Jump to content


- - - - -

F.Nitşe: "Buz içində yaşamaqdır- fəlsəfə…"


  • You cannot reply to this topic
9 replies to this topic

#1 open_your_eyes

open_your_eyes

    Новичок

  • Новенькие
  • Pip
  • 10 posts
  • :

Posted 24 June 2008 - 02:22 AM

“Mənim arzum başqalarının bir kitabda başa saldıqlarını on cümlədə anlatmaqdır”

* Qadını qadının içində azadlığa qovuşdurmalı!
* Səni sevirəmsə, bundan sənə nə?
* İnsanlar bərabər deyillər.
* Uçurumları sevənin qanadları olmalıdır.
* Nəsənsə “O” ol!
* Zəiflər bizləri öz gücümüzdən utandırdıqları üçün qalib gəldilər.
* İnanc həqiqəti bilmək istəməməkdir.
* Şübhə yox, mütləqlikdir insanı dəli edən.
* Bu günədək varlığa qarşı ən böyük etiraz Tanrı idi.
* Sənət həqiqətən daha dəyərlidir.
* Mən- iki insanın daha böyük həqiqəti tapmaq üçün, bir ehtirası paylaşdığı eşq düşünürəm.
* Ölümün axırıncı yaxşılığı daha ölümün olmamasıdır.
* Məni öldürməyən şey məni daha da gücləndirir.
* Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
* İnanclar həqiqət düşməni olaraq yalanlardan daha təhlükəlidir.
* Ruh axtaran adamda heç ruh yoxdur.
* Hündür bir dağda buz içində yaşamaqdır- fəlsəfə.
* Həmişə öyrənci qalan insan deməli, öz müəlliminə borcunu pis ödəyir.
* Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir.
* Nihilizm nə deməkdir? -Ən yüksək dəyərlərin özlərini dəyərdən salması.
* Harda canlı tapdımsa orda güc iradəsi tapdım, xidmət edənlərin iradəsində belə ağalıq etmək iradəsi gördüm.
* İnsanlar işığın ətrafında toplanarlar- daha yaxşı görmək üçün yox, daha yaxşı parıldamaq üçün.
* Elmə sahib olmaq əlinizdən gəlmirsə, heç olmasa elm savaşçıları olun.
* Özün ala biləcəyin haqqı buraxma sənə versinlər.
* Gözləmək - insanı əxlaqsız edir.
* Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar.
* Mədəniyyət tərəfindən yox edilmə təhlükəsiylə qarşı-qarşıya olan bir mədəniyyət dövrünü yaşayırıq.
* İnsan qəhqəhələrlə güldüyü zaman, kobudluğu ilə bütün heyvanları geridə buraxır.
* Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm.
* Bizlər arzu etdiyimiz şeydən daha çox, arzulamağa aşiqik.
* Qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə dərk etmək gərəkdir.
* Ağrı deyir: “Yıxıl!”
* Hər şey bir-birindən daha gərəklidir.
* Küləyə qarşı tüpürməkdən çəkinin.
* İnsan ruhu etdiyi seçimlərlə müəyyənləşir.
* Ən yaxşı müəllif o olacaq ki, o, yazıçı olmaqdan utanır.

Sevdiyiniz aforizmləri yazın.
  • 0

#2 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 24 June 2008 - 05:51 AM

Цитата
* İnanc həqiqəti bilmək istəməməkdir.
* Bu günədək varlığa qarşı ən böyük etiraz Tanrı idi.
* Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır.
* Hündür bir dağda buz içində yaşamaqdır- fəlsəfə.
* Gözləmək - insanı əxlaqsız edir.
* Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm.

yuxarıda göstərilən aforizmləri hardan tapdığınız çox maraqlıdır.. smile.gif
seçib yuxarıda göstərdiklərim aforizmlər qərəzli şəkildə deyiliblər məncə..

1. "İnanc həqiqəti bilmək istəməməkdir." - o zaman həqiqətin nə olduğunu hər bir adamı qıcıqlandırmadan, hamının qəbul edəcəyi tərzdə ifadə edən bir ədəbi mənbə göstərin..
2. "Bu günədək varlığa qarşı ən böyük etiraz Tanrı idi." - Tanrının varlığın mənbəyi olduğuna inanir bəşəriyyətin böyük əksəriyyəti.. kim seçib belə etiraz yolunu?
3. "Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır." - hansı məntiqə söykənərək ifadə ediblər bunu? gah mubarizədən danışırsınız başqa mövzularda, gah da təslim olmağı məsləhət görürsünüz.. nəyə ümid edirsiniz insanlarda belə fikir formalaşdırmağa çalışmaqla?
4. "Hündür bir dağda buz içində yaşamaqdır- fəlsəfə." - smile.gif)))))) təsəvvür edirəm tibb elminə necə tərif verərdiniz..
5. "Gözləmək - insanı əxlaqsız edir." - demək bütün fəlsəfi cərəyanlarda önə çəkilən SƏBR anlayışını danırsınız, siz necə fəlsəfə azarkeşısınız?
6. "Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm." - tipik satanizm carçılarının şüarıdır bu.. nə ilə yüksəldiyiniz çox maraqlıdır..

  • 0

#3 open_your_eyes

open_your_eyes

    Новичок

  • Новенькие
  • Pip
  • 10 posts
  • :

Posted 25 June 2008 - 01:00 PM

bir az ferqli dushunmeyi bacarin.

Avropa medeniyyetini taniyin, yoxsa nenelerinizin kend medeniyyetini de Bakiya dashiyirsiz.
  • 0

#4 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 26 June 2008 - 10:34 AM

QUOTE(sapsan @ Jun 24 2008, 08:51 AM) View Post

yuxarıda göstərilən aforizmləri hardan tapdığınız çox maraqlıdır.. smile.gif
seçib yuxarıda göstərdiklərim aforizmlər qərəzli şəkildə deyiliblər məncə..

1. "İnanc həqiqəti bilmək istəməməkdir." - o zaman həqiqətin nə olduğunu hər bir adamı qıcıqlandırmadan, hamının qəbul edəcəyi tərzdə ifadə edən bir ədəbi mənbə göstərin..
2. "Bu günədək varlığa qarşı ən böyük etiraz Tanrı idi." - Tanrının varlığın mənbəyi olduğuna inanir bəşəriyyətin böyük əksəriyyəti.. kim seçib belə etiraz yolunu?
3. "Ümid ən sonuncu pislikdir, çünki işgəncəni uzadır." - hansı məntiqə söykənərək ifadə ediblər bunu? gah mubarizədən danışırsınız başqa mövzularda, gah da təslim olmağı məsləhət görürsünüz.. nəyə ümid edirsiniz insanlarda belə fikir formalaşdırmağa çalışmaqla?
4. "Hündür bir dağda buz içində yaşamaqdır- fəlsəfə." - smile.gif)))))) təsəvvür edirəm tibb elminə necə tərif verərdiniz..
5. "Gözləmək - insanı əxlaqsız edir." - demək bütün fəlsəfi cərəyanlarda önə çəkilən SƏBR anlayışını danırsınız, siz necə fəlsəfə azarkeşısınız?
6. "Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm." - tipik satanizm carçılarının şüarıdır bu.. nə ilə yüksəldiyiniz çox maraqlıdır..


aforizmler NIetszche ye aiddir ve cox gozeldirler , yazi sehv etmiremse Elmin Hesenlinin yazisidir ve alma qezetinden goturulub
6. "Siz yüksəlmək üçün yuxarıya baxarsınız, mənsə aşağıya baxaram, çünki yüksəlmişəm." - tipik satanizm carçılarının şüarıdır bu.. nə ilə yüksəldiyiniz çox maraqlıdır..bu satanizmin suari zad deyil ve nitse satanist olmayib , bezileri onun ateist oldugnu deyir amma bezileri ise bu fikrle razilasmirlar

P.S felsefenin terifi cox gozel idi
  • 0

#5 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 June 2008 - 06:19 AM

Цитата(open_your_eyes @ Jun 25 2008, 05:00 PM) View Post
bir az ferqli dushunmeyi bacarin.

Avropa medeniyyetini taniyin, yoxsa nenelerinizin kend medeniyyetini de Bakiya dashiyirsiz.

sən də biraz milli tərzdə düşünməyə çalışsan pis olmaz..
avropa mədəniyyəti haqda çox şey bildiyini sanırsan deyəsən, bunun nə dərəcədə doğru olduğunu bilmirəm, amma bilik həmişə təqdir olunmalı olduğu üçün bunun üstünə çox getmək istəmirəm.. nənəmin kənd mədəniyyətini isə inşallah bir gün əyləncə-nin sobirunlarından birində iştirak edərsən və burda mənim nənəmə olan iradlarını üzümə qarşı söyləyərsən.. sənin dediyin "Gözləmək - insanı əxlaqsız edir." cümləsinə istinad etsək, həmin anı gözləmək məni çox əxlaqsız edəcək, ona görə də məni çox gözlətməyəcəyini ümid edirəm.. smile.gif

  • 0

#6 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 June 2008 - 06:26 AM

Цитата
P.S felsefenin terifi cox gozel idi

mən başa düşmədim, fəlsəfə elmdir, yoxda dağ başında buz içində yaşamaqdır? smile.gif)))))))))))))))
sənin dediklərini əsas götürsək, onda NIetszche filosof deyil, əsl filosoflar Tibetdə və Efiopiyada dağ başında yaşayanlardir.. Tibetdən və ya Efiopiyada olan heç bir filosof tanımıram mən..
  • 0

#7 MASTER_IER

MASTER_IER

    Master of Eylence.AZ

  • Новенькие
  • PipPipPipPipPipPip
  • 1,243 posts
  • :

Posted 27 June 2008 - 07:57 PM

Milçək bir zibil deyil, amma ürək bulandırır.

Allah SAĞ əli, SOL ələ nöhtac eləməsin.
  • 0

#8 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 28 June 2008 - 10:40 AM

Цитата(sapsan @ Jun 27 2008, 09:26 AM) View Post

mən başa düşmədim, fəlsəfə elmdir, yoxda dağ başında buz içində yaşamaqdır? smile.gif)))))))))))))))
sənin dediklərini əsas götürsək, onda NIetszche filosof deyil, əsl filosoflar Tibetdə və Efiopiyada dağ başında yaşayanlardir.. Tibetdən və ya Efiopiyada olan heç bir filosof tanımıram mən..

eshi biraz felsefe oxu , onda bilessen nedi felsefe , nedi buz icinde yasamaq
  • 0

#9 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 30 June 2008 - 05:35 AM

Цитата(nirvana_666 @ Jun 28 2008, 02:40 PM) View Post

eshi biraz felsefe oxu , onda bilessen nedi felsefe , nedi buz icinde yasamaq

nəyimə lazımdır buz içində yaşamaq? bəlkə də siz yay vaxtı sərinləməyin rahat və yeni yolunu tapmısınız blink.gif
p.s. - nirvana, mənə yol göstərməyi tərgitməyini məsləhət görürəm sənə.. artıq neçənci dəfədir ki, anormal şeyləri tərifləyirsən və əvəzində mənim heç nə bilmədiyimi və kitab oxumalı olduğumu məsləhət görürsən..
  • 0

#10 Alice In Chains

Alice In Chains

    Завсегдатай

  • Постояльцы
  • PipPipPipPipPip
  • 571 posts
  • :

Posted 01 July 2008 - 07:50 AM

felsefe ne vaxtdan anormal olubki ?hemcinin normalliqda nisbi anlayisdir.ozudeki men bura basqa postda yazmisdim , hani o ????
sapsan men sene pis sey demirdimki , beyenmirsen , beyenme , minnetin olsun
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users