Jump to content


- - - - -

Zəki İslam


  • You cannot reply to this topic
No replies to this topic

#1 anomal0909

anomal0909

    Новичок

  • Читатели
  • Pip
  • 13 posts
  • :

Posted 12 September 2009 - 01:37 PM

Tanıdıgım tanımadıgım Zəki İslam


Savalan TALIBLI
Azərbaycan radiosunun əməkdaşı

Məclislərdə,toylarda ustad aşıqlarımız şair Zəki İslamın sözlərini tez-tez oxuyur.Elə hazırladıgım radio verlişlərində də,aşıqlarımız şairin qoşqularını çox oxuyub.Zəki İslamın yaradıcılıgında kı, bir çox məqamlar,sadə xalq danışıq dilindəki fələsfi dərinlik,səmimilik,kök-şəcərəyə baglılıq onun şerlərinin aşıqların diqqətini çəkməsinə səbəb olub.Hələ o zamanlar Göyçədə yaşayan,geniş oxucu auditoriyasında o qədərdə tanınmayan gənc Zəki İslamın şerlərinə ustad aşıgımız Saraclı Hüseyinin müraciət eləməsi təsadüfi deyildi.Bugün isə şairin şerləri aşıqların repertuarında özünə geniş yer tutub.

Zəki İslam yaradıcılıgı ilə yaxından tanış olsamda özü ilə bugünə kimi şəxsi tanışlıgım yox idi.Amma hər dəfə aşıqlarımızdan Zəki müəllimə salam ünvanlayırdım. Elə arabir atamla telefonla danışanda da,ay ata Zəki müəllimə salam söylə deyərdim.Əslində biz çoxdanın tanışları idik.
Salam əleykum,əleyki salam.Tanışlıgımızda beləydi.Dogrudanda ən gözəl münasibət elə salam-əleykumdən yaranır.Birdəki salamdan yüksəkdə hansı tanışlıqlar ola bilər.Salam ulu tanrının adlarından biridi.
Bir neçə gün bundan öncə gənc şair dostum Qılman İmanlı ilə Zəki İslamın görüşünə getdik.Sözün düzü sevindim.Üzbə-surət salam-əleykum eləyərəm dedim.Həmin gün yorgun olsamda görüşə getdim.Sən demə Qilman məni sazlı-sözlü bir məclisə aparırmışYolda mənə bir şeir oxudu.Bu şer də,Zəki İslamın, Qılmanın yeni kitabı çıxması münasibətiylə yazdıgı şer idi.Qocaman şaririn gən şairə qol-qanad verməsi sevindirici haldı,diqqətçilikdi.
Xoş-beş,on-beş,salam-əleykum,əleykum-salam əleykum salamdan sonra əyləşdikDərhal da məclis bizi tutdu. Qılmanında başı saza elə qarışdıkı, mən yaddan çıxDım.Bir də ayılıdı ki, bəs Zəki İslamla Savalanı tanış etməyib.
-Zəki müəllim, yəqin Savalanı da tanıdınız,radioda kı,İrəvan çuxuru verlişinin müəllifidir, Tahir Talıblının da ogludur dedi.
Zəki müəllimin nurlu üzünə yeni təəbəssüm gəldi.
-A bala, a Qılman tanımagına tanıyırdım,amma üzbə-surət görüşməmişdik.Çox xoş gəlmisiniz,Savalanla görüşü çoxdan arzulayırdım.Atasıda mənim gənclik illərimin dostudu,eloglumdu,canım-ciyərimdir
Zəki İslam dərin adamdı.Göyçə aşıq mühitini gözəl bilir.Sazın-sözün içində yetişdiyindən,bişdiyindən yanadı,bu da.Maraqlı söhbətləriylə Zəki müəllim bizləri haralara aparmadı?.Bir neçə saatlıq əlimiz çatmayan,ünümüz yetməyən,Göyçəyə,Göyçə gölünə,daglara dərələrə,yaşıl ormanlara,sərin bulaqlara getdik də gəldik də.
Ustadlara min rəhmət.Dönə-dönə onlar xatırlandı.Söhbət əsnası həm qurumuş bulaqlarımızdan su içdik,həmdə başı göylərə çatan daglarımızın havasını udduq.Elədiyi söz-söhbət,oxudugu şeirlər mənə xəyalən Göyçəni,Zəngəzuru,İrəvanı,bütün qərb torpaqlarımızı xatırlatdı,içimizi tərpətdi.
Ailəmiz deportasiya olanda, elimizdən obamızdan perik düşəndə mənim beş yaşım var idi.Amma o günlər,kəndimiz,kəsəyimiz,daglarımız,barlı-bəhərli baglarımız,lap həyətimizdəki arılarımız belə hələdə gözlərimin önündən foto-lent kimi keçir.Dost-tanışlarım,qohum-əqrabalarım ,ay Savalan xatirində o yerlər,yurdlar qalıbmı deyəndə dərin fikirə gedirəm.Çünki yurd yerlərimiz ,el-oba məndən uzaqdır,ancaq yer-yurdumdan,el-obamdan eşitdiklərim bildiklərim bir neçə kitablıqdı.Üstəlik Zəki İslam bu gözəl saz-söz məclisində bir kitablıq agrılı söhbətlər elədi.Aşıqlar qədim hava-havacatlarımızı ifa elədilər.Vaxtdan-vaxta adladıq,ovqatdan-ovqata düşdük.
Zəki müəllimin söhbəti hara getdisə gəlib yurdda dayandı.Fikirləşirəm ki,şairin 70yaşına az qalıb.Bəlkə bu kövrəklik də daha çox o həsrətlərdən gəlir.Çünki bu həsrət onun şeirlərinə daha çox hopub.Sanki ürəyimdən keçənləri hiss edirmiş kimi:
-a bala 20 ildir ki,yer-yurd bizsiz qalıb,bulaqlar quruyub lalə nərgiz,bənövşədə küsüb bizdən.Biz təbitə,təbiət bizə baglıydı.Biz darıxan kimi,təbiətdə bizsiz darıxır.Dogrudanda Allah hər şeyi bir-birinə baglı yaradıb.Elə bizidə o iqlimə,o təbiətə baglamışdı.20 i.Gör nə qədər keçib a sag olmuş!Nə qədər agsaqqal,qarasaqqal getdi.Bu itkilərlə hərdən barışıram da.Ölüm haqdan gəlir,bir gün gələn,bir gün gedər deyiblər.O dag kimi kişilər şəhər təbiətinə alışmadılar.Belə itkilərlə rastlaşıram.Çoxları 1988 ci ildən sonra cımi bir-iki il yaşadı.Torpaq itgisinə yurd həsrətinə dözə bilmədilər.
Özümüzdən asılı olmayaraq məclisimiz belə axarla davam elədi.Zəki İslamla qədərincə dərdləşdik.Əslində bu görüş o yurdlarla görüş idi,itkilərlə dərdləşdiyimiz idi.Neyləməli,bu dərdlərin bir ucuda mənim çiyinlərimdədi.,20 ildir görmürəm o dagları,- deyir. Hərdən öz-özünü qınayır,özünü vəfasız da adlandırır.İndi o yerlərlə heç bir salam-əleykümdə yoxdur.Adamı da yandıran budur.
Şair astadan bu sözləri oxuyur.Saz da yangı içindədi:hiss eləyirəm ki,gəlişimizlə məclisin ab-havası dəyişdi.
İllər ötüb-dolandıqca,
Keçir yaşdan-yaşa daglar,
Gül-çiçəyə boyandıqca,
Fikirləşmir yaşa daglar,

Daşlanırdı qatar-qatar,
Qoyun otlar,quzu mələr,
Hər könüldə öz sözün var,
Gəlir qələm coşa daglar.

Tarixini aldım ələ,
Oxuyuram gülə-gülə,
Neçə əsrə,neçə ilə,
Aylar.illər qoşa daglar

Duman gəlir,dərə dolar,
Qar yaganda çovgun olar,
Lalə,nərgiz tezcə solar,
Boyun bükər daşa daglar

Axan sular coşub-daşar,
Zəki,sözlərin yaraşır,
Gədiklərin daglar aşır,
Çəkir ellər haşa daglar

Zəki müəllimin yaradıcılıgı geniş və əhatəlidir.O saz şerimizin ən gözəllərini yarada bilib.Zəki İslam yaradıcılıgı ilə baglı tam qənaətim belədir:”O ürfana və haqqa tapınan bir şairdi”İslami fəlsəfəyə dərindən yiyələnən bir agsaqqaldı,yaradıcılıgı da,özü də,bu yoldadı:
Qul xətasız olmaz,aga kərəmsiz
Paklıga,xudaya bagışla bizi
Əvvəzsiz,bənzərsiz qadir Allahsan,
Rəsulu xudaya bagışla bizi.

Zəki İslamla olan görüşümüzdən alınan bu təsuratlara buradaca nöqtə qoymaq istəyirəm.Əslində bu yazı yazılmadı,bu yazı şair Zəki İslamla görüşdən,söhbətdən xəyalən yer-yurd gəzintisindən doguldu.Əslində bəlkədə o dərdlərdən doguldu.O dərdlərdən ki,şair Zəki İslamı da püxtələşdirib,yetkinləşdirib.Birdə ki o dərdləri tək üzbaşına qoymaq olmaz.O yurdlar dərd kimi bizi özünə çəkir.
Mən isə elə bu təsuratla evə qayıdıram.Sizlərlə bölüşdüyüm fikirləri kagıza köçürürəm.İçimdən də,bu səsi eşidirəm:”Göyçədə görüşək Zəki müəllim”
Növbəti salam əleykimiz isə bizsiz qəribsəmiş o yurdlarda olsun
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users