Jump to content


- - - - -

Soyqırım faktları...


  • You cannot reply to this topic
71 replies to this topic

#21 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 26 April 2007 - 10:58 PM

Цитата(Realium @ Apr 26 2007, 03:36 PM) View Post

Miko, inan bilsəm ki hamı bunu günah bildiyinə görə etmir, sözünə qüvvət şüşəni öz əllərimlə aparıb ora qoyaram. Bilərəm ki millətim üçün, ən əsas da onun tarixi üçün nəsə xeyirli bir iş görmüşəm. Yuxarıda deyilənlərdən belə çıxDı ki sanki mən kafirəm, mən heç ölən insanlar barəsində fikirləşmirəm... Əlbətdə ki hər şeyi gətirib dinlə bağlamaq düzgün deyil! İnanıram ki dövlətimiz, ən əsas da bu işə baxan qurumlar layiqli addım atıb, tariximizin məhvinə imkan verməyəcəklər. Əgər bunu etsələr daha mənim heç nəyə marağım qalmayacaq...


Burda hami dinden halaldan haramdan danishir amma hamida yaxshi bilir ki ne gic ishler var ele muselmanlardan cixir. tutaqki birinin bacisi bashqasini sevir qacir tutub oldururler ki qardashlar namus temizledik. fool.gif Ya muselmandida iraqdakilar shiyye sunni qirirlar birlerine. Allahin evi mecite bomba qoyurlar. bu ne muselmanciliqdi? Hansi xristian kilseye bomba qoyur??????? Hansi katoliq ortodoksu oldurur ki o ortodoksdu? Ele hami deyir muselmaniq. Talibanin efqanlarin bashina acdigi oyunlari gormursuz? Irandan niye qacir milyonlar. Talibanda, Iran politikasida milleti duz yola cekir onda niye hami onlari soyur?Besdirinde din deyib oturdugunuz. Dine Allaha inanmaq lazimdir, amma Ele Quranda deyir ki elimi oyrenin, tarixinizi bilin. Dunenini unudan xalq hec bir zaman ireli getmez. Her sheye din terefden baxmayin. Onda gerek hec kim ne internete baxsin, ne kuceye cixsin, ne televizora baxsin. etrafimiz haramla doludur. hec yashamayaq gerek bu dunyada. Ozumuze serf eden bir shey olanda dini dushunmuruk amma bize (yeni shexsiyyetimize) aid olmayan bir shey olmayanda, dinin qanunlari yadimiza dushur.

Men deyesen adimi deyishecem Namelum_Mikrob+Kafir shout.gif wacko.gif
  • 0

#22 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 26 April 2007 - 11:04 PM

P.s. Taliban dine gore o boyda misli gorunmemish Butdalara bomba qoydular partdatdilar, baxmayaraqki onlara milyonlarla pul teklif olundu partladilmamasi ucun. Sizce bu dogru idi? Sizce Efqanistanin tarixine son qoymaq duzgun idi? O Butdalar Efqanistana milyonlar getire bilerdi turizme gore. Niye Novruz bayramini qeyd edirsiz? Etmeyinde. Novruz bayrami Zerdusht bayramidi. Islam bayrami deyil. Iranlilar kurdler birde biz qeyd edirik ereblerin hec Novruz bayramindan xeberleride yoxdu. Muselmaniq axi her il oda itaet etmish kimi cixiriq. Haramdi etmeyin. En- eneye son qoyaq.
  • 0

#23 AZ_UK

AZ_UK

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 221 posts
  • :

Posted 27 April 2007 - 01:38 AM

QUOTE(SaintRush @ Apr 25 2007, 10:58 AM) View Post

илк онджя ишгал алтында олан торпагларымызы азад этмяк...сонра ися тарихи фактлар барядя данышарыг...
Аллах олюляря ряхмят элясин... Амма биз илк нёвбядя дириляр барядя дюшнмялиик.. Чадырда вяйа вагонларда яшаян кёрпя ушаглар барядя дюшюняк....


Men senin dediklerinden hec ne anlamadim??Axi Qrabagin,cadirin bura ne dexli??Tarixivi yashatmaq elivi tutur?? Ele bu faktlari arashdirib uze cixartmaq ozu bu ishde bir komeklik deyil??

Mikush,senin dediklerinle de tam raziyam.Ele muselmaniq bele etmeyek Allaha xosh getmez,ele etmeyek haramdir deye-deye bu gune qalmishiq.Ne vaxta qeder nece-nece esrler bundan evvel deyilmish dinin kohne qanunlari ile yashayacayiq??Mahni sheytan emelidi,televizor sheytan emelidir,shekil sheytan emelidir,ne bilim cennetde bag bele bostan bele,cehennemde qulagiva qurgushun tokurler,ozun de qir qazaninda yanirsan,bu onu oldurur ki,sen shiesen,o biri haranisa partladir sen sunnisen,meherremlikde baxirsan bashlari,gozleri qan icinde,aglashma,shaxsey-vaxsey,adam belelerin gorende muselmanam demeye de utanir.....daha neler,neler,sizce bunlar gulunc deyilmi??Ne vaxta qeder muselman bu qeder gerideqalmish olacaq??
Nece illerdir o meyitler topa halinda bir calada basdirilmishdi,hec kimin xeberi de yox idi.Islanmishin yagishdan ne qorxusu??Onlara olan oldu,kecen kecdi,indi nece ilin sumuklerini ortaliga cixartmaq gunah oldu??Bes teze bir cala qazib,hamisin ora doldurub,"ne olub cehenneme ki" deyib onlara laqeyid munasibet gostermek halal sayilacaq??
  • 0

#24 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 27 April 2007 - 06:17 PM

[email]
Цитата(AZ_UK @ Apr 26 2007, 06:38 PM) View Post

Men senin dediklerinden hec ne anlamadim??Axi Qarabagin,cadirin bura ne dexli??Tarixivi yashatmaq elivi tutur?? Ele bu faktlari arashdirib uze cixartmaq ozu bu ishde bir komeklik deyil??


AZ_UK vallah bu mövzuya cavab yazandan sonra mən də fikirləşdim ki bəlkə düz fikirləşmirəm amma nə qədər axtarsam da bu nə Qarabağın, nə də ki çadırların toplu məzarla, ən əsas da zaman uzlaşmasıyla heç bir əlaqə tapa bilmədim. Çox qəribə məntiqdir! unknw.gif Aparıb tarixi əlinlə basdırmaq kimi ən böyük məntiqsizliyi isə heç anlaya bilmirəm... İnşallah dövlət və əsas da əlaqədar orqanlar düşünüb layiqli addım atacaq. İslam kimi gözəl dinimizi niyə belə gülməli vəziyyətə salmağımızı hələ də anlaya bilmirəm...
  • 0

#25 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 27 April 2007 - 06:47 PM

Men bir sheyi bilirem ki, istesek cox shey elde ederik, tarixi faktlarimiz da yeterince var, bu teze tapintilar ise, hech bir tesir gostermeyecek inanin... O boyda sovet ordusu 20 Yanvarda namerdcesine Bakida ne qeder adam qirdilar, ele bil insan oldurmurler toyuq-cuce oldururler... Bes hani haqq edalet, hani BMT-nin qerari? Shehidler Xiyabani var, ne qeder mezar var, her il aniriq shehidleri, subut ede bilirik? Yox... Xocali faciesi - bu qeder yazilar, lentler, kinolar, shekiller, shahidler, hani subut ede bilirik? Yox... Bagishliyun, bu cur demek istemirdim, amma real danishmaq isteyirsuzse, inanin ki, iki sumukle hech bir shey subut etmek olmayacaq...
  • 0

#26 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 27 April 2007 - 07:11 PM

Цитата(tehmasib @ Apr 27 2007, 11:47 AM) View Post

Men bir sheyi bilirem ki, istesek cox shey elde ederik, tarixi faktlarimiz da yeterince var, bu teze tapintilar ise, hech bir tesir gostermeyecek inanin... O boyda sovet ordusu 20 Yanvarda namerdcesine Bakida ne qeder adam qirdilar, ele bil insan oldurmurler toyuq-cuce oldururler... Bes hani haqq edalet, hani BMT-nin qerari? Shehidler Xiyabani var, ne qeder mezar var, her il aniriq shehidleri, subut ede bilirik? Yox... Xocali faciesi - bu qeder yazilar, lentler, kinolar, shekiller, shahidler, hani subut ede bilirik? Yox... Bagishliyun, bu cur demek istemirdim, amma real danishmaq isteyirsuzse, inanin ki, iki sumukle hech bir shey subut etmek olmayacaq...


Elə bizim də bədbaxtçılığımız bundadır daaa! Əlimizdə olan faktlardan yetəri qədər istifadə edə bilmirik! Amma bəsdir bu qədər, nə qədər ki özümüzü başıaşağı aparacağıq, tariximizi sübut edə bilməyəcəyik bizim axırımız olmayacaq! Bir neçə ay bundan əvvəl türk və azəri diasporalarının dövlət səviyyəsində Bakıda görüşməyi və birgə fəaliyyət haqqında müqavilnin imzalanması artıq təbliğatın nə dərəcədə güclü aparılacağından xəbər verir, artıq konkret işlər də görülür. Prezidentin özü də təbliğat maşınının işə düşməsi üçün əlindən gələni edir, dövlət səviyyəsində buna lazımi miqdarda vəsait də ayrılır. Heç nə birdən olmur, unutma ki hər şeyin öz zamanı və yeri var!

Edited by Realium, 27 April 2007 - 07:14 PM.

  • 0

#27 AZ_UK

AZ_UK

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 221 posts
  • :

Posted 27 April 2007 - 07:14 PM

QUOTE(tehmasib @ Apr 27 2007, 11:47 AM) View Post

Men bir sheyi bilirem ki, istesek cox shey elde ederik, tarixi faktlarimiz da yeterince var, bu teze tapintilar ise, hech bir tesir gostermeyecek inanin... O boyda sovet ordusu 20 Yanvarda namerdcesine Bakida ne qeder adam qirdilar, ele bil insan oldurmurler toyuq-cuce oldururler... Bes hani haqq edalet, hani BMT-nin qerari? Shehidler Xiyabani var, ne qeder mezar var, her il aniriq shehidleri, subut ede bilirik? Yox... Xocali faciesi - bu qeder yazilar, lentler, kinolar, shekiller, shahidler, hani subut ede bilirik? Yox... Bagishliyun, bu cur demek istemirdim, amma real danishmaq isteyirsuzse, inanin ki, iki sumukle hech bir shey subut etmek olmayacaq...

Qardash,senin demeyinden men bele basha dushdum ki,evvelki faktlar bir netice vermediyine gore,bundan sonra daha ne tapsaq,ne uze cixartsaq tullayaq getsin ki,bizde laziminca fakt var daha lazim deyil,hec bir faydasi da yoxdur...Birdeki,ermeni bir sumuk tapsaydi deyerdi yuzminlerle insan sumukleri tapmishiq,sense burdan bura o boyda vehshiliye,o qeder insan telefatina deyirsen 2 dene sumuk tapmishiq nea.gif .Ele o dediyin 20 yanvar ve ondan evvelki ve sonraki faktlarimizi da bu cur dunyaya catdiririq ki,bir netice ala bilmirik de...
  • 0

#28 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 27 April 2007 - 07:22 PM

Menim dediyim bashqadi... Dediyim odu ki, bu sadaladigim faktlari subut ede bilmirikse, indiki tapintilardan da bir shey chixmayacaq... Onlari muselman kimi defn etmek lazimdi.. Deyirsuz ki, eger onlar sag olsaydi, subut uchun onlarda buna razi olardilar, yeni muzeye qoyulmasina... Shexsen men onlardan biri olsaydim, isterdim dinime gore defn olunum... Duzgun deyil bele, olulerden muzey duzeltmek. onlar Allahin quludu, bizim kimi, niye men defn olmaliyam, amma o ise muzeyde gelen geden uchun "tarixi subut" olmalidi... 20 Yanvar, Xocali ve bashqa facielerle bir nailiyyetimizi olsaydi, deyerdik ki, hee az qalib subut edirik dunyaya, bu teze tapintilar da elave olar... Amma evvelki subutlardan hech ne orataya chixmiyib axi...
Birde yuxarida demishdim ki, ermeniler her ne ederdilerse etsinler, bize ne gelib? Biz onlar qeder qeddar, namussuz deyilik...

Edited by tehmasib, 27 April 2007 - 07:25 PM.

  • 0

#29 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 27 April 2007 - 08:06 PM

Kafir+ qeddar ve Namussuz

maraqlidi.

Tehmasib men istemirem basdirilsin cunki bu ermenilerin qishqir bagir saldiqlari yalanci soyqurumun cavabidi. Bu o demekdirki genocid eksine bize qarshi olunub. tekce 31 martda iran Azerbaycaninda ve bizde 70.000 insan oldurulub. cemi 1gecede. Basha dushursen bu ne demekdir? Qubada qusarda 10.000 minlerle insan oldurulub. Gunahlari ne idi? Turkculuyumuz. Indi islamdan ereblerden danishirsan. Dadimiza kim yetdi ?????? Turkler. Turkler olmasaydi bizim Azerbaycan Respublikamiz olmayacaqdi. Naxcivanin qorunub saxlanmasinda turk ordusuna minnetdariq. Qarabag muharibesi zamani onlar ordusu ile ora kecdi. Elaqemiz kesilmishdi Naxcivanla. Ve ya Mustafa Kemal Pasha Ataturk olmasaydi ne Turkiyye qalacaqdi nede Azerbaycan. Turkiyye ozu pis veziyyetde 7 yerde muharibe edirdi dovletini qorumaq ucun. Fransiz Ingilis, Rus, Ermeni , Italyan Yunan. Ozleri bogusha bogusha qalmishdi hele bir bizede yardima qoshun gonderdi Ataturk. O tekce turkiyyenin deyil bizimde Atamizdi.

Muselmaniq, ozude Shiyye farslarla eyni dinden amma onlar ne edir eksine azeri turklerine zulum verir, torpaqlarimizi zept edibler hele bir ermenistanada pulsuz qaz ishiq verirler. niye cunki turkden qorxub onlari parcalamaq isteyirler. Hani Sediyyi Erebistan, hani Libanon, Hani suriya cixsinlarda one. Tanisinlarda bize qarshi olan genocidi. Bizde axi muselmaniq. Tanimayacaqlar cunki biz turk xalqiyiq. Bax muselmanciliq budur, eyni dinden olmagina baxmayaraq eger miliyyetinin ferqi varsa sene hec bir yardim gelmeyecek.

Danimarkada bir qelet edib karikatur buraxdi butun islam dunyasi qalxdi ayaga, amma Ermeniler Shushada mecidde donuz saxlayanda, hele bir shekilleri cekdirib cekinmeden medyadan gizletmemeyine baxmayaraq bir farsin erebi tuku terpenmedi. Niye cunki ora Turk mecidi sayilir.

Metlebden yene uzaqlashdim men istemirem basdirilsin, baxmayaraqki basdirilib yaninda bir abidede qoyula biler amma bu dehsheti gozle gorub hiss etmek ayridi, sadece gelib bir abideye baxib heyifslenmek ayridi. Men tekce shekile baxib dehshete gelirem, amma abideye baxib ne hiss kecirecem? ureyimde "Allah rehmet etsin deyib gedecem oz ishime.

O ki qaldi elimizdeki faktlara, onlar istifade olunur amma yeteri qeder yox. Cunki her defe Ermeni diasporasindan manecilik olur. turk azeri diasporalarin birleshdiyi dogrudu burda bir nece cemiyyet artiq birge fealiyyet gorur. Bizim sadece dunyaya cigirmagimiz lazimdiki kor gozler kar qulaqlar acilsin. shout.gif

Edited by Namelum_mikrob, 27 April 2007 - 08:09 PM.

  • 0

#30 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 27 April 2007 - 08:18 PM

Eger o dehsheti yashamish biri olsaydim men razi olardim, ruhum deyil o bedende o sadece menim icinde oldugum "paltarimdi" O "paltar" eziyyetler cekib ruhum incidilsede. Men isterem ne zulum cekdiyimi her kes gorsun.

Nece yeni indiye qeder hec ne etmemishik day hec nede etmeyek. Onda biz niye Qarabag deyib cigirirq. sakit oturaqda onsuz Zengezur, Irevan, Goyce, Cenubi Azerbaycan, Derbend alinibda elimizden hec ne ede bilmedik eshi kicik bir cemi 20 faizlik Qarabagla ne edeceyik. verek getsin. Lazim olar isteseler ele Bakinida vererik day vermeye hec neyimiz qalmaz. Vsyo ne derdimizde olar day. gedib onun bunun torpaqlarinda yashayariqda.

Ele bududa bizi bedbext veziyyete salan. Indiye qeder hec ne etmemishik day bu sumuklerle ne edeceyik? Basdiraq fatihemizi oxuyaq qurtardi getdi. vsyooo.
  • 0

#31 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 27 April 2007 - 08:25 PM

Namelum_Mikrib,
Seninle raziyamee, dogurdanda erebler bize muselman kimi destek vermirler... Amma men ereblerden danishmiram axi, hal hazirda here oz ishindedi... Deyir, bu dunya adamin papagini bashindan alib qachan dunyadi, here oz papagini fikirleshir... Erebler indi oz neftini fikirleshir, Rusiya ve Amerika ile elaqelerini vurmaq istemir... Men hech onlardan komek gozlemirem, ne olsun ki, muselmandilar, bize hech vaxt komek etmeyibler... Turkler komek edibler raziyam, indi de onlarla yaxiniq... Amma yene de bu bize ne verir? Turkler yaziqlar, ozleri ermenilerden bogaza yigiliblar... Her ne etmek lazimdisa ozumuz etmeliyik, amma ya etmirik, ya ede bilmirik, ya da etmek istemirik... Men ozum uchuncu varianta inaniram, eger fikrim dogrudursa onda isteyir Azerbaycanin 10 yox 20 bolgesinde bu cur tarixi subutlar tapaq, yene de bize bir musbet tesiri olmayacaq...
  • 0

#32 AZ_UK

AZ_UK

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 221 posts
  • :

Posted 27 April 2007 - 08:37 PM

QUOTE(tehmasib @ Apr 27 2007, 12:22 PM) View Post


Birde yuxarida demishdim ki, ermeniler her ne ederdilerse etsinler, bize ne gelib? Biz onlar qeder qeddar, namussuz deyilik...

Vallah daha bilmirem sene men ne deyim???Demeli bashina gelen facieni uze cixarib,dunyaya gosterib,haqq-edalet teleb etmek namussuzluq,qeddarliq oldu good.gif ??
Qeddarliga geldikde ise,gozuvu ac gor kim kime qarshi ne derecede qeddar olub.
  • 0

#33 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 27 April 2007 - 08:53 PM

Цитата(tehmasib @ Apr 27 2007, 01:25 PM) View Post

Namelum_Mikrib,
Seninle raziyamee, dogurdanda erebler bize muselman kimi destek vermirler... Amma men ereblerden danishmiram axi, hal hazirda here oz ishindedi... Deyir, bu dunya adamin papagini bashindan alib qachan dunyadi, here oz papagini fikirleshir... Erebler indi oz neftini fikirleshir, Rusiya ve Amerika ile elaqelerini vurmaq istemir... Men hech onlardan komek gozlemirem, ne olsun ki, muselmandilar, bize hech vaxt komek etmeyibler... Turkler komek edibler raziyam, indi de onlarla yaxiniq... Amma yene de bu bize ne verir? Turkler yaziqlar, ozleri ermenilerden bogaza yigiliblar... Her ne etmek lazimdisa ozumuz etmeliyik, amma ya etmirik, ya ede bilmirik, ya da etmek istemirik... Men ozum uchuncu varianta inaniram, eger fikrim dogrudursa onda isteyir Azerbaycanin 10 yox 20 bolgesinde bu cur tarixi subutlar tapaq, yene de bize bir musbet tesiri olmayacaq...


1800 cu ilde ereblerin gelmeyine shukur edirdin ona gore erebleri qatdi bu sohbete.
  • 0

#34 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 27 April 2007 - 10:29 PM

Təhmasib, inan ki hal-hazırda Avropa ölkəlrinin böyük bir hissəsi + ABŞ Azərbaycanı dəstəkləyir. Çox yox yadındadır Corc Buş Gürcüstanda olarkən ona ermənilər tərəfindən hazırlanan sui qəsd cəhdi (erməni istehsalı olan qumbara təsadüfən partlamamışdı) Səncə bunu niyə görə etdilər, çünki "Ağ ev" erməni soyqırımını tanımır. Avropa ölkələrindən isə yalnız Fransa və İsveçrə erməni soyqırımını tanımayanlara cəza verir amma bu da digər ölkələrdə heç də birmənalı qarşılanmır. Azərbaycanın iqtisadi inkişafı isə onun digər dövlərlərlə yaxın olmasında böyük əhəmiyyət kəsb edir, regionda ermənistanı isə heç adam yerinə də qoyan yoxdur. Qərbdən Türkiyə, şərqdən Azərbaycan, hazırki vəziyyətə görə şimaldan Gürcüstanın bu dövlətlə demək olar ki münasibəti yoxdur, bircə bizim müsəlman saydığımız farslardır ki (hansı ki özləri kimi ikinci əclaf millət yoxdur) ermənistanı dəstəkləyir. Sözümün canı odur ki əgər biz Beynəlxalq Təşkilatlara yetəri qədər sübut və dəlillər çıxarsaq inan ki bizim tərəfdarlarımız çoxalacaq necə ki artmaqdadır. Birdə ki deyirsən ki tanıda bilməmişik... Çox yox iki il əvvəl internetlə biriylə danışanda Azərbaycanın yerini soruşanda bu ölkənin harada yerləşdiyindən 80% xarici vətəndaşların xəbəri yox idi amma indi (şəxsi təcrübəmə əsaslanaraq deyirəm) həm Azərbaycanın yerini də bilirlər, həm də ki Dağlıq Qarabağ münaqişəsi haqqında kifayət qədər məlumatları var, bu isə insanı sevindirməyə bilməz!
  • 0

#35 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 April 2007 - 12:23 AM

Sadəcə bəzi şeylərə aydınlıq gətirmək istəyirəm.

Tapılmış sümüklərin yerlərini məzarlığa çevirmək heç də onları örtüb-basdıraraq başının altına yastıq qoyub yuxulamaq demək deyil. Bu nəticəyə də hardan gəldiz? Sadəcə, dediyim, indiyə kimi əlimizdə bu qədər fakt ola- ola nə etdik ki, indi şüşə altında insan qalıqları saxlamaqla bütün dərdlərimizə də nə çarə qılacağıq?
Kəmiyyət , keyfiyət məsələsidir. Ermənilər əllərində heç nə olmadığı halda özlərini qurban eleyiblər. Biz isə neçə illərdir ki, bu qədər sübut dəlillə ancaq BMT-in bir neçə tövsiyyə xarakterli qərarından başqa heç nə əldə edə bilməmişik.

O ki qaldı müsəlman adət-ənənəsinə, unutmayq ki, insanları birləşdirən 3 şey var. Din, dil, torpaq. Allahın ehkamlarından irəli və vacib heç nə ola bilməz. Quranda torpağını işğal edənə qarşı vuruş deyə əmr olunur...

Цитата(Realium @ Apr 28 2007, 02:29 AM) View Post

Təhmasib, inan ki hal-hazırda Avropa ölkəlrinin böyük bir hissəsi + ABŞ Azərbaycanı dəstəkləyir. Çox yox yadındadır Corc Buş Gürcüstanda olarkən ona ermənilər tərəfindən hazırlanan sui qəsd cəhdi (erməni istehsalı olan qumbara təsadüfən partlamamışdı) Səncə bunu niyə görə etdilər, çünki "Ağ ev" erməni soyqırımını tanımır. regionda ermənistanı isə heç adam yerinə də qoyan yoxdur.


Realium ona görə sadəcə heç bir dövlət qurumu olmayan adı da eləcə "erməni komitəsi" olan bir qurumun etirazı ilə ABŞ-ın Dövlət Departamenti ermənistandan üzr istədi onları təcavüzkar adlandırdığına görə? Azərbaycan Hökümətinin bu qədər vaxta çalışdığı və əldə edə biləcəyi ABŞ-ın bircə təcavüzkar sözünün üstündən sadəcə bir qurumun etirazı ilə xətt çəkildi? Gəl razılaşaq ki, dedikləriniz özünü aldatmaqdan başqa bir şey deyil.

Namelum_mikrob,
bajim, nə məscidi dağıdan, nə öz din qardaşına güllə atan heç biri müsəlman deyil. ABŞ burda öz istəyini edir, təbii ki Kilsə də öz köməyini əsirgəmir. Onların siyasəti əvvəldən bu olub, məhv etmək istədiklərini onların öz əllərilə edirlər.
  • 0

#36 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 28 April 2007 - 11:04 AM

Цитата(Lady Poison @ Apr 27 2007, 05:23 PM) View Post

Realium ona görə sadəcə heç bir dövlət qurumu olmayan adı da eləcə "erməni komitəsi" olan bir qurumun etirazı ilə ABŞ-ın Dövlət Departamenti ermənistandan üzr istədi onları təcavüzkar adlandırdığına görə? Azərbaycan Hökümətinin bu qədər vaxta çalışdığı və əldə edə biləcəyi ABŞ-ın bircə təcavüzkar sözünün üstündən sadəcə bir qurumun etirazı ilə xətt çəkildi? Gəl razılaşaq ki, dedikləriniz özünü aldatmaqdan başqa bir şey deyil.


Vallah mən özüm şəxsən daima mətbuatı izləyirəm amma orada belə bir xəbərə rast gəlməmişəm. Corc Buşun son dəfə ki çıxışında da yenə "erməni soyqırımı" ifadəsini işlətməməsi "Ağ ev"in bu məsələdə nə dərəcədə qətiyyətli olduğunu bir daha sübut edir! Yaxşı deyək ABŞ bir tərəfə, bəs ermənistanın AŞPA-da işğalçı dövlət kimi tanınması + ermənistan ordusunun separatçı qüvvə kimi tanınması Azərbaycanımızın uğurları sayılmırmı? Nə üçün elə biz bu standart cümlələrə öyrəşmişik ki "elə biz heç nə etmirik, sakit oturub başımızı aşağı salmışıq" axı bu belə deyil!!! İnformasiya müharibəsi o demək deyil ki əlinə çubuğ alıb erməninin üstünə düşməlisən... Elə şeylər var ki dövlət açıb onu mətbuata çıxarmır, bu o demək deyil ki onlar fəaliyyətsiz oturublar! Etdiyimizi də gəlin dəyərsiz edib yerə atmayaq! Bu vətən hamımızındır, onun sevincini də, kədərini də bir bölməliyik!

Edited by Realium, 28 April 2007 - 11:13 AM.

  • 0

#37 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 April 2007 - 01:32 PM

Цитата(Realium @ Apr 28 2007, 03:04 PM) View Post

Vallah mən özüm şəxsən daima mətbuatı izləyirəm amma orada belə bir xəbərə rast gəlməmişəm. Corc Buşun son dəfə ki çıxışında da yenə "erməni soyqırımı" ifadəsini işlətməməsi "Ağ ev"in bu məsələdə nə dərəcədə qətiyyətli olduğunu bir daha sübut edir! Yaxşı deyək ABŞ bir tərəfə, bəs ermənistanın AŞPA-da işğalçı dövlət kimi tanınması + ermənistan ordusunun separatçı qüvvə kimi tanınması Azərbaycanımızın uğurları sayılmırmı? Nə üçün elə biz bu standart cümlələrə öyrəşmişik ki "elə biz heç nə etmirik, sakit oturub başımızı aşağı salmışıq" axı bu belə deyil!!! İnformasiya müharibəsi o demək deyil ki əlinə çubuğ alıb erməninin üstünə düşməlisən... Elə şeylər var ki dövlət açıb onu mətbuata çıxarmır, bu o demək deyil ki onlar fəaliyyətsiz oturublar! Etdiyimizi də gəlin dəyərsiz edib yerə atmayaq! Bu vətən hamımızındır, onun sevincini də, kədərini də bir bölməliyik!


Realium bilmədiyim bir şeyi fakt kimi göstərməklə aram yoxdur nea.gif ABŞ-ın Dövlət Departamentinin bu hərkəti böyük əks- səda doğurmurşdur və mətbuatı daima izlədiyiniz halda bunu necə nəzərdən qaçırdığınıza təəccüb edirəm.

Gələk mövzuya, deyirsiz uğurumuz var. Yaxşı bəs onda nəticəsi niyə görünmür? Deyirsiz ki, hökümət açıqlamır, yəni Qarabağı çoxdan qaytarmışıq millətin xəbəri yoxdur? Razıyam fəaliyyəsiz oturmamışıq, amma fəaliyyətimizin bir konkret nəticəsi var?
Buş nitqində "erməni soyqırımı "ifadəsi işlətmədiyi nəyi sübut edir axı? Onların siyasəti əvvəldən ikibaşlı olub, istənilən halda Azərbaycan üçün "əl yeri" qoyurlar, hər halda onlar üçün kifayət qədər maraqlı geo-iqtisadi mövqedə yerləşirik.

Söhbət konkret informasiya müharibəsindən gedirsə biz bu sahədə ermənilərdən hələ çox geridə qalmışıq. Çünki əlimizdə olanlardan lazımi qaydada istifadə etməyi bacarmırıq, problemimiz bundadır cray.gif
  • 0

#38 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 28 April 2007 - 03:17 PM

Цитата(Lady Poison @ Apr 28 2007, 06:32 AM) View Post

Realium bilmədiyim bir şeyi fakt kimi göstərməklə aram yoxdur nea.gif ABŞ-ın Dövlət Departamentinin bu hərkəti böyük əks- səda doğurmurşdur və mətbuatı daima izlədiyiniz halda bunu necə nəzərdən qaçırdığınıza təəccüb edirəm.

Gələk mövzuya, deyirsiz uğurumuz var. Yaxşı bəs onda nəticəsi niyə görünmür? Deyirsiz ki, hökümət açıqlamır, yəni Qarabağı çoxdan qaytarmışıq millətin xəbəri yoxdur? Razıyam fəaliyyəsiz oturmamışıq, amma fəaliyyətimizin bir konkret nəticəsi var?
Buş nitqində "erməni soyqırımı "ifadəsi işlətmədiyi nəyi sübut edir axı? Onların siyasəti əvvəldən ikibaşlı olub, istənilən halda Azərbaycan üçün "əl yeri" qoyurlar, hər halda onlar üçün kifayət qədər maraqlı geo-iqtisadi mövqedə yerləşirik.

Söhbət konkret informasiya müharibəsindən gedirsə biz bu sahədə ermənilərdən hələ çox geridə qalmışıq. Çünki əlimizdə olanlardan lazımi qaydada istifadə etməyi bacarmırıq, problemimiz bundadır cray.gif


İnformasiya müharibəsiylə torpaq almırlar, bu yalnız təbliğat üçün nəzərdə tutulub! O ki qaldı geo-iqtisadi mövqeyə bəli, düz buyurursunuz ki Azərbaycan kifayət qədər mühim yerdə durur, elə bizim dövlətin də siyasəti həmişə "tərəzi", yəni balanslaşdırma siyasəti olub. Cənubi Qafqazda Azərbaycan yeganə dövlətdir ki nə tamamilə ABŞ-a, nə də ki Rusiyaya yaxın olsun. Təbliğat barəsində əgər mənə inanmırsınızsa Allah qoysa maksimum 2010-cu ildə siz mənim dediklərimin nə dərəcədə həqiqətə uyğun olduğunu görəcəksiniz. Soruşa bilərsiniz ki niyə məhz 2010? İnşallah bunun cavabını da o zaman biləcəksiniz! Aha, birdə ki yadımdan çıxmamış onu da qeyd edim ki deyirsiniz "uğurumuzun nəticəsi görünmür", xahiş edirəm mənə heç olmasa nümunə kimi elə bir uğur göstərin ki hansı ki onu informasiya müharibəsində əldə edirlər?!
  • 0

#39 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 April 2007 - 03:36 PM

Цитата(Realium @ Apr 28 2007, 07:17 PM) View Post

İnformasiya müharibəsiylə torpaq almırlar, bu yalnız təbliğat üçün nəzərdə tutulub!


Yazdıqlarımda buna işarə edəcək bir şeyi yazdığımı nə xatirlayır nə də ki, görmürəm smile.gif

Цитата(Realium @ Apr 28 2007, 07:17 PM) View Post

2010-cu ildə siz mənim dediklərimin nə dərəcədə həqiqətə uyğun olduğunu görəcəksiniz. Soruşa bilərsiniz ki niyə məhz 2010? İnşallah bunun cavabını da o zaman biləcəksiniz! Aha, birdə ki yadımdan çıxmamış onu da qeyd edim ki deyirsiniz "uğurumuzun nəticəsi görünmür", xahiş edirəm mənə heç olmasa nümunə kimi elə bir uğur göstərin ki hansı ki onu informasiya müharibəsində əldə edirlər?!


Sizcə Rf-də orta məktəblər üçün çap olunmuş Coğrafiya dərsliklərində Qarabağın Ermənistanın ərazisinə aid olduğu kimi göstərilməsi nəyin nəticəsi idi ? Yaxud da, İtaliyaya oxumağa gedən bir tələbədən haradan gəldiyini soruşanda cavabında "Aərbaycan" dedikdə "Hansı, o ermənistanın ərazilərini işğal edən dövlət" kimi verilən sual nəyin nəticəsidir? Belə faktları yüzlərlə göstərmək olar. Rus və yaxud da digər forumlara baxdiqda ermənilərin hətta avatarları da antiturkçülük fikirlərini özündə əks etdirir. Mən buna bizdə rast gəlmirəm, və əlbəttə ki, günah hamımızdadır.
  • 0

#40 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 28 April 2007 - 04:22 PM

Цитата(Lady Poison @ Apr 28 2007, 08:36 AM) View Post

Sizcə Rf-də orta məktəblər üçün çap olunmuş Coğrafiya dərsliklərində Qarabağın Ermənistanın ərazisinə aid olduğu kimi göstərilməsi nəyin nəticəsi idi ? Yaxud da, İtaliyaya oxumağa gedən bir tələbədən haradan gəldiyini soruşanda cavabında "Azərbaycan" dedikdə "Hansı, o ermənistanın ərazilərini işğal edən dövlət" kimi verilən sual nəyin nəticəsidir? Belə faktları yüzlərlə göstərmək olar. Rus və yaxud da digər forumlara baxdiqda ermənilərin hətta avatarları da antiturkçülük fikirlərini özündə əks etdirir. Mən buna bizdə rast gəlmirəm, və əlbəttə ki, günah hamımızdadır.


Lady, hər bir ölkənin ərazisində sözün əsl mənasında "küt" insanlar mövcuddur! Mən bu misalı o italiyadakı insana şamil edirəm. Əgər onun dünyadan xəbəri yoxdursa, Azərbaycan buna nə etsin? Əgər kimsə həqiqətən də tarixi bilmək, dərindən öyrənmək istəyirsə gedib hansısa bir erməni vazgenin yazdığı mənasız kitabı oxumur, arxivə əsaslanan tarixi kitablar oxuyur. Mənim icq-də çoxlu xarici ölkələrdən tanışlarım var, hərəsi də özünə görə müxtəlif kateqoriyalı insanlardır. İnandırım ki sizi mən onlara sual verəndə ki "Dağlıq Qarabağ münaqişəsi haqqında nə bilirsiniz?" mənə bu barədə həm ətraflı, həm də çox dəqiq məlumat verirlər. Belə anda isə buna sevindiyim qədər heç nəyə sevinmirəm. Tarixi öyrənmək istəyən insanlar 2 kateqoriyaya bölünürlər: Birinci kateqoriyaya o insanlar aiddir ki tarixi sırf özü görmək istədiyi kimi öyrənirlər. Bura əsasən yunanlar, fransızlar və ermənilər aiddirlər. Tarixi öyrənmək istəyən ikinci kateqoriyalı insanlar isə sırf tarixi olduğu kimi, belə desək bütün çılpaqlığıyla öyrənirlər, yəni özlərindən ora heç nə əlavə etmirlər. Buna isə özünə hörmət qoyan (yuxarıda sadaladıqlarım istisna olmaqla) bütün millətlərin nümayəndələri aiddirlər! Ona görə də narahat olmağa dəyməz!
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users