Bir sual daha. Bildiyime gore isleyirsen, hem de internetde bolluca vaxt kecirirsen, coxlu mutalie edirsen, basqa forumlarda da yazirsan, eylenceye de vaxt ayirib dostlarinla da gorusursen. Indiye kimi yazilarindan bele qenaete gelmisem. Burda coooooox boyuk bir sual yaranir, SEN BU QEDER VAXTI HARDAN TAPIRSAN? Vaxt meselesi menim en yarali yerimdi, vaxtini nece bolursen ki, butun bunlari ede bilirsen? Xususi formulu varsa gizletme de nolar ki
Basqa sual, nece dil bilirsen (tevazokarliq eleme day)?
Doğurdan haa, mən bu qədər vaxtı hardan tapıram?
Şəxsi təcrübəmdən deyə bilərəm ki, bir çox iş yerlərində boş vaxt tapmaq adi məsələdi. Sadəcə olaraq, insanlar boş vaxtlarını bir-birinə kağız tullamaq, yaxud söhbət etməklə keçirir deyə, hiss etmirlər bunu.
Hal-hazırda işdən ayrıyam deyə, boş vaxtım kifayət qədərdi. Ancaq işdə daha çox yararlanırdım boş vaxtdan. İnsanın nə qədər çox boş vaxtı olursa, bir o qədər səhlənkar olur. Fikirləşirsən ki, qoy bu işi eliyim, o birini sabah edərəm, onsuz da evdəyəm, bir saat çox yatım filan beşməkan... Bir də görürsən ki, vaxt yox imiş.
Ona görə hətta insanın 24 saat boş vaxtı da olsa, gərək heç olmamış kimi hər saniyəni qənimət bilə. Çox qəribə psixologiyamız var, hər günü heç ölməyəcəyikmiş kimi yaşayırıq. Amma hər növbəti saniyənin həyatımızda son saniyə olacağını düşünmürük. Bu düşüncəni özümüzdə aşılaya bilsək, daha gözəl, daha maraqlı, daha səmərəli dəqiqələr yaşaya bilərik.
Bir düşünək, hər sübh namazına saat 5-də qalxıb, saat 8-də evdən çıxırıq işə gedirik. Arada 3 saat zaman kəsiyi yaranır. Çox insan bu zaman kəsiyini dəyərləndirmir və təzədən yatırlar. Halbuki, bəzən 10 dəqiqə artıq zaman üçün Allaha dayanmadan dua edirik. Həyatımızda bir-birinə tərs gələn anlar çox olur. Bu da həyatı dərk etmək istəməməkdən, məsuliyyətsizlikdən irəli gələn anlardı.
Dillərə gəldikdə isə... rus, ingilis, az-maz alman dili. Bax indi vaxt tapa bilmirəm ki, alman dilini təkmilləşdirim. Halbuki. kifayət qədər vaxtım var.