Jump to content


- - - - -

Sevdiyiniz şer


  • You cannot reply to this topic
185 replies to this topic

#121 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 05 December 2008 - 07:16 AM

diqqətinizə Aşıq Alının çox məşhur bir şerini, Zeynəb Xanlarovanın da çox gözəl ifası ilə yadımızda qalan bir əsəri çatdırıram..

Nə qaldı? - Aşıq Alı

Gəşt elədim, bu dünyanı dolandım,
Əllini keçirdim, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

Ölüm haqdı, çıxmaq olmaz əmirdən,
İpək tora həlqə salma dəmirdən,
Aydı, gündü, gəlib keçir ömürdən,
Tələsirdik, görək yaza nə qaldı?

Hər yana baxıram hava məxşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü,
Eşidərsiz Aşıq Alı da köçdü,
Sındı telli sazı, təzə nə qaldı?
  • 0

#122 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 08 December 2008 - 08:24 AM

Nazlı dərviş, naz eyləmə,
Belə naz eyləmək olmaz.
Pünhan sözüm vardı sana,
El içində demək olmaz.

Dərdim söylə bilənlərə,
Dərd başına gələnlərə,
Hər üzüvə gülənlərə,
Etibar eyləmək olmaz.

Dərviş ol dərvişlər ilə,
Haqqa layiq işlər ilə,
Heç sınanmamışlar ilə,
Düz rəftar eyləmək olmaz.

Qurbani der: gətir məzə,
Köhnə dərdim oldu təzə,
Dərd biləni dərd bilməzə
Giriftar eyləmək olmaz.




  • 0

#123 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 09 December 2008 - 02:47 PM



Nə yatmısan , qoca vulkan , səninləyəm !
Ayağa dur , Azərbaycan , səninləyəm !
Səndən qeyri ,
Biz hər şeyi bölə billik .
Səndən qeyri ,
Biz hamımız ölə billik .
Bu Şəhriyar harayıdır ,
Bu bəxtiyar harayıdır .
Ayağa dur , Azərbaycan !
Bunu bizə zaman deyir ,
Məzarından baç qaldıran baban deyir :
- Nər oğlu nər , səninləyəm !
Səninləyəm silah tutan ,
Külüng tutan , yaba tutan ,
Kösöy tutan nişanlı ər səninləyəm !
Səninləyəm , qız atası ,
Hanı nərən , hanı səsin ?
Hanı andın ?
Yoxsa sən də yatmışlara , batmışlara ,
Qeyrəyini satmışlara xırdalandın ?
Gözünü sil , Vətən oğlu ,
Ayağa qalx !
Üfüqünə bir yaxşı bax ,
Sərhədinə bir yaxşı bax ,
Sərhədinin kəməndinə bir yaxşı bax !
Dur içindən qorxunu boğ ,
Ölümünlə qalmışını ayırd elə .
Dur içindən dovşanı qov ,
Dur , özünü Boz Qurd elə !
Varın - yoxum , səninləyəm ,
Azım - çoxum , səninləyəm,
Yıxın məni söz atından , -
Atın məni tank altına ,
Əzin məni xıncım - xıncım ,
Kəsmir əgər söz qılıncım .
Didin məni didim -didim ,
Atın məni tank altına .
Qundaqdakı bir körpəni
Xilas edim .
Neçə səni , neçə məni xilas edim .
Səninləyəm ,
Sözü qəmli , özü dəmli
Rəhbər adam !
1918 də vuruşurdu ,
Danışmırdı rəncbər atan ,
Rəncbər atam !
Oyat bizi ey yaradan , : səninləyəm !
Ya birmərrə yatırt bizi ,
Ya birmərrə oyat bizi ,
Ya yenidən yarat bizi !
Ey yaradan , səninləyəm !
Səninləyəm , yatmış vulkan ,
Səninləyəm !
Ayağa dur , Azərbaycan ,
Səninləyəm !
Məmməd Araz.

P.S. 1ci sinifdə bu şeiri əzbərləmişdim. Müəllimimizin xoşü gəlmişdi, məktəbin başqa müəllimlərini çağırırdı ki, onlar da eşitsinlər. Şeir deməyimə yox, balaca uşağın iri həcmli şeir əzbərləməsinə təəccüblənirdilər. Soruşmuşdular kim öyrədib, deyirdim özüm biggrin.gif

  • 0

#124 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 11 December 2008 - 07:00 AM

Neçin şair doğuldum? - Almas İldırım

Mən artıq nə yazım yurduma dair,
Düşmən zəhər saçar, dostlar gizlənir.
Bilməm ki, yurdunu sevən bir şair,
Nə üçün bir cani kimi izlənir.

Gizli yol kəsmədim, qaçaq olmadım,
Saqın bir həyatı pozmadım mən ki,
Yurd üçün bir qanlı çiçək olmadım,
Heç bir qətlə fərman yazmadım mən ki...

Nə üçün qəribən bu doğma eldə,
Məhbəsmi dörd yanım.. Mən ki, boğuldum,
Məlun bir zamanda, məhkum bir eldə,
Allahım, mən neçin şair doğuldum?
  • 0

#125 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 11 December 2008 - 07:07 AM

Gözəlim - Almas İldırım

Xatırlarmısın ki, orda bir zaman
Səninlə diləyə ərdim, gözəlim!
Sən, məndən yadigar bir şey istədin,
Qoparıb qəlbimi verdim, gözəlim!

Məni qəbrə qədər götürsün, deyə,
Zəhər mi qatmışdın sunduğun meyə?
Mən lənət oxudum sənsiz hər şeyə,
Mən hər şeydə səni gördüm, gözəlim!

Muğan yaylasında, Göy Mil düzündə,
Axdı qanım damla-damla izində,
Gəl vəfa qıl sən də bir dur sözündə,
Mən sözüm üstündə durdum, gözəlim!

Kəbəm oldun, mehrabına diz qoydum,
Xızrım oldun, dərgahına göz qoydum,
Qərib düşdüm, torpağına üz qoydum,
Bir sormadın, nədir dərdim, gözəlim?

Hara getsəm arxanda bir ahım var,
Varıb baş qoymağa bir dərgahım var,
Əlbətki mənim də bir Allahım var...
Gün gələr hür olar yurdum, gözəlim!
  • 0

#126 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 17 March 2009 - 12:31 PM

MEN – OZUMUN DUSHMENI

Men kimem? Bu suali
Her il ad gunlerimde
Oz ozume vermishem
Cavab tapa bilmeyib
Bu sualin onunde
Bashimi endirmishem.
Men kimem?
Men nechiyem?
Eshqim, dileklerim ne?
Niye geldim dunyaya,
Bu dunayada yerim ne?
Sag iken de bilmirem
Oluyem, diriyem men?
Evvelini, sonunu
Derk etmeyen, en adi,
Keslerden biriyem men.
Imkanla arzularin
Arasinda vurnuxan
Saat kefkiriyem men.
Zamanin dehresile
Qanadli arzulari
Budanan bir bendeyem.
Men bir uzu agamsa,
Bir uzu shemendeyem.

Men ozumun dushmeni!
Her gun chekir charmixa
Oz ichimde men, meni.
Men ozumchun hemishe
Baxdiqca sirri artan
Muemmali shekilem.
Ozume ittihamchi, ozgesine vekilem.
Bildiyim bu qedermish
Meni menden gizleden
O suallar hedermish.

BEXTIYAR VAHABZADE

Edited by sensitive, 17 March 2009 - 12:43 PM.

  • 0

#127 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 17 March 2009 - 01:08 PM

Nimdaş aparatnan gedirik - Baba Pünhan

Demə at yoxdu onunçün belə matnan gedirik,
Qalxginən şahə bu il cəng elə atnan gedirik.

Vaxtı öldürdüyümüzçün bizi həbs etsə zaman,
Deyərik əqrəbi ən paslı saatnan gedirik.

Atamızdan görüb öyrənmişik harınlığı biz,
Başlanandan at ili dərsə "fiat"nan gedirik.

Zaçotun qiyməti beş, imtəhan on "şirvan"dır,
Gələcək əsrə bu qiymətdə savadnan gedirik.

Kimi sağdan, kimi soldan, kimi puldan sildik,
Əmin olduq ki, Əminsiz bir həyatnan gedirik.

Atalar söylədi qaçmaq da igidlikdəndir,
Hara getsək belə mənalı sitatnan gedirik.

Mülkümüz olsa da hündür bizi düşmən görmür,
Qorxudan evdə də çünki yatayatnan gedirik.

Başı boş məmura başsız dedim, o güldü mənə,
Dedi baş olsa da boş, əldə peçatnan gedirik.

Nə şəkil çəkdiririksə üzümüz qarə çıxır,
Çünki ildən ilə nimdaş aparatnan gedirik.

Məncə haqqın sözü, həm də özü var Pünhanda,
Bu səbəbdən onun ardınca nicatnan gedirik.

Edited by sapsan, 17 March 2009 - 01:11 PM.

  • 0

#128 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 23 March 2009 - 11:08 AM

Sadelövh könlümden men cana geldim,
Cefakeş qelbimden feqane geldim,
Sensiz de dünyanın işi keçermiş Xeyyam,
Sen ne üçün bu dünyaya geldin.



Heyatın sirrini bilseydi ürek,
Bilerdi ölümün sirri ne demek,
Bugün sağlığında heç bir şey bilmeyen, .
Ölüb getdi sabah ne edecek.



Bilmirem Yaradan ne verib mene,
Cennete gedirem, ya cehenneme,
Burada saz, mey, bir de o gözel yar, o senem,
O nisye cenneti Ömer Xeyyam verirem sene.



Cennet cehenneme geden yox, könül,
Gedib de geriye dönen yox, könül,
Ümid ve qorxumuz o şeydedir ki,
O şeyden bir xeber veren yox, könül.

Ömer Xeyyam

  • 0

#129 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 25 March 2009 - 08:05 AM

Hamı bu şəhərə dipdiri gəlir - Zəlimxan Yaqub

Şəhər dünyasıdı, gündə meydana,
Ağıllısı çıxır, dəlisi çıxır.

Hərənin bir cürə nəfəs kəsəni,
Hərənin bir cürə zəlisi çıxır.

Hamı bu şəhərə dipdiri gəlir,
Hamının şəhərdən ölüsü çıxır.

  • 0

#130 Чашка Кофе

Чашка Кофе

    мЫрЫжнА

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,412 posts
  • Time Online: 26d 15h 56m 40s

Posted 25 March 2009 - 09:18 AM

UNUTMAQ ISTEREM!!
Unutmaq isteren!....
ozum ozumden,
Bir daha ayrilib hacalanmayim.
Geceler yatiram bir fikirle men;
Seni dushunmeyim seni anmayim!....

Bu ele qaygiki,bu ele qem ki,
Azdirar yuz illik yolundan seni,
Seher de, axsham da duhsunurem ki,
Gerek dushunmeyim hehc zaman seni.

Unudar fikirde,xeyalda tekce
Unutmaz urekde seven-seveni.
Men ozum-ozume unut dedikce,
Ozumu unudub tapiram seni....

<<Unutdum>>-deyirem,ancaq ne fayda,
Yadimdan cixmamish dushursen yada!
Eshqimin Odunu sondure bilmir,
Qezebim sel kimi ashib dashsada
BEXTIYAR VAHABZADE
__________________
  • 0

#131 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 25 March 2009 - 10:14 AM

İnsan - Sücaət Əhmədov

Qəlbə toxunmasa yaşaya bilməz,
Zülüm çırağının yağıdır insan.
Könül, ehtiyatla dolan dünyada,
Unutma zəhərdi, ağudur insan.

Qurd girə qəlbinə dolana dəyməz,
Yana, parçalana talana dəyməz,
Əqrəbə toxunmaz, ilana dəyməz,
Yalnız insan üçün yağıdır insan.

Sücaət, ürəklər qorxusuz vurmur,
Gözlərin sevinci gözlərdə durmur,
Quş da yuvasını yaxında qurmur,
Bilir ki xaniman dağıdır insan.

Edited by sapsan, 25 March 2009 - 10:14 AM.

  • 0

#132 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 09 June 2009 - 12:13 PM

Sevgilər - Mikayıl Müşfiq

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, ruzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyalətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.

Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var.
  • 0

#133 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 July 2009 - 01:03 PM

Qocalmasın - İnəkdağlı Aşıq Nurəddin..
(Müəllifin adının doğruluğuna əmin deyiləm, bilən varsa bildirsin, düzəldək. Təşəkkürlər!)

Saçıma dən düşür cavan yaşımda,
Dağlara vədəsiz qar yağan kimi.
Ürəyim atlanır zirvəyə sarı,
Qartal qayalara şığıyan kimi.

Əlim çatmır, ünüm yetmir marala,
Könlüm heç vaxt istəməyir qocala.
İstəmirəm mənim ruhum sarala,
Payızda meşələr saralan kimi.

Demirəm saçlarım heç ağarmasın,
Deyirəm hər şeyin öz vədəsi var.
Demirəm Nurəddin heç qocalmasın,
Qocalsın qocalar qocalan kimi.

Edited by sapsan, 13 July 2009 - 01:05 PM.

  • 0

#134 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 08 August 2009 - 09:03 AM


Gün o gün olmayacaq, nə qədər ki...

Nə qədər ki,
Gic-gic şer yazırsan sən,
Qardaşının,
Yoldaşının,
Sirdaşının,
Soydaşının
Ayağının altını
Qazırsan sən,
Gün o gün olmayacaq!

Pəhləvan da bizim övlad,
Nə olar, qoy çıxarsın ad,-
Ancaq bu gün
Nə qədər ki,
Döşək üstdə,
Xalça üstdə
Güləşinlə öyünürsən,-
Nə qədər ki,
Ekrandakı
Guya müdrik
Gülməcənlə,
Əslən təlxək hırıltınla,
Gülüşünlə öyünürsən-
Gün o gün olmayacaq!

Nə qədər ki,
Erməninin qarasınca
Qarı kimi deyinirsən,
Nə qədər ki,
Lap xırda bir toplantıda coşub-daşır,-
Sözdə-sovda
Qəzəbdən don geyinirsən,
Boğazına güc verirsən,
Qoluna yox;
Nə qədər ki,
Millət çıxmır,
Cürət çıxmır,
Qeyrət çıxmır
Ölüm-dirim yoluna, yox,
Gün o gün olmayacaq!

Nə qədər ki,
Dərk eləmək istəmirsən,
Heç olmasa özünəsə
Görk eləmək istəmirsən,-
Bəs darıdan donuz çıxmaz
Axı zorsuz,
Kiş-kiş ilə.
Çolağımız, şilimiz də
Rəqs edirsə arsız-arsız
Elə belə vərdiş ilə
Gün o gün olmayacaq!

Nə qədər ki,
Can deyib, can eşitməyir
Zabit-əsgər;
Nə qədər ki, oğul demir
Əsgərinə komandirlər;
Nə qədər ki,
Azərbaycan mehmedciyi
Əmr gözlər;
Əsgərlikdən qaçanlara
Nə qədər ki,
Gedir qızlar-
Gün o gün olmaycaq!

Kimi tutub dindirirsən,
Kimdən sual eyləyirsən:
-Arzun nədir? – soruşursan,
- İstəyin nə? – söyləyirsən,
Hamı deyir eyni sözü:
-Bir Şuşa... bir Cıdır düzü.
Ancaq heç kim köhlənini
Yəhərləmir Cıdır üçün.
Eh çoxları darıxmayır,
Heyfsilənmir Şuşa üçün,-
Lov qoparır pəncərədə
Daş qıran bir şüşə üçün...
Sözdə yanıb-yaxılırlar
Şuşa üçün, Cıdır üçün.
Hərdən sovqat aparırlar
Gözdən pərdə çadır üçün.
Gözdən pərdə asılırsa,
Xalq qınına qısılırsa;
Fil qulağında yatırsa,
ATƏT özü baş qatırsa-
Gün o gün olmayacaq!

Gül düzürük şəhidlərin
Məzarına ara-sıra:
Ah çəkirik neçə nakam
Baharına ara-sıra.
Ara-sıra məlhəmlərlə
Sağalarmı söylə, yara.
Ara-sıra olan yerdə,
Unutqanlıq olan yerdə;
Çal-çağırlı
Çığır-bağırlı
Canfəşanlıq olan yerdə;
Duvaq girov olan yerdə,
Papaq girov olan yerdə
Gün o gün olmayacaq!

Gün o gün olmayacaq! –
Nə qədər bu gündəyik;
Təndiriniz qızmasa,
Dalbadal küt kündəyik.
Axı niyə qızmırıq
Biz günəşli diyarda;
Kimdən imdad umuruq
Rəngbərəng xülyalarda.
Halva-halva deməklə
Ağız şirin olarsa,
Dığa-dığa deməklə
Millət rahat olarsa...
Gün o gün olmayacaq!

Şikəstənlə millətin
Qabağında ağlasan,
Ah-nalənlə Şuşanın
Sinəsini dağlasan;
Xəyalında atını
Çapsan Cıdır düzündə,
Çapsan – Xarı bülbülü
Tapsan Cıdır düzündə;
Həqiqətə yetməsə əlin, ünün,-
Ay gözüm,
Ay sənə qurban özüm,
Gün o gün olmayacaq!

Bulaq çoxdu – yanğıma
Isa bulağı gərək.
Özümkü özümdədir,
Özgə əllərdə qalan
Vətən torpağı gərək;
Dünyaya Qarabağdan
Zəfər sorağı gərək,
Verməsən bu sorağı;
Ulduz görməsə yağı,
Ulduz görməsə ilan,
Ulduz görməsə düşman,
Əmr etməsə komandan,
Qalxmasa Azərbaycan, -
Gün o gün olmayacaq!


QABIL






  • 0

#135 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 11 August 2009 - 04:50 AM

Dünya - Molla Cuma..

Sənə necə bel bağlayım, ey vəfasiz, fani dünya?
Məndən artıq bəndələrin itibdir ad sanı dünya.
Al yığ sən gərdanına, böylə nahaq qanı dünya.
Vəsafızsan tanımırsan, nə bəyi, nə xanı dünya.
Özündən razı qoymadın, neçə qəhrəmanı dünya.

Mövlud Qurana yazıldı, neçə-neçə surəsində,
İsgəndər biləklilər girdi zülmət qalasına.
Həkim, loğman aciz qaldı Firovunun çarəsinə.

Adəm, Məhəmməd və Əli mussuoner arasında,
Yüz iyirmi dörd min nədir, göstər görüm hanı dünya?
Özündən razı qoymadın, Əli tək aslanı dünya.

Gəlin əziz bəndələr, aldanmayaq bu dünyaya,
Bu dünya fani dünyadır, dönübdür qəddi minaya.
Eşıtdim zinətkahı qırdı, şıddətli taleyin aya,
Edərik fitnə qeybəti, gedərik qəmli dünyaya.
Halal yoldan çıxarıbdır, bu Molla Cumanı dünya.
Özündən razı qoymadın, neçə qəhrəmanı dünya.


bu sözləri aşıq ifasından yazmışam, ola bilsin bütün misraları söyləməyib və ya hardasa düzgün yazmamışam.. tamamlayan olsa yerinə düşər..
təşəkkürlər..

Edited by sapsan, 11 August 2009 - 04:53 AM.

  • 0

#136 ekspert

ekspert

    Новичок

  • Новенькие
  • Pip
  • 2 posts
  • :

Posted 11 August 2009 - 08:25 PM

YARPAQLAR TITRASA BIL KI SASIMDI,
SANA PICILDARAM VAR OL AZIZIM.
SANIN VAR OLMAGIN MANIM BASIMDI,
ELA VARLIGICUN SAG OL AZIZIM....



KEMALE ABIYEVANIN muallifi oldugu bu seri cox seviram

YARPAQLAR TITRASA BIL KI SASIMDI,
SANA PICILDARAM VAR OL AZIZIM.
SANIN VAR OLMAGIN MANIM BASIMDI,
ELA VARLIGICUN SAG OL AZIZIM....



KEMALE ABIYEVANIN muallifi oldugu bu seri cox seviram
  • 0

#137 ekspert

ekspert

    Новичок

  • Новенькие
  • Pip
  • 2 posts
  • :

Posted 11 August 2009 - 08:55 PM

DUSUNURAM YAZDIGIM BU SER TORPAGINI SEVAN HAR BIR SAXS TARAFINDAN BAYANILACAKDIR.MAN MUALLIFI BU SERLA SEVMISAM.( yani KEMALE ABIYEVANI)

NELER QAZANIRIQ....

Wehidlar xiyabani......
Siz mani qinamayin..
Burda xatirlayiram
Zengezur,Susa,Lacin
Sadliq saraylarini...
Tabriz,Qarabag bari,
Qubadli restorani
Dusur yadima manim.
Birda xatirlayiram
Orda oynayanlari.
Qol goturub oynamaq
Kimin galib aglina
Bu saraylarda goran?
Hansimizin aglini
TANRI alib alindan?
Nalar itiririk biz
Nalar qazaniriq biz?
Neca dusunuruk biz?
Neca dusunuruk ki,
Har mahal itirdikca
Bir saray ucaldiriq.
Har shahar itirdikca
Bir restoran tapiriq.......
Nalar dusunuruk biz?
Neca dusunuruk biz?
Cavabsiz suallara
Donur amallarimiz.............
  • 0

#138 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 12 August 2009 - 05:06 AM

Çək - Nizami Gəncəvi..

Yol çətin, aləm qaranlıq - atını bir yanə çək,
Varlığı gəl bir zaman can mülkinə, vicdanə çək,

Qov könül bağça-bağından bu qara qarğaları,
İmtahan eylə, hüma quşlarını meydanə çək.


Könlümə oldunsa məhrəm, ey gülüm, aç pərdəni,
Hikmətin şərbətini al, başına mərdanə çək.

Əhli-ruh məclislərində heç zaman olma ağır,
Saqi tək, iç al şərab, hər işini səhmanə çək.


Məşğul olma zərrəcə cənnət-cəhənnəmlə, saqın,
Əz cəhənnəm başını, bir də qələm rizvanə çək.

Gərçi ruh aləminin hikmətinə çatdı əlin,
Ərşi titrət, gərdişin iplərini məstanə çək.

Get qədəmsiz o yolu, dilsiz danış hər sözünü,
Baxmadan gör, surəti-peymanəsin gəl canə çək.


Ey Nizami, bu qədər əsrar ki, sən açmısan,
Anlayan yox rəmzini, bəsdir, onu pünhanə çək.

  • 0

#139 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 05 September 2009 - 01:11 AM

Nüsrət Kəsəmənli - Getmək istəyirsən


Getmək istəyirsən,

bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı.

Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək,
Nə vaxtsa, üstündə tutulacaqdır.


Yollar tək döşənib ayaqlarına,
Sənə yalvarımmı?..

Bu mümkün deyil.
Qoymaram qəlbim tək vüqarım sına,
Alçalıb yaşamaq ömür-gün deyil…

Demirəm, sən uca bir dağsan, əyil,
Demirəm,qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə.

Getmək istəyirsən, o yol, o da sən,
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi, geriyə dönmək istəsən,
Tikanlı yastığa dönəcək yerin.

Getmək istəyirsən,

nə danış, nə din,
Yox ol xəyal kimi dumanda, çəndə.
Nəyimi sevmişdin,

deyə bilmədin,
İndisə, yüz eyib görürsən məndə…

Getmək istəyirsən,

bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən səsin də yad olsun, barı...

Edited by Janulka, 05 September 2009 - 01:14 AM.

  • 0

#140 Janulka

Janulka

    Житель

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,369 posts
  • Time Online: 17m 38s

Posted 05 September 2009 - 01:25 AM

Nüsrət Kəsəmənli - Səni unutsam...

Mən səni unuda bilmirəm, axı
unutsam nələri unudam gərək
göylərə baxmışıq aylı gecədə
unutsam göyləri unudam gərək!


Dənizi unudum, ya dalğaları
xatirən yadımdan çıxaydı barı
payızda xəzanı, qışdasa qarı
baharda gülləri unudam gərək!


De necə unudum mən səni necə?
sevgi durna dəyil payızda köçə
yuxuma gəlirsən mənim hər gecə
ayları, illəri unudam gərək!


Sənin xəyalındır həsrətlə baxan
adındır hər saat qarşıma çıxan
qarışıb şəklinə gözümdən axan
yağışı, selləri unudam gərək!


Sinəmdə pəşiman ürəyim qaldı
uçdun əllərimdə lələyim qaldı
nələri itirib, bax nəyim qaldı
nələri, nələri unudam gərək!

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users