Jump to content


- - - - -

İnternet Qazanc Üzrə Ekspertlər Xüsusi Treninqə Yığım elan olunur.


  • This topic is locked This topic is locked
4 replies to this topic

#1 Guest_ebusiness_*

Guest_ebusiness_*
  • Гости

Posted 07 April 2009 - 03:02 PM


Internet Və Ingilis Dilini Bilirsinizsə, Evdə Oturaraq Pul Qazana Bilərsiniz! Necə?

Bütün internet istifadəçiləri üçün Azərbaycanda analoqu olmayan ekskluziv bir treninq elan olunur. Bu peşəkar ekspertlərin rəhbərlik etdiyi treninqləri bitirdikdən sonra siz internet vasitəsilə hər ay sabit gəlir (minimum 500 dollar) əldə edə bilərsiniz. Həm də gün ərzində cəmisi 4 saat işləməklə!

Diqqət! Bu işin şəbəkə marketinqi və ya hər hansi mal satışı ilə heç bir əlaqəsi yoxdur.

Bu Treninqlərdə Iştirak Etmək Üçün:

1. İngilis dilində fikrinizi yazılı şəkildə sərbəst ifadə etməyi bacarmalısınız
2. Hansı Peşə və ixtisas sahibi olmağınız önəmli deyil
3. İşə məsuliyyətli yanaşma və tapşırıqları vaxtında yerinə yetirmə
4. Kompüter və internetdən istifadə üzrə lazımi bilik və vərdişləriniz olmalıdır.


Treninqlərdə verilən tapşırıqları lazımi qaydada yerinə yetirsəniz, artıq ilk 15-30 gün ərzində internet qazanc əldə etməyə başlayacaqsınız. Bunun üçün biz sizə nəinki hər bir şeyi öyrədəcək, hər bir detalı aydın şəkildə izah edərək əyani göstərəcəyik. Beləliklə, bu treninqləri bitirdikdən sonra sizin sərbəst rejimdə işiniz olacaq.

Qeyd: Jurnalistika tələbələri və ya məqalə yaza bilən hər bir kəs bu treninqlər üçün ideal namizəddir. Lakin bu mütləq deyil! Bu treninqlərə şagird, tələbə və s. digər sosial statusa malik şəxslər də qatıla bilər. Burada yaş, peşə və sosial status önəmli deyil. Yetər ki, yuxarıdakı tələblərə cavab verə biləsiniz.

Treninq üçün birinci yığım aprelin 30-dək davam edəcək.

Maraqlananlar ətraflı məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
prof_writer(at)hotmail(dot)com.

Sizinlə əlaqə saxlamaq üçün əlaqə telefonlarınızı, zəhmət olmasa, yuxarıdakı email ünvanına göndərin!

  • 0

#2 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 08 April 2009 - 06:19 AM

trening-lərin pullu və ya pulsuz olduğu barədə maraqlananları məlumatlandırsanız yaxşı olardı..
belə bir sadə və müəmmalı işə düzəltmə metodları populyardır son zamanlar.. ehtimal var ki, bu da onun elektron variantıdır.. insanları işə düzəltmək adı ilə müəyyən bir yerə dəvət edirlər, onlar özləri haqda olan məlumatları dəyəri 2 qəpiyi keçməyən 1-2 vərəqə doldururlar.. sonra isə onlarla "işə düzəltmə" firmasının bir nəfər əməkdaşı söhbət aparır.. hər şey belə baxanda normal görünür, amma yekunda "blank pulu" adı altında minimum 10-30 manat intervalında bir məbləğ tələb olunur..
burda da bənzər halın qoxusu var.. smile.gif treninglərin pullu olduğunu iştirakçılara ancaq 1-2 prezentasiya göstərəndən sonra bildirəcəklər hər halda.. smile.gif hər iştirakçıdan ən azı 10 manat məbləği alınacağı hesabı ilə düşünsək, həmin "işə düzəltmə" ("internet qazanc" və ya necə adlandırılmasından asılı olmayaraq) firmasının gündəlik gəlirinin 500 manatı keçəcəyi hamıya aydın olar.. az gəlir deyil bu məbləğ.. ayda ən azı 22 iş günü ilə 500x22=11000 manat edir.. işsizlər bir yana, belə təzahürlərin əsas hədəf kütləsinin maaşı aylıq 500 dollardan aşağı insanların olduğunu düşünməyə əsas vardır.. boş yerə "aylıq minimum gəlir 500 $" yazmayıblar..
aramızda bu yolla əldə edilən qazancı həzm edə bilənlər də var.. ayıq olaq.. nea.gif

əgər yuxarıda göstərdiklərim əsassızdırsa hörmətli ebusiness daha ətraflı yazsın bu haqda.. həqiqətən yanılıramsa başda ebusiness olmaqla, hər kəs üzrlü saysın məni.. thankyou.gif

  • 0

#3 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 17 April 2009 - 11:45 PM

Sapsan, bunların hamısı torbatikəndirlər, iş axtardığım müddətdə o qədər belələri çıxDı ki, qarşıma. Zəif düşünən biri bunların rahat "yemi" olur.
  • 0

#4 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 20 April 2009 - 05:09 AM

Цитата(Realium @ Apr 18 2009, 03:45 AM) View Post
Sapsan, bunların hamısı torbatikəndirlər, iş axtardığım müddətdə o qədər belələri çıxDı ki, qarşıma. Zəif düşünən biri bunların rahat "yemi" olur.

zəif düşünən deməzdim, təcrübəsiz deyərdim..
mən də çalışdım ki, burda dəqiqlik gətirim.. amma görürəm ki, ebusiness iş elanı vermək əvəzinə, elan işi ilə məşğuldur..

  • 0

#5 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 20 April 2009 - 05:53 PM

Цитата(sapsan @ Apr 20 2009, 09:09 AM) View Post

zəif düşünən deməzdim, təcrübəsiz deyərdim..
mən də çalışdım ki, burda dəqiqlik gətirim.. amma görürəm ki, ebusiness iş elanı vermək əvəzinə, elan işi ilə məşğuldur..


Razıyam, "təcrübəsiz" ən doğru ifadədir. Sırf bu tipdə birini tanımışdım mən, əvvəlcədən qeydiyyat pulu kimi 250 manat istəyirdilər, işsiz adamdan özü də... smile.gif Sənin sözün olmasın, aramızda bu yolla əldə edilən qazancı həzm edə bilənlər də var...
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users