Jump to content


- - - - -

Azərbaycanlılar 9 milyon oldu! (c) by Realium


  • You cannot reply to this topic
5 replies to this topic

#1 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 29 September 2010 - 07:16 AM

dəyərli forum əhli, uzun müddət forumumuzda aktiv moderatorluq etmiş bir yoldaşımızın (Realium) tənqid adı altında öz blog-unda yazdığı məqaləyə münasibətinizi bilmək istərdim..
xahiş edirəm diqqətlə oxuyun və məqalənin sadəcə tənqiddən ibarət olduğuna və ya qərəzli olaraq bəzi mövzularda hər birimizə toxunacaq fikirləri olduğuna özünüz qərar verin..
mən məqaləyə blog-da öz münasibətimi bildirmişəm, sadəcə cavab gecikdiyi üçün və Realium həmkarımızın hər birimizə yönəldilmiş təhqirə varan cümlələrinin bol olduğu məqaləsinə laqeyid olması məni bu məqaləni forumda müzakirəyə açmağa vadar etdi.. yazdığı məqaləyə inandırıcı və ağlabatan bəraəti varsa meydan onun olsun..


mənbə

Цитата
<h2 class="pagetitle">Azərbaycanlılar 9 milyon oldu!</h2> Posted: İyun 11, 2010<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<<

Yanvarın 15-i Səhiyyə Nazirliyindən məlumat verilib ki, ekspertlərinin apardığı ilkin hesablamalara görə, Azərbaycanın 9 milyonuncu sakini saat 23:00-dan sonra dünyaya gələcək. Bu xəbərə sevinənlər, “o gün olsun ki, 100 milyon olaq” deyənləri də gördüm, hətta ciddi-ciddi bir-birini təbrik edənlər də vardı. Bəzi saytlarda isə “2050-ci ilə kimi azərbaycanlılar artacaq, ermənilər azalacaq” kimi düşük xəbərlər sevinc içində təqdim edilirdi. Bir anlıq səfalətdən əziyyət çəkən, ancaq uşaqların doğulmasına görə ön sıralarda gedən 3-cü dünya ölkələri fikrimdə canlandı. Millətin düşüncə tərzi mənə çox maraqlıdır, ümumiyyətlə, təbrik anlayışından tutmuş sevindikləri amillərədək. Hər nə isə, anlatmaq istədiyim bu deyil. Fikrinizi bir anlıq sürətlə artmaqda olan azərbaycanlılara yönəltmək, kəmiyyətlə keyfiyyət arasındakı fərqə nəzər yetirmənizi istərdim. Hər yeni qurulan azərbaycanlı ailəsində ilk nəzərə çarpan doğulacaq uşaqdır. Əgər 5 ay sonra ailəli qadının qarnı “şişməzsə”, o zaman qohum-qonşu, valideyinlər, tanışlar və s. kim görsə, “bişey-mişey yoxdur hələ?” və ya “uşaq istəmirsən, uşağınız olmur?” tipli insanlıq üçün səviyyəsiz sayılan suallar verilməyə başlanılır. Hələ Azərbaycan mentalitetində qadının sonsuz olmasından daha faciəvi heç nə yoxdur. Yox, üzr istəyirəm, var, qızın bakirə çıxmaması, amma bu, başqa mövzudur. Azərbaycanlıların daha bir faciəvi xarakteri ondan ibarətdir ki, kişinin sonsuz olmasında heç bir problem yoxdur, amma əgər ki qadın sonsuz olarsa, onu bağışlamaq olmaz, o nəslin üz qarasıdır, onu atası evinə qaytarmaq, daha yararlı bir “uşaqdoğan, paltaryuyan maşın”la əvəz etmək fikri var. Bu səbəbdən də acından günorta duran ailədə belə ən azı 2 uşaq olur. Əminəm ki, bu yazımı oxuyanlar nə demək istədiklərimi anlayırlar, çünki yuxarıda sadaladığım tip insanlar internetdə uzun yazılara tab gətirə bilmirlər, oxumaq həvəsləri olmur, axtardıqları yalnız röyanın, rəqsanənin şəkilləri, dini mahnılar, odnaklassniki və pornolardır. Onlar üçün internet sadaladıqlarımla kifayətlənir, bu səbəbdən də qeyrətli oğullarımız öz sevgililərini kompüter arxasında oturmağa qoymurlar. Rəsmi statistikaya görə 9 milyonun böyük bir hissəsini gənclər təşkil edir, gənclər isə bir millətin, dövlətin gələcəyidir. Bizim gələcəyimizi instituta qız tutmaq üçün qəbul olan oğlanlar, evdə qalmamaq üçün “p.. olsun, amma öz millətimizdən olsun” deyən qızlar, ümumilikdə isə, kitab-dəftərdən uzaqlaşmış, bütün fikirlərini atv-də zaurkimilərin, harun yəhya və ətağa möcüzələri tutmuş bir gənclik təşkil edir. Bir gənc oğlana ki ailə quracağı insanı valideyinləri seçir, onun nə seçim hüququ ola bilər gələcəkdə? Sevdiyi qızla isə ailə qurmamışdan öncə birlikdə olmur, nədir ki, toy günlərinin gecəsi etdiyinə görə birdən fəxr edə bilməz, yengəyə iş qalmaz, oğlan peysər çıxar, nəslin adı batar. Öz bacısını evdən çölə çıxmağa qoymayan, lakin küçədə gedən qıza nalayiq sözlər deyən, siqaret çəkən qız görəndə “külqanıbı nə başına çırpardım”, “bu qızın yiyəsi yoxdur” deyən, papağın hələ də qeyrət olduğunu fikirləşən bir gənclik formalaşıb bizdə. Bizim gəncliyi mənəvi olaraq qocalmış insanlar təşkil edir, çünki heç bir gənclik həvəsləri və maraqları yoxdur. Gənc etirazruhlu olar, ideologiyası və konkret məqsədləri olar. Mən demirəm ki, bizim gəncliyin məqsədi yoxdur, əlbəttə ki, var. Oğlanlarımız tuta bildiyi qədər qızla gəzməyi, axırda halal süd əmmiş birini tapmağı, maşınının, evinin olması, evinin kreditini verərək öz qarnını doldura biləcək bir maaşı olan işinin olması və təbii ki, arvadından əlavə, qıraqda özlərinin dedikləri kimi, “saxladıqları” bir qızları oldusa, bu artıq onlara görə “full” həyat deməkdir. Qızlar isə məktəb vaxtı bacardığı qədər oğlanlarla öpüşən, sonradan ərə getmək vaxtı çatanda hicab bağlayıb, ən azından, dinə-imana gələn bir təbəqədir. Artıq o qədər monoton düşüncə tərzləri var ki, ağızlarını açıb da iki cümlə dedikdə necə bir-birilərinə oxşadıqlarını kənardan baxan hər bir ağlı başında olan insan anlaya bilər. Bir dostumun da dediyi kimi, ən dəhşətlisi ondadır ki, bunların hamısı 21-ci əsrdə baş verir.Bir sözlə, bu ölkədə dünyaya gələn hər yeni bir körpə özündən əvvəlki valideyinlərinə oxşamaqla yanaşı, daha da ağır bir vəziyyətə getməyindənsə, artmamaqları ondan yaxşıdır. Hər hamilə bir azərbaycanlı qadını görəndə dünyaya gələcək potensial bir həşərat haqqında düşünməkdənsə, insanlığa və bəşəriyyətə yararlı bir İNSAN OĞLUNUN doğulacağına ümid etmək istərdim.




  • 0

#2 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 29 September 2010 - 07:27 AM

yenidən münasibət bildirməyə vaxt sərf etməmək üçün blog-da yazdığım münasibətin nüsxəsini bura əlavə edirəm.. haqsız olduğumu hesab etdiyiniz bütün sətirləri vurğulasanız yerində olar..

Цитата
sapsan says: Sentyabr 22, 2010 at 10:07


salam..

belə.. nədən başlayım? Изображение
məqalənin bütünü qərəzlidir..
bir-bir diqqətimi çəkən cümlələrinə şərh bildirmək istəyirəm.. yaranmış sualları yayındırılmamış cavablarla qoşalaşmış görsəm şad olaram..

1. “Millətin düşüncə tərzi mənə çox maraqlıdır, ümumiyyətlə, təbrik anlayışından tutmuş sevindikləri amillərədək.” – sən bu millətin düçüncə tərzini bilmək istəyirsənsə əcdadına istinad et.. Изображение saymaq istəməzdim, amma suallardan yayınmaq üçün bir neçəsini sayım: Nizami, Füzuli, Nəsimi, Nəimi, Nəbati, Ələsgər və s.. bir şeydə razılaşaq ki, sən də mənsubiyyət baxımından bu millətə azdan-çoxdan söykənmisən və tənqidlərimizi cəmə yönəldəndə şam kimi öz yanımızı işıqlandırmaq istəmədiyimizi də bilirəm.. yəni sən mentalitet qovursansa gəl sənin ailənin bu millətdən irs adı altında əldə etdiklərini müzakirə edək.. yəni sənin ailəndə mentalitetlə bağlı hanslı problemlərlə rastlaşdığını müzakirə edək.. necə deyərlər “durgün suda yoxlayaq üzməyi, ondan sonra axında çimərik..”. öz anlayışının və istedadının ətrafındakılardan nə ilə, hansı elmi rütbə ilə üstün olduğunu hesab edirsən?

2. “Əgər 5 ay sonra ailəli qadının qarnı “şişməzsə”, o zaman qohum-qonşu, valideyinlər, tanışlar və s. kim görsə, “bişey-mişey yoxdur hələ?” və ya “uşaq istəmirsən, uşağınız olmur?” tipli insanlıq üçün səviyyəsiz sayılan suallar verilməyə başlanılır.” – bu isə hər bir ailənin öz işidir, bunu müzakirə etmək sənə düşməz.. necə ki, qolda bilərzik, qulaqda sırğa, bədəndə damğa gəzməyi xoşlayan adamlar var, bu tərz sualları verməyi xoşlayan və belə sualları cavablandırmağı xoşlayan adamlar da vardır.. sənə belə suallar verilsə uyğun bildiyin cavabı verməkdə müstəqilsən.. necə xoşdursa elə yaşamağın harasından narahatsan? niyə sən fərqlənmək istəyinlə sərbəst ola bilərsən, amma gördüyü kimi, uyğunlaşdığı kimi yaşamağa çalışanlara bunu rəva bilmirsən?

3. “Hələ Azərbaycan mentalitetində qadının sonsuz olmasından daha faciəvi heç nə yoxdur. Yox, üzr istəyirəm, var, qızın bakirə çıxmaması, amma bu, başqa mövzudur.” – bakirə olmayan qızla evlənməkdə sərbəstsən.. Изображение inanmıram 9 miyon bunu məqbul saymayıb ümumxalq etiraz mitinqi keçirsin.. əksəriyyətin bakirə qizla evlənmək arzulamasının harası doğru deyil?

4. “acından günorta duran ailədə belə ən azı 2 uşaq olur. Əminəm ki, bu yazımı oxuyanlar nə demək istədiklərimi anlayırlar, çünki yuxarıda sadaladığım tip insanlar internetdə uzun yazılara tab gətirə bilmirlər, oxumaq həvəsləri olmur, axtardıqları yalnız röyanın, rəqsanənin şəkilləri, dini mahnılar, odnaklassniki və pornolardır.” – nə ilə oxuyanları inandıra bilərsən ki, internetdə porno axtarmamısan və ya bu sənə maraqlı deyil? odnoklassniki-də registrasiya olmaq səhvdir, facebook-da isə registrasiya olmaq (sən belə etmisən deyə) doğrudur? Röya-dan daha yaxşı oxuyan və daha çox dinləyici toplayan bir yoldaşın varsa gl onu birlikdə reklam edək, facebook sag olsun.. Изображение kim bilir bəlkə qonşumuzda bişdi, bizə də düşdü.. sənin qərəzli və uzun yazılarını oxusa hansı dərdinə dərman tapacaq oxuyucu? sənə qoşulub 1-2 xoşlamadığı məqamı səsləndirsə və bədəninin müxtəlif yerlərini yazıb-pozsa yaxşı adam olacaq, amma 1-2 qərəzli cümlə oxuyandan sonra diqqətini ayrı məqalələrə yönəldən və ya öz işlərinin daha vacib olduğunu əsas bilib münasibət bildirməyənlər isə sənə görə cahil və mentalitet qulları olacaq?

5. “Gənc etirazruhlu olar, ideologiyası və konkret məqsədləri olar.” – etirazruhlu, idealogiya, konkret məqsəd – bir sözlə missiya.. Изображение ) ədəbiyyatımızda buna “tərsalıq” deyiblər böyüklərimiz, yəni hər çeyə qarşı çıxan, tərs gedən (küçə sözləri ilə desək “protiv gedən”).. missionersən? burda mayasını almamış idealogiya burda qatıq olmaz.. sosializm də doymadan süfrədən qalxası oldu.. altı bərkiməmiş daşın üstünə çıxmamaqda tərəddüd etməyin harası səhvdir?

6. “Bizim gələcəyimizi instituta qız tutmaq üçün qəbul olan oğlanlar, evdə qalmamaq üçün “p.. olsun, amma öz millətimizdən olsun” deyən qızlar” – şəxsən mən ali məktəbə qız tutmaq üçün qəbul olmadım, bəs sən? əgər burda o məqsədlə ali məktəbə qəbul olanlar varsa səsini çıxartsın, Aqşinin deyəcəkləri var.. Изображение )))

7. “Qızlar isə məktəb vaxtı bacardığı qədər oğlanlarla öpüşən, sonradan ərə getmək vaxtı çatanda hicab bağlayıb, ən azından, dinə-imana gələn bir təbəqədir.” – yaman dolub-daşmısan, amma ad çəkməkdə aciz görünürsən.. Изображение cümlələrin yünə topdan vurur, ətrafında belələri varsa adlarını çək, biz də bilək.. şəxsən mən ancaq dedi-qodudan eşidirəm belə şeylər, konkret tanıdığım isə 1/1000-dir desəm səhv etmərəm.. bakirəliyi gərəksiz sayan, amma öpüşməyi nalayiq sayan anlayış nə dərəcədə sağlamdır?

8. “Artıq o qədər monoton düşüncə tərzləri var ki, ağızlarını açıb da iki cümlə dedikdə necə bir-birilərinə oxşadıqlarını kənardan baxan hər bir ağlı başında olan insan anlaya bilər.” – bunu iddia etməkdə sən ilk və tək deyilsən.. Изображение ) ədəbiyyatımızda bunlara “zahid” deyiblər, yəni şablon düşüncəli adam, başqa sözlə sıradan adam.. bundan normal nə ola bilər? əsgərliyə gedəndə hamını general görsən necə olar? sən deyəsən hamının general olduğu bir ordu görmək istəyirsən, dolayısı ilə hamının Molla Pənah olmaması səni çox üzür.. Изображение )))

9. “Bir sözlə, bu ölkədə dünyaya gələn hər yeni bir körpə özündən əvvəlki valideyinlərinə oxşamaqla yanaşı, daha da ağır bir vəziyyətə getməyindənsə, artmamaqları ondan yaxşıdır. Hər hamilə bir azərbaycanlı qadını görəndə dünyaya gələcək potensial bir həşərat haqqında düşünməkdənsə, insanlığa və bəşəriyyətə yararlı bir İNSAN OĞLUNUN doğulacağına ümid etmək istərdim.” – çox dayaz yanaşmadır, övladın valideynə bənzəməsindən təbii nə ola bilər? qoz ağacında balqabaq yetişdirmək istəyirsən? valideynlərinin əlamətlərini daşımayanlara bütün planetdə “bic” və ya bənzər adlar qoyurlar.. sən valideynlərinə bənzəməmisən? ümidlərinə mən də qatılıram, amma potensial həşərat bənzətməsinin də obyektiv deyilmədiyinə əminəm.. Изображение ) səndən törəyəsəklərə həşərat adını yaraşdırırsanmı və yaxın qohumlar arasında hamilə qadın görəndə nə düşünürsən?

hər sualıma yozulmamış, yayınmasız cavab alsam şadlıq olar..
suallarım kimisə təhqir etmək və ya acılamaq məqsədi daşımır, sadəcə oxuduqca gəncliyin və qandakı adrenalin miqdarının limitlərdən kənarda sərfinə laqeyid qalmaq istəmədiyim üçün və müəllifin istəyini nəzərə alaraq münasibət bildirmək qərarına gəldim..

təşəkkürlər və uğurlar..





  • 0

#3 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 30 September 2010 - 12:46 PM

Sapsan, ilk once teshekkur edirem movzunu diqqetden kenarda qoymadiginiz uchun. Hem Realiumun, hem sizin yazdiqlarinizi oxudum. Achigi demek olar ki, oradaki her bir fikre oz munasibetinizi tam dolgun, mentiqli shekilde bildirmisiniz. Hetta yazdiginiz cavablari oxuyarken bizim fikrimize artiq ehtiyac qalmadigini da dushundum smile.gif

Realiumun "inqilabchi" genc oldugu butun postlarinda hiss olunur. Onun qeyd etdiyi tenqidleri tamamile tekzib etmirem, heqiqeten cemiyyetde bele tip insanlar var ve mene ele gelir ki, hele uzun muddet de movcud olacaqlar. Ancaq bu o demek deyil ki, butun cemiyyet uzvlerine hemin insanlara aid edilen xususiyyetler shamil olunmalidir. Eger soz konkret olaraq genclerimizden gedirse, bu gun cemiyyetde savadli, chalishqan genclerimiz var ve hech de shubhe etmirem ki, Realium onlarla qarshilashsa gencliyimiz haqqinda bele pessimist fikirlere qapilmayacaq.

Niye goresen biz daha yaxshilarla ozumuzu muqayise etmeye ve ozumuzde olan chatishmamazliqlari gormeye can atmaqdansa, ozumuzden daha ashagi seviyyeli insanlara baxib onlarin eyiblerini goruruk ancaq? Bu men daxil olmaqla bir choxlarina xas xususiyyetdir mence. Bashqasinin eyiblerini gorub, tenqid etmek chox asandir, ancaq insan oz eyiblerini gorub onlari duzeltmeyi bacarirsa, bu dogrudan da chox boyuk huner teleb edir ki, bunun ohdesinden de her adam gele bilmir.

Realium bir neche meseleye toxunmushdur: bakirelik, ushagin olmamasi, qizlarin siqaret chekmesi ve s kimi. Mence, butun bu sadalananlar artiq cemiyyetde qlobal problem halini almaqdan choxdan chixib. Bele meselelere her kesin oz subyektiv munasibeti var ve mence her kes oz istek ve arzularinda serbestdir.

Realiumun metnin sonuna yaxin qizlar ve oglanlarla bagli apardigi tehliller ise mence bir choxlarina qarshi edilmish haqsizliqdir. Hami eyni deyil, bunu unutmamaq lazimdir. Etrafda nalayiq hereketlere yol veren her hansi oglan ve ya qizlar varsa, onlarin hereketlerine gore butun genclik cavabdehlik dashimir ve ya en azindan buna gore milleti ve onun genclerini tenqid (men nedense daha chox tehqire oxshadigini hiss etdim) etmek yersizdir. Istisnaliq teshkil eden kimlerse genclik deyil, gencliyi teshkil edenlerin bir hissesidir.

Sapsan, achigi ozunuz o qeder aydin munasibet bildirmisiniz ki, yeniden nese yazmaq tekrarchiliqdir. Demirem ki, Realium haqsizdir, ideal cemiyyetimiz var, hech bir eybimiz yoxdur. Qetiyyen, olanlari danmaq haqsizliqdir. Sadece, bashqalarinda eyib axtarmagi unudub ozumuzden bashlamaliyiq ki, kimlerse de bize baxanda yaxshi nelerise gotursun.

P.S. Reali, sene olub bele? Niye bu qeder narazisan? smile.gif

  • 0

#4 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 02 October 2010 - 06:33 AM

sensitive,
fikrinizi bildirdiyiniz üçün təşəkkür edirəm..

diqqətinizə çatdırmaq istədiyim Realium-un səhv mövzuları qabartdığı deyil, onun tənqid tərzidir.. onun hallandırdığı çatışmazlıqlar cəmiyyətimizdə mövcuddur.. amma məni narahat edən yoldaşımızın onu tənqidi aşan və təhqirə varan üslubudur, seçdiyi sözlər və üsul çox aqressiv və amansızdır.. bir neçə misal çəkmişəm cavabımda, hansıkı Realium bunları özünə rəva bilir, amma başqalarında qüsur kimi göstərir.. cümlələrində çox ziddiyyətlər var..
onun diqqət çəkmək istədiyi bəzi istiqamətlər həqiqətən hər birimizi düşündürür, amma amansız ifadə tərzi və dayaz yanaşmaya haqq qazandırmaq mümkün deyil.. bu adam hər birimizi zövqsüzlükdə (dinlədiyimiz musiqilərlə bağlı) günahlandırır, bu yol verilməz haldır.. təhsilə, insanların oxumağa marağının olmamasına elə tərzdə diqqət çəkməyə çalışır ki, oxuyarkən "kaş oxuma-yazma bilməsəydim və bunlar oxumamış olsaydım" dedizdirir adama.. yəni tənqidi təhqirə çevirməklə haqlı olduğu mövzuda bir anda haqsız hala düşür..
inqilabdan danışır, etiraz dolu ruhdan danışır.. smile.gif amma daha yaxşı alternativin nə olduğunu bilmir və ya izah etməkdə acizdir.. sosializmdən danışır, qərb ziyalı və ideoloqlarının fikirlərini müdafiə edir.. smile.gif amma tamamilə arqumentsiz..
sağına-soluna xor baxan cümlələr qurur, amma özünü kənarda tutmağa çalışır..
mən onun bu çatışmazlıqlara diqqət çəkmək istəməsini alqışlayıram, amma üslubunu dəyişməlidir və özünə ağlabatan görünən həll yollarını da səsləndirməlidir..

  • 0

#5 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 02 October 2010 - 08:14 AM

Sapsan,

Realiumun yazi uslubuna naraziliginizi bildirdiyinizi basha dushurem smile.gif Bilirem fikirlerini bir qeder kobud, chox yerde ise tehqiramiz ifadelerle bildirib. Umumiyyetle, neyese qarshi tehqiramiz yanashmani qetiyyen xoshlamiram. Bundan elave ise, millet, cemiyyet haqqinda qeti shekilde narazi fikirleri beyenmirem. Choxumuz shikayetlenirik yashadigimiz cemiyyetden. Ancaq ozumuz de chox zaman bashqalarinda irad tutdugumuz hereketleri edirik. Odur ki, bash veren hadiselere etiraz sesini ucaldan zaman eyni zamanda ya helli yollarini gostermeli, ya da ozumuz davranishimizla, hereketlerimizle numune olmagi bacarmaliyiq. Men de bugun gorduyum chox sheyden shikayetlenirem, ancaq shikayetlenmekle o problemleri hell ede biliremmi? Eslinde bunlari siz de qeyd etmisiz. Sadece menden ferqli olaraq, siz oz fikirlerinizi daha aydin shekilde chatdirmagi bacarirsiniz, yeqin bu da sizin dushunce terzinizin, intellektual seviyyenizin, bilik dairenizin daha genish olmasindan ireli gelir.




  • 0

#6 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 02 October 2010 - 11:08 AM

sensitive,
ünvanıma sərf etdiyiniz xoş sözlərə görə təşəkkür edirəm..

sizin belə məqalələrə laqeyid qalmamağınız çox vacibdir.. münasibət bildirməkdən daha artığı bizim imkanlarımız xaricindədir..
bir ağsaqqalımız (Seyid Əzim Şirvani) öz dövründə "şikayət eyləmə, biganədən şəfa gəlməz.." deyə özünə təskinlik verib.. smile.gif
indiki dövrdə nə bizim şikayətimizin, nə də Realium-un tənqidinin həlli yoxdur, çünki indi biganə olan zəmanə özüdür.. smile.gif

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users