Jump to content


- - - - -

Интервью #42 - MASTER_IER


  • This topic is locked This topic is locked
273 replies to this topic

#221 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 19 October 2008 - 11:28 AM

Цитата(NuRR @ Oct 18 2008, 11:03 PM) View Post

Aha..Koskoca Master yes.gif heee..Sen sunni,yoxsa sie terefdarisdan?Hansina ozunu daha yaxin hiss edirsen?Eslinde elbette ki,bu ayrimciliq salinmamalidir,amma ki var ve aradan qaldirmaq da cetin meseledir..buyur..bir de MASTER dini movzular niye yenileri cixarilmir muzakireye??


Mən bütün müsəlmanla rın birliyinin tərəfdarıyam. blum.gif Hansı məktəbin şəriət qanunlarına əməl etməyimi soruşursansa, cavabım: Cəfəri məktəbi. Çox sevinirəm ki, bü gün müsəlman aləmi Cəfəri məktəbinin necə önəmli olduğunu dərk edir və bu məktəbi öyrənməyi bütün müsəlmanlara tövsiyyə edirlər. Gec-tez bu baş verəcəkdi. Biz yaşadığımız dövrə təsadüf etdi və bu günləri gördüyüm üçün çox sevinirəm.

Ayrımçılıq məfhumunu çox qabardanlara sözüm odur ki, İslamda məzhəblər arasında bir-birinə zidd heç nə yoxdur. Hər bir məktəb sadəcə olaraq müəyyən məsələlərə başqa yöndən yanaşır. Nəticədə, heç kəs nə Allahı, nə onun Peyğəmbərini inkar etmir. Heç kəs Qurana zidd getmir. Və hər kəsin də İslamı ürəyi istədiyi məktəbdə öyrənməyə hüququ var. Mən isə Cəfəri məktəbini seçmişəm. Bu gün həm sünni, həm şiə alimləriin İmam Cəfər Sadiqdən öyrənəcəyi çox şeylər var. Bunu da hər addımda qeyd edirlər.

Yeni mövzulara gəldikdə, əgər ürəyində nəsə varsa, buyur mövzu aça bilərsən. Ya da istəyirsən, mövzuları mənə şəxsi mesajla göndər yavaş-yavaş müzakirəyə qoyaq.

Allah amanında.
  • 0

#222 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 23 October 2008 - 11:38 PM

Master, təsəvvür et ki, bir dostun var, onu uzun illərdir tanıyırsan və o, sənin ən yaxşı dostundur. Uzun zamandan sonra isə bir gün o sənə homoseksual olduğunu etiraf edirəm. Bu anda münasibətin necə olar? Onunla dostluğu kəsərsən, yoxsa hər şey olduğu kimi davam edər?
  • 0

#223 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 26 October 2008 - 11:19 AM

Цитата(Realium @ Oct 24 2008, 02:38 AM) View Post

homoseksual olduğunu etiraf edirəm.


Sən etiraf edirsən ki, flirt.gif san? lol.gif

Elə şey deyirsən ki, təsəvvür edilməsi mümkün deyil. smile.gif Əgər belə bir şey varsa, çoxdan hiss olunmalı idi.

Yox əgər, birdən-birə dəyişibsə, onda deməli dəyişməyə davam edəcək. Düşüncələr, hərəkətlər və sair və ilaxır. Mənlik deyil qaqa. uzaqlaşaram. blush.gif Təbii ki, geriyə dönüş yoxdursa...
  • 0

#224 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 26 October 2008 - 08:05 PM

Цитата(MASTER_IER @ Oct 26 2008, 02:19 PM) View Post

Sən etiraf edirsən ki, flirt.gif san? lol.gif

Elə şey deyirsən ki, təsəvvür edilməsi mümkün deyil. smile.gif Əgər belə bir şey varsa, çoxdan hiss olunmalı idi.

Yox əgər, birdən-birə dəyişibsə, onda deməli dəyişməyə davam edəcək. Düşüncələr, hərəkətlər və sair və ilaxır. Mənlik deyil qaqa. uzaqlaşaram. blush.gif Təbii ki, geriyə dönüş yoxdursa...


Bagisda Realium men de bu sohbete qarisiram. Amma Mastere bu haqda sualim var. Qardas, demeli en yaxin dostun sene derdini dese, ozunde nese deyisiklik hiss etdiyini dese sen de "asta qacan namerddi" deyeceksen? Seni de basa dusurem ee movzu bir az "hessasdi" amma o demesin, sen komek eleme onda bu insanlarin axiri hara gedecek? unknw.gif
  • 0

#225 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 26 October 2008 - 10:14 PM

Цитата(slav_fgod @ Oct 26 2008, 11:05 PM) View Post

Bagisda Realium men de bu sohbete qarisiram. Amma Mastere bu haqda sualim var. Qardas, demeli en yaxin dostun sene derdini dese, ozunde nese deyisiklik hiss etdiyini dese sen de "asta qacan namerddi" deyeceksen? Seni de basa dusurem ee movzu bir az "hessasdi" amma o demesin, sen komek eleme onda bu insanlarin axiri hara gedecek? unknw.gif


Elə bil sən məndən daha həssas yanaşdın axı. smile.gif Cümləmin axırın bir də yazıram.

Təbii ki, geriyə dönüş yoxdursa... Məncə bu kifayət etməlidir.
  • 0

#226 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 27 October 2008 - 06:42 PM

Цитата(MASTER_IER @ Oct 26 2008, 02:19 PM) View Post

Sən etiraf edirsən ki, flirt.gif san? lol.gif


Hə, Master, homoseksualam, sonra? smile.gif Nə isə, zarafat bir yana, amma Azərbaycanda özünə çox kişi deyənlərdən daha yaxşıdır həmin homoseksuallar.

Əgər bir cinsi istəyinə görə öz ömür dostundan ayrılırsansa daha sözüm yoxdur... Açığı, bir dindar müsəlmandan bundan başqa da cavab gözləmirdim. smile.gif

Uğurlar!

  • 0

#227 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 28 October 2008 - 07:50 AM

Цитата(Realium @ Oct 27 2008, 09:42 PM) View Post

Hə, Master, homoseksualam, sonra? smile.gif Nə isə, zarafat bir yana, amma Azərbaycanda özünə çox kişi deyənlərdən daha yaxşıdır həmin homoseksuallar.

Əgər bir cinsi istəyinə görə öz ömür dostundan ayrılırsansa daha sözüm yoxdur... Açığı, bir dindar müsəlmandan bundan başqa da cavab gözləmirdim. smile.gif

Uğurlar!



Reali, müzakirə kimi çaxmasın, amma sən homoseksualizm haqqına deyəsən kifayət qədər bilmirsən.

1. Kişi və qadının dostluğu zamanı necə hisslərin dəyişməsi riski çoxdursa, yuxarıda qeyd etdiyimiz dostluq da eyni riski daşıyır.

2. Dindar müsəlman sözünü saqqız eləmisiz lap smile.gif Amma Realium, yadında saxla, müsəlman dostluğu da, sevgini də, düşmənçiliyi də Allaha olan sevgisindən edir. (Demirəm hamı belədir, sadəcə əslində belə olmalıdır). Allah sevgisindən yüksək heç nə yoxdur. Müsəlman maddi dəyərləri yox, mənəvi dəyərləri üstün tutur. Dostluq mənəvi hiss ola bilər, amma bu dostluq bu dünyada qalacaq.

Hər halda buna görə məni heç kəs qınaya bilməz. Hər kəsin öz sevgi, dostluq və sair anlayışları spesifikdir.
  • 0

#228 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 28 October 2008 - 08:56 AM

Salam aleykum ve rehmetullahi ve bereketuh.
Master, bu suali sapsana da vermisdim. Senin de cavabin maraglidir mene. "Hech ne"var , yoxsa "hech ne" yoxdur?

  • 0

#229 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 28 October 2008 - 08:38 PM

Цитата(HIRA @ Oct 28 2008, 11:56 AM) View Post

Salam aleykum ve rehmetullahi ve bereketuh.
Master, bu suali sapsana da vermisdim. Senin de cavabin maraglidir mene. "Hech ne"var , yoxsa "hech ne" yoxdur?



Həəə... qəşəng sualdır. Hardan tapırsan bu sualları? smile.gif

Məşhur lətifəni bilməmiş olmazsan.

Bir gün şәhәr hakiminin yanına iki nәfәr gәlib mübahisәlәrinin hәll olunmasını istәyirlәr. Hakim:
— Nә olubdur? — deyә soruşduqda onların biri deyir:
— Bu şәxs dalına odun yüklәyib gәlirdi. Birdәn ayağı sürüşüb yıxıldı; odunları dalından aşıb yerә düşdü. Bu vaxt, o mәndәn odunları yenidәn dalına qaldırmağı xahiş etdi. Mәn «Zәhmәtimin әvәzindә nә verәcәksәn?» dedikdә, o, «heç nә» deyә cavab verdi. Mәn razı olub odunları qaldırdım. Lakin «heç nәyi» vermәdi. İndi mәn «heç nәyimi» istәyirәm. Mәnim haqqımı versin.
Hakim bu divanın hәllini Molla Nәsrәddinә hәvalә edir. Molla mәsәlәni dinlәyib:
— Oğlum, haqqındır, әlbәttә, nә deyibsә vermәlidir, — deyir vә oturduğu döşәyin kәnarını göstәrib soruşur:
— Gәl, oğlum, yanıma, döşәkçәnin ucunu qaldır, gör orada nә var.
O adam döşәkçәnin altına baxıb cavab verir:
— Heç nә...
— Tez ol «heç nәyini» götür get, — deyә Molla ona әmr edir. smile.gif


Sən özün də müsəlman olduğun üçün (əlhəmdülillah) dini baxımdan cavab verim:

1. "Heç nə"- yi görməməyimiz, o demək deyil ki, "heç nə" yoxdur. Nəticə etibarilə Allahı da görmürük. Amma Allahın var olduğuna dəlillər var. Allah Özü isə yaradılmayıb, Özü yaradıb. "Heç nə"-dən yaradıb. Özü də "Heç nə"-dən var idi. Çünki, daimidir, əbədidir.

2. Biz varlıq aləmindəyik. Bu aləmdə hər şey var. Yoxluq da var. Yoxluq yoxdu demək olar? Məncə məntiqsiz alınar. Yoxluğun özü əslində nəyinsə var olmağı deməkdir. Yəni, var olmaq əbədidir. "Heç nə" yoxdur deyirik, əslində düz deyirik cüməl quruluşuna baxanda. Amma o yox olanın əvəzində "heç nə" var. Nə yoxdursa, onun yerində "heç nə" var.

3. Biz var olduqca. "heç nə" də var. "Heç nə" olmasaydı, heç nə olmazdı. smile.gif

Bir az fəlsəfə çox oldu deyəsən. smile.gif Bu sözləri çox yerə yozmaq olar və çox nəticə çıxarmaq olar. Amma məncə sən məhz mənim dediyii başa düşəcəksən.

Vəssalamun aleykum. Gözəl suala görə təşəkkürlər. giverose.gif
  • 0

#230 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 29 October 2008 - 01:11 PM

Цитата(MASTER_IER @ Oct 28 2008, 11:38 PM) View Post

Həəə... qəşəng sualdır. Hardan tapırsan bu sualları? smile.gif

Mene de Hevva nenemden bir sandiq yadigar qalib. Herden axtarish apariram, maragli nelerse tapiram)

Suala super cavab! Yazdigin her sheyi basha dushdum, her sheyden yene coxlu coxlu suallar yaranir, amma yazmiram . Cunki yazsam senin intervyunu bir movzu etrafinda fikir mubadilesine donderme ehtimali var:)

  • 0

#231 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 30 October 2008 - 09:17 PM

Master, Hira xanima da bu suali vermisem, umimiyyetle menimcun maraqlidi userlerin eylence ile tanisligi hardan baslayir. Bes senin eylence ile tanisligin nece ve ne vaxt baslayib, moderator olmagin bes? (Qardas, birce qadan alim yazma ki, yuxarida cavablandirmisam get oxu (cunki standart sualdi), MAASSALLAH goz deymesin intervun o qeder biyukdu ki, hamisin oxumaq olmur. Basina donum bu boyda sual yazmisam sindirma meni sorry.gif
  • 0

#232 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 30 October 2008 - 09:32 PM

Цитата(slav_fgod @ Oct 31 2008, 12:17 AM) View Post

Master, Hira xanima da bu suali vermisem, umimiyyetle menimcun maraqlidi userlerin eylence ile tanisligi hardan baslayir. Bes senin eylence ile tanisligin nece ve ne vaxt baslayib, moderator olmagin bes? (Qardas, birce qadan alim yazma ki, yuxarida cavablandirmisam get oxu (cunki standart sualdi), MAASSALLAH goz deymesin intervun o qeder biyukdu ki, hamisin oxumaq olmur. Basina donum bu boyda sual yazmisam sindirma meni sorry.gif


Qadan alaram elə lol.gif Nə pis zülüm vermişəm sənə keçən dəfə. Haqqını halal elə.

Eylence.Az-la tanişlığım spam nəticəsində olub. smile.gif Murik müəllim yenə öz ampulasında e-maillərə avtomatik məktub göndərmişdi, hansısa xanımın adından. smile.gif Həmişə də qız adları ilə mesaj göndərər. smile.gif "Mən filankəsəm, Eylence.AZ saytına girdim, xoşum gəldi, sizi də dəvət edirəm. smile.gif"

Sayta baxdım, bloglar marağımı cəlb elədi. Öz blogumda şəkil zad yerləşdirdim. Sonra Murik mənə moderatorluq təklif elədi. Mən də qəbul etdim. Ondan sonra eylence.az-ın forumu yarandı. Burda da avtomatik moderatorluq verildi. Bax belə...
  • 0

#233 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 31 October 2008 - 07:21 PM

Master, eger uzerimde haqqin varsa hamisi halaldi. Menim eylence ile tanisligim 2ilini tamamlayacaq amma senin kimi olmayib. Buna baxmayaraq hemise box.az-daki e-mailime hansisa qizdan e-mailler gelir. Men de deyirem bu qiz kimdi meni gic eliyib, sen deme oglan imis. Ne ise...
Kecen defe sorusmaq yadimdan cixdi, gundelik olaraq internetene ne qeder vaxt serf edirsen? ve bunu vaxt itkisi, bosa serf olunmus vaxtdan saymirsan ki? Sebebi? Arada fikirlesirem ki, goren netde oturdugum vaxt bosa gedir goresen ona gore bu suali verirem sene. Evvelceden minnetdarlig giverose.gif
  • 0

#234 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 November 2008 - 01:07 PM

Цитата(slav_fgod @ Oct 31 2008, 10:21 PM) View Post

Master, eger uzerimde haqqin varsa hamisi halaldi. Menim eylence ile tanisligim 2ilini tamamlayacaq amma senin kimi olmayib. Buna baxmayaraq hemise box.az-daki e-mailime hansisa qizdan e-mailler gelir. Men de deyirem bu qiz kimdi meni gic eliyib, sen deme oglan imis. Ne ise...
Kecen defe sorusmaq yadimdan cixdi, gundelik olaraq internetene ne qeder vaxt serf edirsen? ve bunu vaxt itkisi, bosa serf olunmus vaxtdan saymirsan ki? Sebebi? Arada fikirlesirem ki, goren netde oturdugum vaxt bosa gedir goresen ona gore bu suali verirem sene. Evvelceden minnetdarlig giverose.gif


Baxır günə də. Elə olur ki, 1 saat, elə də olur ki 6 saat və daha çox. Bəzən heç özüm olmuram kompyüterin qarşısında. Nəyisə yükləməyə qoyub gedirəm. smile.gif

Əgər internetdə lduğum müddət xeyirli bir informasiya əldə etmişəmsə, elmimi artıra bilmişəmsə həmin saatları itki hesab etmirəm. Bəzən də olur ki, boş-boş şeylərlə adamın başı qarışır. Bax bu olur artıq itki.

Hər gün nəsə öyrənməyə çalışıram. İstər internet olsun, istər dostlarımla görüş olsun.

Dünənki qazancımı sizinlə bölüşə bilərəm. Cümə namazı üçün elmlər akademiyasındakı məscidə getdim dostlarımla. O məscidin imamı sünni məzhəbindəndir. Amma bu təbii ki, bizə heç bir mane törətmir, əksinə mən şad oldum ki, 95% əhli-sünnə olan qardaşlarla bir yerdə camaat namazı, özü də cümə namaz qıldım. Amma namazın sonunda qəribə aura ilə rastlaşdım. Biz öyrəşmişikdik ki, namazdan sonra sağ-solumuzdakı insanlarla mehribancasına görüşüb, "Allah qəbul eləsin" deyək. Şiələrin çoxluq təşkil etdiyi məscidlərdə həmişə bu auranı görmüşəm. Amma burda heç kim belə deyildi. Mən sağ-soluma dönüb "Allah qəbul eləsin" dedim, elə soyuq qarşıladılar ki, elə bil birinci dəfədi kimsə onlara bu sözü deyir. blink.gif

Özümə söz vermişəm ki, bütün məscidlərdə mehribanlıq aurası yaratmağa çalışım. İnşallah dostlarımı köməyi ilə. Çünki, belə olmaz. Quru-quru namaz qılıb, durub gedirlər.
  • 0

#235 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 01 November 2008 - 03:21 PM

Salam. Cavablara gore cox sagol. Ancaq sonda anlatdiqlarin meni meyus etdi. Adice onu deye bilerem ki, her defe namaz qildiqdan sonra evveller namaz qilmagimin eleyhine olan valideynlerim bele mene urekden "ALLAH qebul etsin" deyirler. Bu sozleri esitmek dogrudan da insana rahatliq verir. Yeqin o gun rastlasdigin insan ve ya insanlar o aurani hiss ede bilmeyibler. Ne demek olar, emeller niyyetlere goredir. Yeri gelmisken ALLAH ibadet(ler)ini qebul etsin yes.gif
Bir-iki dene de sual verib basini sisirdecem. Internetden, oxumagdan basqa maraqlarin ve ya mesgul oldugun nese var?
Bir de, bildiyime gore en az 25 yasin var. Deyirler yas artdiqca insanlarin sevgi anlayisi deyisir. Xususen de evleneceyi insani secende daha secici olmaga baslayir. Dogrudan beledi? Adam basi dumanli vaxtlarinda fikirlesir ki, sevmediyimle evlenmerem. Sevende de gozu kor olur. Qarsisindakindan basqa hec kesi ve hec neyi gormur. Yas artdiqca ise kriteryalar deyisir, gozellik, pul, esil-necabet ve s. Master ne deyir, hele de deyir ki, sevmesem evlenmerem yoxsa heqiqeten de get-gede insanin kriteriyalari deyisir?
Uzun ve bitmek-tukenmek bilmeyen suallara gore sorry. giverose.gif
  • 0

#236 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 01 November 2008 - 08:54 PM

Цитата(slav_fgod @ Nov 1 2008, 06:21 PM) View Post

Yeqin o gun rastlasdigin insan ve ya insanlar o aurani hiss ede bilmeyibler. Ne demek olar, emeller niyyetlere goredir. Yeri gelmisken ALLAH ibadet(ler)ini qebul etsin yes.gif
Bir-iki dene de sual verib basini sisirdecem. Internetden, oxumagdan basqa maraqlarin ve ya mesgul oldugun nese var?
Master ne deyir, hele de deyir ki, sevmesem evlenmerem yoxsa heqiqeten de get-gede insanin kriteriyalari deyisir?



Bəlkə də təkcə birinci mərtəbədə 300-400 adam olardı. Nə isə əşi. Düzələr inşallah.

Musiqi. Piano çalmağı çox sevirəm. Amma hələki yoxumdu. cray.gif Əvəzində qitara var, darıxanda dınqıldadıram. smile.gif

Master deyir ki, sevgi hər zaman sevgidir, sadəcə yaş artıqca sevgi məfhumunun mənası dəyişir. Bir də insanların özündən asılıdır sevgi. Məsələn, mən İslama gəlməzdən öncə sevgiyə tam başqa cür baxırdım. Yəni, Leyli və Məcnun sevgisi kimi. Amma indi hər bir əməlimizin Allah üçün olduğunu dərk edəndən, sevginin də Allah üçün olduğunu düşünürəm. Yəni, gələcək həyat yoldaşımı da sırf Allaha olan sevgisinə görə sevmək istəyirəm. Əgər onda bu duyğu varsa, deməli bu sevgi heç zaman bitməyəcək. Bilirsən niyə? İnsan kimisə xarici görünüşünə görə sevərsə, o gözəllik müəyyən vaxtdan sonra itəcək. Gözəl əl qabiliyyətinə görə sevərsə, Allah eləməmiş istənilən vaxt o da yox ola bilər. Hətta daxili xüsusiyyətlərinə görə sevərsə, onlar da yaş ötdükcə keçib gedir, dəyişikliyə uğrayır. Məsələn, yaşlı insanlar adətən səbirsiz olur, ona görə tez-tez əsəbləşə bilirlər. Amma Allah sevgisi heeeç zaman tükənmir. Təbii ki, səmimi hisslərdən gedir söhbət.

Mən bir qızı görməsəm də, bilərək ki, imanlıdı, namaz qılır və sair ən azı onunla ailə qurmaq üçün niyyətim yaranar. Çünki, istəyirəm imanlı bir xanımla ailə qurum. Sonra təbii ki, ən azı telefon danışıqı olacaq. Orda müəyyən anlar ortaya çıxacaq. İnterneti olsa evində lap yaxşı olar, İCQ-də danışarıq bol-bol. smile.gif

Təbii ki, bunlar mənim istəklərimdir. Bilmirəm Allah qarşıma çıxaracaqmı, yoxsa bu istəyimə görə xarici görünüşcə ürəyə yatımlı olmayan birisi ilə sınağa çəkəcəkmi? Mən bu sınaqdan çıxacağammı? Bunları əvvəlcədən demək olmur.

Allah heç kimi çıxa bilməyəcəyi sınaqlara çəkməsin inşallah.
  • 0

#237 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 02 November 2008 - 10:53 AM

Ay Master, gitara dedin yadıma düşdü ki, uşaqlıqda isteyirdim gitara çalmagi öyrenim, evden icaze vermediler ki, gitara qiz üçün deyil:)))
Amma ,mence, sen de musiqi mektebine getseydin, sene qammaları saatlarla çaldırıb, ders hazır olmayanda barmaqlarına vursaydılar sen de menim qeder "severdin" pianinonu:)
Keçek suallara
1. Sene terif deyilende ozunu nece hiss edirsen?
2. Tenqid edende nece?
3. Peşman olmusan neyise etmediyine ve ya neyise etdiyine gore?
4. Sehvlerini etiraf etmeyi ve "bağışla" demeyi bacarırsan?


  • 0

#238 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 November 2008 - 07:53 PM

Цитата(HIRA @ Nov 2 2008, 01:53 PM) View Post


1. Sene terif deyilende ozunu nece hiss edirsen?
2. Tenqid edende nece?
3. Peşman olmusan neyise etmediyine ve ya neyise etdiyine gore?
4. Sehvlerini etiraf etmeyi ve "bağışla" demeyi bacarırsan?



Deyirəm görəsən niyə çox vaxt istəklərimizin əksinə münasibət görürük evdə? smile.gif Piano çalmaqdan yorulmaram, amma o solfecio dərsləri var haaa... Burda Kərəmi ağlamaq tutur smile.gif

1. Xaricən qızarıram blush.gif Daxilən isə ürəyimə yağ kimi yayılır, ləzzət alıram. smile.gif Təbii ki, haqqım olmadan tərifləyəndə özümü heç də yaxşı hiss etmirəm. Deyəsən son vaxtlar təriflərə o qədər də önəm vermirəm. Adam gərək təvazökar ola. smile.gif

2. Tənqid haqlıdırsa, gözüm üstə yeri var. Amma vay o gündən yanlış tənqid ola. mad.gif Buna da göz yumaram, amma gərək öncə yanlışımı sakit şəkildə özümdən soruşalar. Etmişəmsə o əməli, boynuma alacam onsuz da. Sorğu-sualsız, bilmədən məni tənqid atəşinə tutanda, çox əsəbləşirəm.

3. Hmmm... olub. Amma reallığı anlamaq lazımdır. Bir şeyi etmədiyimə o an peşman ola bilərəm, amma zaman keçər və görərik ki, belə olmağı daha yaxşı imiş, Allah xeyirlisini qismət edib. Yox əgər, hərəkətim doğurdan da yanlış olubsa, onda bundan nəticə çıxarmaq lazımdır. Hər iki halda Allahın hikməti qaçılmazdır. Allah bizə verdiyi şansları dəyərləndirə biləcəyimiz ağıl və iradə də qismət etsin inşallah.

4. Problemsiz. Amma əvvəllər utanırdım bağışla deməyə. Bilmirəm niyə. smile.gif Ümumiyyətlə utancaq olmuşam əvvəllər. blush.gif
  • 0

#239 Кошка

Кошка

    ~Глазки Форума~

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,115 posts
  • :

Posted 02 November 2008 - 07:59 PM

Salam smile.gif
Tesevvur et ki, bir gun oyanirsan ve heyativi (umumiyetle etrafinda ne varsa) ag-qara renginde gorursen. Ve sene icaze verirler yalniz bir rengi sechib, heyativi boyadasan o rengde. Hansi rengi secherdin ve niye mehs o reng ?

Edited by Кошка, 02 November 2008 - 08:01 PM.

  • 0

#240 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 02 November 2008 - 09:43 PM

Цитата(Кошка @ Nov 2 2008, 10:59 PM) View Post

Salam smile.gif
Tesevvur et ki, bir gun oyanirsan ve heyativi (umumiyetle etrafinda ne varsa) ag-qara renginde gorursen. Ve sene icaze verirler yalniz bir rengi sechib, heyativi boyadasan o rengde. Hansi rengi secherdin ve niye mehs o reng ?


Maraqlı sualdır. good.gif

Mən qara rəngi seçərdim. Çünki, insan qaranlıqda olanda işıq axtaracaq. Yol axtaracaq. Yəqin ki, bu zaman daha rəngli kəşflər etmək olar.

Ağ rəngi çox sevsəm də, ağ otaqları sevmirəm. Bilmirəm, bəlkə filmlərdə psixi xəstələri ağ otaqda gördüyüm üçün məndə o qədər də xoş təəssürat qalmayıb.

Daha geniş və daha fəlsəfi cavab vermək olardı suala. Amma üzrlü hesab et, yorğunam. İstəmədim sual cavabsız qalsın, tez yazdım. Haqqını halal et. İnşallah ürəyincə bir cavab olar. thankyou.gif
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users