Интервью #41 - HİRA
#101
Posted 29 November 2008 - 07:03 PM
#102
Posted 05 December 2008 - 09:06 AM
#103
Posted 05 December 2008 - 01:21 PM
Tez-tez yuxu görürsən? Adətən necə yozursan yuxularını? Yoxsa, heç fikir vermirsən? Mən adətən fikir verməzdim. Amma son iki gün gördüyün yuxular, yaman fikrə salıb məni.
#104
Posted 08 December 2008 - 08:18 AM
Hira, siz dunyanin hansi sheherlerinde olmusunuz ?
Dünyanın hansı şəhərlərində olmusuz deyəndə, elə bil dünyanın yarıdan çoxunu gəzmişəm
Bu haqda yazmışdım turizm, səyahət bölməsində.
Rusiyada Ekaterinburqda, Taqilde olmuşdum. Məmnuniyyətlə yenə olardım
Bir də Tiflisdə - Telavidə.
Edited by HIRA, 08 December 2008 - 08:18 AM.
#105
Posted 08 December 2008 - 08:25 AM
Salam aleykum, Möminə Xatun.
Tez-tez yuxu görürsən? Adətən necə yozursan yuxularını? Yoxsa, heç fikir vermirsən? Mən adətən fikir verməzdim. Amma son iki gün gördüyün yuxular, yaman fikrə salıb məni.
Aleyke salam, hörmətli mömin
Yatıramsa, yuxunu mütləq görməliyəm. Yuxularda böyük bir hikmət var bilirəm. Amma doğru yozmağa gəldikdə, əmin deyiləm doğru yozduğuma. Sadəcə, yuxularımı dəqiq gördüyüm kimi də olmasa, bir müddət sonra bənzər şəkildə həyatda yaşayıram və son gördüklərim də artıq yaşandı, yəni qorxusu yoxdu artıq
Pis tərəfi odur ki, yuxunun təsiri altında qalıram.
#106
Posted 23 December 2008 - 02:49 PM
#107
Posted 31 January 2009 - 04:27 PM
#108
Posted 09 September 2009 - 05:35 PM
salam aleykum Hira sizce heyatda realliqi gormek mumkundur? bunun youn nede gorursen? eger mumkundurse.
aleykum salam mömin.
Əvvəlcə reallığın nə olduğunu müəyyən etmək lazımdı. Əgər reallıq deyəndə həqiqəti nəzərdə tutursunuzsa, mütləq həqiqəti insanın görməsi mümkün deyil. Mütləq həqiqəti görmək üçün biz gərək zahiri gördüyümüz kimi batini də görək. Batini onun zahirdəki təcəllisi ilə müəyyən qədər dərk etmək mümkündür.
Bir cinayəti açmaq üçün onun əlamətləri nişanələri araşdırılır, dəlillər toplanır, şahidlər dindirilir və s. Amma bunların hamısı nisbi ola bilər. Hər şey həqiqətin göstəricisi kimi görünə bilər, amma bu həqiqətin özü olmaya bilər.
Sözün reallığını görməyə gəldikdə, gərək niyyətləri bilək. Bəzən insanın dediyi söz onun niyyətində tutduğu yox, onu dinləyənin anladığı mənanı verir. Məsələn, Nəsiminin bu şeirində mənim gördüyüm reallıq başqadı, bir başqası isə burda dünyəvi eşq axtarır:
Zülfünə vermiş əmanət haqq əzəldə sirrini,
Ey əmanətdar əmini, girdigarım, hardasan?
P.S. Bir reallıq da budur ki, bu və növbəti sualın cavablarını sual sahiblərinə çatdırmışdım. Zahirdə suallar cavabsız qalmışdı
Edited by HIRA, 09 September 2009 - 05:35 PM.
#109
Posted 09 September 2009 - 05:42 PM
Salam eziz yerlim ...Hira,mene maraqlidir ki,sence insan oz sansini ozumu yaratmalidir???...Alllah amaninda...
Aleykum salam əziz Nurr.
Bu sualın tale, qismət, alın yazısı mövzusundadır. Bir vaxtlar çox araşdırdığım mövzudur.
Bəli insan öz şansını özü yaradır. İnsan Allahın sevdiyi bəndədirsə, o insan bəzən özü yaratdığı xatalardan Allah onu qoruyur. Bəzən də insan çox çalışır, ama uğursuzluqla qarşılaşır və şanssız olduğunu düşünür. Amma bəlkə də ona uğursuzluq kimi görünən elə onun şansı imiş...
P.S. cavabları sahiblərinə yazanda ilhamla yazmışdım, bu dəfə tək yazdım.
Edited by HIRA, 09 September 2009 - 05:43 PM.
0 user(s) are reading this topic
members, guests, anonymous users