Jump to content


- - - - -

Sevdiyiniz şer


  • You cannot reply to this topic
185 replies to this topic

#141 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 05 September 2009 - 01:38 AM

Nüsrət Kəsəmənli - İkimizin yerinə


Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...

Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...

  • 0

#142 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 06 September 2009 - 08:58 AM

Bir çok seneler geçti - Yahya Kemal Beyatlı

Artık demir alma günü gelmişse zamandan,
Meçhule giden bir gemi kalkar bu limandan.

Hiç yolcusu yokmuş gibi sessizce alır yol;
Sallanmaz o kalkışta ne mendil ne de bir kol.

Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar gözleri nemli.

Biçare gönüller! Ne giden son gemidir bu!
Hicranlı hayâtın ne de son matemidir bu!

Dünyada sevilmiş ve seven nâfile bekler;
Bilmez ki giden sevgililer dönmiyecekler.

Bir çok gidenin her biri memnun ki yerinden,
Bir çok seneler geçti; dönen yok seferinden.
  • 0

#143 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 06 September 2009 - 01:27 PM

Bağışlaram Səni

Sən hara getsən qəlbim dözən qədər dözərəm mən..
Sən "gözlə" desən, səni ömrüm boyu gözlərəm mən..
Sən olmasan, sənli xatirələr hər zaman qalır,
Sən olmasan, sevgimiz alışan gecələr qalır...
Bu dünya sevdirir ayrılıq salır..

Nə söyləsəm saxlamaz göz yaşlarım səni..
Bu həsrətdən ayırmaz, baxışlarım səni..
Haçan dönsən, onu bil, bağışlaram səni...

Sən hara getsən bir gün görüşməyə güman qalır,
Bu zalım fələk nədən yolumuzu ayrı salır?

Sən olmasan, sənli xatirələr hər zaman qalır,
Sən olmasan, sevgimiz alışan gecələr qalır...
Bu dünya sevdirir ayrılıq salır.



P.S. Bu mahnının söylərini Nəsibə Abdullayevanın oxuduğu ifada dinləmişdim. Bəyəndim flirt.gif

Edited by Janulka, 06 September 2009 - 01:29 PM.

  • 0

#144 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 06 September 2009 - 01:44 PM

Fərhad İbrahimi - Ayrılıq

Fikrindən gecələr yata bilmirəm
Bu fikri başımdan ata bilmirəm
Neyləyim ki, sənə çata bilmirəm
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Uzundur hicrinden, qara gecələr
Bilmirəm, mən gedim, hara gecələr
Vurubdur qəlbimə yara gecələr
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Yadıma düşəndə ala gözlərin
Göydə ulduzlardan, allam xəbərin
Neyləyim kəsibdir məndən nəzərin
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hərbir dərddən olar yaman ayrılıq

Ayrılıq dərdini çəkməyən bilməz
Yardan ayrı düşən göz yaşın silməz
Deyərlər: İntizar xəstəsi ölməz
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Necə ki, əlimdən, ayrı düşəndən
Sorar birbirini, görüb biləndən
Həsretle sızlayar daim bu qəmdən
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

İllərdir uzağam, arxam elimdən
Bülbüləm, düşmüşəm, ayrı gülümdən
Zor ilə ayırıb şirin dilimdən
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Olubdur biganə, yarım-yoldaşım
Qəribə sayılır sevgim, sırdaşım
Bu cavan çağımda ağardıb başım
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Məni ağladandan gülüş istərəm
Uzaq düşənimlə görüş istərəm
Hasarı yıxmağa yürüş istərəm
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq

Sevgilik olubdur şəni Fərhadın
Sevgisi hardadır, hanı Fərhadın
Deyərək, çıxacaq canı Fərhadın
Ayrılıq, ayrılıq, aman ayrılıq
Hər bir dərddən olar yaman ayrılıq.

  • 0

#145 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 07 September 2009 - 04:51 AM

Etmədədir - Nizami Gəncəvi..

Yenə tövbə evimi eşq xərab etmədədir,
Aşıq iftarını sevda meyi-nab etmədədir.

Könlümə bir mələyin sevgisi od saldı, adı,
Günü də Zöhrəni də göydə sərab etmədədir.

Onun eşq atəşi hər qəlbə girər, amma nədən.
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir?


Gözlərin baxdı mənə, söylədi: səbr et, səninəm.
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir.

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Əmr röyadə şikar olmağa tab etmədədir.


Məsləhətdir, məni qovmaqdan isə versin əzab,
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

Gər Nizamini xəta isə həlak etdirmək,
Aşiqəm, yar məni öldürsə səvab etmədədir.


Nizaminin bu şerinin hər misrası ayrı bir şer gücündədir..

  • 0

#146 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 13 September 2009 - 10:24 PM

Ilqar Muradov - Bu Dünyanı Nağıl Bilək ( Sözləri )

I BƏND


Dindi yenə xatirələr,
Döndüm yenə o günlərə.
İstədim ki, əvvəlki tək
Tutum sənin əllərindən.
Gözümüzdə, könlümüzdə,
Neçə arzu, neçə istək.
Xumarlanaq xoşbəxtlikdən.
Bu dünyanı nağıl bilək!
Bu dünyanı nağıl bilək!

NƏQARƏT

Sən, mən, bir də xatirələr
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən.
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyirsən.

II BƏND

İstədim ki, əvvəlki tək
Yenə mənə rast gələsən.
Güya elə sən də burdan
Keçirmişsən təsadüfən.
İstədim ki, geri dönəm
Qaynar gözlərini görəm,
Baxışlarından titrəyəm.
Bu dünyanı nağıl bilək!
Bu dünyanı nağıl bilək!

NƏQARƏT

Sən, mən, bir də xatirələr
Həmin küçə, həmin şəhər.
Bilirəm ki, hara getsəm
Yenə məni izləyirsən.
O küçənin döngəsində,
O ağacın kölgəsində,
Yenə məni gözləyirsən.

  • 0

#147 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 14 September 2009 - 05:22 AM

Kor ərəbin mahnısı - Hüseyn Cavid ("Şeyx Sənan" əsərindən)..

Nə eşq olaydı, nə aşiq, nə nazlı afət olaydı,
Nə xəlq olaydı, nə xaliq, nə əşki-həsrət olaydı.
Nə dərd olaydı, nə dərman, nə sur olaydı, nə matəm,
Nə aşiyaneyi-vüslət, nə bari-firqət olaydı.
Könüldə nuri-məhəbbət, gözümdə pərdeyi-zülmət.
Nə nur olaydı, nə zülmət, nə böylə xilqət olaydı.
Nədir bu xilqəti-bimərhəmət, bu pərdəli hikmət?
Bu zülmə qarşı nolur bir də bir ədalət olaydı.
Tükəndi taqətü səbrim, ədalət! Ah, ədalət!
Nə öncə öylə səadət, nə böylə zillət olaydı.
  • 0

#148 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 14 September 2009 - 01:57 PM

Цитата(sapsan @ Sep 7 2009, 07:51 AM) Просмотреть Сообщение

Nizaminin bu şerinin hər misrası ayrı bir şer gücündədir..




Həqiqətən elədir. Gör indi orijinal nələr deyər insana...
Əvvəl imzanızda yazdığınız sətiri oxumuşdum, dedim görəsən hardan tapa bilərəm şeiri smile.gif


  • 0

#149 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 15 September 2009 - 05:38 AM

Hira,
məncə Nizaminin qüdrəti hələ tam öyrənilməyib, təsəvvür etmək çətindir özündən sonra gələnlərə necə təkan olmuşdur onun yaradıcılığı... bir insanın eyni zamanda həm şeyx (dini biliklər sahibi), həm sarayda çəkisi olan şəxs, həm də bu qədər sevgi-məhəbbət sözlərini şerlərinə hopdurmuş olması o dövr üçün qeyri-mümkün kimi görünür.. digər dini sahiblənmiş şəxslər onu topa tutardılar.. görün Nizami o dövr üçün nə qədər ziddiyətləri özündə cəmləşdirə bilmişdi..

Get - Hüseyn Cavid..

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?
Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sənin eşqindəki məna nə imiş!.

Bivəfasən, mələk olsan belə uymam daha, get!
Kim ki uymuş sana, könlüm kibi divanə imiş.

Yetişir, get! Bəni qəhr eyləmə, tərsa qızı, get!
Anladıq şəfqəti-ayini-məsiha nə imiş!

Səni bir sadədil, azadə mələk sanmış idim,
Neyləyim! Ah, könül ruhuna biganə imiş.

Səni təqdis edərək bir daha sevməm əsla,
Nə imiş sanki bu eşq!? Aşiqi-şeyda nə imiş!

Aləmi-zevqi-səfadən bana bəhs etmə, saqın!
Bildik artıq bu cihan mülkü nə viranə imiş!..

Edited by sapsan, 15 September 2009 - 05:39 AM.

  • 0

#150 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 15 September 2009 - 12:14 PM


Ne Olursan Ol (Mevlana Celaleddin Rumi)
Paranı ver, gönlünü ver, canını ver
Ama SIRRINI VERME! ...
Günlerini say, kazancını say, büyüklerini say
Ama YERİNDE SAYMA! ...
İşini beğen, aşını beğen, eşini beğen
Ama KENDİNİ BEĞENME! ...
Emek ver, kulak ver, bilgi ver
Ama SAKIN BOŞ VERME! ...
Fidan büyüt, çocuk eğit, yoksul besle
Ama KİN BESLEME! ...
Davet et, hayret et, ülfet et, affet
Ama İHANET ETME! ...
Kitap oku, meslek oku, dünyayı oku
Ama LANET OKUMA! ...
Sınıfını geç, hayatını seç, rakibini geç
Ama GÜLÜP GEÇME! ...
Gönül al, dost al, yoldaş al
Ama BEDDUA ALMA! ...
Yaklaş, tanış, konuş, uzaklaş
Ama UŞAKLAŞMA! ...
Doğrul, sayrıl, evril, devril
Ama EĞRİLME! ...
Hislen, tasalan, seslen, uslan
Ama PASLANMA! ...
İtil, ütül, atıl, katıl
Ama SATILMA! ...

Edited by HIRA, 15 September 2009 - 12:16 PM.

  • 0

#151 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 15 September 2009 - 12:22 PM

Цитата(sapsan @ Sep 15 2009, 08:38 AM) Просмотреть Сообщение

Hira,
məncə Nizaminin qüdrəti hələ tam öyrənilməyib, təsəvvür etmək çətindir özündən sonra gələnlərə necə təkan olmuşdur onun yaradıcılığı... bir insanın eyni zamanda həm şeyx (dini biliklər sahibi), həm sarayda çəkisi olan şəxs, həm də bu qədər sevgi-məhəbbət sözlərini şerlərinə hopdurmuş olması o dövr üçün qeyri-mümkün kimi görünür.. digər dini sahiblənmiş şəxslər onu topa tutardılar.. görün Nizami o dövr üçün nə qədər ziddiyətləri özündə cəmləşdirə bilmişdi..




Yenə razıyam smile.gif
Həmişə fikirləşmişəm ki, Nizami Gəncəvi bizim təsəvvürümüzdə canlandırdığımız şəxsiyyət deyil, tam başqa biridir. Biz onu, həqiqətən, tanımırıq. Ərəbi, farsı, islamı, fəlsəfəni yaxşı bilən və sovet baxışından azad bir mütəxəssis istəyərdim ki, araşdırsın Nizami irsini və biz onu tanıyaq.


  • 0

#152 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 17 September 2009 - 02:06 PM

Kara saçun ki, zulmâtundadur nur
Anun adı durur Nûrin alâ-nur

Yanaqundan ayan oldu Ene'1-Hak
Kaçan suret ola güzgide mestur

Nazîrün yohdur iy dilber nazîrün
Zihî sâhib-i nazar pakze-manzür

Mana maksud iki âlemde sensin
Ki sensin cennet ü cennetdeki hür

Ne meyden esrümiş nergislerün kim
Meni endîşesinden kıldı mahmur

Ne Mushafdur ki, hüsnün âyetini
Beyan itdikçe akl andan düşer dur

Visâlün câvidânî saltanatdür
Bu devlet olmadı her şaha makdur

Nesimiden, ixtisarla
  • 0

#153 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 18 September 2009 - 05:36 AM

Oy bana - Cem Karaca.. (sürğündə yazmışdır, musiqisi və sözləri ona məxsusdur)..

Ele geniş olan şu yalan dünya
Bilmem ki yar, neden dar bana
Bize hücum etti cahil sürüsü
Artık kesseler de beni, kar bana


Kendim gibi olmayana yaramam
Geldi geçti ömrum sanki bir akşam
Sağımda solumda kıble aramam
Hem kıbledir, hem kabedir yar bana


Tabuttaki ölü gibi ölemem
Derdim çoktur onun için gülemem
Ben insanım değerimi bölemem
Doğu-batı, gavur-müslüm bir bana


bu müxalif səslənən misralarda Cem Karaca-nin dinimizə qərəzli olduğunu sanmıram..
amma güclü şerdir..

  • 0

#154 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 18 September 2009 - 05:13 PM

Цитата(sapsan @ Sep 18 2009, 08:36 AM) Просмотреть Сообщение

bu müxalif səslənən misralarda Cem Karaca-nin dinimizə qərəzli olduğunu sanmıram..
amma güclü şerdir..


cox gözəl şeirdi, mükəmməldi.

Cem Karacanını dini baxışlarını bilmirəm, amma Almas İldirim müsəlman idi, eyni zamanda, bu setirlerin müəllifidir

Könlüme tek Keba etdim seni men,

Sensiz neylim qürbet elde günü men,

Sensiz neylim Allahi men, dini men...

Azerbaycan, menim tacim taxtim, oy!...

Oyanmazmi kor olasi baxtim oy!...

Ümumiyyətlə şeirdə belə cümlələri oxuyub və müəllifin din düşməni olduğunu iddia etmək doğru deyil. Bu o kəsin ədəbiyyatdan xəbəri olmadığını göstərir. Gözəli daha gözəl olanla müqayisə etmək, ona bənzətmək. Ədəbiyyatımızda belə nümunələr çoxdur.
  • 0

#155 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 20 September 2009 - 07:08 AM

Çatar - Nizami Gəncəvi..

Qəm yemə, həqqə inan, fəryada qəmxaran çatar,
Gücsüzün imdadına, bir gün gələr, yaran çatar.


Daimi dövlət dilərsənsə, oyaq qal hər gecə,
Aləm içrə sərvətə bidar olan insan çatar.


Bir hümasənsə əgər, ver xirməni gəl sərçəyə
Sən ki, sağlamsan, əzizim, xəstəyə dərman çatar.


Məst olub müflis, nədən bəs aşiq içmişsə şərab.
Son günü gözlə, gələr, hüşyara da dövran çatar.


Bal yeyən milçəkdir, amma odlanan pərvanədir,
Oğru cib kəsdi, cəzayə doğrular hər an çatar.


Sən qorun oxdan, alovdan, çünki sultan hərbidir,
Bax, şəkər yağmaqdadır, meyl et, sənə ondan çatar.


Ey könül, yoxdursa dostun barigahda, incimə,
Şah çıxırkən ovlağa, səkbanə pay o an çatar.


Ey Nizami, əl götür, ol böylə dövlətdən kənar,
Bəlkə bir başqa diyarda işsizə imkan çatar.


bu şer özü-özünü şərhdən azad etmiş vəziyyətdədir.. smile.gif hər dövr üçün qüvvədə olan anlamları, çətinlikləri dilə gətirmişdir şair.. əsasən də sonuncu misra.. smile.gif bu qədər.. nea.gif

Цитата
Ümumiyyətlə şeirdə belə cümlələri oxuyub və müəllifin din düşməni olduğunu iddia etmək doğru deyil. Bu o kəsin ədəbiyyatdan xəbəri olmadığını göstərir. Gözəli daha gözəl olanla müqayisə etmək, ona bənzətmək. Ədəbiyyatımızda belə nümunələr çoxdur.

giverose.gif thankyou.gif qatılmamaq əldə deyil..

  • 0

#156 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 02 November 2009 - 06:26 AM

Olmuş - Abbas Tufarqanlı..

gəldim gördüm Pərim koçüb yurdundan,
yaylaq yeri çəmən olmuş, ay olmuş..
indən belə mən sağlığı neylərəm?
hər nə olmuş mənə olmuş, ay olmuş..

yenə qalxdı mən yazığın ələmi,
çərxi fələk tərsə yazdı qələmi..
göz yaşıma qərq eylərəm aləmi,
qətrə sular ümman olmuş, ay olmuş..

məclisimə sürahilər düzüldü,
eynim yaşı çeşmə kimi süzüldü..
ağla Abbas, əlim yardan üzüldü,
bu gün axır zaman olmuş, ay olmuş..

çərxi fələk tərsə yazdı qələmi - əvvəllər bizim bolğədə ərəb və fars əlifbası ilə yazırdılar.. səhv etmirəmsə bu hər iki əlifbada yazılış qaydası sağdan-sola idi.. yeni əlifbaya keçəndən bu yana soldan sağa yazırıq, keçən əsr üçün yerinə düşən sözlərdir.. smile.gif) amma aşığın yaşadığı dövrlərə təsadüf etmir bu əlifba dəyişimi.. smile.gif çox məna daşıyan, keçən əsrə tətbiq etdikdə isə uzaqgörən fikirdir.. çünki şair 16-17ci əsrlərdə yaşamışdır..

  • 0

#157 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 03 November 2009 - 01:39 PM

Цитата(sapsan @ Nov 2 2009, 09:26 AM) Просмотреть Сообщение

çərxi fələk tərsə yazdı qələmi - əvvəllər bizim bolğədə ərəb və fars əlifbası ilə yazırdılar.. səhv etmirəmsə bu hər iki əlifbada yazılış qaydası sağdan-sola idi.. yeni əlifbaya keçəndən bu yana soldan sağa yazırıq, keçən əsr üçün yerinə düşən sözlərdir.. smile.gif) amma aşığın yaşadığı dövrlərə təsadüf etmir bu əlifba dəyişimi.. smile.gif çox məna daşıyan, keçən əsrə tətbiq etdikdə isə uzaqgörən fikirdir.. çünki şair 16-17ci əsrlərdə yaşamışdır..

Aşıq islamı gözəl bilib. Müsəlmanlar arasında alın yazısıyla bağlı inanclar müxtəlifdir, təriqət və məzhəblərə görə dəyişir.
Qurani Kərimdə əl Qələm adında surə var, belə başlayır "Nun, And olsun Qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, ..." Təəssüf, bura dini müzakirə məkanı deyil. Ətraflı yazmıram.
Aşıq burda qələmin yazdığını, çərxi-fələyin tərsinə çevirməsindən şikayətlənir.
Qələmin tərsə yazmağı da, burda məcazdır. Yəni bəxtimi ağ yazmayıb, qara yazıb mənasında.

p.s. klassilərimiz dəryadı )


Edited by HIRA, 03 November 2009 - 01:41 PM.

  • 0

#158 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 03 November 2009 - 01:46 PM

Istəsən könlüm kimi zülfün pərishan olmasın

Istəsən könlüm kimi zülfün pərishan olmasın,
Ol qəder cövr ət mənə ah etmək imkan olmasın!

Dərdi-eshqin qəsdi-can etdisə, mən həm shakirəm,
Istərəm cismimdə dərs olsun, dəxi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!
Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəshin ruyində əfitək yatıb geysulərin,
Türfə cadudur ki, mar atəshdə suzan olmasın!

Derlər, ashiqküsh nigarım qətlimə amadədir,
Allah, allah, bir səbəb qıl kim, peshiman olmasın!

Mübtəlayi-dərdi-eshqəm, əl götür məndən, təbib!
Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,
Hansı bir müshküldi kim, səbr ilə asan olmasın?!

Sabiri satirik şeirləri ilə tanıyırıq, əsasən. Bu da lirik qəzəli.... necə sevərmişlər...
  • 0

#159 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 03 November 2009 - 02:10 PM

Hənuz (hələ ki) - Füzuli..

aləm oldu şad səndən, mən əsiri-qəm hənuz,
aləm etdi tərki-qəm, məndə qəmi-aləm hənuz..

can bağışlardı ləbin izhari-göftar eyləyib,
vurmadan İsa ləbi canbəxşlikdən dəm hənuz..


səcdəgah etmişdi eşq əhdi qaşın mehrabını,
qılmadan xeyli-məlaik səcdeyi-Adəm hənuz..

canə dərdin, cismə peykanın rəvan etmişdi hökm,
cism ilə can irtibatı olmadan möhkəm hənuz.

əşk sərf eylər fələkdən kam hasil qılmağa,
bu gühər qədrini bilməz dideyi-pürnəm hənuz..

pərdeyi-çeşmim məqam etmişdi bir tərsabeçə,
olmadan məhdi-Məsiha daməni-Məryəm hənuz..

ey Füzuli, eylədi hər dərdə dərman ol təbib,
bir mənim zəxmimdir ancaq bulmayan mərhəm hənuz..


Цитата(HIRA @ Nov 3 2009, 04:39 PM) Просмотреть Сообщение

Aşıq islamı gözəl bilib. Müsəlmanlar arasında alın yazısıyla bağlı inanclar müxtəlifdir, təriqət və məzhəblərə görə dəyişir.
Qurani Kərimdə əl Qələm adında surə var, belə başlayır "Nun, And olsun Qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, ..." Təəssüf, bura dini müzakirə məkanı deyil. Ətraflı yazmıram.
Aşıq burda qələmin yazdığını, çərxi-fələyin tərsinə çevirməsindən şikayətlənir.
Qələmin tərsə yazmağı da, burda məcazdır. Yəni bəxtimi ağ yazmayıb, qara yazıb mənasında.

p.s. klassilərimiz dəryadı )

mən "çərxi fələk tərsə yazdı qələmi" sətrinə münasibət bildirərkən ağıla gələn ilk işarənin şairin öz bəxtindən şikayətlənməsini anladım.. mən şairin şəxsindən kənara çixarkən, özümüzə, baş vermiş tarixi hadisələrə, "qələm və tərs" sözlərindən yoza bildiyim və keçən əsrin ilk rübündə baş tutmuş əlifba dəyişikliyi ilə bağlaya bildiyim yanaşmamı ifadə etdim sadəcə.. smile.gif necə deyərlər ənənəvi yanaşmadan kənara çıxmağa cəhd etdim..
təşəkkürlər münasibət bildirdiyiniz üçün.. giverose.gif

  • 0

#160 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 05 November 2009 - 04:26 PM

Цитата(sapsan @ Nov 3 2009, 05:10 PM) Просмотреть Сообщение

mən "çərxi fələk tərsə yazdı qələmi" sətrinə münasibət bildirərkən ağıla gələn ilk işarənin şairin öz bəxtindən şikayətlənməsini anladım.. mən şairin şəxsindən kənara çixarkən, özümüzə, baş vermiş tarixi hadisələrə, "qələm və tərs" sözlərindən yoza bildiyim və keçən əsrin ilk rübündə baş tutmuş əlifba dəyişikliyi ilə bağlaya bildiyim yanaşmamı ifadə etdim sadəcə.. smile.gif necə deyərlər ənənəvi yanaşmadan kənara çıxmağa cəhd etdim..
təşəkkürlər münasibət bildirdiyiniz üçün.. giverose.gif


Fərqli yanaşma yaradıcı- düşünən adamlara xasdır smile.gif Sizin yanaşmnız mənim xoşuma gəldi. Mən də Hirayam, sevimli mövzumdan danışmağa fürsət axtarıram.
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users