Jump to content


- - - - -

Интервью #39 - sapsan


  • You cannot reply to this topic
208 replies to this topic

#181 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 24 July 2009 - 10:21 AM

Цитата(Janulka @ Jul 24 2009, 12:00 AM) View Post
"Gerçək olan bir tək yarış vardır: İnsanlıq yarışı. (Corc Moore)"

Müasir dövrümüzdə, sizin fikrinizcə, bu yarışma hələdə mövcuddurmu?!

məncə heç bir yarış insanlıq adına aparılmır.. mövcud olan insanlıqdan çıxıb sərvətə qovuşma, özündən olanlara yadlaşma, onlar ilə arada uçurum yaratma yarışıdır..
necə deyərlər - bir Allah qulu digər Allah quluna bacardığı hər kəsi qul etməyə çalışır..
Kulu kula kul etmiş bizi.. - Tarkan
əgər insanlıq üçün hər hansı mübarizə aparılsaydı cəmiyyətlər və millətlərin yaşam səviyyəsi arasında bir belə böyük fərqlər olmazdı.. Afrika və Avropanı müqaisə etsək George Moore bəndəsinin necə yanıldığına və ya necə qərəzli olduğuna əmin olarıq..

  • 0

#182 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 24 July 2009 - 02:19 PM

Şəxsi həyatınızda ən çox nə(lər)dən yorulmusunuz? Və nələri dəyişdirmək istərdiniz?

Цитата(sapsan @ Jul 24 2009, 01:21 PM) View Post

məncə heç bir yarış insanlıq adına aparılmır.. mövcud olan insanlıqdan çıxıb sərvətə qovuşma, özündən olanlara yadlaşma, onlar ilə arada uçurum yaratma yarışıdır..
necə deyərlər - bir Allah qulu digər Allah quluna bacardığı hər kəsi qul etməyə çalışır..
Kulu kula kul etmiş bizi.. - Tarkan
əgər insanlıq üçün hər hansı mübarizə aparılsaydı cəmiyyətlər və millətlərin yaşam səviyyəsi arasında bir belə böyük fərqlər olmazdı.. Afrika və Avropanı müqaisə etsək George Moore bəndəsinin necə yanıldığına və ya necə qərəzli olduğuna əmin olarıq..


Məhz, bu cür cavab yazmağınıza əmin idim good.gif Digər bir kəlam lap yerinə düşər: "Çox təəssüf ki insan, hələ insan ola bilməmişdir. (Browning)"
  • 0

#183 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 July 2009 - 07:26 AM

Цитата
Şəxsi həyatınızda ən çox nə(lər)dən yorulmusunuz? Və nələri dəyişdirmək istərdiniz?

ətrafımda nələrinsə məni yora biləcəyi ilə barışmaq istəmirəm.. amma ətrafımızda baş verən hadisələrin çoxunun insanı yormağa kökləndiyinə əminəm.. konkret nələrdən yorulduğumu saymaqda çətinlik çəkərəm.. məni 2 il məzuniyyətsiz işləmək yormaqdadır.. smile.gif ölkədən kənarda yaxşı istirahətə ehtiyac var.. smile.gif)
dəyişmək istədiyim başlıca amillər maddı imkanlardır.. onlar dəyişsə, onlarla birlikdə mən də dəyişəcəyimə əminəm (dəyişimin müsbət və ya mənfi yöndə olmasının əhəmiyyəti yoxdur, əsas olan qarşıda həll olunmalı daha az məsələ olsun)..

  • 0

#184 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 27 July 2009 - 10:50 PM

Xülyaları gerçəkləşdirmək üçün nə etməli?!
  • 0

#185 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 28 July 2009 - 12:22 PM

Цитата(Janulka @ Jul 28 2009, 02:50 AM) View Post
Xülyaları gerçəkləşdirmək üçün nə etməli?!

hörmətli Janulka,
bu sualın cavabı mənə də maraqlıdır.. smile.gif xülya, arzu və xəyallara qovuşmaq üçün nə etmək lazım olduğunu çox təəssüf mən də bilmirəm.. amma sadalananlara çatmaq üçün insanın necə olması gərəkdiyini qismən bildiyimi hesab edirəm.. hər halda bunları hər kəs bilir, yenə də yazmaqda fayda var, fərqli düşünənlər və ya tamamlamaq həvəsində olanlar da ola bilər..
1. nə istədiyini bilmək lazımdır..
bir şeyi hədəf seçib, ayrı şey üçün savaşırıq - hədəfdən sapmaq tez-tez rastlaşdığımız haldır.. əgər bir şeyə nail olmaq istəyiriksə, istədiyimizin bizə nəyə başa gələcəyinin hesabını yaxşı aparmaq lazımdır.. çox istəyib azımızdan olmayaq.. smile.gif
2. inadkar olmaq lazımdır..
3+ gerisi nə istədiyimizə, nəyin xülyasında olmağımıza bağlıdır..

bir həll yolu da var.. smile.gif))) az şey istəmək! çoxumuz xülyalarımıza, xəyali sabahımıza, xəyallarımızdakı gələcəyimizə bu günümüzü satırıq.. təəssüf mən də belələrindənəm.. adətən qaldıra bilmədiyim daşlara qurşanıram.. sad.gif
gerisi qan qaraldan düşüncələrin təsirinə düşməyimə səbəb olduğu üçün bu qədəri ilə kifayətlənirəm.. smile.gif

Edited by sapsan, 28 July 2009 - 12:23 PM.

  • 0

#186 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 30 July 2009 - 10:52 AM

Sapsan, sükutluq, rahatlıq tapmaq üçün elə bir məkan varmı sən ora üz tutursan və ruhun həmin ərazidə yenilənir?
  • 0

#187 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 31 July 2009 - 01:56 PM

Цитата(Janulka @ Jul 30 2009, 02:52 PM) View Post
Sapsan, sükutluq, rahatlıq tapmaq üçün elə bir məkan varmı sən ora üz tutursan və ruhun həmin ərazidə yenilənir?

smile.gif yox, elə bir bildiyim məkan yoxdur.. ruhumun isə heç bir məkanda rahatlıq tapacağına inanmıram.. ancaq başım nə iləsə qarışsa, bəlkə o zaman narahatçılıqları düşünmədən vaxtım keçsin..

  • 0

#188 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 31 July 2009 - 07:35 PM

Suallar bezdirici gəlmir? :-)
  • 0

#189 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 01 August 2009 - 06:04 AM

Цитата(Janulka @ Jul 31 2009, 11:35 PM) View Post
Suallar bezdirici gəlmir? :-)

yox, əsla bezdirici deyil.. sadəcə işlərimdən vaxt tapdıqca suallara cavab verə bilirəm.. gecikmiş cavablara görə hər kəs məni üzrlü hesab etsin.. thankyou.gif
mən dindirilməyi sevən küsgünlərdənəm.. smile.gif

  • 0

#190 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 09 August 2009 - 02:12 PM

Цитата(sapsan @ Aug 1 2009, 09:04 AM) View Post

yox, əsla bezdirici deyil.. sadəcə işlərimdən vaxt tapdıqca suallara cavab verə bilirəm.. gecikmiş cavablara görə hər kəs məni üzrlü hesab etsin.. thankyou.gif
mən dindirilməyi sevən küsgünlərdənəm.. smile.gif




mən dindirilməyi sevən küsgünlərdənəm yes.gif Sapsan yene de salam...Necesen?...Sapsan sene cox cetin bir sual vereceyem.Burclere inanirsan mi? : yes.gif Yeni gunluk de olmasa umumiyyetle burcler haqqindaki melumatlara nece inanirsan mi?Ya cadiya?..(Bilirem bu suallar indiye qeder sorusugum suallar icerisinde belke de en pisleridir..amma olsun da mene maraqlidir.)Yeri gelmisken din ve adetler bolumu hele de ACILMAYIB!MENCE BU BOYUK HAQSIZLIQDIR...Allah amaninda...

Edited by NuRR, 09 August 2009 - 02:15 PM.

  • 0

#191 Milanfan

Milanfan

    Мистер Ейлендже

  • Постояльцы
  • PipPipPipPipPipPipPip
  • 2,177 posts
  • Time Online: 11d 6h 11m 7s

Posted 09 August 2009 - 05:34 PM

Salam Sapsan.Necəsən?Bu dəyişkən yay havasında sualım belədir:
Səncə,insanlığın əsas problemi nədir?
  • 0

#192 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 August 2009 - 02:19 PM

Цитата(NuRR @ Aug 9 2009, 06:12 PM) View Post
Sapsan yene de salam...Necesen?...Sapsan sene cox cetin bir sual vereceyem.Burclere inanirsan mi? : yes.gif Yeni gunluk de olmasa umumiyyetle burcler haqqindaki melumatlara nece inanirsan mi?Ya cadiya?..(Bilirem bu suallar indiye qeder sorusugum suallar icerisinde belke de en pisleridir..amma olsun da mene maraqlidir.)Yeri gelmisken din ve adetler bolumu hele de ACILMAYIB!MENCE BU BOYUK HAQSIZLIQDIR...Allah amaninda...

salam NuRR,
mən yaxşıyam, sənin də yaxşı əhvalda olduğuna inanıram.. smile.gif
düzünü düsəm bürclərə inanmıram, çünki insanların yozmasından artıq bir şey deyil bürclər haqda olan məlumatlar.. amma gerçəyə yaxın əlamətlərə də rast gəlindiyi danılmazdır.. insanın valideynlərinin vücudunda oldugu, doğulduğu və yaşadığı zaman kainatda, planetlər arasında baş verənlərin ona təsirsiz ötüşmədiyi bir gerçəkdir.. çünki kainat da böyük bir orqanizm kimi çalışır.. sadəcə mənim fikrimcə insanların bürcləri yozma və adlandırma tərzləri qərəzlidir.. bürclərin izahı mənə tam inandirici gəlməsə də, hər hansı təbii qanunlara əsaslanan asılılıq olduğunu düşünürəm..
Caduya da inanmıram, amma insanların məsafədən başqa insanların hərəkətlərinə müdaxilə edə biləcəyi mənə gerçək kimi görünür.. buna heç bir elmi izah gətirə bilməsəm də tam inkar da etmirəm..

sualların əsla pis suallar deyillər.. əslində belə mövzular adamı çox düşündürür..
dini mövzuların bağlı olmasına elə də müsbət baxmıram. amma çox adamın dini izah, fikir söyləmək əvəzinə oxuyanları qıcıqlandırmaq üçün yazdıqları sətirləri oxumaq da xoş deyil.. dini mövzuların qapali olması hər yetənın sağa, sola ləkələmə, qıcıqlandırma məqsədli münasibətlərini bildirməsindən daha yaxşıdır.. hər 10 post-dan ən çoxu 2-3ü xas dini izah daşıyır.. bu doğru deyil, əyləncə forumu deyəndə inanclı insanların inancları ilə əylənmək gərəkdiyi kimi başa düşülməsin gərək..
thankyou.gif təşəkkürlər..

  • 0

#193 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 August 2009 - 02:25 PM

Цитата(Milanfan @ Aug 9 2009, 09:34 PM) View Post
Salam Sapsan.Necəsən?Bu dəyişkən yay havasında sualım belədir:
Səncə,insanlığın əsas problemi nədir?

salam Milan, yaxşıyam.. smile.gif
verdiyin sualdan sənin nədənsə narahat olduğun bəlli olur.. smile.gif
keçək cavaba: insanlığın ən əsas problemi yalnız özünü və öz ətrafındakıları, özü kimi düçünənlərə insan gözü ilə baxmasıdır (məncə).. "biz və onlar (bizdən olmayanlar)" yanaşmasının hakim olduğu dövranda yaşayırıq..
çox təəssüf.. nea.gif

  • 0

#194 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 28 August 2009 - 09:05 AM

Saлаm Sаpsan necesiz?sual cаваb vermek аsandi yoxc sual vermek?

Edited by langepas, 28 August 2009 - 09:09 AM.

  • 0

#195 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 28 August 2009 - 09:37 AM

Цитата(langepas @ Aug 28 2009, 01:05 PM) View Post
Saлаm Sаpsan necesiz?sual cаваb vermek аsandi yoxc sual vermek?

salam langepas.. smile.gif
mən yaxşıyam, sən necəsən?
məncə sual və ya cavab verməyin çətinliyi məsələsi mövzudan asılıdır..

çoxdandır aramızda yox idin.. smile.gif deyəsən havaların münasib olmaması səni istirahəti yarımçıq kəsməyə vadar etdi.. smile.gif

  • 0

#196 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 24 February 2010 - 02:41 PM

salam Sapsan )))
nece dushunursen dostlug etmek ucun insana ne lazimdi ?

Edited by langepas, 24 February 2010 - 02:42 PM.

  • 0

#197 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 25 February 2010 - 10:17 AM

Цитата(langepas @ Feb 24 2010, 05:41 PM) View Post
salam Sapsan )))
nece dushunursen dostlug etmek ucun insana ne lazimdi ?

salam langepas.. bye.gif
bu suala cavab verməkdə bir az çətinlik çəkdiyimi etiraf edirəm.. smile.gif yəqin belə suallar məni az düşündürdüyü üçündür bu çətinlik..
məncə dostluq etmək üçün insana heç nə lazım deyil.. insanlar sosial məxluqlardir.. istər-istəməz şərait onları həmfikirləri ilə rastlaşdırır.. düşüncələri, yanaşmaları, maraqları ortaq olan hər kəs potensial dostdur..
çox danışmaq olar dostluq haqda, amma yazdıqlarımı dostlarımın da oxuma ehtimalı olduğu üçün uzatmaq istəmirəm.. smile.gif kategoriyalara bölsəm narazılıqlar eşitməkdən özümü qoruya bilməyəcəyimi bilirəm.. wink.gif

təşəkkürlər sual üçün.. thankyou.gif

  • 0

#198 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 09 March 2010 - 01:38 PM

Itirilmish inami geri qaytarmaq mumkundurmu ve inam berpa olunarsa o yene de evvelki qeder mohkem ola bilermi?

P.S. Umid edirem ki tekrar sual vermirem, chunki yazilanlari oxumaga indi yeteri qeder vaxt yoxdur.


  • 0

#199 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 09 March 2010 - 02:30 PM

Цитата(sensitive @ Mar 9 2010, 04:38 PM) View Post
Itirilmish inami geri qaytarmaq mumkundurmu ve inam berpa olunarsa o yene de evvelki qeder mohkem ola bilermi?

P.S. Umid edirem ki tekrar sual vermirem, chunki yazilanlari oxumaga indi yeteri qeder vaxt yoxdur.

itirilmiş hər hansı bir şeyin geri qaytarılmasının mümkün olduğuna şübhə edirəm.. heç nə əvvəlki yerini doldurmayacaq - ya az qalacaq, ya daşacaq..
hər şeyi silib, yenidən (sıfırdan) başlamaq haqda olan rəvayətlər mənə inandırıcı gəlmir..
zaman dəyişir və özü ilə bərabər bizi də dəyişdirir.. biz isə fizialoji dəyişikliklərə bərabər düşüncə və yanaşmalarımızla ilə də dəyişirik.. bəlkə əksini düşünənlər var, amma mən əksini təsdiqləyən hallarla rastlaşmamışam..
itirilmiş inama gəldikdə isə bir şey çox açıqdır - biz buna "itirilmiş" deyirik.. bir əşyanı itirdikdə biz onu itirdiyimiz yerdə qayıdıb axtarırıq, amma inamın itdiyi günə qayıtmaq mümkün deyil.. geriyə qalır rol oynamaq - inanırmışıq kimi davranmaq.. smile.gif
bir mahnıda deyir: "bil ki, yeni gələnlər gedənləri aradırlar"..
yox - inamı geri qaytarmaq, əvvəlki kimi olmasını təmin etmək qeyri-mümkündür..

təşəkkürlər..

Edited by sapsan, 09 March 2010 - 02:41 PM.

  • 0

#200 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 09 March 2010 - 03:34 PM

Aydindir chox sag olun.

Qeyri-ciddi sual vermek olar? smile.gif
10% cezani hansi "qanundan kenar" yaziniza gore almisiz?
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users