Jump to content


- - - - -

Atalar sözleri


  • You cannot reply to this topic
63 replies to this topic

#41 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 16 May 2008 - 12:38 PM

Sözün doğrusunu zarafatla deyərlər..
İtə ataram, yada satmaram..
Dəmiri nəm çürüdər, insanı qəm çürüdər..
Bağa bax üzüm olsun, yeməyə üzün olsun..
  • 0

#42 Namelum_mikrob

Namelum_mikrob

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 341 posts
  • :

Posted 16 May 2008 - 10:49 PM

Agillilar fikirleshince deli vurdu arxi kecdi (bu menle bacima aiddir, her sheyi cox fikirleshir lol.gif )
qorxan goze cop dusher
dili var dilceyide var
ortulu bazar dostlugu pozar
agil yashda deyil bashdadi.
ushaga buyur daliyca yuyur
agac bar verdikce bashini ashagi salar
yalancinin evi yandi hec kim inanmadi
gormemishin oglu oldu vurdu gozunu cixartdi
qash duzeltdiyi yerde vurdu gozu cixartdi
derziye dediler koc burdan, iynesini taxdi yaxasina
oba kocer yurdu qalar
igid oler adi qalar
palaza burun elle surun
od olmayan yerden tustu cixmaz
agilli olub derd cekenecen deli ol derdini ceksinler. (buda mene aiddir lol.gif )
el eli yuyar elde uzu


  • 0

#43 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 19 May 2008 - 06:14 AM

gəlin imkan daxilində az təkrar yazaq, çünki ola bilsin bizim yazdığımız atalar sözlərimizdən internetdə mənbə kimi istifadə edən olsun.. thankyou.gif
mən çalışıram elə atalar sözləri axtarıb tapım ki, bizim əvvəl yazdıqlarımızın arasında olmasın..

Koxanı gör, kəndi çap..
Öküz öz örüşündə ac qalmaz..
Uzağın buğdasından yaxının samanı yaxşıdır..
Vaxtsız gələn qonaq kisəsindən yeyər..
Ev buzovundan öküz olmaz..
Çobansız qoyun örüşə getməz..
İstəyirsən dinc olasan, dinc otur..
Ac toyuq yuxusunda darı görər..
İt qulağını kəsəndən qorxar..
Su səhəngi suda sınar..

Edited by sapsan, 19 May 2008 - 06:15 AM.

  • 0

#44 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 21 May 2008 - 08:31 AM

Derin cay sessiz axar
Arxaliya arxa olsan yamaq olarsan, arxasiza arxa olsa dayaq olarsan
Dostunu satan dusmen tapar
Ilanin zehlesi yarpizdan geder o da geler gozunun qabaginda biter
Zer qedrini zerger biler
Her ata minenden Koroglu olmaz
Her oxuyandanda Molla Penah cixmaz
Derdi derd bilene soyleyeller

  • 0

#45 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 21 May 2008 - 10:38 AM

Başı bəzəkli olanın, aşı təzəkli olar.. smile.gif)))))))))
Çobanın meyli olsa, təkədən pendir tutar..
Saqqalda feyz olsaydı, keçi şahlıq edərdi..
Kar eşitməz yaraşdırar, kor görməz quraşdırar..
Atı atası ilə tanıdarlar, qatırı anası ilə..
Anası çıxan ağacı balası budaq-budaq gəzər..
Dərə xəlvət - tülkü bəy..
Qonşum qonşu olsa, kor qızım ərə gedər.. smile.gif)))
  • 0

#46 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 22 May 2008 - 09:56 AM

Merdimazar olmasa bag ceperi neyniyer
Suyun lal axani adamin yere baxani
Ati atin yanina qoysalar hemreng olmasada hemxasiyyet olar
Qizin ki, oldu qirmizi donunu vermelisen
1 urekde 2 mehebbet olmaz
Mollanin zehlesi sazdan geder, ashiginda zehlesi molladan
2 qocun basi 1 qazanda qaynamaz
toxun acdan ne xeberi
palaza burun elnen surun
bashindan boyuk danisanin basi belalar ceker
ev yixanin evi olmaz
  • 0

#47 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 22 May 2008 - 10:12 AM

Axmaq it aya hürər..
Qabaq dinən bilsə ki, sonra dinən nə deyəcək, heç dinməz..
Ağlayışın bilməyən ölüsün murdarlayar..
Zurnanı versən naşı əlinə, gen tərəfdən püfləyər..
İt dəmirçi dükanından nə aparar?
Qayınananın gücü qızına çatar.
İçdin üzüm suyunu, tökdün üzün suyunu..
Zimistan çəkməyən bülbül baharın qədrini bilməz..
Qocanın biliyi, cavanın biləngi..
İşlək at arpasını artırar..
  • 0

#48 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 30 May 2008 - 09:50 AM

Veten virane de olsa, cennetdir.
Islemeyen demiri pas tutar
Islemeyen dislemez.
Kuynen gelen vaynan geder
Qaradan artiq reng yoxdur
Qishda ocaq basinda yayda daglar basinda
Cagrilan yere ar eleme, cagrilmayan yeri dar eleme
Ashigin sozu qutaranda dalay-dalay eder smile.gif
  • 0

#49 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 30 May 2008 - 10:25 AM

Xamın gözü böyük olar..
Qəribin dostu olmaz..
Kor ölər, adı qalar badamgöz..
Söz var el içində, söz var ev içində..
Meyvəli ağac daşlanar..
Gözəli ağladarlar, çirkini söylədərlər.. imhappy.gif

  • 0

#50 FERRERO ROCHER

FERRERO ROCHER

    гламур - это Я ))

  • Постояльцы
  • PipPipPipPipPipPip
  • 1,600 posts
  • :

Posted 30 May 2008 - 10:27 AM

Цитата
Dəmiri nəm çürüdər, insanı qəm çürüdər..


yuzde yuz!!!
_________________

Kor kora kor demese, bagri 4atliyar!
  • 0

#51 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 02 June 2008 - 01:08 PM

Alçaq yerdə yatma, sellər alar. Yüksək yerdə yatma, yellər alar..
  • 0

#52 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 04 June 2008 - 11:15 AM

usaqliqda kur olan boyuyende dinc olar, usaqliqda dinc olan boyuyende gic olar smile.gif
  • 0

#53 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 04 June 2008 - 11:39 AM

Ağıllı toyda, axmaq vayda oynayar..
Sabah - geri qalan ömrümün ilk günüdür.. good.gif

  • 0

#54 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 04 June 2008 - 11:58 AM

Keci surunun qabaginda gelsede, qoyu geldi dediler
Kasib olende molla xeste olar
Babadan hikmet neveden xidmet
  • 0

#55 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 04 June 2008 - 12:13 PM

İnsan xain olmasa, heyvan damğa istəməz..
Camışla gəzən dananı canavar yiyər..
Fərli cücə yumurtasında civildər.. smile.gif
Uzağı gözətlə, yaxını otla..

  • 0

#56 xatun

xatun

    Пользователь

  • Пользователи
  • PipPipPip
  • 101 posts
  • :

Posted 23 June 2008 - 11:09 AM

Ag gun adami agardar, qara gun adami qaraldar
Aga nezerem bele gezerem 1 yumruga 40-in ezerem :)misali bizden uzaq
  • 0

#57 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 23 June 2008 - 11:49 AM

Yanan da mən, yaman da mən..
Varlının arvadı öləndə yorğan-döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.. imhappy.gif yes.gif (yorğan-döşəyi təzələnər = təzə arvad alar)
Yanında igid olsun, kol dibi evin olsun..
  • 0

#58 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 27 June 2008 - 06:30 AM

kənddə iki it boguşdu, yolçu yolundan oldu.. smile.gif))
  • 0

#59 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 13 December 2008 - 07:57 AM

Yapa-yapa qarlar yağsa yaza qalmaz.

Qarı düşmən dost olmaz

Kitabi Dede Qorquddan




Edited by HIRA, 13 December 2008 - 07:57 AM.

  • 0

#60 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 13 December 2008 - 08:41 AM

Xala evinə dadanan, ər evində dayanmaz.. imhappy.gif
Hamının qapısını el döyür, bizim qapımızı - yel..
Xan arıqlayanda rəiyyətin canı çıxar..
Şahdan gələn nökərəm, dişlərini tökərəm.. smile.gif

Edited by sapsan, 13 December 2008 - 08:42 AM.

  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users