Интервью #42 - MASTER_IER
#181
Отправлено 31 Июль 2008 - 12:52
#182
Отправлено 31 Июль 2008 - 04:40
#183
Отправлено 06 Август 2008 - 04:32
1.Bele basha dushdum ki, Islami arashdirma yolu ile qebul etmisiz.Bes mezhebinizi nece secmisiniz?Arashdirma yolu ile,telqin,yoxsa ata-baba yolu?
2.Bu sechim sizden cox zaman aldimi?
3.Imaninizi zeyifleden amilleri hiss edirsizmi yashadiginiz muhitde?
4.Imaninizi artirmaq ucun ne edirsiniz?
5.Dini biliklerinizi hardan alirsiz ve hansi menbelerden?
Suallar helelik bu qeder:)
Это сообщение было изменено HIRA: 06 Август 2008 - 04:32
#185
Отправлено 07 Сентябрь 2008 - 04:47
Bu benzinin qiymeti gunu gunden niye qalxiree, sen bilersen?
Neft idxalatcilari bu qalxmani en cox hiss eden olkeler oldugu ucun siz terefe de yaman tesir edib. Bu qalxma iqtisadi qanunlarin telebi deyil, siyasi qanunlarin telebidir. Ona gore analiz elemek hec de asan deyil.
Maraqlidi ki,siz ilahiyatcisiniz?Eger ele deyilse,dini suallara verdiyiniz cavablarin heqiqeten de etrafli ve subutlarla olmasi bes ne ile elaqedardir?
Xeyr, eziz Nurr, ilahiyyatci deyilem. Sadece cavab vermezden once suali tam arasdirmaga calisiram. Bilmeden danishmaq gunah hesab olunur. Allaha shukur dini materiallar kifayet qederdir.
#186
Отправлено 07 Сентябрь 2008 - 05:08
Assalamu aleykum.Cemiyyetimizde sizin kimi muselmana rast gelmek cox sevindiricidir.Allah elminizi ve imaninizi artirsin,kamil etsin.Amin...Yolunu tutdugunuz Ehli-beytin shefaetinden binesib etmesin inshallah
1.Bele basha dushdum ki, Islami arashdirma yolu ile qebul etmisiz.Bes mezhebinizi nece secmisiniz?Arashdirma yolu ile,telqin,yoxsa ata-baba yolu?
2.Bu sechim sizden cox zaman aldimi?
3.Imaninizi zeyifleden amilleri hiss edirsizmi yashadiginiz muhitde?
4.Imaninizi artirmaq ucun ne edirsiniz?
5.Dini biliklerinizi hardan alirsiz ve hansi menbelerden?
Suallar helelik bu qeder:)
Allah razi olsun sizden eziz HIRA. Yazilarini, cavablarini hemise izlemishem. Fexr etdiyim insanlardan birisiniz.
1. Islam hemise qelbimde olub. Namaz qilmazdan qabaq cox arzu edirdim ki, namaza baslayim. Magistraturada oxuyarken etrafimdaki dostlarim hamisi namaz qilirdi. Bir gun onlarla mescide getdim ve camaat namazi qildim. Tebii ki sozlerini bilmirdim. Sadece her kes kimi secde ve rukulari yerine yetirdim. 2-3 gun erzinde sozleri oyrendim, 3 gun namazi kitab elimde qildim, sonra ise artiq serbest namaza basladim. Menim namaza gelmeyimde en boyuk rolu olan dostum namazi sunni menbelerden oyrenmishdi ele de qilirdi. Bu dovrde dini arasdirmaqdan da qalmadi ve oxuduqlari materiallarin esasinda qelbine en yaxin olani Ehli Beyt yolunu secdi. Men de onun elmine guvenerek bu yola basladim. Tebii ki, bu gune qeder de yene bacardigim qeder arasdirmalara davam edirem.
2. Namaza baslamaq niyyetimle basladigim gun arasinda vaxt cox uzun oldu.
3. Muhitimiz imanimiza cox tesir edir. Heyfler olsun ki, daha cox menfi tesir ozunu qabariq sekilde biruze verir. Genclerimiz, xususen oglanlar ne qeder Islam yolunda olsalar da, gunah etmekden qurtula bilmirler. Her bir addimimizda imanimiz zeifleye de biler, guclene de. Ona gore addim atmazdan once onun neticelerini disinmek lazimdir.
4. Imani artirmaq ucun daha cox mutalieye ehtiyac var. Insan ne qeder cox bilse, dini ne qeder derinden oyrense, o qeder de imani kamilleser. Nahaq yere deyilmeyib ki, Allahdan en cox qorxan alimlerdir. Alim olmasaq da, daha cox oyrenmeye can atmaq lazimdi. Ikincisi, dostlarimla tez-tez gorusurem. Onlarla bir yerde olanda ozumu rahat hiss edirem. Sanki seytanin el-qolu baglanir. Sene yaxin gele bilmir. Hedislerde buyurulur ki, dostlarinizi tez-tez ziyaret edin. Gorunduyu kimi, hec de bosa deyilmeyib.
5. Dini biliklerimin esas menbeyi tebii ki kitablar ve internetdi. Esasen al-shia-com, islam.az saytlarina muraciet edirem. Ayliq dini jurnallari da almaga calisiram.
Suallara gore minnetdaram. Allah razi olsun.
#187
Отправлено 08 Сентябрь 2008 - 03:15
#188
Отправлено 09 Сентябрь 2008 - 08:17
#189
Отправлено 10 Сентябрь 2008 - 06:29
#190
Отправлено 11 Сентябрь 2008 - 01:27
Xos gelmisiniz...Bir de bele bir sual verim size: Nece yasinizda namaz qilmaga baslamisiniz,ona gore sorusuram ki, axi bu dovrde oglan usaqlari basqa seylere daha cox maraq gosterirler..onlari bu yola yoneltmek ucun hansi yas daha munasibdir sizce?(Bilirik ki,bulug yasina catan her bir insanin namaz qilmasi vacibidir.)
Xoş gününüz olsun NuRR. 23 yasimdan. Ister qiz, ister oglan olsun, eger anadan oldugu ilk gunden onun qulagina azan oxunmaq buyurulubsa, dini terbiye de ele hemin gunden baslamalidir. Heddi-buluga catanda artiq o öz işini biləcək. Dini mühit olmayan yerdə namaza gəlmək doğurdan da çox çətindir. Hətta qəlbində nə qədər Allah sevgisi və qorxusu olsa belə çətindir. Məsələn mən 23 yaşımda başlamışamsa namaza, o demək deyil ki, mən Allahı o zaman tanımışam. Allahın qəzəbindən elə həddi-buluğa çatandan qorxmuşam. Hər dəfə özümə söz verirdm ki, bu gündən namaza başlayacam. Olmurdu. Bircə gün dostlarımla məscidə getməklə hər çətinliyə son qoyuldu. Allah onlardan və sizlərdən razı olsun.
evvela xos geldin , senden otru darixmisdiq(ciddi sozumdu) bu yay forum ele maraqsiz olduki , hetta mende forumdan getmek qerari aldim (mininci defe )tetilin nece kecdi ?bizlerden otru darixib elememisen ?
Xoş günün olsun. Forumdan gedib nə edəcəksən ki? Oturmusan da... Tətil super keçdi. Əslinə qalanda eyni zamanda həm Bakı, həm də dost-tanışlar üçün darıxırdım. Amma ordan da qayıtmaq istəmirdim. Əlimdə olsaydı, bir noutbuk, bir də dostlarımın hamısını özümlə aparardım. Sizin yeriniz bir başqadı. Elə burda ola-ola komp-dan aralananda darıxmağa başlayıram.
salam aleykum xosh geldin senin yeni yazililarinin gozleyirem burdaki xidmetlerine gore Allah razi olsun senden senin yazilar heqiqeten saqlam dushuncenin behreleridir
Əleykəssalam qardaş. Xoş günlərinə gələk inşallah. Gözəl sözlərə görə minnətdaram.
Это сообщение было изменено MASTER_IER: 11 Сентябрь 2008 - 01:26
#191
Отправлено 15 Сентябрь 2008 - 05:23
1.Her bir muselman oz vacib emellerini yerine yetirmekle beraber etrafindakilari haqqa devet etmelidir.Siz bu deveti nece heyata kechirirsiz?Hansi usullarla?
2.Devetinizin neticeleri qaneedicidirmi?
Helelik bu qeder:)
#192
Отправлено 15 Сентябрь 2008 - 08:43
Assalamu aleykum.Kechen suallarima etrafli cavab verdiyiniz uchun teshekkurler
1.Her bir muselman oz vacib emellerini yerine yetirmekle beraber etrafindakilari haqqa devet etmelidir.Siz bu deveti nece heyata kechirirsiz?Hansi usullarla?
2.Devetinizin neticeleri qaneedicidirmi?
Helelik bu qeder:)
Hər zaman bpyük məmnuniyyətlə suallara cavab verməyə hazıram.
1. Ətrafımdakı insanlara İslamı çatdırmaq üçün sadəcə uyğun zamanı gözləməyi üstün tuturam. Məsələn, hər addım başı birisi ilə İslamdan danışmaq olmur. Bezər, hətta İslam onda neqativ fikir oyada bilər. Amma bununla bərabər mümkün deyil ki, hər zaman söhbət etdiyin şəxslə dini məsələlər açılmasın. Bax bu andan istifadə etməyə çalışıram.
2. Ən yaxın dostlarımın əksəri məndən öncə İslama gəliblər. Mən hələ öz nəticələrimi görməmişəm. Bəlkə də heç tanımadığım birində müsbət rəy formalaşdırmışam. Bu da çox önəmli andır. Bir məclisdə 3 stol səndən uzaq oturan və tanımayan birisi də səndən təsirlənə bilər. Allah ən yaxşısını bilir. Allah cəmi müsəlmanların köməyi olsun. Allah qəlbində azacıq iman olan insanlara iradə versin ki tezliklə haqq yoluna üz tutsunlar.
#193
Отправлено 19 Сентябрь 2008 - 11:36
#195
Отправлено 20 Сентябрь 2008 - 04:37
#196
Отправлено 20 Сентябрь 2008 - 09:17
Master,senin en doqma,en eziz adaminin heyati senin bir addimindan-islamdan uz dondermeyinden asili olarsa,ne edersen?
Çox maraqlı sualdı bibişka.
Əgər mən İslamı seçmişəmsə və həyatımdan məmnunamsa, deməli xoşbəxtəm. İnsanın həyatından məmnun olması qədər xoşbəxtlik yoxdur. Mənim ən əziz adamım xoşbəxtliyimi əlimdən almaq istəyirsə, bunun nəyi əziz oldu?
İkinci bir tərəfdən, mən İslama kiminsə xətrinə yox, Allaha inanıb, Quranı Onun son kitabı qəbul etməklə gəlmişəm. Mən Allahdan dünyadakı bir kimsəyə görə üz döndərəcəmsə, bəs Allaha nə cavab verəcəm? Məndən soruşmazlar mı, onu da sənin kimi biz yaratdıq, biz can verdik, sən onu İslama gətirmək əvəzinə, özün getdin İslamdan?
Allaha şükür ki, əziz adamlarımın hamısı Allaha inanan, əksəriyyəti namaz qılandır. Hər kəsin seçdiyi həyatdan məmnun olmalarını arzu edirəm. Və elə həyat seçmələrini diləyirəm ki, Allah da onlardan razı olsun.
#197
Отправлено 22 Сентябрь 2008 - 05:54
Bir yaxshi insan var, bir de edaletli insan.Yaxshi insan olmaq asandir.Amma edaletli olmaq chetin.Lazim geldikde edaletli ola bilirsiz?
#198
Отправлено 23 Сентябрь 2008 - 01:07
Assalamu aleyke ve rehmetullah.Gozel cavablar uchun teshekkurler)
Bir yaxshi insan var, bir de edaletli insan.Yaxshi insan olmaq asandir.Amma edaletli olmaq chetin.Lazim geldikde edaletli ola bilirsiz?
Əleykəssalam Hira. Yenidən gördüyümə sevindim. Sizə də gözəl suallar üçün böyük təşəkkür düşür.
Düz buyurdunuz ki, yaxşı insan olmaq nisbətən asandı. "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir." atalar sözümüz qismən də olsa yerinə düşər.
Təbii ki, bacardıqca seçim olan anlarda ədalətli qərar verməyə çalışıram. Amma zəifliklərimiz çoxdur. Azərbaycansayağı qohum, dost-tanış münasibətləri, filankəs inciyər, bəhmənkəs nə deyər və sair tipli vəziyyətlər ədalətli olmağımıza çətinlik törədir. Demirəm ki, Azərbaycanlı olaraq qohumbazlıq filan pisdi. İstiqanlılığımızdan irəli gələn xüsusiyyətdir. Amma ədalətimizə mane olursa, demək qohumbazlıqda ifrata getmişik. Qohumbazlıq, dost-tanış qayğısı ədalətsiz qərarlardan keçməz, tez-tez yad edilməkdən, birgə ibadətlərdən, dualardan keçər.
Deyirik ki, filankəs filan müəllimin, bəyin, qardaşın qohumudu. Ona başqa cür münasibət olmalıdı. Sonra bizə nə deyər? Saymadınız, ayda ildə bir söz dedik və sair. Amma fikirləşmirik ki, bəs sabah Allahın hüzuruna çıxacayıq, Allah bizə nə deyər? Deməz ki, o filan müəllimə görə başqasının haqqını niyə yemisiz? O müəllimi də gətirib sizinlə üzləşdirəndə nə hisslər keçirəcəksiniz, heç düşünürükmü?
Çox zəifik eee, Hira, çox. Allah imanımızı artırsın, gücümüzü artırsın.
#199
Отправлено 23 Сентябрь 2008 - 05:54
Это сообщение было изменено Realium: 23 Сентябрь 2008 - 07:16
0 пользователей читают этот форум
пользователей, гостей, скрытых