Jump to content


- - - - -

Slayer


  • You cannot reply to this topic
2 replies to this topic

#1 Superock

Superock

    Новичок

  • Новенькие
  • Pip
  • 12 posts
  • :

Posted 05 June 2008 - 04:44 PM

SLAYER
Изображение


Gitarist Kerry King sərt musiqi üçün qrup qurmaq planları ilə məşğul olan vaxt Tom Araya ilə tanış olur. Amma Tom qrup qurmaq barədə tərəddü edirdi. Bir müddət sonra əvvəllər punk musiqi içində olan Jeff Hanneman ilə tanış olur və Jeff bu planı çox həvəslə qəbul edir. Sonra isə fantastik baterist Dave Lombardo daxil olur. Bass və vokala ehtiyacı olan qrup Tom’u razı salmalı idi. Və Jeff onu razı salıb qrupa daxil edir.

Mən onların balaca klublarda Judas Priest və İron Maiden mahnıları ifa etdiklərini təsəvvür edə bilmirəm.. Amma 1982-ci ildə belə olub.

1983-cü ildə bəxt onların üzünə gülür. "Woodstock" adlı balaca bir barda ifa edən vaxt Metal Blade studiyalarının sahibi Brian Slagel onları görür və bu onu cəlb edir. Brian, onlara yığma albomda iştirak təklifini verir. Slayer əlbəttə ki razılaşır. Məşqlərini daha da artıraraq “Metal Massacea III” adlı həmin alboma "Aggressive Protector" adlı mahnı ilə daxil olurlar. Sonra Brian, Slayer’ə kömək edərək "Show No Mercy" adlı ilk albomlarının çıxmasına (1983, dekabr) səbəb olur.

1983-cü ildə daha bir klassikaya çevrilmiş albom çıxDı. Bu Metallica-dan "Kill'Em All" idi. Slayer və Metallica demək olar eyni vaxtda musiqi həyatına başlamışdılar. Müqayisəyə gəlincə isə həmin vaxt, əksəriyyət tərəfindən çılğın gitaralar və hədsiz sürətli bateri sololarını ifa edən və buna görə daha professional sayılan Slayer daha üstün qəbul edildi. ."Show No Mercy" bəzi problemlərə görə Avropaya 1984-cü ildə yayıldı. Həmin vaxt Slayer "Chemical Warfare" - ən sərt mahnılarını ərsəyə gətirdilər. "Captor Of Sin" mahnısı da yazılandan sonra “Haunting The Chapel" adlı EP-ləri işıq üzü görür.

1985-ci ildə satanist əlamətləri ilə dolu olan "Hell Awaits" albomu çıxır və 100 min ədəd satılır. Həmin vaxtlar bu, elə də kiçik rəqəm sayılmırdı.

Və "Reign In Blood".... Bu albom çıxDıqdan sonra bəzi problemlərlə üzləşdi qrup. Albomun giriş mahnısı olan "Angel Of Death"-də 2-ci dünya müharibəsi illərində yəhudilər üzərində vəhşicəsinə təcrübə keçən ruhi xəstə həkim olan Joseph Mengele’nin vəhşiliklərindən danışılırdı. Bu mahnını Jeff yazmışdı. O bəzi hərbi təşkilatlarla maraqlanırdı və onun müharibə medal kolleksiyası var idi. Məhz bu və həmin mahnı ücbatından Slayer nazi olaraq bilindi və nəticəsi olaraq ABŞ, Kanada kimi ölkələrdə konsert salonları kirayə verilmədi, bəzi böyük firmalar onları rədd etdi. Buna görə də Avropadakı Slayer fanatları, onların konsertlərində iştirak etmə şansı qazandılar. 1986-cı ildə çıxan bu fantastik albom, 1987-ci ildə bütün problemlərə baxmayaraq 500 min satışla, qızıl val mükafatına layiq görülür.

Amma yenə problem yarandı. Bu dəfə qrup daxilində... Dave digər üzvlərlə əlaqələri pisləşdirirdi. Və Dave qrupdan çıxardılır. Yerinə isə Whiplash qrupunun bateristi Tony Scaglione gəldi. Amma Dave-in yerini vermirdi. Və qrupdan çıxarılır. Sonra problmlər həll olunur və Dave Slayerə qayıdır..

1988-də yeni albom çıxır: "South Of Heaven"... Məhz bu albomdan sonra Thrash Metal dünyasının böyük dördlüyünə daxil olmuşdu: Metallica, Anthrax və Megadeth...

1990-cı ildə məşhur “Clash Of The Titans” turnesi hazırlandı. Turnedə Megadeth, Slayer, Tencencies, Testament, Alise İn Chains, Anthrax var idi... Bu turnedə bəzi hadisələr oldu. Məsələn, Slayer’in Alice İn Chains ilə çox yaxşı münasibətdə olduqları, hətta paltar dəyişmək üçün eyni otaqdan istifadə etdikləri görüldü. Amma Megadeth’lə bəzi mübahisələr müşahidə edildi. Bunun səbəbi Megadeth səhnədə olan vaxt, dinləyicilərin “Slayer!!!” nidaları idi.

1992-ci ildə, aldığı mükafatlardan sonra yeni problem gəldi. Əslində yeni problem deyildi, Dave idi... Yenə anlaşılmazlar və Dave qovulur qrupdan. Bu anlaşımazlı nə idi?... Dave, həyat yoldaşı olan Theresadan bir dəqiqədə bir-birlərindən ayrılmamaları )) ...Əlbəttə bu onların işinə böyük mane idi. Həm də Dave-in bel ağrısı olduğuna görə formada deyildi. Və o qovulur.... Yeni baterist olaraq, Forbidden’dən ayrılan Paul Bostaph gəlir.

Slayer’in taxtına şəriklər çıxmağa başladı: Pantera və Sepultura... Həmin vaxtda isə Thrash Metal ölmək də idi. Çünki Thrash qruplar ya sərtliyini itirib Heavy, Glam, power metal’a ya da sərtliyi artırıb Dark, Doom, Death metal’a keçirdilər. Thrash olaraq davam edən az qrup qalmışdı.

Slayer taxtını ələ keçirməyə çalışan Sepultura qrupunun vokalisti Max Cavalera bütün dünyaya, verdiyi 1 dəq-lik müsahibəsində Slayer’ə “müharibə” elan edərək onların nazi olduqlarını və konsertlərinə gələnlərin də nazi olduqlarını, söyüşlərlə çatdırır. Və beləcə bu 2 qrup 2 düşman olaraq bilinir.

1994-də Slayer, Machine Head ilə birlikdə Avropa turnesinə çıxır. Amma Max Cavalera yenə sakit qalmayaraq “Slayer yaşlanıb və yorğun qrup olduğuna görə Machine Head kimi sərt bir qrupu seçdilər.”... Slayer’dən sadəcə “Machine Head bizim üçün əla bir açılış qrupdur” deyərək kifayətlənir.

Paul Bostaph ilə işlər yaxşı idi. Amma davam etmədi. Paul, metal musiqidən yorulduğunu bildirərək qrupdan çıxır və "The Truth About Seafood" adlı qrup qurur. Amma bu problem tezliklə həll olunur. Testamentin bateristi Jon Dette qrupa çağırılır.

1997-ci ilin əvvəllərində Jon Dette, Jeff ilə anlaşılmazlıqları səbəb göstərərək qrupdan çıxır. Və Slayer yenə baterist problemi ilə üzləşir.

Paul, qurduğu yeni qrupundakı işlər istədiyi kimi olmadığına görə yenidən Slayerə qayıdır. Həmin vaxt Dave Lombardo öz qrupu olan Grip İnc. adıyla, Slayerə birlikdə turne təklifini verir. Amma Slayer meneceri gülərək rədd edir.

2001-ci ildə çıxardıqları "God Hates Us All" albomları məni təəccübləndirir. Çünki yaşlı olmaqlarına baxmayaraq belə sürətli və bu cür əla Thrash albom ərsəyə gətirə biliblər. Onlar Thrash’ın ən böyük qrupudur!!!


Məlumat yerləşdirəndə mənbənin dəqiqliyinə fikir versəniz yaxşı olar, başqasını əziyyətidir çünki!

Rok.AZ

Edited by Realium, 17 April 2009 - 09:38 AM.

  • 0

#2 Perfeito

Perfeito

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 152 posts
  • :

Posted 09 April 2009 - 01:09 PM

Qrupun yeri var. Slayer zerbchisi suretli gedishlerden istifade etmeye bashlayan ilk zerbchilerden biridir.
  • 0

#3 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 17 April 2009 - 09:40 AM

Güclü qrupdur, ancaq Megadeth, Kreator kimi trash qrupları ilə müqayisədə çox zəifdirlər. Bir də ki, çox musiqiləri bir-birindən fərqlənmir, bu da qrup üçün mənfi amildir.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users