Jump to content


- - - - -

Sevdiyiniz şer


  • You cannot reply to this topic
185 replies to this topic

#181 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 10 June 2010 - 07:42 AM

Mikayıl Müşfiq - Yenə o bağ olaydı

Yenə o bağ olaydı, yenə yığışaraq siz
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim,
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax sevgilim, tellərindən incəmi ?
Söylə ürəyincəmi ?

Yenə o bağ olaydı, yenə sizə gələydik,
Danışaydıq, güləydik.
Ürkək baxışlarınla, ruhumu dindirəydin,
Məni sevindirəydin.
Gizli söhbət açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çəkinərək çox zaman söhbəti dəyişəydin,
Mənimlə əyişəydin.
Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,
Sən ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qəlbə ki, boşdur!
Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,
İnsanlar daha mə’sud.
Duyğular daha incə, fikirlər daha dərin,
Ürəklər daha sərin.
İnsanların vüqarı, tələbi daha yüksək,
Yolumuzdan daş, kəsək,
Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,
Sular ötəydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə, qucaqlarkən dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Məni hirsim boğaydı.
Cumub alaydım səni dalğaların əlindəni,
Yapışaydım belindən.
Xəyalımız üzəydi, sevda dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni, zərrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,
Gəlin baxın Xəzərə.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyrə dalım bir ara...
Gecələr sayrışarkən, ulduzlar lalə kimi,
İşıqlar jalə kimi.
Çilənib dağılarkən ətrafa damla-damla,
Ən yaxın bir adamla.
Nə gözəldir dinləmək suların nəğməsini,
Təbiətin səsini!
Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,
Bu sərin sahilləri!

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şe’rə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bə’zən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,
O söyüd kölgəsində.
İnci qumlar üstündə yenə verib baş-başa,
Yayı vuraydıq başa.
Günlərimiz keçəydi qızğın fərəhlər kimi,
Dolu qədəhlər kimi.
Yarpaqlar arasından uzadaraq əlini,
Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!
Sən gözəlsən, ay gözəl?
Əllərində əllərim, gözlərində gözlərim...
Asılaydı sözlərim.
Könlünün qulağından bir qızıl tana kimi,
Günəş doğana kimi.
Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,
Can-ciyər olacaqlar.
Bir az da uzaqlara açacaqlar yelkəni,
Ruh yeni, höyat yeni...
Çıxacaqlar göyləri aşaraq dönə-dönə,
Buludların fövqünə.
Uçacaqlar sabaha, uçacaqlar yarına,
Efir boşluqlarına.
Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,
Bu insan oğlu bilsən.
Azadlıq ölkəsində daha şad olacaqdır,
Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,
O bağa köçəydiniz.
Biz də muradımızca fələkdən kam alaydıq,
Sizə qonşu olaydıq.
Yenə o bağ olaydı, səni tez-tez görəydim.
Qələmə söz verəydim.
Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,
Yazaydım səhər-axşam.
Arzuya bax, sevgilim, tellərindən incəmi?
Söylə, ürəyincəmi?

  • 0

#182 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 10 June 2010 - 01:52 PM

Цитата
Söylə, ürəyincəmi?

smile.gif) əlbəttə..

Mirzə Şəfi Vazeh..

Bizə həmsöhbət olan özkə kitab almaz ələ,
Sən də zahidliyin ol dəftərini tulla selə
.

Mən yarın xəstəsiyəm, eşqdən özgə demə söz,
Məni dildarımın eşqi beləcə saldı çölə.

O zamandan ki, mənim qəlbimə yol tapdı o yar,
Unuda bilməyirəm mən onu bir an da belə.

Bu fələk kim, sənə ulduzla bəzənmiş görünür,
Bəlkə aşiqdir o da sirrini faş etməz hələ?

İndi gül fəslidi, çöllərdə tamaşa dəmidir,
Çıx çəmən seyrinə, mey məclisi qur, şadlıq elə.


Yardan versə xəbər Vazehə o badi-səhər,
Qəbrdə olsa əgər bil ki, gələr bir də dilə.


  • 0

#183 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 16 June 2010 - 10:18 AM

Təbaət - Mirzə Ələkbər Sabir..

– Sərmayeyi-irfanı nasıl kəsb edər insan?
– Təhsili-ülum ilə olur rütbeyi-irfan!

– Elm isə olur hankı məkandan bizə vasil?
– Məktəbdə kitab ilə olur səylə hasil!

– Ənvai-kütüb buldu nə mərkəzdə təzayid?
– Ol mətbəədən aləmə bəхş etdi fəvayid!

– Kəşf oldu kimin sayeyi-səyində bu sənət?
– Göstərdi Hutenberq bu sənətdə məharət!

– Kafi olub icrası üçün sərvəti-bari?
– Məfluk olub icrayə varınca bu şiari!

– Yetdi necə bəs mövqei-ikmalə bu sənət?
– Etdi iki sərvətli zəvat ilə şərakət!

– Şirkətlə məgər boyləcə müşkül olur asan?
– Şirkətdədir icrayi-əməl, nəf’i-firavan!

– Etsək nə olur biz də belə şirkətə iqdam?
– Sus, söylə bizə təfriqəyi, ta edək əncam!
  • 0

#184 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 21 June 2010 - 10:36 AM

Tək - Qasım Bəy Zakir..

Dəmadəm bəhs edir bülbül mənimlə xürdədanlar tək,
Deyir: çoxdur bu gülşəndə sizin qönçədəhanlar tək.

Əsib badi-müxalif, sındırıb nəxli-təmənnamı,
Dolannam zarü sərgərdan cəfakəş bağbanlar tək.


Görünməz bir əsər dövri-rüxündə tari-zülfündən,
Yatıb gündüz kəmingəhdə, gecə karvan vuranlar tək.

Mana bu zəfü bihallıq, saqınma, parlikdəndir,
Gözün fikri məni yornuq salıb ahu qovanlar tək.

Eşitmiş xəstəhaləm, göndərib şux ğəmzə peykanın,
Tutar gəh-gəh rəgi-canı təbibi-mehribanlar tək.

Dili-divanə müddətdi gedib, başımdan olmuşdu,
Genə zalim bu gün çıxDı bəlayi-nagəhanlar tək.

Şikəstə Zakirəm, ey məh, rüxü zülfün xəyalilə
Dəmadəm piç-piç ollam, oda düşmüş ilanlar tək.
  • 0

#185 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 22 June 2010 - 08:45 AM

Nəcəfqulu Şeyda..

bəşər müamiləsində оlursa əhli vəfa,
yaşayışında bular о həmişə zövqü səfa.


vəli həris nəfs dəğa bulmayır dəmi rahət,
həmişə büxlü həsəddən çəkir о cövrü cəfa.

еdərsə diqqət о əfal malına, əlbət,
nə nəfsinə dilər, ani görər də xеyrə rəva.

və lеyk nəfsidir əmmarə aldatır anı,
dilər vücuduna rahət оlursa qеyrə əza.

xəyalı nəxvətilə sеyr еdər fəzalarda,
düşünmür halına, fikri оlur həmişə həva.


vurur, yıxır, dağıdır aləmi, еdir əxrab,
nеçün ki, nəfs havası istəyir еdə qоvğa.

bu cəhl ilə aram dərdinə əlac оluna,
düşünməyir ki, оlur еlm dərdi cəhlə dəva.

о kəs ki еlmü hünər xəlqinin еdibdi bеduş,
rəva dеgil оla cəhhaldan kənar yеrdə xəza.

vəli vəzifəsi alimlərin budur yəqin, Şеyda,
cahhalə еyləyə təlim еlm xоş xisalü əda.
  • 0

#186 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 24 June 2010 - 09:42 AM

Fərz - Əbülqasım Nəbati..

Səcdeyi-həqq oldu çün zümreyi-insanə fərz,
Səcdeyi-insan olub cümleyi-imkanə fərz.


Münşiyi-əmri-qəza hər kimə yazmış bir iş,
Oldu məni-acizə xidməti-cananə fərz.

Yoxdu dəva aşiqə düxtəri-rəzdən suvay,
Olmuş əzəldən mənə sağərü peymanə fərz.

Sanma ola hər dili qabili-ləlü gühər,
Gövhəri-şəhbar olub əfsəri-sultanə fərz.

Hər kimə düşməz edə mədhi-şəhi-lafəta,
Vəsfi-gülüstan olub bülbüli-xoşxanə fərz.

Vamiqi-şeyda gərək ta bilə Əzra nədir,
Tövfi-büt etmək olub rahibü rəhbanə fərz.


Olsa Nəbati əgər həmdəmi-ənfasi-sübh,
Vəsfi olur bigüman mürği-Süleymanə fərz.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users