Jump to content


- - - - -

ƏlacsızLıq


  • You cannot reply to this topic
13 replies to this topic

#1 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 21 July 2008 - 02:10 PM

Fikir verirəm - ölkəmizdə universitetlərə qəbul olmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Maraqlıdır bu nə məqsədlə edilir?! Uşaqlıq arzuları olub bu məqsədlə də çalışıb, MƏHZ, istədikləri fakültəyədə oxuyub, sevdikləri peşə sahibi olsunlar və bununla fəxr etsinlər. YOXSA: "Əşşşşşşiiiiiii, cəhənnəm, bir az bal toplayım, bir yerə qəbul olsam da olar, sonra deməsinlər ki, filənkəsin uşağı bıdeyhaaaaa bu qədər müəllim yanına getdi və bir yerə də qəbul ola bilmədi!!!!
Yaşadığım cəmiyyətdə vətəndaşların çoxu universitet oxuyur. Universiteti bitirən kimi işləmək üçün digər bir sahənin ipindən yapışır və bununla da "sürünür". Ümumiyyətlə bu nəyə lazımdır bilmək olar???
Oxumaq bir imic olub Azərbaycanda?!. DƏXLİ olmayan bir universitetdən digər birinə "perevod" edirlər. Məgər biz çəyirtkəyik?! Oxumaq istəyənləri sıxışdırırlar, oxumayanlar keyf edir. Təhsillə bağı xəbərlər verilişinə ümumiyyətlə baxmıram, çünki deyilənlərin çoxundan çoxu ağ yalandı. Reklamlar kimi elə tərifləyirlər ki, ağzının suyu açılır və dadmaq üçün alırsan sonra görürsən ki, bir şey deyilmiş :=)) Necə deyərlə: Adı var, özü yox! Sözüm ondadır ki, uniyə vaxt keçirmək üçün gedənlərin sayını azaltsaydırlar, oxumaq istənlər bir az nəfəs alardı!

Sualım ondadı ki, sizcə belə bir fikirlərin yaranmağına imkan yaradan kim(lər)di?!

  • 0

#2 tehmasib

tehmasib

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 305 posts
  • :

Posted 21 July 2008 - 05:10 PM

Gunahi ozumuzde axtarmaq lazimdi...

Men bunu hemishe demishem ki, Azerbaycanda uni-ye daxil olmaq ozunu gostermek uchundu... Valideynlerin de bashqalarinin yaninda bashlari ashagi olmasin, hevesle desinler ki, menim de ovladim telebedi...


  • 0

#3 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 21 July 2008 - 05:57 PM

Azərbaycanda universitetdə oxumaq gülməli olan milli mentalitetimizin ayrılmaz bir parçasına çevrilib. Ailələrdə baş verən standart söhbətlərə nəzər salmaq kifayət edər, məncə. "Sən universitetə girməsən əsgər aparacaqlar səni haa, sənə qız zad verən olmayacaq, slesar Əflatun kişinin balaca oğlu İsməddin bu il heç bilirsən nə qədər yığıb, sənin atan o boyda mühəndis ola-ola heç yana qəbul olmayacaqsan, sonra nəsildə bizə nə deyərlər?". Elə bu cür sitatlara baxmaq və imtahan günü məktəb qarşısında qohum-əqrəbə yığımına baxanda vəziyyəti aydın başa düşmək olar. Yazıq uşaqlar imtahan verilən məktəbə daxil olmaq üçün neçə nəsil qohum-əqrəbə baryerindən keçməlidirlər, elə bil ki, içəridə həyatı məsələ həll eləməyə girirlər. Çöldə isə bu zaman ərzində valideyinlərin söhbətinə baxmaq lazımdır: "Elə ağzımızdan-burnumuzdan kəsif bu uşağa vermişiy, 9-cu sinifdən hazırraşır, amma kopoolu heç oxumaq istəmir e, görək də nağayrajax".

Azərbaycanda ali məktəblər savadsızlıq içində boğulub gedir, bunun isə bircə çıxışı var, fikirlərdə inqilab etmək, bu isə hələ yaxın zamanlarda Azərbaycanda mümkün olan bir şey deyil.

  • 0

#4 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 21 July 2008 - 07:54 PM

Цитата(Realium @ Jul 21 2008, 09:57 PM) View Post

Azərbaycanda universitetdə oxumaq gülməli olan milli mentalitetimizin ayrılmaz bir parçasına çevrilib.


Raul, təhsil nə vaxtdan mentalitet olub?! :=)))))))))

Цитата(Realium @ Jul 21 2008, 09:57 PM) View Post

Ailələrdə baş verən standart söhbətlərə nəzər salmaq kifayət edər, məncə. "Sən universitetə girməsən əsgər aparacaqlar səni haa, sənə qız zad verən olmayacaq, slesar Əflatun kişinin balaca oğlu İsməddin bu il heç bilirsən nə qədər yığıb, sənin atan o boyda mühəndis ola-ola heç yana qəbul olmayacaqsan, sonra nəsildə bizə nə deyərlər?".


Göy rənglə rənglənmiş söz birləşməsi mənə daha maraqlı gəldi :=) Görəsən "slesar Əflatun" universitet bitirib slesar oldu??? Və əgər daxil olmadısa necə evləndi???

Цитата(Realium @ Jul 21 2008, 09:57 PM) View Post

Çöldə isə bu zaman ərzində valideyinlərin söhbətinə baxmaq lazımdır: "Elə ağzımızdan-burnumuzdan kəsif bu uşağa vermişiy, 9-cu sinifdən hazırraşır, amma kopoolu heç oxumaq istəmir e, görək də nağayrajax".


Ay sağoool!!! Deməli, kimdir günahkar???!!! Valideynlərin düşüncəsizlikləri!!! Nəticədə isə slesar Əflatunun valideyninə bir rəhmət düşür, çünki oğlunun "təhsil alıb" bir şey olmadığını görərək, onun peşəkar slesar olmağını düşünüblər və düzgün seçim ediblər...

  • 0

#5 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 21 July 2008 - 08:01 PM

Цитата(Janulka @ Jul 21 2008, 11:54 PM) View Post

Raul, təhsil nə vaxtdan mentalitet olub?! :=)))))))))
Göy rənglə rənglənmiş söz birləşməsi mənə daha maraqlı gəldi :=) Görəsən "slesar Əflatun" universitet bitirib slesar oldu??? Və əgər daxil olmadısa necə evləndi???
Ay sağoool!!! Deməli, kimdir günahkar???!!! Valideynlərin düşüncəsizlikləri!!! Nəticədə isə slesar Əflatunun valideyninə bir rəhmət düşür, çünki oğlunun "təhsil alıb" bir şey olmadığını görərək, onun peşəkar slesar olmağını düşünüblər və düzgün seçim ediblər...


1. Bizim mentalitetə çox şey daxildir, elə bunun özü də. Hər halda mənim səhvim orada mentalitet sözünü dırnaq içində yazmamağım olub. smile.gif

2. Slesar Əflatun Sovet dövründə peşə məktəbini bitirərək öz işini bilən, peşakar slesar olub, o peşə məktəbi ki, indi bizim cəmiyyətindən gözündə "detdom"dan fərqi yoxdur, orada təhsil alanı isə savadız biri kimi görürlər. Bax, fərq budur.

3. Aha, bu da mənim qabardığım problemdir. Çünki, təhsil sistemindən də sistemə çox fərq var.
  • 0

#6 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 21 July 2008 - 08:27 PM

Цитата(Realium @ Jul 22 2008, 12:01 AM) View Post

1. Bizim mentalitetə çox şey daxildir, elə bunun özü də. Hər halda mənim səhvim orada mentalitet sözünü dırnaq içində yazmamağım olub. smile.gif


Sadəcə mentalitet yox, onu mən - qeyri - iradi olaraq məqsədəuyğun hərəkət edən insan adlandırardım smile.gif


Цитата(Realium @ Jul 22 2008, 12:01 AM) View Post
2. Slesar Əflatun Sovet dövründə peşə məktəbini bitirərək öz işini bilən, peşakar slesar olub, o peşə məktəbi ki, indi bizim cəmiyyətindən gözündə "detdom"dan fərqi yoxdur, orada təhsil alanı isə savadız biri kimi görürlər. Bax, fərq budur.


Sən o "detdom"da oxumaq istərdin??? Orada oxuyanları necə yozursan??? smile.gif

Цитата(Realium @ Jul 22 2008, 12:01 AM) View Post
3. Aha, bu da mənim qabardığım problemdir. Çünki, təhsil sistemindən də sistemə çox fərq var.


Üzr istəyirəm, amma tam olaraq anlamadım.

  • 0

#7 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 21 July 2008 - 08:43 PM

Цитата(Janulka @ Jul 22 2008, 12:27 AM) View Post

Sadəcə mentalitet yox, onu mən - qeyri - iradi olaraq məqsədəuyğun hərəkət edən insan adlandırardım smile.gif
Sən o "detdom"da oxumaq istərdin??? Orada oxuyanları necə yozursan??? smile.gif
Üzr istəyirəm, amma tam olaraq anlamadım.


Yox, qeyri-iradi insan heç nə edə bilməz, onun təfəkkürü var, hər bir hərəkətin də gərək sonluğunu əvvəlcədən ölçüb-biçəsən. Valideyin görürsə ki, onun övladının elmə marağı yoxdur, nə üçün ona yalandan bu qədər xərc çəkərək repetitor yanına göndərməlidir? Olmazmı ki, hansısa bir usta yanında sənət öyrənsin. (buraya yalnız slesarlıq deyil, uşağın qabiliyyəti çatan hər bir sənət ola bilər, daşyonandan zərgərliyə qədər)

Mən görsəydim ki, mənim başıma həqiqətən də savad girmir, oxuduqlarımın hamısı havaya uçur, mən heç o pulları yalandan xərcləməyə belə əlim gəlməzdi. Belə isə peşə məktəbləri və texnikomlar heç də pis bir yer sayılmamalıdır, orada oxuyanlara isə çox normal baxıram.

Yəni ki, o zamanlar məktəbdə qiymətləri zəif olan şagirdləri avtomatik olaraq peşə məktəblərinə göndərirdilər ki, sənət öyrənsin, bu məsələ ilə də birbaşa SSRİ zamanı mövcud olan Təhsil Nazirliyi məşğul olurdu, daha indiki kimi uşağı zorla 11-ci sinifə qaldırıb, ona attestat "almırdılar".

  • 0

#8 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 21 July 2008 - 09:14 PM

Цитата(Realium @ Jul 22 2008, 12:43 AM) View Post

Yox, qeyri-iradi insan heç nə edə bilməz, onun təfəkkürü var, hər bir hərəkətin də gərək sonluğunu əvvəlcədən ölçüb-biçəsən. Valideyin görürsə ki, onun övladının elmə marağı yoxdur, nə üçün ona yalandan bu qədər xərc çəkərək repetitor yanına göndərməlidir? Olmazmı ki, hansısa bir usta yanında sənət öyrənsin. (buraya yalnız slesarlıq deyil, uşağın qabiliyyəti çatan hər bir sənət ola bilər, daşyonandan zərgərliyə qədər)


Цитата(Realium @ Jul 22 2008, 12:43 AM) View Post
Mən görsəydim ki, mənim başıma həqiqətən də savad girmir, oxuduqlarımın hamısı havaya uçur, mən heç o pulları yalandan xərcləməyə belə əlim gəlməzdi. Belə isə peşə məktəbləri və texnikomlar heç də pis bir yer sayılmamalıdır, orada oxuyanlara isə çox normal baxıram.


Şəxsən indi texnikomda çətin "bilikli" tələbələr oxusun. Daha doğru olaraq deyərdim ki, universitetlərdə yerləri əvvəlcədən doldurulmuş "savadlı tələbələrin" ucbatından normal bilikli abuturiyent istədiyi fakültəyə daxil ola bilmir (əgər xəyalı ilə yaşayan fakültə varsa) və bunun ucbatından da əlacı ancaq texnikomda oxumaq qalır. Həvəs itir və o da olur avaraların bir tayı. Beynində fikir qalır: "Təhsil mənə hörmət etmirsə mən niyə ona hörmət etməliyəm, əl əli yuyar, əl də üzü məsələsi :=) "

Цитата(Realium @ Jul 22 2008, 12:43 AM) View Post
Yəni ki, o zamanlar məktəbdə qiymətləri zəif olan şagirdləri avtomatik olaraq peşə məktəblərinə göndərirdilər ki, sənət öyrənsin, bu məsələ ilə də birbaşa SSRİ zamanı mövcud olan Təhsil Nazirliyi məşğul olurdu, daha indiki kimi uşağı zorla 11-ci sinifə qaldırıb, ona attestat "almırdılar".araq peşə məktəblərinə göndərirdilər ki, sənət öyrənsin, bu məsələ ilə də birbaşa SSRİ zamanı mövcud olan Təhsil Nazirliyi məşğul olurdu, daha indiki kimi uşağı zorla 11-ci sinifə qaldırıb, ona attestat "almırdılar".[/b]


Gözəl sistem İDİ!!!
  • 0

#9 NuRR

NuRR

    Посетитель

  • Пользователи
  • PipPip
  • 90 posts
  • :

Posted 24 July 2008 - 07:20 PM

Цитата(Janulka @ Jul 21 2008, 05:10 PM) View Post

Fikir verirəm - ölkəmizdə universitetlərə qəbul olmaq istəyənlərin sayı həddindən artıq çoxdur. Maraqlıdır bu nə məqsədlə edilir?! Uşaqlıq arzuları olub bu məqsədlə də çalışıb, MƏHZ, istədikləri fakültəyədə oxuyub, sevdikləri peşə sahibi olsunlar və bununla fəxr etsinlər. YOXSA: "Əşşşşşşiiiiiii, cəhənnəm, bir az bal toplayım, bir yerə qəbul olsam da olar, sonra deməsinlər ki, filənkəsin uşağı bıdeyhaaaaa bu qədər müəllim yanına getdi və bir yerə də qəbul ola bilmədi!!!!
Yaşadığım cəmiyyətdə vətəndaşların çoxu universitet oxuyur. Universiteti bitirən kimi işləmək üçün digər bir sahənin ipindən yapışır və bununla da "sürünür". Ümumiyyətlə bu nəyə lazımdır bilmək olar???
Oxumaq bir imic olub Azərbaycanda?!. DƏXLİ olmayan bir universitetdən digər birinə "perevod" edirlər. Məgər biz çəyirtkəyik?! Oxumaq istəyənləri sıxışdırırlar, oxumayanlar keyf edir. Təhsillə bağı xəbərlər verilişinə ümumiyyətlə baxmıram, çünki deyilənlərin çoxundan çoxu ağ yalandı. Reklamlar kimi elə tərifləyirlər ki, ağzının suyu açılır və dadmaq üçün alırsan sonra görürsən ki, bir şey deyilmiş :=)) Necə deyərlə: Adı var, özü yox! Sözüm ondadır ki, uniyə vaxt keçirmək üçün gedənlərin sayını azaltsaydırlar, oxumaq istənlər bir az nəfəs alardı!

Sualım ondadı ki, sizcə belə bir fikirlərin yaranmağına imkan yaradan kim(lər)di?!


Bilirsiz nece bele fikirlerin yaranmasina sebeb coxdu.IS ORASINDADI KI,QONUM-QONSUDA HEMISE FIKIR VERMISEM KI,USAQLARIN EKSERIYYETINI DINDIRIRSEN DEYIR KI,"GUYA OXUYANLAR OZ ISLERI UZRE CALISIR?BU DEE YANIMIZDAKI BAZARDA KARTOF SATIR!DIPLOMU DA EVDE QALIB TOZLANIR!ODUR KI,USAQLARDA TEHSILE MARAQ ITIR...MARAQ BASQA SEYLERE ARTIR..INDI HEC USAQ DA YOXDU ...YENI MEQSED PROSTA EVDE DIPLOM OLSUN KI,SABAH O DA DESIN KI MEN ALI TEHSILLI ADAMAM!Bunlara sebeb ise her halda cemiyyetimiz ele ozumuzuk ki,yene de ozumuz!!!
  • 0

#10 timeless

timeless

    Новичок

  • Пользователи
  • Pip
  • 39 posts
  • :

Posted 26 July 2008 - 07:00 PM

Universitetin ne dexli var. Men hekim olmaq isteyirdim, sonra bir qizdan o qeder zehlem getdi ki, bu menim hekimlik isteyime de nifret etmeyime sebeb oldu ve deyishmek istedim, deyishdim, bildiyim fenlere uygun ya 1, ya 2 sececekdim ki teki qebul olum, cunki onda menim hec ne vecime deyildi, sonra da 1 secdim. Mirta, teki qebul olum. Yuksek balla da qebul oldum. Evvle cox sevindim ki, proqramciliq oyrenecem. Hem de BDUda. Sonra da deymezdi - dedim. Ve o vaxt aglim olsa idi, bir dil oyrenib xaricde oxuyardim, amma cox teessuf ki aglim olmalidi.

Odur ki esas agilli olmaqdir. Yoxsa universitetin hec bir dexli yoxdu. Bizde sistem it gunudedi, oxumaga universitetin onun bele materillari yoxdu, muellimlerin ekseriyyeti cox savadsizdir. Biraz bilen telebelerden qorxurlar.

Agilsizliq faciesidi. Bizim tek menfi cehetimiz agilsizliqdir, fikrimce. O da ki, heyatimizi alt-ust edir. Nece ki indi eledi.

Heyf... Cox heyf...
  • 0

#11 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 08 November 2008 - 09:26 PM

Цитата(timeless @ Jul 26 2008, 10:00 PM) View Post

Universitetin ne dexli var. Men hekim olmaq isteyirdim, sonra bir qizdan o qeder zehlem getdi ki, bu menim hekimlik isteyime de nifret etmeyime sebeb oldu ve deyishmek istedim, deyishdim, bildiyim fenlere uygun ya 1, ya 2 sececekdim ki teki qebul olum, cunki onda menim hec ne vecime deyildi, sonra da 1 secdim. Mirta, teki qebul olum. Yuksek balla da qebul oldum. Evvle cox sevindim ki, proqramciliq oyrenecem. Hem de BDUda. Sonra da deymezdi - dedim. Ve o vaxt aglim olsa idi, bir dil oyrenib xaricde oxuyardim, amma cox teessuf ki aglim olmalidi.

Odur ki esas agilli olmaqdir. Yoxsa universitetin hec bir dexli yoxdu. Bizde sistem it gunudedi, oxumaga universitetin onun bele materillari yoxdu, muellimlerin ekseriyyeti cox savadsizdir. Biraz bilen telebelerden qorxurlar.

Agilsizliq faciesidi. Bizim tek menfi cehetimiz agilsizliqdir, fikrimce. O da ki, heyatimizi alt-ust edir. Nece ki indi eledi.

Heyf... Cox heyf...



Siz həkimliyi də oxuyub heç fəxr belə etməyəcəkdiniz smile.gif Çünki yazılarınızdan mən belə anladım ki, keçmiş zamanlarda siz fikirlərinizdə tam məsuliyyətli deyilsiniz, daim seçim içərisində qalan, çətinliklərdən qaçan birisi idiniz. indi də heyflənirsiniz. Deməli, əvvəlki xasiyyətiniz qismə olsa da dəyişib. Zənnimcə, bu normaldı, ona görə ki, artıq yaşınız üstünə yaş gəlib. Sonra da deməyin ki, Atalar düz deyir - Ağıl yaşda deyil başdadı. Əslində elə ağıl yetkinlikdən sonra formalaşır ;=) Gördüyümüz kimi xoşqədəmli userimiz həyatının bəzi məqamlarından təəssüflənir.

Elə çoxlarımız təhsildən şikayətlənirik. Yetirən baş götürüb qaçır xaricə oxumağa (onu bilmək olmaz, təhsil alır, ya almır). Görür güzəranı yaxşıdır elə orada da qalır. Tai nolduuu, bütün özünü "ağıllı" sayanlar vətəndən getsinlər ki, hər şey burda it günündədir?!?!?! Sonra da qınamayın ki, ağılsızlıq baş alıb gedir! Universitetlərdə dərs keçirilmirsə internetə, kitablara nə gəlib?! Gündə açaq 2-3 səhifə oxuyaq! Gərək kimsə desin: OXU, BALAAAA?!?!?! Elə misal gətirim xaricdən. Bəzi avropa ölkələrində və Amerikanın bir çox ştatlarında şəbəkə vasitəsilə məktəblər, kolleclər var. Yəni tələbə, şagird evindən çıxmayaraq komp vasitəsilə dərslərinə hazırlaşır və elə komp vasitəsi ilə də imtahanları verir. Bəs onlar nə etsinlər?! İldə 1 - 2 dəfə oxuduqları məkanda olalar, ya olmayalar. İradəni özümüzdə toplamalıyıq, əzizlərim!

  • 0

#12 Realium

Realium

    Immortal Fire

  • Активисты
  • PipPipPipPipPipPipPip
  • 4,195 posts
  • Time Online: 16d 16h 28m 53s

Posted 11 November 2008 - 12:12 AM

Цитата(Janulka @ Nov 9 2008, 12:26 AM) View Post

Elə çoxlarımız təhsildən şikayətlənirik. Yetirən baş götürüb qaçır xaricə oxumağa (onu bilmək olmaz, təhsil alır, ya almır). Görür güzəranı yaxşıdır elə orada da qalır. Tai nolduuu, bütün özünü "ağıllı" sayanlar vətəndən getsinlər ki, hər şey burda it günündədir?!?!?! Sonra da qınamayın ki, ağılsızlıq baş alıb gedir! Universitetlərdə dərs keçirilmirsə internetə, kitablara nə gəlib?! Gündə açaq 2-3 səhifə oxuyaq! Gərək kimsə desin: OXU, BALAAAA?!?!?! Elə misal gətirim xaricdən. Bəzi avropa ölkələrində və Amerikanın bir çox ştatlarında şəbəkə vasitəsilə məktəblər, kolleclər var. Yəni tələbə, şagird evindən çıxmayaraq komp vasitəsilə dərslərinə hazırlaşır və elə komp vasitəsi ilə də imtahanları verir. Bəs onlar nə etsinlər?! İldə 1 - 2 dəfə oxuduqları məkanda olalar, ya olmayalar. İradəni özümüzdə toplamalıyıq, əzizlərim!


Biri mən. Hal-hazırda hər bir fürsətdən istifadə etməyə çalışıram ki, xaricdə oxumağa yollanım. Orada ən azından tələbəyə hörmət var, buradakı kimi parkda, çəmənliyin üstündə oturub da kitab oxuyan tələbəyə PPX gəlib də "itsən, burada niyə oturmusan?" deyə reksiya vermir.
  • 0

#13 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 12 March 2009 - 06:18 AM

Цитата(Realium @ Nov 11 2008, 03:12 AM) View Post

Biri mən. Hal-hazırda hər bir fürsətdən istifadə etməyə çalışıram ki, xaricdə oxumağa yollanım. Orada ən azından tələbəyə hörmət var, buradakı kimi parkda, çəmənliyin üstündə oturub da kitab oxuyan tələbəyə PPX gəlib də "itsən, burada niyə oturmusan?" deyə reksiya vermir.

PPX əməkdaşlarının böyük əksəriyyəti təhsilsiz gənclər olduğundan təhsillə məşğul olan gənclərimizin çəmənlikdə nə dərəcədə əhəmiyyətli "risovkalıq" nümayişi ilə dərs oxumaqlarına anlam verə bilmirlər hər halda..

  • 0

#14 neska

neska

    Новичок

  • Новенькие
  • Pip
  • 8 posts
  • :

Posted 11 August 2010 - 08:06 AM

Az Sovet sistemini tərifləyin)))))
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users