Jump to content


- - - - -

Интервью #42 - MASTER_IER


  • This topic is locked This topic is locked
273 replies to this topic

#241 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 03 November 2008 - 03:55 PM

"Hətta daxili xüsusiyyətlərinə görə sevərsə, onlar da yaş ötdükcə keçib gedir, dəyişikliyə uğrayır. Məsələn, yaşlı insanlar adətən səbirsiz olur, ona görə tez-tez əsəbləşə bilirlər. Amma Allah sevgisi heeeç zaman tükənmir. Təbii ki, səmimi hisslərdən gedir söhbət."


Cox sagol Master. En esas da yuxarida insanin xasiyyeti ile bagli yazdiqlarina gore. Bilirsen niye cox sagol deyirem, qeribe olsa da insanin xasiyyetinin bele zaman kecdikce deyiseceyi haqda indiye kimi fikirlesmemisem. Bu haqda yazdiqlarin xosuma geldi.
ALLAH sene hem daxili, hem xarici gozel olan, imanli ve sevgili qullarindan biri ile aile qurmagi nesib eder INSAALLAH. Her seyin xeyirlisi elbette... bye.gif
  • 0

#242 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 03 November 2008 - 07:47 PM

Цитата(slav_fgod @ Nov 3 2008, 06:55 PM) View Post

Cox sagol Master. En esas da yuxarida insanin xasiyyeti ile bagli yazdiqlarina gore. Bilirsen niye cox sagol deyirem, qeribe olsa da insanin xasiyyetinin bele zaman kecdikce deyiseceyi haqda indiye kimi fikirlesmemisem. Bu haqda yazdiqlarin xosuma geldi.
ALLAH sene hem daxili, hem xarici gozel olan, imanli ve sevgili qullarindan biri ile aile qurmagi nesib eder INSAALLAH. Her seyin xeyirlisi elbette... bye.gif


Mənim üçün də çox xoş oldu ki, yazdıqlarım ürəyincə oldu. Arzuların və duaların üçün təşəkkür edirəm və bütün mömin bəndələrə, o cümlədən eynisini Allahdan diləyirəm.
  • 0

#243 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 04 November 2008 - 08:10 AM


Salam aleyke.
Suallarimla gelmishem yene:)
1. Dayaq.az sayti ele hemishe hazirlanma merhelesinde olacaq?
2. Xasiyyetinde deyishmek istediyin cehetler var?

Edited by HIRA, 04 November 2008 - 08:11 AM.

  • 0

#244 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 05 November 2008 - 01:10 AM

Цитата(HIRA @ Nov 4 2008, 11:10 AM) View Post


Salam aleyke.
Suallarimla gelmishem yene:)
1. Dayaq.az sayti ele hemishe hazirlanma merhelesinde olacaq?
2. Xasiyyetinde deyishmek istediyin cehetler var?




Aleykum salam. Xoş gəlmisən smile.gif

1. Dayaq.AZ saytı böyük ümidlərlə hazırlanırdı. Amma bəzi insanların laqeyd münasibəti üzündən bu gün hələ də hazırlanma mərhələsindədir. İnşallah yaxşı olacaq. Əsas odur ki, ideya daşıyıcıları həyatdadır.

2. Vallah, özüm özümə mane olmuram hələ ki smile.gif Əgər kimsə hansısa xasiyyətim barədə tənqid etsə, yaxud təklif irəli sürsə smile.gif bu barədə fikirləşərəm. Hər halda özümdə ziyanlı bir xasiyyətin olmasını istəmərəm.

Bir az inadkarlığım var. Bir az deyəndə ki, var da. smile.gif Amma ziyanverci tərəfini aradan qaldırıram.
  • 0

#245 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 12 November 2008 - 04:04 PM

Salam Master. Izninle bitmez-tukenmez suallar seriyasindan davam etmek isteyirem.
1. Bele bir ifade esitmisem, (teessuf muellifin bilmirem) - "Vaxt qilinc kimidir, sen onu kesmesen o seni keser". Master kesir, yoxsa kesilir? Eger vaxta qalib gele bilirsense mutleq formulunu da yaz.
2. Sebrinin son heddi ne qederdi? Yeni hansi hedde qeder doze bilersen?
3. Qeyri bir dinden olanlarin, hec bir dine sitayis etmeyenlerin ve ya sadece kimlerinse Islam haqqindaki suallari, subheleri, ozlerine gore Islamda tapdiqlari "qusurlar" ne vaxtsa imanini zeifledib, sende subhelerin yaranmasina sebeb olub? Olubsa buna nece qalib gelmisen?
Deyesen cox oldu, lap ag eledim sorry giverose.gif
  • 0

#246 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 12 November 2008 - 11:43 PM

Цитата(slav_fgod @ Nov 12 2008, 07:04 PM) View Post

Salam Master. Izninle bitmez-tukenmez suallar seriyasindan davam etmek isteyirem.
1. Bele bir ifade esitmisem, (teessuf muellifin bilmirem) - "Vaxt qilinc kimidir, sen onu kesmesen o seni keser". Master kesir, yoxsa kesilir? Eger vaxta qalib gele bilirsense mutleq formulunu da yaz.



1. “Vaxt qılınc kimidir. Sən onu kəsməsən, o səni kəsəcək. Nəfsini haqqa meyl etdirməsən, o səni batilə meyl etdirəcək”. Bu sözlər İslam məzhəblərindən birinin banisi İmam Şafiyə aiddir.

İnsan zamana qalib gələ bilməz. Amma zamandan qazanc əldə edə bilər. Sadəcə ondan maksimum faydalı istifadə edə bilər. Məhəmməd Peyğəmbər (s.ə.s.) buyurub: “İnsanların çoxunu dəyərini bilmədiyi iki şey vardır – sağlamlıqları və zamanları”

Zaman itkidir, amma bu itkilər qazanca çevrilə bilər. Sadəcə düzgün istifadə etməklə. Düzgün istifadə isə hər kəs üçün fərqlidir. Məsələn: bir musiqiçi zamanını konsert verməklə, yeni musiqi yazmaqla, ifa etməklə keçirərək onu qazanç sayır. Bir müsəlman üçün zamandan qazanc Allaha ibadət, elm öyrənmək və Quran, sünnə və Peyğəmbər ailəsinin həyat tərzinə uyğunlaşmağa çalışmaqdır. Allahın sevgisini qazanmağa çalışaraq əməllər etmək hər saniyəsi ilə qazancdır. Xoş rəftar, şirin dil, yaxşı əməl və sair və ilaxır. Hamısı əleyhimizə axıb gedən zamanı lehimizə çevirən əməllərdir.

Master də gah kəsir, gah kəsilir. İnşallah kəsdiklərim kəsilən yaralarıma məlhəm olacaq qədər kifayət edər.

Цитата(slav_fgod @ Nov 12 2008, 07:04 PM) View Post

2. Sebrinin son heddi ne qederdi? Yeni hansi hedde qeder doze bilersen?


Səbrin son həddi Allahı zikr etməyi dayandırdığın andır. Harda ki, dayandı, orda yanlış əməllər olur. Səbrin əvəzi Allah dərgahındadır. Ona görə makimum bu nemətdən istifadə etmək lazımdır.

Цитата(slav_fgod @ Nov 12 2008, 07:04 PM) View Post

3. Qeyri bir dinden olanlarin, hec bir dine sitayis etmeyenlerin ve ya sadece kimlerinse Islam haqqindaki suallari, subheleri, ozlerine gore Islamda tapdiqlari "qusurlar" ne vaxtsa imanini zeifledib, sende subhelerin yaranmasina sebeb olub? Olubsa buna nece qalib gelmisen?
Deyesen cox oldu, lap ag eledim sorry giverose.gif


Tam əksinə. Bəzən düşünmədiyim suallar çıxıb qarşıma. Onların cavabını tapdıqca, imanım daha da qüvvətlənib, elmim daha da artıb. Şübhə heç zaman olmayıb, çünki hər sualın cavabını tapacağıma əmin olmuşam. Allaha dua etmişəm, O mənə yardım edib.

Əgər kiminsə şübhəsi olsa, bu yalnız elm azlığından və iman zəifliyindəndir. Tək yolu elmdir. Allahdan hər birimizin elmini artırmağı arzu edirəm.

Bir də o insanlara da təşəkkür edirəm ki, düşünmədiyim sualları mənə verərək elmimi daha da artırmağa səbəb oldular və imanım daha da qüvvətləndi. Allah razı olsun onlardan. İnşallah özləri də haqqı tapar.


Hər zaman xoşdur suallarına cavab vermək.
  • 0

#247 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 16 November 2008 - 04:10 PM

Salam Master. Zehmet deyilse sualima cavab veredin - Heyatinda monotonluq hiss edende ne edirsen? Yeni deyisiklik olsun deye, heyatin daha maraqli olsun deye ne kimi tedbirler gorursen. Qizlarin metodlari demek olar ki, eynidi (alis-veris, sac kesdirmek, jurnal almaq ve s. bu kimi seyler). Ancaq tekce qizlar heyatlarinda zaman-zaman monotonluq hiss etmirler, her kesde olur bu... Fikirlerini bilmek maraqli olardi.

P.S. Fikirlerin orijinal olsa novbeti defe tetbiq edecem smile.gif
  • 0

#248 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 16 November 2008 - 06:56 PM

Цитата(slav_fgod @ Nov 16 2008, 07:10 PM) View Post

Salam Master. Zehmet deyilse sualima cavab veredin - Heyatinda monotonluq hiss edende ne edirsen? Yeni deyisiklik olsun deye, heyatin daha maraqli olsun deye ne kimi tedbirler gorursen. Qizlarin metodlari demek olar ki, eynidi (alis-veris, sac kesdirmek, jurnal almaq ve s. bu kimi seyler). Ancaq tekce qizlar heyatlarinda zaman-zaman monotonluq hiss etmirler, her kesde olur bu... Fikirlerini bilmek maraqli olardi.

P.S. Fikirlerin orijinal olsa novbeti defe tetbiq edecem smile.gif


Hər günü fərqli keçirmək də bir istedaddı. Hərdən ailəli dostlarıma misal çəkirəm ki, hər gün evə gəlirsiz, qapının zəngi, əldə veşlər, ya da gül.. nə qədər olar? Bir dəfə də pəncərədən girin maraqlı olsun da smile.gif

Amma hər günü olmasa da, həftə də bir-iki dəfə yenilik lazımdı. Nə qədər olar eyni kombinasiya? yuxudan dur - iş - ev - yat... smile.gif Həyatı dəyişik edə bilmək üçün əvvəlcədən tədbir lazımdır. Məsələn mənim çox yaxşı dostlarım var ki, onlarla heç vaxt monotonluqdan darıxmaram. Hətta hər həftə birimizin evində domino oynasaq da, hər dəfə yeni həvəslə, sanki birinci dəfə oynayırmışıq kimi hiss olur. Ona görə mən heç çalışmıram ki, həyatım rəngarəng olsun. Özü elə rəngarəng gedir. smile.gif

Amma belə bir hisslə qarşılaşsam, Bakıda tanımadığım yerə gedərdim, özümü azdırardım. smile.gif 12 ildi Əhmədlidə olmuram. İnşaatçılarda bir dəfə olmuşam. Yolu tapammırdım, özümə də ləzzət elədi gəzmək smile.gif

Bəzən böyüklüyümüzn monotonluğunu yaşaya bilərik. Ona görə hərdən uşaq olmaq lazımdı. Sonra xeyli müddət o hisslərin xoş təsiri ilə yaşayırsan.

Ta nə deyim. İllərlə görmədiyin insanı axtarıb tapırsan, ya da məktəbə gedib müəllimlərlə görüşürsən.

Alış veriş, saç kəsdirmək filan özü də zəruri şeylərdi, ona görə zamanla monotonlaşır. Bu məsələnin mənəvi tərəfi daha çox önəmlidir, ona görə ruhu qidalandıran, yeni nəfəs gətirən, həyəcanlandıran, adrenalin qaldıran metodlar lazımdı.

İnşallah faydam toxunar. smile.gif
  • 0

#249 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 17 November 2008 - 02:52 PM

Salam aleykum, mömin.
Men geldim smile.gif
Sene biri pislik edende onun qarşılığını nece verirsen?
Xeyanetle üzleşmisen? Reaksiyan ve sonrakı qerarlarin ne olub?

  • 0

#250 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 17 November 2008 - 02:52 PM

Bele basa dusdum ki, heyatin rengarengdi. INSAALLAH hemise bele olar.
  • 0

#251 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 17 November 2008 - 11:38 PM

Цитата(slav_fgod @ Nov 17 2008, 05:52 PM) View Post

Bele basa dusdum ki, heyatin rengarengdi. INSAALLAH hemise bele olar.


Allah razı olsun. thankyou.gif
  • 0

#252 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 17 November 2008 - 11:44 PM

Цитата(HIRA @ Nov 17 2008, 05:52 PM) View Post

Salam aleykum, mömin.
Men geldim smile.gif
Sene biri pislik edende onun qarşılığını nece verirsen?
Xeyanetle üzleşmisen? Reaksiyan ve sonrakı qerarlarin ne olub?



Yaxşı elədin, xoş gəldin, səfa gətirdin. smile.gif

Bir müsəlman olaraq, pisliyə pisliklə cavab verməməyə çalışıram. Bir az da özümü sıxsam, hələ yaxşlıq da edə bilərəm, amma hələ belə iş tutmamışam. smile.gif

Birisi Allahdan həya etməyib, pislik edibsə, mənim ağlım, həyam hardadı bəs? Mən də gərək onun səviyyəsinə düşüm? Allah bizləri pisliklərdən və pis əməll törətməkdən saxlasın.

Xəyanət... olmayıb. Ən qorxduğum və qarşılaşmaq istəmədiyim hadisələrdəndi. Allah hamını qorusun inşallah.
  • 0

#253 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 22 November 2008 - 11:19 AM

Цитата(MASTER_IER @ Nov 18 2008, 02:44 AM) View Post

Yaxşı elədin, xoş gəldin, səfa gətirdin. smile.gif

Bir müsəlman olaraq, pisliyə pisliklə cavab verməməyə çalışıram. Bir az da özümü sıxsam, hələ yaxşlıq da edə bilərəm, amma hələ belə iş tutmamışam. smile.gif

Birisi Allahdan həya etməyib, pislik edibsə, mənim ağlım, həyam hardadı bəs? Mən də gərək onun səviyyəsinə düşüm? Allah bizləri pisliklərdən və pis əməll törətməkdən saxlasın.

Xəyanət... olmayıb. Ən qorxduğum və qarşılaşmaq istəmədiyim hadisələrdəndi. Allah hamını qorusun inşallah.




cox sagol. Sefalı, xoş günlerin olsun her iki alemde smile.gif
Sualim beledir.
Maraqsız hemsohbetlerden yaxanı nece qurtarırsan? smile.gif
Bes dinlemeyi bacarmayanlarla ne edirsen?
Bir de mene verdiyin sualı sene vermek isteyirem. Hansı ziyaretgahlarda olmusan?

  • 0

#254 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 22 November 2008 - 03:42 PM

Цитата(HIRA @ Nov 22 2008, 02:19 PM) View Post


cox sagol. Sefalı, xoş günlerin olsun her iki alemde smile.gif
Sualim beledir.
Maraqsız hemsohbetlerden yaxanı nece qurtarırsan? smile.gif
Bes dinlemeyi bacarmayanlarla ne edirsen?
Bir de mene verdiyin sualı sene vermek isteyirem. Hansı ziyaretgahlarda olmusan?



Canlı söhbət olanda, tez-tez saata baxıram lol.gif Dinləməyi bacarmayan deyəndə ki, hər kəsin dinləmək istədiyi mövzular var. Əgər birisi sıxılırsa söhbətdən, o dinləməyi bacarmamaqdan yox, mövzunun maraq dairəsində olmamağından irəli gəlir. Bu mənim fikrimdi. Çalışıram mövzunu tez dəyişim. Ya da saata baxıram. smile.gif

Virtual aləmdə isə bəzən danışmaq istəmədiyimiz insanlarla danışmalı oluruq. Bu da bu aləmin qanunlarıdı. smile.gif Yola vermək lazımdır.

Ziyarətgahlardan Naxçıvanda Əshabi Kəhv, Ordubdda bir neçə ziyarətgah, Bakıda Mirmöhsüm Ağa, Əli Ayağı ziyarətgahlarında olmuşam. Rayonlara gedəndə isə yolüstü ziyarətgahlarda olmuşam, amma bilmirəm hansılardı.

Allah bütün müsəlmanlara, o cümlədən sənə və ailənə, sevdiklərinə Kərbəla, Məşhəd, Həcc ziyarətini qismət eləsin.
  • 0

#255 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 26 November 2008 - 12:38 PM

Цитата(MASTER_IER @ Nov 22 2008, 06:42 PM) View Post

Allah bütün müsəlmanlara, o cümlədən sənə və ailənə, sevdiklərinə Kərbəla, Məşhəd, Həcc ziyarətini qismət eləsin.


Amin.

Yene sual:
Yumor hissi irsidir, yoxsa sonradan qazanliri? Kimse ozunde bu hissi formalashdira biler eger yoxdursa? smile.gif
blink.gif

Edited by HIRA, 26 November 2008 - 12:39 PM.

  • 0

#256 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 26 November 2008 - 01:13 PM

Цитата(HIRA @ Nov 26 2008, 03:38 PM) View Post

Amin.

Yene sual:
Yumor hissi irsidir, yoxsa sonradan qazanliri? Kimse ozunde bu hissi formalashdira biler eger yoxdursa? smile.gif
blink.gif



Qəşşşəng sualdı. good.gif Təşəkkürlər.

İnsanın böyüdüyü mühitdən çox şey asılıdır. Hər kəs yumoru bir başqa cür başa düşür. Müəyyən çevrədə elə söz deyərsən ki, gülmək əvəzinə adamı daşa basarlar. MƏsələn, Naxçıvanın Nehrəm kəndində nehrəmlilər haqqında lətifə danışmaq hər oğulun işi deyil. smile.gif

Əlbəttə sonradan formalaşdırmaq olar. Əslində hər kəsin yumor hissi var. Sadəcə bəzi adamlarda bu hiss cəmiyyətə daha çox açıq olur, ona görə o insanı daha çox yumorları ilə xatırlayırlar.

Bəziləri isə bunu biruzə vermir, ya çəkinir, ya da zamanında o qədər ciddi olub ki, indi karizmanı itirmək istəmir. smile.gif Düşdüyü mühitlrə tez uyğunlaşa bilmək, ünsiyyətcillik də yumora təsir edən amillərdəndi.


Nehrəm demişkən, bir olmuş əhvalat danışım sizə. Adlar şərtidir.

Bir dostum kənddə dayısıoğlunun toyuna gedir. Bu hadisənin şahidi olub. Toyda hər bir iş görür. Həəəə... Nə isə ki, Gülbəniz xala ilə Zakir dayı stolu çox dar yerdən çıxarmaq istəyirlər. Amma əvvəlcədən ikisi də yanlış istiqamətdə yapışırlar stoldan . Ona görə nə qədər cəhd eləsələr çıxa bilmirlər girdilləri yedən. smile.gif Bu an dostumla bir Nehrəmli qohumları bunlara baxırmış. Nehrəmli qardaş buna deyir ki, "Görürsən Fəxi? Bax indi orda mən olsaydım, deyəcəkdilər ki, Nehrəmlidir." lol.gif

Hər kəsə gülüşlü dəqiqələr arzusu ilə...
  • 0

#257 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 27 November 2008 - 05:25 AM

Salam Master. Bu yaxinlarda bir yazinda oxudum yadimda deyil hansi movzu idi. Texminen bele yazmisdin: kisinin qadina el qaldirmasi zeiflik elametidir. Bu ifadeni birinci defe deyil gorurem, bir coxlarindan esitmisem. Neyi nezerde tutursan burda, fiziki zeifliyi, yoxsa menevi?
Evvelceden tesekkurler smile.gif
  • 0

#258 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 27 November 2008 - 11:38 AM

Цитата(slav_fgod @ Nov 27 2008, 08:25 AM) View Post

Salam Master. Bu yaxinlarda bir yazinda oxudum yadimda deyil hansi movzu idi. Texminen bele yazmisdin: kisinin qadina el qaldirmasi zeiflik elametidir. Bu ifadeni birinci defe deyil gorurem, bir coxlarindan esitmisem. Neyi nezerde tutursan burda, fiziki zeifliyi, yoxsa menevi?
Evvelceden tesekkurler smile.gif


Əleykə salam. thankyou.gif

Quranda qadına əl qaldırma ən son vasitə kimi göstərilmişdir. Amma eyni zamanda səbr, dözüm, ağıl, qeyrət, güc-qüdrət kimi anlayışların qarşısında ən son vasitəyə əl atmaq nə deməkdir? Zəifdir ki, əl qaldırır. Sözlə təsir edə bilmir ki, əl qaldırır. Söhbət mənəvi zəiflikdən gedir. İnsan nə zaman əl qaldırar? Səbr kasası daşdıqa, sözlər qurtardıqda. Amma sözləri bitirməməliyik. Maksimum gücümüzü sərf etməliyik ki, son vasitəyə ehtiyac olmasın.

Amma qadından da asılı məqamlar var. Məsələn, qadın ərinə deyir ki, mən diskotekaya getmək istəyirəm, digərləri kimi əylənmək istəyirəm, nə bilim daha nələr nələr. Olur da belə şeytani hisslər. Bu tip hisslər, sözlər ilk öncə kişiyə itaətdən yox, Allaha itaətdən dönmək deməkdir. Buna da kişi cavabdehdir.

Məndən öz davranışım haqqında soruşsalar mövqeyim budur: "Nə zaman ki, özümdə qadına əl qaldırmaq məcburiyyəti hiss etsəm, o an o qadın mənim deyil. Heç toxunulmağa layiq olmaz gözümdə. Bir qadın nə cür çirkin hərəkət etməlidir ki, mən ona əl qaldırmalı olum?"

Qadın paklıq rəmzidir. Ona düşən hər ləkə, kişinin adına yazılır. Ona görə kişi qadının paklığına da məsuldur.

Bəziləri Qurandan "(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər (daha artıq əziyyətə qatlandıqları üçün) onlardan bir dərəcə üstündürlər." ayəni əldə bayraq edirlər və kişinin qadın qarşısında üstünlüyünü müdafiə edirlər. Amma ayə boşanan ailələrə şamil edilir və ordakı məna tam başqadır.

Kişinin qadından üstünlüyü, qadının da kişidən üstünlüyü fərqli yerlərdə, fərqli mənalardadır. Qadın və kişi bir cüt ayaq, hüquqları isə bir cüt ayaqqabı kimidir. Əgər ayaqqabıları tərs geydirsək, həm qadına, həm də kişiyə zülm etmiş olarıq. Hər kəsin özünəxas bədən quruluşu olduğu kimi, özlərinə uyğun da hüquqları var.

Bir də sənə bu linki verirəm. Mütləq qulaq asarsan. Nisa surəsi 34-cü ayənin izahı

Suallarını hər zaman cavablandırmağa hazıram. Hörmətlər. bye.gif

Edited by MASTER_IER, 27 November 2008 - 11:44 AM.

  • 0

#259 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 27 November 2008 - 07:10 PM

Hormetler qarsiliqlidi thankyou.gif
Duzu bele uzun aciqlama gozlemirdim, amma gozlediyimden daha maraqli cavab oldu good.gif Tesekkurler.
  • 0

#260 slav_fgod

slav_fgod

    Посетитель

  • Пользователи
  • PipPip
  • 62 posts
  • :

Posted 27 November 2008 - 07:20 PM

Bir sual daha. Bildiyime gore isleyirsen, hem de internetde bolluca vaxt kecirirsen, coxlu mutalie edirsen, basqa forumlarda da yazirsan, eylenceye de vaxt ayirib dostlarinla da gorusursen. Indiye kimi yazilarindan bele qenaete gelmisem. Burda coooooox boyuk bir sual yaranir, SEN BU QEDER VAXTI HARDAN TAPIRSAN? unknw.gif Vaxt meselesi menim en yarali yerimdi, vaxtini nece bolursen ki, butun bunlari ede bilirsen? Xususi formulu varsa gizletme de nolar ki cray.gif
Basqa sual, nece dil bilirsen (tevazokarliq eleme day)? smile.gif
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users