Jump to content

- - - - -

Интервью #39 - sapsan

  • You cannot reply to this topic
208 replies to this topic

#161 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 02 March 2009 - 12:03 PM

salam Sapsan ... genede sualim var size
1) tenxalig nedi?
  • 0

#162 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 05 March 2009 - 11:00 AM

Цитата(langepas @ Mar 2 2009, 03:03 PM) View Post
salam Sapsan ... genede sualim var size
1) tenxalig nedi?

salam langepas,
cavabı gecikdirdiyim üçün üzrlü sayın..
sualınıza cavab verməmişdən əvvəl deyim ki, bizim dilimizdə tənhalığı əvəz edən bir söz daha var.. yalnızlıq sözü.. anladığım qədər dilimizdə tənhalıq sözü daha çox qadınlara yaraşdırılır.. yalnızlıq isə daha çox kişilərə yaraşdırılır.. səbəbini bilmirəm..
keçək sizin sualınıza..
tənhalığın bir ruh halı olduğunu hesab edirəm.. ətrafında çoxlu adam olan, daim diqqət mərkəzində olan adamlar da özlərini tənha saya bilərlər.. tam tərsinə, bir adada tamamilə tək qalmış bir adamın özünü tənha hiss etməməsinin də mümkünlüyünə inanıram.. tənhalıq hissini insanın yaş qrupu, xarakteri, şərait və s. təyin edir..

  • 0

#163 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 07 March 2009 - 07:40 PM

Salam Sapsan...necesen?Sapsan, axi avatarini niye deyismisen ?Allah amaninda...
  • 0

#164 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 March 2009 - 10:36 AM

Цитата(NuRR @ Mar 7 2009, 10:40 PM) View Post
Salam Sapsan...necesen?Sapsan, axi avatarini niye deyismisen ?Allah amaninda...

salam Nurr,
mən yaxşıyam, sən necəsən?
yadımda ikən, gec də olsa 8 mart bayramı münasibəti ilə təbrik edirəm səni.. giverose.gif
niyə belə gec-gec buyurursan bizim foruma?

şəkilimi dəyişməyimə heç bir ciddi səbəb yoxdur, köhnə avatarım gözə köhnəlmiş dəydiyi üçün dəyişdim hər halda.. smile.gif

  • 0

#165 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 25 March 2009 - 04:42 PM

Цитата(sapsan @ Mar 10 2009, 01:36 PM) View Post

salam Nurr,
mən yaxşıyam, sən necəsən?
yadımda ikən, gec də olsa 8 mart bayramı münasibəti ilə təbrik edirəm səni.. giverose.gif
niyə belə gec-gec buyurursan bizim foruma?

şəkilimi dəyişməyimə heç bir ciddi səbəb yoxdur, köhnə avatarım gözə köhnəlmiş dəydiyi üçün dəyişdim hər halda.. smile.gif

Yene de salam,Sapsan...umid eleyirem ki,heyatinda her sey yolundadir...evvela gec de olsa tesekkurler...gec girmeyime sebeb esasen vaxt catismazligidir bir de ki,Sapsan sozun duzune qalsa "Din ve adetler "bolumu menim bu foruma daxil olma sebeblerimden ilki ve en esasi idi...yeqin ki,ne demek istediyim anlasildi..ister- istemez insanda maraq azalir..Kecmis Novruz bayramin da mubarek...Yeri gelmisken sual+mi da versem pis olmaz..
1.Sapsan,melum meseledir ki,xususile qizlarin xarici olkelerde tehsil almasi hele ki,bizim milletimiz terefinden ele de xos qarsilanmir,bezi aileler tebii ki,istisnadir...Sene gore buna neler sebebdir?Ve sen ozun bu barede ne dusunursen?
2.Bes Sapsan,sen qarsindakinin yalanini hansi hereketi ile olcursen?
3.Ve en nehayet Islam dini dedikde senin gozlerin onunde ne ve ya neler canlanir??(hele ki canin qurtardi..)
Evvelceden vereceyin cavablara vaxt serf etdiyin ucun tesekkurler...Allah amaninda...

  • 0

#166 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 01 April 2009 - 01:05 PM

Цитата(NuRR @ Mar 25 2009, 08:42 PM) View Post

sizin dinə və adətlərə bu qədər bağlı biri olmağınız təqdirə layiqdir.. təbriklərin üçün sənə təşəkkür edirəm.. smile.gif
keçək cavablara..
1. mənə görə qızların xaricdə ailəsinin nəzarətindən kənar təhsil almasına əsas maneə sizin bağlı olduğunuz "din və adətlər"-dir.. mən də gənc qizların ailə nəzarətindən uzaq təhsilinin tərəfdarı deyiləm.. amma bu işdə qızların şəxsi keyfiyyətləti də vacib əhəmiyyət kəsb edir.. zəmanə münasib deyil buna, müasirlik adı ilə hər yola baş vurmağın təzadlarla sona çatması ehtimalı yüksəkdir..
2. mən qarşımdakının mənə yalan danışacağı ehtimalını göz önündə tutaraq münasibət qurmuram və hərəkətlərində bunu bəlli edəcək əlamətlər də axtarmıram.. desəm "ölçmürəm" yalan olar, amma ortada şübhələnməyə əsas olduqda vəziyyətə uyğun lom-luq (özünü bilməməzliyə vurmaq) metodu ilə vəziyyətdən çıxmağa çalışıram.. şişin və kababın ən az külə çevrilməsinə səbəb olacaq üsulun bu olduğuna inanıram.. bu halda zaman özü o adamla yollarımızı ayırmağa meylli olur..
3. İslam dedikdə gözlərimin önündə heç bir şey canladırmıram, ən azından canlandırmamağa çalışıram.. İslam saflıq rəmzidir, həqiqət və qüdrətin mənbəyidir.. hər halda şəffaf və pak qaynayan bir bulağı andırır.. dinimiz haqda məlumatım az olsa da, rəğbətim sonsuzdur..

təşəkkürlər.. thankyou.gif

  • 0

#167 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 06 May 2009 - 08:24 PM

Salam Sapsan ))
coxdandi sual vermirdim ))
1 )yasamag cetindi yoxsa yaratmag?
2) sapsan xansi ani dayandirmag isterdi?
3) Sapsana xansi nagil personji yaxindi?
a)canavar
b)tulku
g)dovsan
d)cirtan
e)div
  • 0

#168 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 08 May 2009 - 01:24 PM

Цитата(langepas @ May 7 2009, 12:24 AM) View Post
Salam Sapsan ))
coxdandi sual vermirdim ))
1 )yasamag cetindi yoxsa yaratmag?
2) sapsan xansi ani dayandirmag isterdi?
3) Sapsana xansi nagil personji yaxindi?
a)canavar
b)tulku
g)dovsan
d)cirtan
e)div

salam çox hörmətli langepas,
hər zaman xoşdur düşündürən suallarınıza cavab vermək.. smile.gif

keçək cavablara..
Цитата
1 )yasamag cetindi yoxsa yaratmag?

mənim yaradıcılıqla elə də yaxından tanışlığım yoxdur, amma yaşamağın dəlisi olan biri kimi deyə bilərəm ki, yaşamaq asan deyil.. yaşamaq sözü, anlayışı nisbidir və əhatəlidir.. mən sivil, müasir, ziyalı yaşamağı nəzərdə tuturam.. öz qaydalarına, gerçəklərin, zamanın tələbinə və zövqünə uyğun yaşamaqdan xoş və mürəkkəb bir şey təsəvvür etmirəm.. insanların daldıqca cazibəsinin əsiri olduğu yaşamaqdan danışıram.. smile.gif
başqa heç bir yaşamaq tərzini dolğun hesab etmirəm.. amma insanına görə dəyişəndir bu yanaşma, hər insanın öz baxışları var.. hörmət bəsləyirəm ədalətin və əxlaqın hökmran olduğu hər yaşam tərzinə..

Цитата
2) sapsan xansi ani dayandirmag isterdi?

sapsan hələ dayandırılmasını arzuladığı bir anı yaşamayıb deyəsən.. smile.gif "ən asan və bezdirici günümün dünən olduğu və ən çətin və sirrli günümün sabah olacağı" inancı hakimdir mənə..
dayandırılası anım olmadığı üçün istərdim ki, keçmiş uşaqlıq illərini, qayğısız günlərimi bütünlüklə mənə versinlər.. smile.gif

Цитата
3) Sapsana xansi nagil personji yaxindi?
a)canavar
b)tulku
g)dovsan
d)cirtan
e)div

əla sualdır.. smile.gif)
sualda kilid mənalar gizlənmiş olsa da, yenə düzgün hesab etdiyim variantı deyim.. smile.gif
d)cirtan..

  • 0

#169 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 19 May 2009 - 09:54 AM

salam Sapsan ))
sizin cavablarin xemisheki kimi dolgun ve zarafatlidi )))
genede sual
1)size xeyat ne verib?
2)Sukuta ses demek olar?
3)nece fikirlesirsiniz xansi emosiya size benzeir ?
4)sizin heyatdaki qorxularinizdan ve yaxud qorxdugunuz sheylerden en guclusu nedir ?

  • 0

#170 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 29 May 2009 - 06:14 AM

Цитата
salam Sapsan ))
sizin cavablarin xemisheki kimi dolgun ve zarafatlidi )))

salam langepas,
çox şadam ki, cavablarım sizin ürəyinizcə olma yolundadır.. smile.gif

Цитата
genede sual
1)size xeyat ne verib?

düşünmürəm ki, həyat mənə digərlərinə verdiklərindən artıq nəsə verib.. tam tərsinə, hesab edirəm ki, nə veribsə xəsisliklə verib.. tək mənə deyil, bizim məmləkətdə həyat hamıya belə davranmışdır.. bütün bunlara baxmayaraq çox böyük qabiliyyətlər də almışıq irsən - təlaşa qapılmama, dözüm və sürətlə dəyişən vəziyyətə uyğunlaşma kimi çox vacib bacarıqlarımızın olduğuna inanıram..

Цитата
2)Sukuta ses demek olar?

bu sualı bilirsinizmi nəyə bənzədirəm? smile.gif sıfırın ədəd və ya rəqəm olub-olmadığının tərəddüdünə qapilma halına.. smile.gif səssizlik də bir səsdir, səsin sifir halıdır.. smile.gif
amma kainatda mütləq səssizlik mövcud olduğuna inanmağım gəlmir..

Цитата
3)nece fikirlesirsiniz xansi emosiya size benzeir ?

bax bu suala cavab vermək həqiqətən çox çətindir.. bu dəqiqə mənə ən çox ifadə edə biləcək emosiya budur - shout.gif (sanki tənəzzülə şahidlik edirəm..)

Цитата
4)sizin heyatdaki qorxularinizdan ve yaxud qorxdugunuz sheylerden en guclusu nedir ?

ən çox qorxduğum əlamətlərdən biri ətrafımda baş verənlərdən xəbərsiz olmaq və ya olub-bitən hadisələri dərk edə bilməməkdir, bu hadisələrə özümə aydın və məntiqli gələcək bir izah verə bilməməkdən çox qorxduğum bir şey olduğunu sanmıram..

bu suallar həqiqətən çox düşündürdü məni, 1 saat-dan artıq çək-çevirdən sonra ortaya qoya bildiyim bunlardır.. smile.gif) əgər fikirlərimdə natamamlıq varsa, anlayış rica edirəm.. smile.gif başqaları haqda və ya ətrafımda olan hadisələr haqda fikirlərimi daha asan çatdıra bilirəm, amma şəxsimə yönələn suallar barədə bunu deyə bilmirəm.. smile.gif

  • 0

#171 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 29 May 2009 - 12:25 PM

salam Sapsan 1-2 sualim var))))))))))))))
1.ne qeder zaman kechmelidir ki, bir insana etibar etmeyin mumkun olacagini anlayasan?
2. eger suret (skorost) olsaydin, hansi olardin?
3. eger bir tebii felaket olsaydin, hansi olmaq isterdin?
4. sende keder choxluqdadir, yoxsa sevinc?
5.ozunu bir sozle ifade et
6. senin bashina gelmish en qorxunc hadise hansidir?
7. kiminlese danishmaginda bir mena axtarirsanmi?
8.bir insanin senin istediyini etmesi senin uchun ne derecede chetindir?
9. edalet nedir?
10.suallarin en yaxini xansi idi?

Edited by langepas, 29 May 2009 - 12:33 PM.

  • 0

#172 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 09 June 2009 - 06:30 AM

Цитата(langepas @ May 29 2009, 04:25 PM) View Post
salam Sapsan 1-2 sualim var))))))))))))))

salam langepas,
mənim də sənə 1-2 cavabım olacaq.. smile.gif))))
icazə versəydin hissə-hissə cavablandırardım suallarını.. hamsına birdən cavab verməyim asan deyil.. yoxsa bu qədər yubanmazdı cavabım..

Цитата
1.ne qeder zaman kechmelidir ki, bir insana etibar etmeyin mumkun olacagini anlayasan?

bu adamına görə dəyişən haldır.. adətən 2-3 ay bəs edir ki, qarşımdakı insan haqda məndə ibtidai qənaət formalaşsın.. amma yanıldığım hallar da az olmayıb.. ona görə də insanlara yerli-yersiz etibar nümayiş etdirmək kimi vərdişim yoxdur..

Цитата
2. eger suret (skorost) olsaydin, hansi olardin?

əgər sürət olsaydim hər halda stabil qalan sürət olmazdım, yoluna gorə dəyişən sürət olmaq daha maraqlı olar mənə.. enişdə ehtiyatlı-yavaş, yoxuşda dinamik artan sürət olmaq istərdim.. ozumə uyğun gördüyüm sürət intervalı 80-120 arasıdır..
bunlar bir bənzətmədir əslində.. ən uyğun sürət insanı yolundan etməyəcək dərəcədə qərar qəbul etmək imkanından məhrum etməyən sürətdir..

Цитата
3. eger bir tebii felaket olsaydin, hansi olmaq isterdin?

çox qeyri-müəyyən sualdır.. smile.gif)
hər halda zəlzələ və ya vulkan olmaq istərdim.. tsunamiləri, dağları yaradan, materikləri yerindən oynadan zəlzələ.. zəlzələnin məni çəkən bir tərəfi də onun əvvəlcədən gələcəyini xəbər verməməsidir.. gözlənilməz və qəfil baş verir, heç kim əvvəlcədən zərərdin nəyə başa gələcəyini dərk edə bilmir.. hamı onun vurduğu zərərdən danışır, amma yer kürəsi üçün, planetimizdəki flora və fauna üçün əvəzsiz faydalarını heç kim dilə gətirmir..

Цитата
4. sende keder choxluqdadir, yoxsa sevinc?

bu suala dəqiq cavab verə bilməyəcəm.. mən demək olar ki, kədərlənmirəm və ya bunu rahat gizlədə bilirəm.. amma çox zaman adamı kədərləndirəcək fikirlərin hakim olduğu mühitdə olduğumu etiraf edirəm.. elə bir dövrdə və məkanda yaşayırıq ki, sevindici çox az şey baş verir cəmiyyətimizdə.. başqa zəngin dövlətlərdə (biz də zəngin dölətik, həm sərvətlərimizlə, həm tariximizlə, həm də ziyalı insanlarımızla) insanlar harda istirahət edəcəklərinin qərarsızlığı, sevgi-işrət işlərinin uğurları və ya uğursuzluqları havası içində olduqları halda, bizim insanlarımız gündəlik məişət problemləri ilə boğuşurlar.. onu deyə bilərəm ki, cəmiyyətimizdə kədər sevinci üstələmiş vəziyyətdədir..

növbəti suallara imkan düşdükcə cavab yazacam.. smile.gif
  • 0

#173 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 18 June 2009 - 05:42 AM

bir daha salamlayıram sizi hörmətli langepas.. smile.gif
qaldığım yerdən davam edim etiraz etmirsinizsə..

Цитата
5.ozunu bir sozle ifade et

ən çətin hesab etdiyim, cavab verməkdə ən çox çətinlik çəkdiyim suallar mənim özüm haqda nəsə danışmaq gərəkdirən suallardır.. bəlkə də bunu hiss etmisiniz artıq..
ağlıma özümə inandırıcı gələcək bir söz gəlmir indi.. gəldi o söz.. smile.gif)) tarazlıq sözü.. həmişə kontrolda, hər yöndə tarazlığımı (fiziki və ya mənəvi) pozulmaz görmək istəmişəm.. söz verməyi xoşlamıram, tarazlığımın ən çox pozulduğu vaxt sözümü tuta bilmədiyim vaxtdır..

Цитата
6. senin bashina gelmish en qorxunc hadise hansidir?

artıq hər şey geridə qaldığı üçün bir zamanlar məni qorxudan halları indi qiymətləndirmək doğru gəlmir..
təqribən 2-3 yaşlarım olanda qohumlarımızdan birinin evinin balkonundan yerə yıxılmışam, amma xoşbəxtlikdən xırda sıyırıqlarla canım qurtarıb.. smile.gif

Цитата
7. kiminlese danishmaginda bir mena axtarirsanmi?

yox, axtarmıram.. smile.gif
mənasız olan, amma zaman-zaman adama maraqlı gələn çox mövzular var.. hətta bildiyimiz bir şeyi izah edənin tərzindən asılı olaraq maraqla dinləyə bilərik.. başqalarının mənalı hesab etdiyi və təkrar-təkrar dinlədiyi bir şey isə mənə bezdirici gəldiyi vaxtlar da çox olur..

Цитата
8.bir insanin senin istediyini etmesi senin uchun ne derecede chetindir?

hər hansi adamı mən istəyirəm deyə nəyisə etməyə təhrik etmək məndə xoşlamadığım əhval yaradır.. ona görə də çalışıram belə vəziyyətlərdə mən tərəfdən mənim xeyrimə ola biləcək hər müdaxiləni dayandırım.. sözlə və ya hərəkətlə, fərq etməz.. amma qərarsız olan hər bir insana əgər köməyim dəyə biləcəyinə əminəmsə ilk verdiyim məsləhət təbii ki mənim də maraqlarımı nəzərə alacaq məsləhətdir.. onsuz da yekun qərar qəbul etmiş adamı yolundan döndərmək mümkün deyil, hətta mənə qulaq assa belə öz bildiyini edəcək.. smile.gif

Цитата
9. edalet nedir?

ədalət - qaydaların və qanunların arasında ziddiyətləri aradan qaldıracaq və tarazlığa gətirəcək, hamını razı salacaq bir anlayışdır.. hamı deyəndə tək insanları nəzərdə tutmuram, mən bütün canlıları (bitkilər və heyvanlar daxil) "hamı" mərtəbəsində görürəm..

Цитата
10.suallarin en yaxini xansi idi?

9-cu sualı mənə digərlərindən daha yaxın və maraqlı gəldı.. smile.gif səbəbi odur ki, bu sual özümü ifadə etmək kimi bir dalana salmadı məni.. flirt.gif

təşəkkürlər suallarınıza görə.. thankyou.gif

  • 0

#174 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 18 June 2009 - 08:09 PM

cox sag olun ) sizin cavablariniz cox maragli ve dolgundu ... Sapsan bele bir xaisim var... olarmi siz ,sizin intervyuda sual veren yuzerlere suallar veresiz?cox maragli olardi ))cavablari olmamag sertiyle ...
  • 0

#175 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 19 June 2009 - 09:07 AM

Цитата(langepas @ Jun 19 2009, 12:09 AM) View Post
cox sag olun ) sizin cavablariniz cox maragli ve dolgundu ... Sapsan bele bir xaisim var... olarmi siz ,sizin intervyuda sual veren yuzerlere suallar veresiz?cox maragli olardi ))cavablari olmamag sertiyle ...

langepas,
çalışaram suallar verim, amma inan vaxt tapa bilmirəm forumda kifayət qədər zaman keçirməyə..
imkan düşdükcə sənə, NuRRHIRA-ya suallar ünvanlamağı çox istərdim..

  • 0

#176 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 08 July 2009 - 01:53 PM

Цитата(sapsan @ Jun 19 2009, 12:07 PM) View Post

langepas,
çalışaram suallar verim, amma inan vaxt tapa bilmirəm forumda kifayət qədər zaman keçirməyə..
imkan düşdükcə sənə, NuRRHIRA-ya suallar ünvanlamağı çox istərdim..

Salam Sapsan...Dedim gorum Din ve adetler bolumu acilib mi?Hacandandir foruma daxil olmurdum..Senin intervyu sehifene daxil oldum langepasa verdiyin cavabda NURR sozunu gordum dayanib oxudum..sevindirici haldir ki hele de yadda qalmisam..baxmayaraq ki men artiq foruma daxil olmuram yeni cox seyrek..Sapsan yeri gelmisken bele bir sual verim sene...Melum meseledir ki,insanlarin coxu yasadiqlari muddet erzinde agillari ile is gorurler?Bes sen nece her zaman aglinin mi sesine qulaq verirsen yoxsa ureyinin mi yoxsa ikisinin birlesiminden gelen sese mi qulaq verirsen?(1-2 cumleyle cavablama misallar da getir..) bye.gif ..Allah amaninda...
  • 0

#177 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 July 2009 - 12:13 PM

Цитата(NuRR @ Jul 8 2009, 05:53 PM) View Post

Salam Sapsan...Dedim gorum Din ve adetler bolumu acilib mi?Hacandandir foruma daxil olmurdum..Senin intervyu sehifene daxil oldum langepasa verdiyin cavabda NURR sozunu gordum dayanib oxudum..sevindirici haldir ki hele de yadda qalmisam..baxmayaraq ki men artiq foruma daxil olmuram yeni cox seyrek..Sapsan yeri gelmisken bele bir sual verim sene...Melum meseledir ki,insanlarin coxu yasadiqlari muddet erzinde agillari ile is gorurler?Bes sen nece her zaman aglinin mi sesine qulaq verirsen yoxsa ureyinin mi yoxsa ikisinin birlesiminden gelen sese mi qulaq verirsen?(1-2 cumleyle cavablama misallar da getir..) bye.gif ..Allah amaninda...

salam NuRR,
indicə "Din və Adətlər" bölümünə daxil oldum, bağlı deyil..
sənin yadda qalmağına gəldikdə isə onu deyə bilərəm ki, unudulmağın uçun hələ çox tezdir.. smile.gif elə mürəkkəb və düşündürən suallardan sonra bir İZ qoymağın normal deyil səncə? smile.gif
mənim fikrimcə insanların bütünü işlərini təcrübələri və agılları ilə qaydasına salırlar.. çünki başqa cür onların sağ qalması çətin olardı.. beə deyirəm çünki bunu birbaşa ölüm və qalım məsələsi hesab edirəm.. cəmiyyətdə mərhəmət o dərəcədə zirvəyə yerləşməyib ki, insanlar qarşılıqsız olaraq öz planlarını kənara qoyub başqalarının işlərini səhmanlasınlar.. əgər belə bir şey mümkündürsə buna ancaq valideynlik və ya yaxın qohumluq hissi gətirə bilər, bu da şüur və dərrakə göstəricisi deyil.. çünki heyvanlarda da yaxınlarına nəvaziş və qayğı görülməkdədir..
bu sualın mənə yönəlmiş hissəsinə gəldikdə isə düzünü deyim ki, bu haqda heç düşünməmişəm.. smile.gif)
hər halda bir işimi görərkən təcrübəmə əsaslanıram.. təcrübənin isə özünə məxsus dili var.. insan daim düşünür ki, daxildən gələn bir səsdir onu yönləndirən.. mən isə buna təcrübə, o olmadıqda da insanın irsinə hopmuş bəzi həll, öhdəsindən gəlmə səriştəsi deyərdim.. bir iş görəndə ağıl ön planda olmalı deyil məncə, ön planda məntiq olmalıdır.. fikrimcə ağıl hər zaman işlədilməli olan amil deyildir.. məntiq çətinə düşdüyü zaman ilk gördüyü iş şübhəsiz ağılı köməyə çağırmaqdir.. smile.gif) bax o zaman ağıl ondan istəniləni versə daha mükəmməl olar..
bir türk mahnısındandır bu cümlə (çox yerində peyda oldu ) : Moral düşünce zora komiklikler, şakalar yetişir imdada..(əhval çətinə düşüncə - məzələr, zarafatlar yetişər imdada) - Sagopa Kajmer smile.gif)

  • 0

#178 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 22 July 2009 - 05:52 PM

...Hər hansı bir ziyafətə dəvət olunursunuz. Tanış olmayan simalarla rastlaşırsınız. Məclis bitdikdən sonra müəyyən təəssüratlar yaranır. Ünsiyyət zamanı kimlərinsə söhbətlərini dinləyirsiniz, bəyənirsiniz, müzakirə aparırsınız və sairə. Qısa bir vaxt ərzində kimlərsə sizdə xoş təəssürat və ya əks olaraq qıcıq yarada bilər...

İndi isə sualım belədir...

Üzərindən müəyyən vaxt keçir və siz öyrənsəniz ki, sizə xoş təsir bağışlaMAyan şəxsin (kişi və ya qadın fərq etməz) sizin davraşınızdan, danışıq tərzindən, yozma qabiliyyətinizdən və sairə bəyəndiyini öyrənsəniz sizin ona qarşı olan əvvəlki fikriniz dəyişiləcəkmi?

  • 0

#179 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 23 July 2009 - 10:06 AM

Цитата(Janulka @ Jul 22 2009, 09:52 PM) View Post
...Hər hansı bir ziyafətə dəvət olunursunuz. Tanış olmayan simalarla rastlaşırsınız. Məclis bitdikdən sonra müəyyən təəssüratlar yaranır. Ünsiyyət zamanı kimlərinsə söhbətlərini dinləyirsiniz, bəyənirsiniz, müzakirə aparırsınız və sairə. Qısa bir vaxt ərzində kimlərsə sizdə xoş təəssürat və ya əks olaraq qıcıq yarada bilər...

İndi isə sualım belədir...

Üzərindən müəyyən vaxt keçir və siz öyrənsəniz ki, sizə xoş təsir bağışlaMAyan şəxsin (kişi və ya qadın fərq etməz) sizin davraşınızdan, danışıq tərzindən, yozma qabiliyyətinizdən və sairə bəyəndiyini öyrənsəniz sizin ona qarşı olan əvvəlki fikriniz dəyişiləcəkmi?

mənim ətrafımdakı insanlar haqda fikrim zamanla dəyişə bilər, çox nadir hallarda qəti, yekun və daimi münasibət nümaiş etdirirəm.. sizin sualınızda göstərdiyiniz səbəbdən deyil, yəni mənim haqda müsbət fikrə gəldiyi üçün deyil, hətta hər hansı bir adama və ya mövzuya olan yanaşması da məndə həmin insana rəğbət yarada bilər.. mən insanları hər hansı bir hərəkətinə görə birdəfəlik qiymətləndirməyi sevmirəm, amma hətta yerində atdığı ən xırda addım da məndə həmin şəxsə qarşı maraq oyada bilər və ya onunla aramda məsafə saxlamağıma gətirib çıxarar..
mənim hər kəsə verdiyim qiymət onun mənə verdiyi qiymətə uyğun dəyişmir adətən, onun öz ətrafında olanlar arasındaki hörməti və nüfuzu da cox əhəmiyyətlidir.. çünki heç kim mənimlə yaxşı rəftar etməyə borclu deyil.. pis rəftar da etməklə bir şey əldə edən deyil.. smile.gif həlledici olan onun bir fərd kimi ümumi mövqeyidir.. (həm tərzi və hərəkətləri baxımından, həm də düçüncəsı və bacarığı baxımından)..
thankyou.gif

  • 0

#180 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 23 July 2009 - 08:00 PM

"Gerçək olan bir tək yarış vardır: İnsanlıq yarışı. (Corc Moore)"

Müasir dövrümüzdə, sizin fikrinizcə, bu yarışma hələdə mövcuddurmu?!

  • 0

0 user(s) are reading this topic

members, guests, anonymous users