Интервью #39 - sapsan
#101
Posted 21 November 2008 - 04:18 PM
#102
Posted 22 November 2008 - 11:03 AM
bəs siz bəyənirsinizmi?
Sirli, qeribe, qeyri-adi ne varsa, men beyenirem Bunu da beyendim, shekli oxumaga calishdim. Ata- ogul bagliligi, mehebbeti, cetinliklerin birleshdirdiyi bagliliq, terk edilmish Veten ve ya aile.. yağışın da getirdiyi qusse ve s.. Amma hem de yağış derdi yuyur ve geleceye yeni umid verir. Cunki onlar bir yerdedirler.
2. Şandor Petefi-nin kəlamına münasibətim çox müsbətdir.. özüm haqda onu deyə bilərəm ki, mən onun qədər patriot deyiləm.. )
Mence, birterefli baxdız. Size ele gelmir ki, Veten üçün canlarından keçenler her biri arxalarında bir gözüyaşlı sevgili qoydular?
Növbeti sualım
Pulun varligi-yoxlugu, azligi-coxlugu ve en esası halal-haramlığı sizi ne derecede narahat edir ?
Heyatınızdan, özünüzden ve dostlarınızdan razısız? Konkret olaraq indi.
Edited by HIRA, 22 November 2008 - 11:06 AM.
#103
Posted 24 November 2008 - 07:28 AM
Intervuda "turkcu" olaraq tanidilmisiniz, sizce size niye bele ad qoyublar, bu adi qazanmaqcun ne etmisiz?
mənim Türkçü olmağıma Realium qərar verib.. bu adı qazanmaq üçün heç bir şey etməmişəm.. Türklərə rəğbətim sonsuzdur.. əsrimizin əvvəlində sahibsiz qaldığımız vaxt, Bakı qırğınları törədilən zaman Türklər bütün dünyaya bizim sahibsiz olmadığımızı qanları bahasına sübut etdilər..
bunlardır məndə onlara sonsuz məhəbbət yaradan..
dost sözünə bir çox yanaşmalar var.. kimsə dostluğu ittifaq sanır, kimsə bağlılıq, kimsə güc, kimsə tənhalıqdan qurtulmaq və s. kimi yanaşır.. mən isə bir tamlıq, bir tükənməz mənbə kimi baxıram dostluğa..
dostu olan adamların dostu olmayanlar qarçısında çox üstünlükləri var.. məsələn: ünsiyyət qururlar, etibar edirlər, kümək edirlər, kömək görürlər, daha az stresslə və darıxmadan keçirirlər zamanlarını, qorumağı öyrənirlər, zamanlarını bölüşdürməy daha yaxşı bacarırlar və s.
bir sözlə dostu olanlar, dostu olmayanlar daha çox hazırdırlar hər şeyə, daha çox sosial fərd olduqlarının fərqindədirlər.. dostu olanlar gələcəklərini daha asan planlaşdırırlar..
yaxşı dost sərvətdir.. dostlarımdan çox razıyam..
#104
Posted 24 November 2008 - 07:29 AM
Edited by els, 24 November 2008 - 07:30 AM.
#105
Posted 24 November 2008 - 08:45 AM
Sirli, qeribe, qeyri-adi ne varsa, men beyenirem Bunu da beyendim, shekli oxumaga calishdim. Ata- ogul bagliligi, mehebbeti, cetinliklerin birleshdirdiyi bagliliq, terk edilmish Veten ve ya aile.. yağışın da getirdiyi qusse ve s.. Amma hem de yağış derdi yuyur ve geleceye yeni umid verir. Cunki onlar bir yerdedirler.
Mence, birterefli baxdız. Size ele gelmir ki, Veten üçün canlarından keçenler her biri arxalarında bir gözüyaşlı sevgili qoydular?
Növbeti sualım
Pulun varligi-yoxlugu, azligi-coxlugu ve en esası halal-haramlığı sizi ne derecede narahat edir ?
Heyatınızdan, özünüzden ve dostlarınızdan razısız? Konkret olaraq indi.
dəyərli Hira, (dəyərlidən daha uyğun söz tapa bilmədim sənin haqda formalaşan fikrimə)
avatar haqda düşündüklərinin hamsına qatılıram.. məhz o düşüncələr idi məndən onu seçməyi tələb edən..
"yağışlı havada tərkediş" adını verərdim indiki avatarıma.. artıq sən ifadə etdin çox şeyi avatar haqda, əlavələr etməyə lüzum görmürəm.. tamlığına xələl gələr yaranmış təsəvvürün..
məncə mən birtərəfli baxmadım, sadəcə çox qısa cavab yazdım o haqda.. ziddiyyət var cümləmdə.. "yaxşı baxıram, amma onun qədər patriot deyiləm".. bu o deməkdir ki, yerinə və zamanına görə mən də qiymətli nələrdənsə və kimlərdənsə vətən üçün keçə bilərəm.. amma indi həmin ruhda deyiləm sadəcə..
keçək suallara..
pul mənim ən vacib hesab etdiyim şeydir indi.. amma onun "hər şey" olmadığını bilirəm..
nə etmək olar, indiki zamanda öz imkanlarını ortaya çıxartmaq üçün ən gözəl və asan vasitədir.. misal üçün: birinin çoxlu pulu olur o tam ayri məqsədlər üçün (saymaq istəməzdim) xərcləyir pullarını.. o özünü pulun köməyi ilə əldə etdiyi əlavə imkanlarla özünə məxsus şəkildə ifadə edir bununla.. beləliklə onun əsl kimliyi bu zaman görünür ətrafındakılara.. yaxud digər adam, pulu olana kimi heç diqqət çəkməyən, bəlkədə çəkə bilməyən birisi əlinə imkan düşdüyü zaman çox faydalı işlər görür yaxın ətrafı üçün.. onun imkanı bütün ətrafındakıların imkanına çevrilir.. bax özümü belə adam kimi görmək istəməyimdir pula can atmağıma səbəb.. amma yazdıqlarım əksi kimi də olmaq da var ipin ucunda.. budur adamı diksindirən..
həyat sözünü heç bəyənmirəm.. amma həyatımdan və özümdən fərqli olaraq, dostlarımdan çox razıyam.. dostlarımdan narazı olmağıma səbəb də görmürəm, belə səbəbi mənə verməkdə xəsislik edirlər.. )
özümdən narazı olmağıma səbəb istədiyim yerdə (mövqedə, məkanda, zamanda) olmamağımdır..
Edited by sapsan, 24 November 2008 - 08:48 AM.
#107
Posted 24 November 2008 - 09:01 PM
P.S. Suallarimi siyasi motivli saymayin, sadece bir turksever ve vetenperver Azerbaycanlinin oz fikirlerini bilmek isteyirem.
#108
Posted 25 November 2008 - 06:55 AM
P.S. Suallarimi siyasi motivli saymayin, sadece bir turksever ve vetenperver Azerbaycanlinin oz fikirlerini bilmek isteyirem.
bilirsinizmi biz bazar iqtisadiyyatını seçmişik.. seçdiyimiz iqtisadi idarə üsulu sərmayədarlara açıqdır.. iqtisadiyyatın hər istiqamətinə aiddir bu sərmayələr.. təhsil sahəsini göstərməklə çox vacib mövzuya diqqət etdiniz.. bunu düşünməli adamların, vəzifəli şəxslərin da sizin kimi həssas olmaları vacibdir.. təhsilimizdə dilimizə, dinimizə, əxlaqımıza, şüurumuza Türklərin pis təsir etmələri mümkün deyil, çünki saydığınız dəyərlərimiz ortaqdır onlarla..
mən islamı, dilimizi, exlaqımızı Türklərsiz təsəvvür etmirəm.. tariximizin hər mərhələsində biz Anadoludan, Anadolu da bizdən (Qafqazdan) təsirlənmişdir..
amma yenə də hər şey qalır sərmayədarın vicdanına.. əgər onun niyyəti saf deyilsə, dəyərlərimizi zədələmək istəyirsə o zaman ictimaiyyətin iradəsi, ictimaiyyəti təmsil edənlərin iradəsi həlledici olmalıdır..
çox maraqlı suallarınız üçün təşəkkür edirəm hər birinizə..
Edited by sapsan, 25 November 2008 - 06:57 AM.
#109
Posted 25 November 2008 - 04:29 PM
Bir sual daha: ermenilerden sonra beyenmediniyiz millet hansidir ve sebebi nedir?
#110
Posted 25 November 2008 - 06:57 PM
P.S: Nəzərə al ki, bu sualı sənə elə məhz komplekslərindən əziyyət çəkən biri verir. Ona görə də məsləhət xarakterli də yazsan çox gözəl olardı.
#111
Posted 25 November 2008 - 11:23 PM
siz türk litseyinde oxuyanda "abi"leriniz var idi?
#112
Posted 26 November 2008 - 09:57 AM
сагол!
#113
Posted 26 November 2008 - 01:08 PM
Bir sual daha: ermenilerden sonra beyenmediniyiz millet hansidir ve sebebi nedir?
mən türk məktəblərində təhsil almamışam.. amma əgər bizim ölkədə təhsil sahəsində sərmayə qoyulursa buna ən uyğun türk sərmayəsidir.. bu mənim fikrimdir.. razılaşmaya bilərsiniz əlbəttə..
ermənilərdən sonra ən bəyənmədiyim millət Fransız və İngilislərdir.. onlar bütünlüklə dünya tarixini saxtalaşdırıblar.. onların əməllərinin, törətdikləri vandallığın ən bariz nümunələri də Misirdədir, şimali Afrikadadır..
Edited by sapsan, 26 November 2008 - 01:14 PM.
#114
Posted 26 November 2008 - 01:14 PM
P.S: Nəzərə al ki, bu sualı sənə elə məhz komplekslərindən əziyyət çəkən biri verir. Ona görə də məsləhət xarakterli də yazsan çox gözəl olardı.
Realium, bilmirəm inanarsan ya yox.. çoxlu komplekslərim olduğunu bilirəm.. amma say desən saya bilmərəm.. çünki nə komplekslərim olduğunun fərqində deyiləm.. son zamanlar işim o qədər başdan aşır ki, heç ağlıma da gəlmir özümü düşünmək..
#118 Guest_kimse ozu_*
Posted 26 November 2008 - 11:49 PM
#119
Posted 27 November 2008 - 06:15 AM
mügedes yere tekva deyirlər.
sen türk dilini,mən rus dilini bildiyim kimi bilirsən.
dəyməz.........
mən türk dili bilməyimlə öyünməmişəm heç vaxt.. )))) gözəl yumor hissinizə, zarafatınıza heyran qaldım..
təşəkkürlər..
sualı anlamadım.. hansı söhbəti nəzərdə tutursunuz?
#120
Posted 27 November 2008 - 09:44 AM
yaxşı adamsan!
0 user(s) are reading this topic
members, guests, anonymous users