Jump to content


- - - - -

Çərşənbələr.


  • You cannot reply to this topic
15 replies to this topic

#1 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 February 2007 - 12:57 AM

Bu gun ilin 4 çərşənbəsindən birincisi- su çərşənbəsidir. Deyilənə görə su çərşənbəsində səhər tezdən durub, evin kunclərinə təmiz suyla dolu fincan qoyurlar ki, il aydinlıqla ötüşsün. (Bu gün çatdirib oxuyanlar üçün wink.gif )

Hamınızın bayramını təbrik edirəm.Gunləriniz aydın, ugurla dolu, ürəklərinizdəki niyyətlər saf,təmiz olsun giverose.gif
  • 0

#2 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 28 February 2007 - 01:48 AM

Happır Novruz clapping.gif

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
***
Axır çərşənbədətonqal yandırarlar.
***
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
***
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
***
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə çimərlər.
***
Axır çərşənbədə evdən pul verməzlər.
***
Axır çərşənbədə qonşuya ələk verməzlər.
***
Axır çərşənbə günü borc un verməzlər.
***
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
***
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
***
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
***
Axır çərşənbə günü evdən ağartı verməzlər.
***
Axır çərşənbə günü zahı üstünə getməzlər.
***
Axır çərşənbə günü evdən çörək verməzlər.
***
Axır çərşənbə gecəsi tez yatmazlar.
***
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
***
Axır çərşənbə günü ertədən lampa yandırarlar.


***
Novruza hazırlıq görərlər.
***
Novruzda həyət – bacanı təmizləyərlər.
***
Novruzda evləri şirələyər, paltar – palazı təmiz suya çəkərlər.
***
Novruza qədər ağacların dibini bellərlər.
***
Novruza qədər bağların xəzəlini yığıb yandırırlar.
***
Novruzaqədər ağacların quru budaqlarını kəsib atarlar.
***
Novruza qədər səməni göyərdərlər.
***
Novruzda səməni bişirərlər.
***
Novruzda niyyət eləyərlər.
***
Novruzda Novruz süfrəsi açarlar.
***
Novruzda tonqal yandırarlar..
***
Novruzda üzərrik yandırıb tüstüsünü mal – qaraya, oğul – uşağa, ev – eşiyə verərlər.
***
Novruzda təzə paltar geyərlər.
***
Novruzda qız – gəlini dəzə donla sevindirərlər.
***
Novruzda at çapmağa tədarük görərlər.
***
Novruzda şənlik edərlər.
***
Novruzda Novruz xonçası bəzəyərlər.
***
Novruzda yumurta boyayarlar.
***
Novruzda qız – gəlinin, uşaqların üstündən gözmenceğe düzəldərlər.
***
Novruzda qəmgin oturmazlar.
***
Novruzda Novruz süfrəsi hazırlayarlar.
***
Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.
***
Novruzda səməni göyürtmük düşməyən evə səməni apararlar.
***
Novruzda at çaparlar.
***
Novruzda damlarda çalğı düzəldərlər.
***
Novruzda qız seçməyə çıxarlar.
***
Novruzda qıza mətləb açarlar.
***
Novruzda təzə paltar geyinərlər.
***
Novruzda küsülü qalmazlar.
***
Novruzda qohum – qardaşa qonaq gedərlər
***
Novruzda nişanlı qıza Novruz payı apararlar
***
Novruzda söyüş söyməzlar.
***
Novruz axşamı qarğış etməzlər.
***
Novruz axşamını ata evində keçirərlər.
***
Novruz axşamı ata – ananın qəbrini ziyarət edirlər.
***
Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
***
Novruzda qiybət qırmazlar.
***
Novruzda qohum – qardaşa, tanış – bilişə mehribanlıq eləyərlər.
***
Novruz günü alver eləməzlər.
***
Novruz günü başqası barədə pis söz danışmazlar.
***
Novruzda şirni paylayarlar.
***
Novruzda atı, iti vurmazlar.
***
Novruz günü işləməzlər.
***
Novruz günü dua yazdırmazlar.
***
Novruz günü evə nərgiz gətirməzlər.
***
Novruz günü təzə yarpız yığarlar.
***
Novruz günü ilanı vurmazlar.
***
Novruz günü Novruz gülü dərərlər.
***
Novruz günü qızlar qırmızı geyinər.
***
Novruz günü evin sahibi evdə olar.
***
Novruz günü dalaşmazlar.
***
Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
***
Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
***
Novruz günü xəstə yatanlara pay göndərərlər.
***
Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.
***
Novruzqabağı qovurğa qovurarlar.
***
Novruzqabağı xonça tutarlar.
***
Novruzqabağı balıq bişirərlər.
***
Novruzqabağı tüfəngləri silib təmizləyərlər.
***
Novruzqabağı Novruz şənlikləri düzəldərlər.
***
Novruzda şənliklər keçirərlər.

Attached Files


  • 0

#3 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 28 February 2007 - 02:08 AM

Цитата
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.....


Qiz sebrin olsun da, axir 4er6enbeye hele 3 4er6enbe var.Bayram sevincidir wink.gif
  • 0

#4 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 28 February 2007 - 02:17 AM

Цитата(Lady Poison @ Feb 27 2007, 07:08 PM) View Post

Qiz sebrin olsun da, axir 4er6enbeye hele 3 4er6enbe var.Bayram sevincidir wink.gif



Dereeeeem: o qeder yazmışam ki, axırıncı cərşənbeye kimi oxuyub qurtarsınlar dabeeeee search.gif Her defe günü 10-15 cümle oxusalar , gelib o güne kimi çatarlar crazy.gif

  • 0

#5 Mysterious

Mysterious

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 246 posts
  • :

Posted 28 February 2007 - 03:53 AM

QUOTE(Lady Poison @ Feb 27 2007, 05:57 PM) View Post

Bu gun ilin 4 çərşənbəsindən birincisi- su çərşənbəsidir. Deyilənə görə su çərşənbəsində səhər tezdən durub, evin kunclərinə təmiz suyla dolu fincan qoyurlar ki, il aydinlıqla ötüşsün. (Bu gün çatdirib oxuyanlar üçün wink.gif )

Hamınızın bayramını təbrik edirəm.Gunləriniz aydın, ugurla dolu, ürəklərinizdəki niyyətlər saf,təmiz olsun giverose.gif


Chox sagol baci mende tebrike qoshulub haminizin Chershenbe bayrmaini tebrik edirem, haminza su kimi saf gunler arzu edirem...xeirli can sagligi ile, konul xoshlugu ile qarshilayaq bayramlarimizi inshAllah smile.gif

Su gelir lüle-lüle,
Tökülür bizim göle.
Elinde ipek desmal
Yar gelir güle-güle.

Yanan chıraq oleydim,
Yoldan iraq oleydim.
Yarım suya gedende
Serin bulaq oleydim.

Su geler arxa ne var,
Töküler çarxa ne var.
Men yarımı sevirem
Bilmirem xalxa ne var.
Deryadan keşdim geldim,
Saf sudan içdim geldim.
Mene gözaydın verin
Yarla qovuşdum geldim.

Su geler arxa axar,
Yar gümüş kemer taxar.
Çekmeliye can qurban,
Çıraqlıya kim baxar? smile.gif



  • 0

#6 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 01 March 2007 - 12:35 AM

NOVRUZ BAYRAMI
İştə novruz! Yetişdi fəsli-bahar.
Gəldi işrət zamanı, qardaşlar!
Nə gözəl bayram... Ah, nə xoş fürsət!
Sayılır əhli-zövqə bir nemət!..
Böylə şad gün düşərmi bir də ələ?
Keçirin beş gün ömrü ləzzət ilə.

Yalınız hanki evdə yas varsa,
Bir onun borcudur ki, tutsun əza.
Birinin ölsə qardaşı naçar,
Qara bayram tutar... Bir adət var.
Hər kimin yoxsa böylə bir üzri,
Eyşü nuş eyləsin o... yox zərəri.
Gərçi “əlmömünün üxüvvə” demiş
Əmri-peyğəmbəri hekayə imiş.
Cümlə qardaş, — deyir Rəsuli-xuda,
Hanki islamədir bu söz əcəba?

Bəlkə bir başqa xəlqədir bu xitab?
Nəyə lazım, canım, sıxıntı, əzab.
Bütün İranda, cümlə Balkanda,
Çırpınır qardaşın qızıl qanda!
İştə bir qətlgahə dönmüş yer!
Məhv olan yüz deyil ki! Yüz mindir.
Ana! Həmşirə! Ey nişanlı gəlin!
Siz də əsla sıxılmayın, sevinin.
Əzilib məhv olursa ailələr,
Sizə aid deyil bu qəmli xəbər.
Getsə iffət, kəsilsə əmcəklər,
Sevinin!.. İstəməz düşüncə, kədər.

Bütün aləm dağılsa, od tutsa,
Bizə lazımdır imdi zövqü səfa.
Bir müsəlman ki, onda qeyrət var.
Sevinir, kef edər, çalar, oynar.

Sevinin! Zurna, toy çalın, sevinin,
Nə gözəl bayram! Of, gülün, sevinin!
Dinə, namusa küsdünüzsə, gülün!
Sevinin, həp gülün!.. Nə nəşəli gün?! *~*~*~*~*~* (Hüseyn Cavid)

  • 0

#7 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 02 March 2007 - 08:48 AM

Ureyiviz doluymush ki smile.gif En sevdiyim bayramdir Novruz. Hayif ki artiq evvelki tem-teraqla qeyd edilmir.



Цитата(Mysterious @ Feb 27 2007, 08:53 PM) View Post

Yanan chıraq oleydim,
Yoldan iraq oleydim.
Yarım suya gedende
Serin bulaq oleydim.

Su geler arxa ne var,
Töküler çarxa ne var.
Men yarımı sevirem
Bilmirem xalxa ne var...


Myst, eceb qesheng sherdir, choxxx xoshuma geldi smile.gif

Цитата(Janulka @ Feb 27 2007, 06:48 PM) View Post

]Happır Novruz clapping.gif

Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.
***
Axır çərşənbədətonqal yandırarlar.
***


Janulka, oxuyana kimi deli oldum smile.gif amma maraqlidir, chox sag ol smile.gif
  • 0

#8 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 06 March 2007 - 03:22 PM

Od 4er6enbesi ax6amidir. Hamini tebrik edirem. Evleriniz hemi6e i6igli, qelbleriniz nurlu olsun. Amin.
Evlerinizde adam ba6ina bir 6am yandirmagi da unutmayin wink.gif

Heyif tonqal ustunden tullanmag arzum bu defe ureyimde qaldi sad.gif
  • 0

#9 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 06 March 2007 - 03:29 PM

Цитата(Lady Poison @ Mar 6 2007, 08:22 AM) View Post

Od 4er6enbesi ax6amidir. Hamini tebrik edirem. Evleriniz hemi6e i6igli, qelbleriniz nurlu olsun. Amin.
Evlerinizde adam ba6ina bir 6am yandirmagi da unutmayin wink.gif

Heyif tonqal ustunden tullanmag arzum bu defe ureyimde qaldi sad.gif


Lady, dogrudan od chershenbesidir??? Bes bugun deyirdiler ki yel chershenbesidir unknw.gif

Men de hamini tebrik edirem, bol ruzi, emin-amanliq arzu edirem.
  • 0

#10 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 06 March 2007 - 03:45 PM

Цитата
Lady, dogrudan od chershenbesidir??? Bes bugun deyirdiler ki yel chershenbesidir

sens menim oxuyub bildiyimden ikinci 4er6enbe mehz od 4er6enbesidir. duzu bu il bir az qari6iglig oldu axir 4er6enbenin bayramla ust-uste du6mesine gore, men de 4a6-ba6 qalmi6dim . Istenilen halda, bayram bayramdir smile.gif tebrikler giverose.gif

P.S. ele sevinirem ki yazin geldiyini fikirle6ende. ihimmm.... ele darixmi6dim iliq havalardan oteri....
  • 0

#11 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 06 March 2007 - 04:03 PM

Lady,
he duz deyirsen, bu il alemi bir-birine qatdilar unknw.gif Amma sen demishken bayram bayramdir yes.gif Evde her chershenbe mamaya bayram sufresi achdiriram, onlar da men gelene kimi oturub gozleyirler smile.gif Kechen chershenbe axsham 9-un yarisi chixmishdim ishden sad.gif gedib gordum hami sufrenin qiraginda hazir oturub yolumu gozleyirler smile.gif Bugun de hemchinin smile.gif Lady, tebrik edirem, hemishe shen, guleruz olasan airkiss.gif Haminin bayrami mubarek giverose.gif

P.S. Men de mart girenden sevinirem ki yaz gelir. hech sevmirem qishi, nedense bir az bedbin ehval-ruhiyyede oluram. Yaz ise hech ne olmasa bele insana xosh ehval-ruhiyye bexsh edir imhappy.gif
  • 0

#12 Mysterious

Mysterious

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 246 posts
  • :

Posted 07 March 2007 - 12:18 AM

Chox sag ol Lady...mende tebrikine qoshuluram:)...heyf sen demish tonqalimiz yoxdur, olsaydi Agirligim ugurlugum oda dushub yansin deyerdim smile.gif)))
  • 0

#13 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 08 March 2007 - 05:15 PM

Ladyşka, men de demek istedim dedim yegin men sehv salıram laugh.gif xixixixi......Her halda novruza az qalır haaaaaaaa.....

Hefte-hefte arxasınca, ötürdük her çerşenbeni.
Yetişir nehayet Novruz axşamı, Durun yandırın tonqalı.
Papaqları dolsunsunlar, qonşu, qohum, eqrabalar biggrin.gif
Küsülüler barışsınlar, sevgililer qovuşsunlar...
Her bir uşaq, böyük, kiçik, nene, neve, netice.
Bir-birini march edib HaPpıR NovRuZ söylesinler yu.gif

  • 0

#14 Poison

Poison

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 378 posts
  • Time Online: 24m 50s

Posted 13 March 2007 - 11:15 PM

Ilaxir 4er6enbeye bir hefte qaldi. Yel 4er6enbesi ax6ami idi bu gun. Yene de hesretle pencereden heyetdeki tonqala baxa-baxa qaldim cray.gif

Bir qar yagmami6dan bir de yaz gelmemi6den esen kulek yeri temizleyir deyirler.Ureyimizdeki pis xatireler, kin, eseb de temizlenib getsin. Axir 4e6enbede burda olmayacagima gore evelceden onu da tebrik edim dedim. Xo6 anlarla dolu bir il ya6amanizi arzu edirem.
Ugurlar. giverose.gif

Edited by Lady Poison, 13 March 2007 - 11:17 PM.

  • 0

#15 X-MASTER

X-MASTER

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 120 posts
  • :

Posted 14 March 2007 - 12:10 PM

Цитата(Lady Poison @ Mar 13 2007, 04:15 PM) View Post

Ilaxir 4er6enbeye bir hefte qaldi. Yel 4er6enbesi ax6ami idi bu gun. Yene de hesretle pencereden heyetdeki tonqala baxa-baxa qaldim cray.gif

Bir qar yagmami6dan bir de yaz gelmemi6den esen kulek yeri temizleyir deyirler.Ureyimizdeki pis xatireler, kin, eseb de temizlenib getsin. Axir 4e6enbede burda olmayacagima gore evelceden onu da tebrik edim dedim. Xo6 anlarla dolu bir il ya6amanizi arzu edirem.
Ugurlar. giverose.gif


Ele mende evde idim hirslendim getdim iceri shehere tonqala lezet elediye smile.gif

  • 0

#16 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 14 March 2007 - 10:00 PM

Bu da TONQAL biggrin.gif Dünen çikiliiiif poohlol.gif

Attached Files


Edited by Janulka, 14 March 2007 - 10:01 PM.

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users