Jump to content

- - - - -

Интервью #39 - sapsan

  • You cannot reply to this topic
208 replies to this topic

#141 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 04 February 2009 - 02:26 PM

ok onda sual ))
1) Insan bu dunyada nedi?
2) ve Bu dunya insana nedi?

  • 0

#142 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 04 February 2009 - 02:49 PM

1)Nicsenin bele bir fikri var :"Все, что не уничтожает нас, делает нас сильнее" siz bu fikirle razisiz?
4) intuisiya ve intelekt nedi?
  • 0

#143 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 05 February 2009 - 06:19 AM

Цитата(langepas @ Feb 4 2009, 05:26 PM) View Post
ok onda sual ))
1) Insan bu dunyada nedi?
2) ve Bu dunya insana nedi?

1. insan bu dünyada bir qonaqdır, sərnişindir..
2. dünya insan üçün bir dayanacaqdır.. (başqa dünyalar, dayanacaqlar olduğuna inanıram)

Цитата(langepas @ Feb 4 2009, 05:49 PM) View Post
1)Nicsenin bele bir fikri var :"Все, что не уничтожает нас, делает нас сильнее" siz bu fikirle razisiz?
4) intuisiya ve intelekt nedi?

1-ci sualdan birbaşa 4-cüyə keçdiniz.. smile.gif)) yoxsa bunlar yuxarıdakıların davamıdır? əgər elədirsə 3 əvəzinə 1 yazmısınız deyəsən..
3. bu fikirlə qismən razıyam, amma tam şəkildə razılaşa bilmərəm.. çünki bizi məhv etməyən, amma elə travmalar yaradan hallar ola bilər ki, ondan sonra nəinki yenidən güclənmək, hətta əvvəl əlində olanlardan da məhrum olmaq mümkündür..
4. bu sualların cavabını hamı bilir.. amma mən öz sözlərimlə belə tərif verərdim bunlara - baş verməmişdən əvvəl hadisələri ortaya çıxaran hisslər intuisiyadır, bu hadisələri əvvəlcədən hisslərin köməyi olmadan müəyyən edən təcrübə və bilik isə intellektdir..
amma cavabımı tam hesab etmirəm, sadəcə bu cümlədə yanaşmam sizə bəlli oldu hər halda.. ümid edirəm cümləm mürəkkəb olmadı..
təşəkkürlər maraqlı suallar üçün.. thankyou.gif

  • 0

#144 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 05 February 2009 - 08:58 AM

salam Sapsan. cavablariniz cox maraglidir ancag men isterdim ki 1-4 suallara gorundugu kimi yox basga rakursdan (xotela bi polucit otvet isxodyaiz iz drugoy ploskosti)cavab gozleyerdim . russtessili olduguma gore suallari vermekte cetinnik cekirem ancag calisiram sualin mentigini catdira bilim .. seflerle yazsamda uzurlu xesab edin blush.gif
  • 0

#145 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 05 February 2009 - 10:50 AM

Цитата(langepas @ Feb 5 2009, 11:58 AM) View Post
salam Sapsan. cavablariniz cox maraglidir ancag men isterdim ki 1-4 suallara gorundugu kimi yox basga rakursdan (xotela bi polucit otvet isxodyaiz iz drugoy ploskosti)cavab gozleyerdim . russtessili olduguma gore suallari vermekte cetinnik cekirem ancag calisiram sualin mentigini catdira bilim .. seflerle yazsamda uzurlu xesab edin blush.gif

rus təhsilli olmağınıza baxmayaraq azərbaycan dilində rahat yazırsınız və fikirlərinizi aydın çatdırırsınız..
inanın mənə, bu dəqiqə o qədər çox işim var ki, daha rakurs və müstəvi ağlıma da gəlmir.. smile.gif başqa rakurs deyəndə nəyi nəzərdə tutrsunuz? heç olmasa işarə edin mən də sizin istədiyiniz rakursda cavab verim.. yes.gif

  • 0

#146 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 05 February 2009 - 11:11 AM

bilseydiz nece degige suali yaziram ((( ok men cox temkinli ve xovseleliyem ne vaxt vaxtiniz olar onda da basga musteviden csvablandirarsiz... mene ele gelir ki bu suallara daxa derin ve felsefi cavablandira bilersiz...
  • 0

#147 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 06 February 2009 - 07:33 AM

Цитата(langepas @ Feb 5 2009, 02:11 PM) View Post
bilseydiz nece degige suali yaziram ((( ok men cox temkinli ve xovseleliyem ne vaxt vaxtiniz olar onda da basga musteviden csvablandirarsiz... mene ele gelir ki bu suallara daxa derin ve felsefi cavablandira bilersiz...

hörmətli langepas,
demək 1-ci və 4-cü suallara ("1) Insan bu dunyada nedi?", "4) intuisiya ve intelekt nedi? ") fəlsəfi cavab gözləyirsiniz məndən.. smile.gif yaxşı, söz verirəm ki, növbəti həftə ərzində sizin bu suallarınıza bacardığım qədər fəlsəfi cavab verərəm.. yes.gif

  • 0

#148 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 06 February 2009 - 01:53 PM

Salam Sapsan,men yene de size novbeti sualimi unvanlamaq isteyirem...(amma bu defe ferq etmir isteseniz bir ay sonra da cavablaya bileresiniz.. yes.gif))))Suallarim:
1.Eger size deyilse idi ki,5 deqiqe vaxtiniz var bu vaxt erzinde size yalniz bir heyvanla danismaq imkani verilir...Sapsan maraqlidir hansi heyvani secerdin??Ve niye?(bu sualin sade gorunmesine baxma,mueyyen netice cixarmaq imkani verir insana)
2.Sapsan yaxsi bilirik ki,basqasina meslehet vermek,yeni uzaqdan nese demek asanddir...o ki oz basina geldi basin dasa deydi anlayirsan ki,is ferqliymis...Sence hansi meselede insana qadaga qoyulursa,insan bunun duz ile yanasi yanlis olma ehtimalinin da var oldugunu ozu de derk edirse ne etmelidir?Qadagaya mehel qoymayib,Yasayaraq netice cixarmalidir?Yoxsa qorxub geri cekilmelidir??
3.Sapsan hec sirrin olub mu?Ve ustu acilib mi?
(Hele 10-a catdiracaqdim suallarimin sayini yes.gif )
Allaha emanet olun.....
  • 0

#149 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 February 2009 - 11:58 AM

Цитата

1) Insan bu dunyada nedi?
.......................
4) intuisiya ve intelekt nedi?

Цитата

1. insan bu dünyada bir qonaqdır, sərnişindir..
.........................
4. bu sualların cavabını hamı bilir.. amma mən öz sözlərimlə belə tərif verərdim bunlara - baş verməmişdən əvvəl hadisələri ortaya çıxaran hisslər intuisiyadır, bu hadisələri əvvəlcədən hisslərin köməyi olmadan müəyyən edən təcrübə və bilik isə intellektdir..

hörmətli langepas.. smile.gif
mən internetdə sizin suallara oxşar cavablar axtardim, çox fəlsəfi tərəfləri olan cavablar tapdim.. amma necə deyərlər: - onlar mənim cavablarım deyillər.. smile.gif belə qərara gəldim ki, hər şeydən daha uyğun üsul suallarınızı oxuyarkən ağlıma gələn ilk cavablardır.. mənim üçün daha rahatı yuxarıdakı suallarınıza keçən dəfə verdiyim cavabları biraz bəzəməkdir, açmaqdır.. smile.gif əgər fəlsəfə sarıdan yoxsul olsalar üzrlü hesab edin.. smile.gif "kasıb olanını süfrəyə qoymaqdan utanmaz" deyiblər atalar..
beləliklə:
1) Insan bu dunyada nedi? - insan bu dünyada bir qonaqdır, sərnişindir..
nəyi nəzərdə tuturdum bu cavabla? demək istəyirdim insanın bu dünyada əbədi yaşamadığı hamıya məlumdur, məhz müəyyən dövr ərzində insan bu dünyada ömür sürür.. ömür daimi, əbədi deyil.. hətta dünyanın da sonu olduğunu həm elmi, həm də dini mənbələr açıqlayıblar.. əgər insanın bu dünyada keçirdiyi ömür adlandırdığımız zaman əbədi deyilsə. deməli onu bu dünyada qonaq adlandırsaq səhv etmərik.. həm də çox fəlsəfi, ədəbi materiallarda insanın yer üzündə qonaq olduğu səsləndirilib və heç kim bunu danmağa cəhd etməyib.. mən də danılmaz sitatlara söykənib cavab verirəm.. smile.gif
sərnişindir deyəndə isə mən bizim dünyadan əvvəl və sonra dünyalar olduğunu düşündüyümü bildirmək istəyirdim.. öləndən sonra insanların daha ayrı bir məkanda, zamanda yaşadığı fikri mənə daim ağlabatan gəlmişdir.. və öləndən sonra gedəcəyimiz dünyanın da sonuncu olmadığını düşünürəm.. yaradanın yaradıcılığının bunlarla qurtarmadığına inanıram.. burdan da o nəticəyə gəlmək mümkündür ki, hər bir dünyanı bir dayanacaq kimi qəbul edərək, bu dünyanı cari dayanacaq, bizi isə sərnişin kimi ifadə etmək yalnış izah sayılmasın gərək..

4) intuisiya ve intelekt nedi? - bu sualların cavabını hamı bilir.. amma mən öz sözlərimlə belə tərif verərdim bunlara - baş verməmişdən əvvəl hadisələri ortaya çıxaran hisslər intuisiyadır, bu hadisələri əvvəlcədən hisslərin köməyi olmadan müəyyən edən təcrübə və bilik isə intellektdir..
burada nə demək istəyirdim? demək istəyirdim hisslər şüurla qismən bağlıdır. hər biri diğərinə, daha doğru demək gərəkdirsə, hisslər şüura təsri etdiyi kimi, şüur da hisslərə təsir edir.. amma hər birinin öz təyinatı və imkanları var.. insan hadisələr baş verməmişdən əvvəl 2 yolla onu ortaya çıxara bilər..
1. hiss etməklə. - intuisiya
2. biliyi, bacarığı və təcrübəsi ilə. - intellekt
intuisiya analiz etmədən, intellekt isə analiz etməklə doğru qərar qəbul etməkdir.. onu da deyim ki, intuitiv qərar vermə gərgin vəziyyətlərdə daha çox özünü göstərir.. hardakı düşünməyə zaman çox azdır..

bax burda mənim yanacağım tükəndi.. smile.gif ümid edirəm bunu sualınıza cavab kimi qəbul edərsiniz..
təşəkkürlər! thankyou.gif

  • 0

#150 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 10 February 2009 - 12:24 PM

tesekkurler ..etrafli cavaba gore .... bele dusunurem ki suallar sizi cox incitmedi .
  • 0

#151 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 February 2009 - 12:39 PM

Цитата(langepas @ Feb 10 2009, 03:24 PM) View Post
tesekkurler ..etrafli cavaba gore .... bele dusunurem ki suallar sizi cox incitmedi .

mən sizə təşəkkür edirəm.. suallarınız incitmir məni, tam tərsinə xoşdur maraqlı suallar ətrafında baş sındırmaq.. sadəcə vaxtım az olur cavab verməyə.. cavabı özüm gec verirəm ki, cavab yazmaq üçün kifayət qədər düşünməyə vaxtım olsun.. çünki natamam cavablar mənim mövqeyimi tam əks etdirməz, üstəlik sizə də xoş olmaz laqeyid cavablar..
Nurr xanım da üzrlü sayar məni, sualına cavabı gecikdirdiyim üçün..
thankyou.gif

  • 0

#152 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 11 February 2009 - 11:59 AM

Цитата(NuRR @ Feb 6 2009, 04:53 PM) View Post
Salam Sapsan,men yene de size novbeti sualimi unvanlamaq isteyirem...(amma bu defe ferq etmir isteseniz bir ay sonra da cavablaya bileresiniz.. yes.gif ))))Suallarim:
1.Eger size deyilse idi ki,5 deqiqe vaxtiniz var bu vaxt erzinde size yalniz bir heyvanla danismaq imkani verilir...Sapsan maraqlidir hansi heyvani secerdin??Ve niye?(bu sualin sade gorunmesine baxma,mueyyen netice cixarmaq imkani verir insana)
2.Sapsan yaxsi bilirik ki,basqasina meslehet vermek,yeni uzaqdan nese demek asanddir...o ki oz basina geldi basin dasa deydi anlayirsan ki,is ferqliymis...Sence hansi meselede insana qadaga qoyulursa,insan bunun duz ile yanasi yanlis olma ehtimalinin da var oldugunu ozu de derk edirse ne etmelidir?Qadagaya mehel qoymayib,Yasayaraq netice cixarmalidir?Yoxsa qorxub geri cekilmelidir??
3.Sapsan hec sirrin olub mu?Ve ustu acilib mi?
(Hele 10-a catdiracaqdim suallarimin sayini yes.gif )
Allaha emanet olun.....

hörmətli Nurr xanım,
çox təşəkkür edirəm sizə vaxt barədə anlayış göstərdiyiniz üçün..
keçək sizin suallarınıza.. smile.gif
1. deyilənə görə heyvanlarin dilini anlayan və onlarla danışa bilən yeganə adam Süleyman peyğəmbər olmuşdur.. 5 dəqiqəlik də olsa bu imkandan qaranquşlarla söhbət edərək faydalanardım.. hər halda onların köç etməkləri haqda deyəcəkləri çox sözləri vardır.. köç vaxtını necə təyin etdiklərini bilmək istərdim.. bioloji saat dediyimiz vaxtı doğru müəyyən etməyi necə bacardıqları maraqlıdır mənə.. yerə minimum təmasla yaşamağın nə olduğunu bilmək istərdim.. əgər 2-ci bir heyvanla danışmaq fürsətim olsaydı bu zaman tısbağaları dinləmək istərdim.. yavaş yerişlərlə üzün ömrü necə qət edirlər onlar? çox maraqlıdır mənə..
bunların mənə niyə maraqlı olduğunu heç özüm də bilmirəm.. yəqinki ömür və zaman asılılığını anlamaq üçün..
2. məncə bu qadağanın nə olduğundan, qadağanı edən adamın səninlə olan yaxınlığından və sənin hansı yaş qrupunda olmağından asılıdır.. əgər sən kiminsə qadağalarıına şüurlu şəkildə tabe olursansa, deməli əbəs yerə deyil bu.. bir bildiyin vardır və ya aranızdakı inamın gücü səni vadar edir buna.. gələcəkdə ümidsizliyə qapilmayacağını bilirsən.. bu halda başqasına tabe olmağa haqq qazandırmaq olar..
amma mənim ümumi fikrim budur ki, insan öz ömrünün hakimi olmalıdır.. qadın və kişi olmağından asılı olmayaraq öz gələcəyini güvənmədiyi adama təslim etməməlidir.. amma əgər qarşısındakı yaşamağın gerçək vurğunudursa, bəlkə o zaman onun arxasınca düşmək fayda verər.. belə bir deyim var: "hər zaman seçim qarşısında qalan insanlar seçimlərinin etdikdən sonra seçmədikləri variantın daha uğurlu ola biləcəyinə inanmağa başlayırlar.. başqa sözlə peşmançılıq hiss edirlər gizlində.."
inam qorxudan qidalanırsa, acından ölməyi məsləhətdir.. amma gələcəklə bağlı tərəddüd içində olan bir insanın özündən daha əmin olan birinə qoşulmağı halı təqdirə layiqdir.. bunu əsasən qızlara ünvanlayıram və bu halı qorxub geri çəkilmək hesab etmirəm..
3. bilmirəm fikir vermisiniz, ya yox.. elə adamlar var ki, onların yanında adınızın çəkilməsi belə hər hansı sirrinizin ortaya çıxarılması kimi gəlir adama.. bu anlamda yanaşsaq mənim sirrlərim çoxdur.. amma bəzi adamların yanında isə sirrləriniz onunla ortaq olmasa da sirr əhəmiyyəti daşımır sanki..
mənim təbiətimdə sirr anlayışı çox zəifdir.. çünki atdığım hər addımı kənardan biri məni izləyirmiş kimi düşüncələr altında atıram.. onu deyə bilərəm ki, sirrlərim var hal-hazırda, onları qorumaq borcum olduğu gerçəyi danılmazdır və bu sirrlərin gəncliyimlə bağlı olduğu da bir həqiqətdir.. bəzən də özümə xoş gəlir bu duyğu.. sirr saxlama duyğusunu nəzərdə tuturam.. mənim sirrlərimin aşkara çıxması isə məni qorxutmur.. çünki elə də bərpası mürəkkəb əmək tələb edən itki olmaz bu.. həm də ki, kimə lazımdır mənim sirrlərim? smile.gif
aşkara çıxan sirrlərim yoxdur bu günə kimi.. çıxıbsa da hər-halda üzümə vurmayıblar bunu, yəqin ki, əhəmiyyətli sirr hesab etməyib bunu ortaya çıxaran insan..

10 və ya 100 sual olması fərq etməz.. smile.gif təki mənim zamanım olsun, sizin isə marağınız..
təşəkkür edirəm.. thankyou.gif

  • 0

#153 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 11 February 2009 - 02:28 PM

Sapsan salam ..
1)sizce menevi acligi nece ve neyle doydurmag olar?
  • 0

#154 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 11 February 2009 - 07:43 PM

Цитата(sapsan @ Feb 11 2009, 02:59 PM) View Post

Sapsan deyirsen:"Insan oz omrunun hakimi olmalidir..kisi ve qadin olmasindan asili olmayaraq oz geleceyini guvenmediyi ADAMA teslim etmemelidir"Bu deyek adam deyilse bes nece ?yeni men burada valideynleri etrafdakilari nezerde tuturdum..meselen bezen analar ogullarina qadag qoyur ki,"bax eve vaxtinda gel haa,filankesle dostlue eleme haa"bu kimi seyleri nezerde tutmusdummm....Sapsan genis cavablar yzirsan hemise basina ve barmaqlarina quvvet...helelik
  • 0

#155 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 February 2009 - 06:11 AM

Цитата(langepas @ Feb 11 2009, 05:28 PM) View Post
Sapsan salam ..
1)sizce menevi acligi nece ve neyle doydurmag olar?

salam langepas..
məncə hazırda mənəvi aclıq çəkdiyini hiss edən insan çox azdır.. darıxan insan çoxdur.. darıxmaq özü də bir boşluq hiss etmək deməkdir.. bir məsəl var dilimizdə: "ac başım, dinc başım".. haqq qazandırılası məsəldir bu.. mənəvi aclıqda rahatlıq tapanlar da vardır.. onu bir boşluq kimi görmək hər zaman doğru olmaz..
konkret sualınıza gəldikdə isə bunu deyə bilərəm - insanlar sosial varlıqlar olduğu üçün, həmin aclığı doldurmaq üçün başqa insana, insanlara ehtiyac vardır.. kimisi valideynlərinin yanında rahatlıq tapır, kimisi sevgilisinin yanında, kimisi işi ilə təskinlik tapır, kimisi unudulmuş dərdlərinə və düşmənlərinə müharibə elan edir.. mən mənəvi boşluğun doldurulmasında açar kimi insanın özünü görürəm, boşluğu hiss edən adamın xassələri yönəldir onu yaranmış boşluğu nə ilə dolduracağına.. özüm haqda onu deyərəm ki, mən hazırda elə boşluq hiss etmirəm, etdiyim zamanlar olmuşdur.. misal üçün deyim - əsgərlikdə hamı kimi sərbəstliyimin olmaması bir boşluq kimi dururdu gözümdə.. sərbəstliyə ac idim sizin deyimlə.. smile.gif
siz yaranan mənəvi aclığı yaxınlarınızla, sizi əhatə edən insanlarla müxtəlif şəkildə təmaslarda olmaqla doydura bilərsiniz.. bizim forum da belə boşluqları doldurmaq üçün bir vasitədir.. sizə düşən bacardığınız qədər faydalanmaqdır.. smile.gif ümid edirəm kifayət qədər faydalana bilirsiniz forumdakı yoldaşlarınızla qurduğunuz münasibətlərdən..
bu qədər.. smile.gif

  • 0

#156 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 February 2009 - 11:01 AM

Цитата(NuRR @ Feb 11 2009, 10:43 PM) View Post

Sapsan deyirsen:"Insan oz omrunun hakimi olmalidir..kisi ve qadin olmasindan asili olmayaraq oz geleceyini guvenmediyi ADAMA teslim etmemelidir"Bu deyek adam deyilse bes nece ?yeni men burada valideynleri etrafdakilari nezerde tuturdum..meselen bezen analar ogullarina qadag qoyur ki,"bax eve vaxtinda gel haa,filankesle dostlue eleme haa"bu kimi seyleri nezerde tutmusdummm....Sapsan genis cavablar yzirsan hemise basina ve barmaqlarina quvvet...helelik

salam Nurr..
məncə valideynin söz deməsi normaldır.. hər birinə əməl etməsək də, bir çoxunun həqiqətən də xeyrimizə olduğu gerçəkdir.. amma əgər mən nə elədiyimi bilirəmsə, valideynimin məsləhəti 2-ci dərəcəlidir mənim üçün.. öz səhvlərimə görə özüm cavab verməyim daha uyğun olardı, nəinki valideynlərimin səhvlərinə görə cavab verməyim.. bəzən valideynlər də səhv yol göstərə bilərlər..
məsələn: uşaq tərbiyə etməyi təkcə anaların ixtiyarına buraxsan, qız kimi bir oğlan böyüdərlər..
əgər bir yeniyetmə böyüyəndən sonra cəmiyyətdə yaşayacaqsa, onda gərək onun böyümə mərhələsində cəmiyyətin yaxşı və ya pis müxtəlif fərdlərini tanısın.. tanımağın da yollarından biri tanışlıqdır.. onsuz da sonda özü qərar verəcək kiminlə durub-oturacağına..

Edited by sapsan, 13 February 2009 - 11:02 AM.

  • 0

#157 els

els

    Посетитель

  • Пользователи
  • PipPip
  • 86 posts
  • :

Posted 13 February 2009 - 11:37 AM

Sapsan , səncə xoruzdan soruşsalar ki , toyuq birinci yaranıb yoxsa yumurta , nə cavab verər ? :-)
  • 0

#158 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 February 2009 - 11:45 AM

Цитата(els @ Feb 13 2009, 02:37 PM) View Post
Sapsan , səncə xoruzdan soruşsalar ki , toyuq birinci yaranıb yoxsa yumurta , nə cavab verər ? :-)

məncə xoruz ürəkdən banlayar sualıma cavab olaraq.. səsini yazıb gətirsəm tərcümə edə bilərsən? smile.gif))
həm də belə baxanda xoruza nə fərqi var hansı birinci yaranıb.. əsas odur ki, xoruzun işləri xod gedir.. ətrafda öz toyuqları, xoruz da kefdə, damaqda.. smile.gif)))))

  • 0

#159 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 18 February 2009 - 01:56 PM

salam ) necesiz? siz nece subut edersizki urekde arzular yasamir?
  • 0

#160 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 19 February 2009 - 10:50 AM

Цитата(langepas @ Feb 18 2009, 04:56 PM) View Post
salam ) necesiz? siz nece subut edersizki urekde arzular yasamir?

salam langepas,
təşəkkür edirəm, mən yaxşıyam.. sizin də yaxşı olduğunuza inanıram.. smile.gif
sualınızı anlamadım, mənim forumdakı hər hansı yazımda belə bir fikrə rast gəlmisiniz? yoxsa mənim elə düşündüyümü zənn edirsiniz? smile.gif

deyə bilərəm ki, siz düzgün tapmısınız.. məncə ürək arzular üçün deyildir..
arzuların doğulduğu və vəfat etdiyi məkan beyindir.. sadəcə bəzi arzular qarşısında beyin aciz olduğu üçün və arzusu dadlı, ləzzətli olduğu üçün arzusundan vaz keçməsin deyə özünü inandırmağa çalışır ki, arzular ürəkdən gəlir.. çünki ürək qarşısında bütün orqanlar acizdir, ona varlıqlarını borcludurlar.. beyin də ürək qarşısında özünü borclu hesab etdiyi üçün, çarəsizliyini gizlətmək məqsədilə bu yalana əl atır.. inanmaq istəyir ki, "əmr yuxarı yerdəndir"..
sübuta gəldikdə isə bunu tibb sübut edib, mənim sübutuma ehtiyac yoxdur.. urəyin qan dövranını təmin etməkdən başqa heç bir funksiyası yoxdur..

  • 0

0 user(s) are reading this topic

members, guests, anonymous users