Цитата(sensitive @ Jun 12 2010, 05:08 PM)
Sapsan, ereb ve ya fars dilini bilirsiz? Sherleri yerleshdirerken fikir verirem, daha chox klassik edebiyyata ustunluk verirsiniz. Ishledilen sozler ve menalari haminin asanliqla anlayacagi formada deyil. Mene ele gelir ki, ereb ve ya fars diline az da olsa beled olmadan bu sherleri basha dushmek chetindir, baxmayaraq ki, menasi chetin anlashilan ereb, fars mensheli sozler uchun lugetler movcuddur. Chox yormayib qisa shekilde fikrimi yazmaq istedim, umid edirem chatdirmaq istediyim fikir anlashilan olacaq ki, cavablandirarken chetinlik yaratmasin
salam
sensitive,
çox təəssüf edirəm ki, sualınıza özüm arzuladığım cavabı verə bilməyəcəyəm.. ərəb və fars dilindən xəbərsizəm, amma lüğətlə və ya müxtəlif misralarda işlədilmə tərzlərinə və nizamına görə bir çox sözün mənasını anlaya bilirəm.. klassik ədəbiyyatımıza belə sıx müraciətimə səbəb onun çox zəngin olduğuna əmin olmağımdır.. baxmayaraq ki, ərəb və fars dillərinin təsirindədir, ancaq o dövr şer və nəzmlərinin çox geniş bir məna və qavram rəngarəngliyi daşıdığına inanıram..
hara yozsalar da bu coğrafiyanın ədəbi düşüncələrini daşıdığı üçün çox doğmadır.. qərb klassik və müasir ədəbiyyatından irəlidə olduğuna, ona daha əsrlər öncə qapanması mümkünsüz görünən ara açmış bir söz, məna xəzinəsi olduğuna hər keçən gün daha çox inanmağa başlayıram..
çox haqlısınız, ərəb və fars dillərindən söz ehtiyatım kasad olduğu üçün bəzən hətta bir misrani anlamaq üçün internetdə bir neçə saat söz diləndiyim vaxtlar da olur..
)))
təşəkkürlər..