Jump to content


- - - - -

Sevdiyiniz şer


  • You cannot reply to this topic
185 replies to this topic

#161 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 06 November 2009 - 07:56 AM

Xət - Əbülqasım Nəbati..

Vəh, nə göyçək yazılıb səfheyi-rüxsarə bu xət!
Görsə, billah, gətirər kafəri iqrarə bu xət.

İstəsən hazır edər, hər kimi ol saətdə,
Deyəsən nəqş olunub məntəri-əhzarə bu xət.

Elə bil qövsi-qüzehdir çəkilib çərx üzrə,
Gör nə rəngin yaraşır arizi-gülnarə bu xət!

Allah, allah, yeri təhsin elə ol nəqqaşə,
Yoxdu imkanı gələ gərdişi-pərgarə bu xət.

Sehrdir bu görəsən, yoxsa ki Mani işidir,
Çoxların eyləyəcək mən kimi avarə bu xət.


Nöqteyi-xali-siyahın məni girdabə salıb,
Nə olur dərdimə bir də edə bir çarə bu xət?

Dağ vurub lalə kimi bağrıma xoşdur, amma
Çox fəqirin gününü eyləyəcək qarə bu xət.

Ey Nəbati, nə qədər var isə ömrün, xət yaz,
Aqibət bir gün olur kim, gəli bir karə bu xət.


ilk misrasında şerinə öz qiymətini verib Nəbati.. smile.gif

Цитата
Sizin yanaşmnız mənim xoşuma gəldi. Mən də Hirayam, sevimli mövzumdan danışmağa fürsət axtarıram.

təşəkkürlər, mənə qaranlıq olan "sevimli mövzu"-nun nə olduğudur.. smile.gif)

  • 0

#162 HIRA

HIRA

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 309 posts
  • :

Posted 06 November 2009 - 07:13 PM

Sapsan, sevimli mövzum nə ola bilər, islamdan başqa? smile.gif

Daim enel-heq soylerem, necunku mensur olmusham
Kimdur meni berdar eden, bu shehre mensur olmusham

qiblesiyem sadiqlerin, meshuqiyem ashiqlerin
mensuriyem leyiqlerin, men beyte memur olmusham

Musa menem ki heqqile dayim munacat eylerem
konlum tecela Turudur onun ucun Tur olmusham

irdim qashin mehrabina kim qabi qovsun ordadur
veslet shebinde gor meni, ser ta qedem nur olmusham

bezmi ezelde ichmishem vehdet meyin peymanesin
ol curedur ki ta ebed sermest-o mexmur olmusham

ey ay uzundur val-zeha ve leyl-imish sachun qara
lelun mene dar-ul-shefa, oldur ki rencur olmusham

her yane ki doner uzum, orda gorur heqqi gozum
chun bu qeminden qem yedim, shadan-o mesrur olmusham

ol shahidi qeybi menem ki kainatin eyniyem
ol nutqi rebbani menem ki dilde mezkur olmusham

chun on sekkiz min aleme, oldu vucudum ayine
ol sureti rehman menem ki dilde mezkur olmusham

ol gizli gencin sirriyem ki zahir oldu gozlerim
ol govherem ki gun kimi alemde meshhur olmusham

chun men Nesimi govherem, gencim size fash eylerem
men bu doli viranede gor ki ne memur olmusham

  • 0

#163 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 09 November 2009 - 01:25 PM

İstəyirəm - Seyid Əzim Şirvani..

saqi, mey ver, genə bir tazə günah istəyirəm,
qara göz, nameyi-əmalı siyah istəyirəm..

nədi xətdən bu hicabın, götür ol bürqəni kim,
etməgə nameyi-əmalı təbah, istəyirəm..

bikəsü dərbədərəm püştü pənahım yoxdur,
özümə lütfi-xudavəndi pənah istəyirəm..

asitanən itinə istəyirəm həmdəm olam,
maşallah, nə gözəl rütbəvü cah istəyirəm!

qərəzim xaki-dəri-yarə gədalıqdı mənim,
mən gədazadəyə bax, rütbeyi-şah istəyirəm..

mehrim artar sənə rüxsarüvə gəldikcə xətin,
daim ol bağdə mən mehrü giyah istəyirəm..

çağırın Qeys ilə Fərhadı yığılsın başıma,
Seyyidəm, ərseyi-eşq içrə sipah istəyirəm..
  • 0

#164 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 13 November 2009 - 05:06 PM

Hüseyn Cavid, Müxtəlif şerlər

Mən nə idim? Şərqin əzilmiş qadını!

(Bir az sükut…)

Mən nə idim? Uf, onu heç sormayınız!
Varlığım bir quru heç!
Keçmişin ən qaba, ən vicdansız,
Kirli dırnaqları qəhr etdi məni.
Görmədim gün işığı;
Doğduğum gündən — əvət — tarixin
Paslı zəncirləri inlətdi məni.

Hər tərəfdən qara bir mövhumat
Pərdələr çəkdi həmən gözlərimə…
Qoparırkən fəryad,
Etdi qanun ilə din istehza
Mənim öksüzcə qırıq sözlərimə.

Yox, yalan söylədim, aldanmayınız;
Vardı bir çox tapınanlar da mana
Çünki pək dilbər idim,
Süslü kaşanələrin qoynunda,
Məni sarmışdı ipəklər, tüllər…
Ağlayırdım gülərək,
Alışıb məhbəsə, altun qəfəsə,
Söndürürdüm qaba şəhvətləri mən…

“Pək gözəlsən” — qaniçən sultanlar
Məni əyləncə yapar,
Çox zamanlar da bağışlar birinə,
“Ən nəfis işvəli bir qüvvə” — deyə.
Oh, nə miskincə həyat!?
Yeri gəldikcə atarlar Nilə,
Yaxud atəşkədəyə…

Duyğusuz tanrıya qurban olaraq,
Kül olurdum yanaraq, qıvrılaraq.
Daha dəhşətli bəla, — çirkin isən, —
Atacaqlar dərhal
Bir çuxur, bir quyuya, bir kanala.
Yapsalar hər qabalıq, alçaqlıq,
Baş əyərdim susaraq of demədən…
Bir zamanlar mən, əvət, bir heç idim,
Qismətim sillə, dayaq, könlüm əsir,
Bir böcəkdən də həqir.

İmdi lakin o tikənlərdən uzaq —
Gülərək, oynayaraq,
Yaşamaq zövqünü duymaqdayım ancaq, ancaq…
Yox, mən artıq sürünən heç deyilim,
Parçalanmış da qaranlıqdan hörülmüş
kəfənim,
Gəmirilməz beynim.
İştə ən şanlı üfüqlərdə uçan
Şərqin azadə, gülər bir qızıyam;
Uca həşmətli fəzalardan aşan
Pənbə bir yıldızıyam!..

  • 0

#165 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 13 November 2009 - 05:17 PM

"Sənin gülüşlərin"

Qarşımda nazlanıb yenə gülürsən,
Bilsən gülüşlərin nəyə bənzəyir?
Mən desəm artıqdır, özün bilirsən,
Lalə yarmağında şehə bənzəyir.

Sənin gülüşlərin bir ruzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar kimi
Ruhuma bir sənin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından
Bu oynaq gülüşlər umulmuşmudur?
Sənin hər qəhrəman ay kənarından
Keçən buludmudur, uçan quşmudur?

Sənin gülüşlərin yaz səhərindən
Hissimə, fikrimə sanki rəng alır.
Gül ki, şeirlərim gülüşlərindən
Qırılmaq bilməyən bir ahəng alır.

Sən güldüyün zaman bu şad günümdə
Açılır qarşımda, canlanır bahar,
Bəzən baş ucumda, bəzən önümdə
Şimşəklərim çaxar, sularım axar.

Cahan ki, solmayan bir bağça-bağdır,
Burda rəvamıdır gülmədən ölmək!
Yazıq o şəxsa ki, qaraqabaqdır,
Nə qədər yaraşır insana gülmək


Mikayıl Müşfiq
  • 0

#166 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 13 November 2009 - 05:33 PM

"BARMAQLAR"

Barmaqlar, barmaqlar!
Nə qədər işiniz, əməliniz var!
Kitab yazırsınız, ot çalırsınız,
Calaq vurursunuz, bağ salırsınız!

Siz çırtma da çalıb gah için-için
Məsum bir körpəni güldürürsünüz.
Çəkib tətiyini gah da tüfəngin
Yazıq bir insanı öldürürsünüz.
Barmaqlar pul sayır, çiçək də dərir,
Barmaqlar can verir kamana, tara.
Barmaqlar, barmaqlar yol da göstərir
Nabələd yollarda yol azalanlara.

Barmaqlar qaldırır, ən ağır yük də,
Barmaqlar can verir daşa, torpağa.
Ürəyin elçisi qızıl üzük də,
Barmağa taxılır, bəli, barmağa.

Mümkünmü, mümkünmü saymaq, büsbütün?
Nələrə qadirdir barmaqlar yenə?
Bizim əsrimizdə barmaqlar üçün
Yaranıb lap təzə bir vəzifə də:
Bir kiçik düyməni basmaq! Bu nədir?
Basdısa, bu dünya bir viranədir.

Məhv etmək bəşəri, ərzi, hər şeyi,
Bir anda dünyanı alt-üst eyləmək?
İşə bax! Bu boyda ərzin taleyi, -
Bir kiçik barmağa bənd imiş demək!

İnsan idrakının yaratdıqları
İnsan idrakının hədəsindədir.
Gəlin, ay insanlar, birləşək barı,
Dünyanın taleyi məndə, səndədir.

Nələr görməmişdir bu qara torpaq,
İndicə sağalır sinə dağları.
Bizim birliyimiz kəsəcək ancaq
Düyməyə uzanan o barmaqları.

Bəxtiyar Vahabzadə

P.S. B.Vahabzadənin hər dəfə oxumadığım yeni bir şerini "kəşf" edərkən bir daha onun yaradıcılığının vurğunu oluram. Çox mənalı şerləri var, insanı düşündürür, hətta deyərdim tərbiyələndirir, ətrafına - insanlara, dünyada baş verənlərə qarşı daha ehtiyatlı, xeyirxah münasibətə səsləyir.
  • 0

#167 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 19 November 2009 - 02:53 PM

Yavaş-yavaş - Qasım Bəy Zakir.. good.gif imhappy.gif

zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
cism oldu tiri-çərxə nişanə yavaş-yavaş..


kibrü qürurdən, dedi,- "en", əvvəl enmədim,
dediyin etdi dövri-zəmanə yavaş-yavaş..


qovğa günü bəgənməz idim Hərbi-Rüstəmi,
zali-fələk gətirdi əmanə yavaş-yavaş..

xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,
avazi-nayü cəngü təranə, yavaş-yavaş..

eyşü nişatdən soyuyub meylü xatirim,
olmuş füzun ahü fəğanə yavaş-yavaş..


diş düşdü, ağzım oldu uçuq xanədən betər,
dağıldı dürri-gəncü xəzanə yavaş-yavaş..


hər qanda bir məh olsa mana mehriban idi,
mehr etməz indi sahibi-xanə yavaş-yavaş..

tutub üzümə gedər idim dust kuyinə
bir töhfə əldə olsa bəhanə, yavaş-yavaş..


Zakir, kəs iltifatını bu dəhri-fanidən,
təslim eylə cani cananə yavaş-yavaş..
  • 0

#168 чохбильмиш

чохбильмиш

    Новичок

  • Новенькие
  • Pip
  • 4 posts
  • :

Posted 06 February 2010 - 04:01 PM

Xaki deri meyxanede defn et bizi saqi,
Min kuze cixar torpagimizdan, gilimizden.

Tufani bela gelse de qorxan deyilik biz,
Daglar bele sedd olsa qacar sahilimizden.

Vahid biz o nexlik ki bu gulzari cahanda,
Ovladi veten zovq alacey hasilimizden.

Eliaga Vahid.
  • 0

#169 чохбильмиш

чохбильмиш

    Новичок

  • Новенькие
  • Pip
  • 4 posts
  • :

Posted 06 February 2010 - 05:28 PM

Цитата(tehmasib @ Jul 22 2008, 05:59 AM) View Post

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.


Bilsun o adam qazimiz olmush,
Servet deyilen ruzimiz olmush,
Yaxshi yashamaq arzumuz olmush,
Cox heyif ola ki, bizden uzaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Insan yediyin ekmese bitmez,
Haqq ish uzuler tam batib itmez,
Hech kimse durub pis emel etmez,
Bir derk elese dovre qonaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Derya yox olar olmasa sahil,
Sehvinle duzu eyleme batil,
Nadanlara soz soylese aqil,
Cahil deyecek deyme ushaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Eyri ne eder duz duz olarsa,
Duz eyrileshib duzluyu yarsa,
Mundar adamin dovleti varsa,
Eyib ortmek uchun yaxshi qapaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Besh gunluk olan heyat sinagdur,
Yari qaradur yarisi agdur,
Merd insan ishi merd yashamagdur,
Namerd eyiler yala-yalaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Sheytan el atib bic tele qurdu,
Adem babanin qesdine durdu,
Habil goturub Qabili vurdu,
Sheytan hemishe ish quracaqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Zalim chomagin oynada bilmish,
Acizleri cox qoylada bilmish,
Ezraili kim allada bilmish,
Axmaq da bilirk ki, olum haqqdur.

Cavid deyib olmek yashamaqdur,
Sersem yashamaq olme yamaqdur.

Insan yashayib yasha dolarsa,
Insanlig ile ten ucalarsa,
Her kimde Ali rehmi olarsa,
Olse qebiri pir olacaqdur...


Ela... bu sherin muellifi rehmetlik meyxana ustasi Nizami Remzidir... mende mp3-de var... amma onu da deyim ki balaca sehfe yol vermisen... Sersem yashamaq olume yox, omure yamaqdir[font=Verdana][size=3] yes.gif
  • 0

#170 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 11 February 2010 - 12:41 PM

Dülger - Ömer Faruk Tekbilek..

şu binayı kuran dülger
ne hoş sağlam temel atmış

insanlığa nispet diye
kısım kısım kul yaratmış

kimi yaya kimi atlı
kimi uçar çift kanatlı
dünya şirin, baldan tatlı
eyvah bana tuz mu katmış

ustası var çırağı yok
kazması var küreği yok
gök kubbenin direği yok
muallakta hoş yaratmış

bu dünyaya gelen bilmez
ağlayanlar neden gülmez
bir yer vardır ki bilinmez
ona "sır" demiş kapatmış


translation..

the builder who built this building
laid how nice and firm foundation
as a challenge to humanity
he created all sorts of creatures

some on foot, some on horse
some fly with two wings
the world is pleasant, sweeter than honey
alas, did he add salt to me

it has a master craftsman with no apprentice
it has pickax, but no shovel
the firmament has no pillars
he created it nicely afloat

those who come to this world don't know
why don't those who cry laugh
there's a place that's not known
he said "it's a secret" and closed it

  • 0

#171 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 07 April 2010 - 10:12 AM

Görmüşəm - Aşıq Kamandar (Məsim və Diləfrüz dastanından)

ey fələk sitəmindən dərdə dalan görmüşəm,
qəmlər evi, qəm dükanı satıb-alan görmüşəm.
nə təbiblər şəfa verdi, nə mollalar bir çarə,
düşüb eşqin bəlasına bədnam olan görmüşəm.

sərkərdələr zəfər çalmaz, ilahi sur verməsə,
zəvvar olan müvəd almaz, sınıq könül hörməsə,
bül-bül gülə aşiq olar, gül vəfasın görməsə,
ah çəkib sinə dağlayan, ömrü talan görmüşəm.

Xoca Əziz bir xocadır, qürbət eldə neyləsin,
yadigarı, həkim varı sizə ənam eyləsin,
ol Məsimin əhvalını açıb indi söyləsin,
Leyli nahaq fəryad edir, rəngi solan görmüşəm.

imhappy.gif

  • 0

#172 sensitive

sensitive

    Бывалый

  • Пользователи
  • PipPipPipPip
  • 441 posts
  • Time Online: 51m 45s

Posted 24 April 2010 - 11:00 AM

KÖLGƏ

Sənin kölgən düşür burda hər şeyə;
Bu evə-eşiyə,
yorğan-döşəyə,
Körpəm mışıl-mışıl yatan beşiyə
sənin kölgən düşür gecəbəgündüz.
Kölgən düşür
qadınımın üzünə,
Gizlədir üzünün eyiblərini...

...Ağac kölgəsinə,
daş kölgəsinə
Maşın kölgəsinə, quş kölgəsinə
ilişir, dolaşır, qarışır kölgən.
Bütün kölgələri çəkib canına
təzədən canıma daraşır kölgən.

Görəsən, bir azca səni unudub
birtəhər başımı qatarammı heç?
Görəsən, kölgənin ucundan tutub
gəlsəm, gəlsəm sənə çatarammı heç?

Bəlkə ən dözümlü kölgədi kölgən,
qırılan, cırılan, sökülən deyil.
Tanrı kölgəsidi, bəlkə də, kölgən,
ölüncə üstümdən çəkilən deyil.
Gecələr kölgənlə üstümü örtüb
yuxlaya biləydim bu dünyada kaş.
Kölgənə üzümü-gözümü sürtüb
ağlaya biləydim bu dünyada kaş.

Ağlaya bilmirəm...
yağır yağış-qar,
Çöldə kölgən qalır yağış-qar altda.
Keçir kölgən üstdən
ağır maşınlar,
Kölgən tapdalanır
ayaqlar altda.

Kölgən dirsəklənib daşa-torpağa
dikəlmək istəyir, qalxmaq istəyir.
Dayanıb mənimlə qabaq-qabağa
gözümün içinə baxmaq istəyir.

Tez-tez bu şəhərdə aldanır gözüm,
sən donda görükür gözümə qızlar.
Bəlkə parça-parça doğrayıb-kəsib
kölgəndən don tikib özünə qızlar.

Kölgənə nə qədər əllər uzanır,
o küncə-bu küncə qısılır kölgən.
Aylar ötüb keçir, illər uzanır,
günbəgün gödəlir, qısalır kölgən.
Kölgən qısaldıqca
uzaqlaşırsan,
Bəlkə də, hardasa çılpaqlaşırsan.

Beləcə sən məndən, mən səndən uzaq
ölüncə yaşarıq tək-tək
dünyada.
Hələ bircə qarış kölgən qalıbsa,
mən qərib deyiləm, demək, dünyada.

Bir gün sən hardasa dil-dil ötəndə
son sözüm kölgənə yazılar sənin.
Kaş ki, vaxt bitəndə, əcəl yetəndə
qəbrimi kölgəndə qazalar sənin...

RAMİZ RÖVŞƏN
  • 0

#173 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 26 April 2010 - 05:00 AM

İdim - Şah İsmayıl Xətai..

Yer yоx ikən, göy yоx ikən ta əzəldən var idim,
Gövhərin yekdanəsindən iləri pərgar idim.

Gövhəri ab eylədim, tutdu cəhanı sərbəsər,
Yeri, göyi, ərşü kürsi yaradan səttar idim.

Gah Hüseynilən bilə pustimi sоydu qadilər,
Gah о Mənsur dоnuna girdim, ənəlhəq dar idim.

Girdim Adəm cisminə, kimsənə bilməz sirrimi,
Mən bu beytullah içində ta əzəldən var idim.

Оn səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Оl səbəbdən həqq ilə sirdar idim, sərdar idim.

Dünyasından mən anın sirrin bilirdim, оl mənim,
Dəryanın altındakı sac qızdıran ənnar idim.

Mən Xətayiyəm, həqi həqq tanımışam, bigüman,
Anın içün оl yaratdı, mən ana dərkar idim.
  • 0

#174 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 29 April 2010 - 06:26 AM

Beytüssəfayə - Seyid Əzim Şirvani.. good.gif

Ey dustlər, ol sərvi-xuraman sizin olsun,
Canan sizin olsun.
Seyri-güli-gülzarü gülüstan sizin olsun,
Reyhan sizin olsun.
Biz atəşi-hicran ilə duzəxlərə yandıq,
Sövdayə boyandıq.
Vəsl aləmi ol rovzeyi-rizvan sizin olsun,
Qılman sizin olsun.
Biz cəm ikən ol silsilədən təfriqə düşdük,
Bu danə ilişdük,
Sərhəlqeyi-geysuyi-pərişan sizin olsun,
Saman sizin olsun.
Zülfü həvəsindən bizə Şam oldu nişimən,
Etdik onu məskən.
Ol arizi xürşid ilə Şirvan sizin olsun,
Dövran sizin olsun.
Ol murxətin qaldı könül vəslinə həsrət,
Yoxdur mənə fürsət.
Gülzari-Səba, mülki-Süleyman sizin olsun,
Fərman sizin olsun.

Ey zahiri ixvani-Səfa, gürgədalər,
Biəhdü vəfalər.
Yəqub mən oldum, məhi-Kənan sizin olsun,
Ol can sizin olsun.
Seyyid təki siz olmayın əlbəttə vəfasız,
Bişərmü həyasız,
Can ol qaragöz dilbərimin, can sizin olsun,
Canan sizin olsun.
  • 0

#175 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 05 May 2010 - 06:32 AM

İzzəddin Həsənoğlu..

Apardı könlümü bir xoş qəmər üz, canfəza dilbər
Nə dilbər!? dilbər-i şahid, nə şahid!? şahid-i sərvər

Mən ölsəm, sən büt-i şəngül, surahı eyləmə qulqul
Nə qulqul?! qulqul-i badə, nə badə?! badə-yi əhmər

Başımdan geçmədi hərgiz, səninlə içdiyim badə
Nə badə?! badə-yi məsti, nə məsti?! məsti-yi sağər


Şəha! şirin sözün qılır, Misirdə hər zaman kasid
Nə kasid?! kasid-i qiymət, nə qiymət?! qiymət-i şəkkər

Tutuşmayınca dər atəş, bəlirməz xislət-i ənbər
Nə ənbər?! ənbər-i suziş, nə suziş?! suziş-i micmər

Əzəldə canım içində, yazıldı surət-i mə'ni
Nə mə'ni?! mə'ni-yi surət, nə surət?! surət-i dəftər

Həsənoğlu sənə gərçi, duaçıdır, vəli sadiq
Nə sadiq?! sadiq-i bəndə, nə bəndə?! bəndə-yi çakər
  • 0

#176 Chocolate:)

Chocolate:)

    Новичок

  • Новенькие
  • Pip
  • 10 posts
  • :

Posted 18 May 2010 - 06:28 AM

BİRİ VARDI BİRİ YOX

Olan olub, keçen keçib belke de,
İndi daha kövrelmeyin yeri yox.
Ömrüm boyu bele gelib menimki:
Evvelinden biri vardı, biri yox.

Uzaqdaydı men isteyen ocaqlar,
Üreyimden gelib keçdi sazaqlar.
Atalıydı, analıydı uşaqlar
Bizim evde biri vardı, biri yox.

Gözlerime doldurmuşam yağışı,
Bir köynekle çıxarmışam men qışı.
Şalvar, pencek geyinirdi tay-tuşum
Mende ise biri vardı, biri yox.

Üzüm güldü telebeyem deyende,
Sıxılırdım dost penceyi geyende,
Müellimle dil tapa bilmeyende
Qiymetimin biri vardı, biri yox.

Qelbim yandı, ilk sevgimden, eşqimden,
Dara düşdüm, el ummadım heç kimden.
Meclislerde can deyib can eşiden
Dostlarımın biri vardı, biri yox.

Men orduya neler görüb getmişdim,
Ürek alıb, ürek qırıb getmişdim.
İki qıza könül verib getmişdim,
Qayıdanda biri vardı, biri yox.

Uzaq gezdi emi, dayı, bibiler
Sözarası mene “evlen” dediler.
Nişan üçün iki şey istediler,
Mende ise biri vardı, biri yox.

Vaxt gelecek bu günü göreceksen,
Çox suala gözünü döyeceksen,
Vaxt gelecek sen özün deyeceksen,
Deyeceksen: “biri vardı, biri yox”.

  • 0

#177 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 18 May 2010 - 07:04 AM

Chocolate:),
şerləri forumda yazarkən imkan olduqca müəlliflərin adlarını da qeyd edin.. həm müəlliflərə rəğbətimizi ifadə etmiş olarıq, həm də digər oxuyucular net-də müəllif adına görə axtarış etdikləri zaman eylence.az-a baş çəkmiş olarlar..

səhv etmirəmsə yuxarıdakı misralar Nüsrət Kəsəmənliyə aiddir.. səhv edirəmsə səhvimi düzəldin..

təşəkkürlər..


Kəfən - Seyid Əzim Şirvani.. good.gif

İstəməm istəbrəqi-firdovsi-əladən kəfən,
Gər tapam cildi-səgi-yari-dilarədən kəfən.

Gər o sərvi-gülrüx eşqindən şəhid olsam, mənə
Sərvdən tabut edin, gülbərgi-həmradən kəfən.


Şərdə gərçi qara caiz degil təkfin üçün, .
Xoşdurur Məcnuni-eşqə zülfi-Leyladən kəfən.

Gər behişti-küyin içrə nəşimi dəfn etsələr,
Göndərir rizvani-cənnət zülfi-huradən kəfən.

Qamətin görcək qiyamətdə nədamətlər çəkər
Münkiri-eşqin geyə gər bərgi-Tubadən kəfən.

Asitani-yardə üryan məni dəfn eyləyin
Kim, şəhidi-eşq aparmaz mülki-dünyadən kəfən.


Göndərin Seyyid, vəfat etdikdə mən, zünnarımı,
Yollasın rahib mənə fərşi-kəlisadən kəfən.
  • 0

#178 Chocolate:)

Chocolate:)

    Новичок

  • Новенькие
  • Pip
  • 10 posts
  • :

Posted 18 May 2010 - 07:49 AM

Цитата(sapsan @ May 18 2010, 10:04 AM) View Post



səhv etmirəmsə yuxarıdakı misralar Nüsrət Kəsəmənliyə aiddir.. səhv edirəmsə səhvimi düzəldin..


sehv etmirsiz, Nüsret Kesemenlidir


  • 0

#179 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 26 May 2010 - 06:33 AM

Qafil - Seyid Əzim Şirvani..

çü məndən oldu o məhbubi-dilrüba qafil,
yəqinim oldu olur bəndədən xuda qafil.

olurmu qabili-təmir bir vilayət kim,
ola rəiyyəti halında padişa qafil.


adın fədası olum, hiç gör rəvadırmı
ki, ümmətindən ola xətmi-Ənbiya qafil.

sənin təki büti-birəhmə olmaz idim əsir,
kəməndi-zülfüvə saldı məni qəza qafil.

təğafül adəti-xubandır, incimə, Seyyid,
qəmindən olsa əgər yari-bivəfa qafil.

qafil - xəbərsiz, laqeyid, məlumatsız..
  • 0

#180 sapsan

sapsan

    ayıq qafil

  • Постояльцы
  • PipPipPipPipPip
  • 837 posts
  • Time Online: 9h 32m 19s

Posted 04 June 2010 - 08:28 AM

Benzer - Aşık Hasan..

Ikisinde sarhos gibi dolasir
Üç yasinda her nesneye ulasir
Dört yasinda gördügüne satasir
Bes yasinda kaslar kemane benzer

Altisinda kendi söyler düsüni
Yedisinde degistirir disini
Sekizinde bahta koyar isini
Dokuzunda taze bostana benzer

On yasinda konca güldür açilir
Onbirinde ab-i hayat içilir
Onikide boyu beli seçilir
Önüçünde gözler mestane benzer

Ondördünde güzelligin bagidir
Onbesinde gören aklin dagitir
Onaltida yigitligin çagidir
Onyedide sanki ceylane benzer

Onsekizde belli eder arini
Ondokuzda gözetir sikarini
Yirmisinde kendi bulur yarini
Zencirin koparmis aslana benzer

Yirmi beste biyiklari burulur
Otuzunda akan sular durulur
Otuzbeste günahlari sorulur
Atasa atilmis pervana benzer


Kirk yasinda gazel dökülür baglar
Kirkbesinde günahlarina aglar
Ellisinde ogullara bel baglar
Dag basina çökmüs dumana benzer

Ellibeste sizi iner dizine
Altmisinda duman çöker gözüne
Altmisbeste hiç bakilmaz yüzüne
Ahireti gözetir süphana benzer

Yetmisinde gördükleri düs olur
Yetmisbeste artik çöker kis olur
Sekseninde badem gözler yas olur
Yolunu yitirmis kervana benzer

Seksenbeste artik beli bükülür
Biter ömrü takati gücü sökülür
Doksaninda hep disleri dökülür
Geldi geçti simdi yalana benzer

Doksanbes yasina girip asinca
Ölüm korkusu gelip yaklasinca
Insanoglu yüz yasina varinca
Sanki savrulmus harmana benzer
  • 0





0 user(s) are reading this topic

members, guests, anonymous users