, Möminə Xatun. thankyou.gif
  • 0

#267 Sun_Set

Sun_Set

    Бывалый

  • Постояльцы
  • PipPipPipPip
  • 462 posts
  • :

Posted 03 December 2008 - 11:09 AM

Nejesen? necesen? nətərsən ? how are U? kak ti? Comment vous sentez-vous? Wie fühlen Sie sich? Come si sente? Cómo está? biggrin.gif lol.gif ele fikirlewme poliglotam , qabimda bir wey yoxdu biggrin.gif prosta risofkalaniram bildiylerimle biggrin.gif

Edited by Sun_Set, 03 December 2008 - 11:13 AM.

  • 0

#268 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 03 December 2008 - 05:19 PM

Cavablara görə çox sağ ol, Master. smile.gif
Son sualımla vaxtını, deyəsən, lap çox almışam. Haqqını halal et.

  • 0

#269 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 05 December 2008 - 12:56 PM

Цитата(Sun_Set @ Dec 3 2008, 02:09 PM) Просмотреть Сообщение

Nejesen? necesen? nətərsən ? how are U? kak ti? Comment vous sentez-vous? Wie fühlen Sie sich? Come si sente? Cómo está? biggrin.gif lol.gif ele fikirlewme poliglotam , qabimda bir wey yoxdu biggrin.gif prosta risofkalaniram bildiylerimle biggrin.gif


Yoxşiyəm dədə balasi smile.gif Ə bƏ sƏn nƏtƏrsƏn? DƏdƏbaba necƏdi? smile.gif Eycahanuyduuuuuu? lol.gif

Спосиба, у меня все хорошо. Как сама?

I am fine, thanks. And you?


"Wie fühlen Sie sich?" Belə niyə soruşdun ki? Həkimsən? smile.gif Yoxsa lüğətin tibb bacıları üçündür? wink.gif Daha yaxşı olar ki, rəsmi şəkildə Wie geht es Ihnen? qeyri-rəsmi isə Wie geht es dir? işlədəsən.

Həmçinin fransızca qısaca "comment allez-vous?", yaxud tanış-tunuş arasında "ça va? Comment vas-tu ?
Ça roule ? Ça bouge ?" soruşa bilərsən.

İtalyanca rəsmi "Come stai?", dost-tanışla "Come sta?"

İspanca düzgün yazmısan. Dost-tanışla Cómo está tu? Rəsmi formada isə cómo está Ud ?


Almanca cavab belə olur adətən: Danke, es geht mir gut.

Fransızca rəsmi və qeyri-rəsmi cavablar "Ça va; Ça va bien; Je vais bien - yaxşıyam. Comme ci, comme ça - Belə də, ortabab.

İtalyanca cavab verək: "Sto bene, grazie" - Yaxşıyam çox sağ olun. Davamı da gələ bilər. "Sto bene, grazie, e tu?" Yaxşıyam, çox sağ ol, bəs sən?

İspanca isə belə cavab veririk: "Estoy bien, gracias" - yaxşıyam, çox sağ olun.


Risofkalananda da, belə risofkalanmaq lazımdı blum.gif

Цитата(HIRA @ Dec 3 2008, 08:19 PM) Просмотреть Сообщение

Cavablara görə çox sağ ol, Master. smile.gif
Son sualımla vaxtını, deyəsən, lap çox almışam. Haqqını halal et.



Mən elə bil demişdim axı, burda vaxtım itmir, əksinə səmərəli keçir. smile.gif

Haqqım varsa, sonuna qədər halaldı. thankyou.gif
  • 0

#270 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 05 December 2008 - 08:21 PM

Salam Master. Necesen (men hele ki, bu suali dogru-duzgun azerbaycanca vere bilirem blush.gif )?

Adinin menasi nedi? Yeqin ki, bilmis olarsan. Esas sualim budu: oz adini dogruldursanmi, yeni adina layiqli ola bilmisenmi?
  • 0

#271 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 06 December 2008 - 11:13 AM

Цитата(slav_fgod @ Dec 5 2008, 11:21 PM) Просмотреть Сообщение

Salam Master. Necesen (men hele ki, bu suali dogru-duzgun azerbaycanca vere bilirem blush.gif )?

Adinin menasi nedi? Yeqin ki, bilmis olarsan. Esas sualim budu: oz adini dogruldursanmi, yeni adina layiqli ola bilmisenmi?


Əleykə salam Slav_fgod. Allaha şükür hələ salamatam. smile.gif Təşəkkür edirəm. İnşallah sən də yaşısan. thankyou.gif

Özüm araşdırmamışam, amma məktəbdə oxuyanda sinif yoldaşım dedi ki, bir müəllimə Tural adının "Tur" dağından götürüldüyün deyib. Bu dağ da, Musa Peyğəmbərin Allahdan vəhy aldığı yer idi. Quranda bir neçə yerdə adı çəkilir. İkisini burda yazıram.


(Bir daha) xatirənizə gətirin ki, Biz Musaya (Tur dağında vəhy üçün) qırx gecəlik vədə vermişdik. (O, Tur dağına gedəndən) sonra siz buzovu özünüzə (tanrı) qəbul etdiniz və (bu hərəkətinizlə Alladan başqasına ibadət etməklə) zalım oldunuz (özünüzə zülm etdiniz). (Əl-Bəqərə 51)

(Ey İsrail oğulları!) Sizdən əhd-peyman aldığımızı və Tur dağını başınızın üzərinə qaldırdığımızı xatırlayın! (Biz: ) “Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun, içindəkiləri unutmayın ki, bəlkə, pis əməllərdən çəkinəsiniz” - (deyə əmr etmişdik). (Əl-Bəqərə 63)


Əgər onun dediyi düzdürsə, hələ ki, inanmıram o Tur dağının əzəmətinə, müqəddəsliyinə nail olum. Nə etmişəm ki hələ?
  • 0

#272 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 06 December 2008 - 04:01 PM

Yene salam, sevindim ki, yaxsiliqdi.
Ne etmis oldugunu men de qiymetlendirmeye qadir deyilem. Amma mene ele gelir ki, dogru yolda olana oxsayirsan, bu yolda sene ugurlar, ALLAH komeyin olsun. Helelik bye.gif
  • 0

#273 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 28 January 2009 - 06:20 PM

Evvela salam Master ...Umid edirem ki,heyatinizda her sey yolundadir...Men yene buradayam ve muveqqeti de olsa suallarim sizi yoracaq...Maste bu yaxinlarda mene bele bir sual verdiler Hz Omer mi yoxsa Hz Eli mi Peygemberimiz Mehemmed(s.a.v) e daha yaxindir?Ilk novbede bu sual meni cas-bas qoydu ve men bilmedim ki ne cavab verim ..ilk aglima gelen o oldu ki bu ne sualdi?Indi men bu suali eziz Master senin cavabalandirmagini isteyirem..bir de ki dusune bilersenki niye intervyuda yazdim bu suali ona gore ki din bolumu islemir ve bu meni cox narahat edir...Ele bu sualimi da cavablandir ki,ne vaxt din bolmesi acilacaq???Allah amaninda....ardi var... bye.gif
  • 0

#274 Maybach

Maybach

    Новичок

  • Пользователи
  • Pip
  • 35 posts
  • :

Posted 29 August 2009 - 07:22 PM

Haralardasan?
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users